1 / 27

MEŞƏ ƏKİNLƏRİ FƏNİNİN PREDMETİ VƏ BAŞLICA VƏZİFƏLƏRİ

Meu015fu0259 u0259kinlu0259ri

Yegane
Download Presentation

MEŞƏ ƏKİNLƏRİ FƏNİNİN PREDMETİ VƏ BAŞLICA VƏZİFƏLƏRİ

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. MEŞƏ ƏKİNLƏRİ FƏNİNİN PREDMETİ VƏ BAŞLICA VƏZİFƏLƏRİ Mövzu - 1 Müəllim : Yeganə Bağırova

  2. Plan : 1.Meşə əkinləri 2.Meşə toxumçuluq işinin təşkili 3.Tinglik təsərrüfatının təşkili və əkin materialının becərilməsi 4.Meşə əkinlərinin yaradılması və becərilməsi 5.Yaranma və inkişaf tarixi 6.Meşəsizləşdirmə, təbii bərpa, süni meşəbərpa 7.Meşəbərpa, meşəsalma, meşə əkinləri, meşəyetişdirmə

  3. Meşə əkinləri fənni süni meşəyetişdirmə haqqında təlim olub meşə əkinlərinin yaradılması metod və üsullardan bəhs edir. Başlıca vəzifəsi meşə əkinlərinin yaradılması və becərilməsinə dair biliklərin verilməsidir.

  4. Meşə əkinləri təlimi tərkib etibarilə üç hissədən ibarət olub həmin hissələr bir sıra mühüm məsələləri əhatə edir Meşə toxumçuluq işinin təşkili Tinglik təsərrüfatının təşkili və əkin materialının becərilməsi Meşə əkinlərinin yaradılması və becərilməsi

  5. Meşə toxumçuluq işinin təşkili- Ağac və kol bitkilərinin toxum verməsi , toxum məhsuluna təsir edən başlıca amillər , toxum məhsulunun hesaba alınması və qiymətləndirilməsi. Toxum tədarükü üçün ağacların seçilməsi, onların seleksiya kateqoriyaları , daimi və müvəqqəti meşə toxumçuluq sahələri. Toxum xamalı tədarükü və emalı , toxumların sənədləşdirilməsi və saxlanılması. Meşə toxumların kefiyyət göstəriciləri və təyinetmə metodları. Toxumları səpinə hazırlanması metodları. Meşə toxumlarının seleksiya kateqoriyasının və kefiyyətinin yaxşılaşdırılması metodları.

  6. Tinglik təsərrüfatının təşkili və əkin materialının becərilməsi

  7. Meşə əkinlərinin yaradılması və becərilməsi Meşə əkinlərinin sıxlığı , qida sahəsi, əkinlərdə cinsləri qarışdırma üsulları və sxemləri. Meşə əkinlərinə aqrotexniki quluq. Meşə əkin işlərinin təşkili və qəbulu, meşə əkinlərinin müayinəsi və tədqiqi. Meşə əkinlərininin xüsusi növləri.

  8. HOIDAY 9.10 ( Like People ) Meşə əkinlərin yaranma və inkişaf tarixi- Meşə əkinlərin yaradılması qədim tarixə malikdir.Hələ ibtidai insan toplama fəaliyyəti ilə məşğul olduğu dövrdə məhsuldarlığına,məhsulun keyfiyyətinə ,yetişmə müddətinə,morfoıoji nişanələrinə və s. fərqlənən yabanı meşə bitkilərinin fərdlərinə üstünlük verərək onları nişanlamağa başlamışdır.

  9. Antik dövrdə bəzək bağçılığının yaranması .yaşıllaşdırmanın inkişaf etməsi .parkların yaradılması meşə əkinlərinin də inkişaf etdirilməsinə səbəb olmuşdur

  10. Forest Torpaq münbitliyinin qorunmasında və saxlanmasında meşələrin roluna dair ilk məlumatlara Roma politexnik mütəxəssisi Kotonun e.ə. 234 cu illər əsərlərində rast gəlinir.o, öz müşahidələrinin nəticəsində əsaslanaraq torpaq eroziyasına nəzarət və torpaq mühafizəsi üsulları kimi meşə əkinlərinin yaradılmasını göstərir. “meşə mühafizəsi

  11. Alp dağlarının vadilərində və yamaclarında meşələrin amansızcasına məhv edilməsi ,alp çəmənlikləri intensiv otarılaraq onların bərpası üçün heç bir tədbirlər həyata keçirmədən məhv edilməsi fəlakətli nəticələrə gətrib çıxarmışdır.Sel axınları .quru küləklər və toz tufanları şəhər və qəsəbələri dağıdaraq, əkin sahələrini məhv edərək İtaliya, İsveçrə,Almaniya,Fransa, Avstriya əhalisinə çoxlu miqdarda ziyan vurmağa başladı 75 A wonderful serenity has taken possession of my entire soul, like

  12. Almaniyada 1872-ci ildən dağ çaylarının hövzələrində meşələrin qorunmasının təşkilinin gücləndirilməsinə başlanmışdır 01 02 03 Dağ yamaclarında torpaq eroziyasına qarışı Yaponiyada sadə terrasların ,Rumıniyda ,Yuqoslaviyada və İtaliyada isə kəsmə terrasların və xəndəklərin yaradılması geniş istifadə tapır kəsmə terrasların və xəndəklərin yaradılması geniş istifadə tapırdı.

  13. K.A.Timiryazev (1892) quraqlığa və eroziyaya qarışı mübarizədə bitki fiziologiyası mövqeyindən çıxış edirdi 1900-cu ildə D.İ.Mendeleyev Ural dəmir filizi adlı məşhur əsərini yazdı. O bu mühüm əsaərində Ural dağlarında filiz mədənləri ətrafında sudan qoryucu və torpaq mühafizə edən meşələrin ayrılmasını vacib hesab edirdi.

  14. Azərbaycanda Böyük və Kiçik Qafqaz dağ silsiləsində və Talış dağlarında , dağlıq ərazilərdə və düzənliklərdə torpaq eroziyası proseslərinin tədqiqi və ona qarşı meşə-meliorativ tədbirlərin işlənilməsi, qoryucu meşə zolaqların yaradılması və meşə əkinlərinin salınması məsələləri ilə müxtəlif illərdə bir çox alim və tədqiqatçılar məşğul olmuşlar.

  15. Azərbaycanda ilk yaradılan meşə əkinləri 1870-1880-ci illərdə Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında Baləkən Qəbələ şose yolu boyunca yaradımış cəviz (Juglans regia) xiyabanını göstərmək olar.Yol boyu 250 km məsafədə uzanan bu xiyaban baxımsızlıq səbəbindən sıradan çıxsa da , qalıqlarına bu gün də rast gəlmək olur. 1814-1884 –cü illərdə Gədəbəy rayonunda Simens qardaşları tərəfindən Gədəbəy şəhərinin və Qalakənd ətrafında yaradılmış adi şam (Pinus silvestris) ,qara şam (P.nigra) ,adi küknar (Picea excelsa),Qafqaz ağ şamı (Abies normandiana),Şərq fıstığ əkinləri (Faqus orientalis) bu gün yüksək məhsuldar ağaclıqlar əmələ gətirərək etalon kimi mühafizə olunur

  16. Qafqaz ağ şamı Şərq fıstığ Qalakənd ətrafında yaradılmış adi şam

  17. Azərbaycanda planlı şəkildə meşə əkinlərinin yaradılmasına 1930-cu illərdən başlanmışdır.İlk cəviz əkinləri 1932-ci ildə Quba ,1934 –cü ildə isə Qax və Zaqatala meşə müəssilərində yaradılmışdır..1932-1934-cü illərdə Tovuz rayonunda Bala şamlıq kəndi ətrafında şam əkinləri yaradılmışdır. Şahzadə bulağı masivvidə şam əkinləri yaradılmışdır. Zaqatala meşə massivi Gədəbəy rayonu Şahzadə meşəsi Qəbələ meşələri

  18. Azərbaycanda Mərkəzi Aran,düzən ,dağətəyi və dağlıq ərazilərində, şabalıdyarpaq palıd, qovaq, cəviz, ağ akasiya, göyrüş, katalpa və s.cinslərin ibarət məhsuldar meşə əkinlərinin yaradılmasına dair zəngin istehsalat təcrübəsi əldə olunmuşdur. Katalpa Qovaq Palıd

  19. Azərbaycanda meşələrin yayılması Graphic 48% 36% 16% 1,5% 0,5% Böyük Qafqaz Kiçik Qafqaz Talış Kür-Araz Naxçıvan Respublikamızda meşələr sahəsi az olmaqla bərabər .müxtəlif bölgələr üzrə qeuri-bərabr paylanmışdır. Respublikanın inzibati rayonları üzrə meşə örtüyünün həcmini götürsək ,23 inzibati rayonun ərazisində təbii meşə örtüyü ,demək olar ki. Yox dərəcəsindədir. Buna misal olaraq Abşeron yarmadasını , Qobustan, Ucar, Yevlax, Kürdəmir, Salıyan, Sabirabad, Neftçala, Ağsu, və s. rayonları göstərmək olar.

  20. Azərbaycanda meşə sərvəti Respublikada adambaşına təxminən 0,11 ha meşə dfüşür ki, bu da orta Dünya göstəricisindən 6 dəfə azdır. Azərbaycanın meşə sərvətləri- Azərbaycanda meşələrin sahəsi 989,5 min ha olub, respublikanın meşəlik dərəcəsi 11,4%-dir. Meşələrdə təbii halda 107 ağac və 323 kol növü bitərək , 48 fəsildə birləşərək, 135 cins təmsil edir.Bunlardan 70 -ə qədər növ relikt və endem olub, bir çoxuna təbii halda yalnız Azərbaycanda təsadüf olunur. 1 2 Meşələrdə əsasən fıstıq, vələs və palıd yayılaraq meşə ilə örtülü sahənin 90% ni təşkil edir

  21. Təbii bərpa-təbiətdə insanın iştirakı olmadan baş verən proses olsa da, onun müvəffəqiyyətlə getməsi üçün müəyyən şərtlərin ödənilməsi tələb olunur. • Bunlardan başlıca bərpa olunan sahənin toxumla təmin olunması və toxumların cücərərək inkişaf etməsi şəraitinin təmin olunmasıdır.Təbii bərpa qənaət bəxş olmadıqda onun istiqamətini dəyişmək və idarə etmək tələb olunduqda təbii bərpaya kömək tədbiri həyata keçirilir.

  22. Süni meşəbərpa-təbii yolla meşənin bərpası mümkün olmadıqda aparılır. • Süni meşəbərpanın həyata keçirilməsi təsərrüfat və iqtisadi maraqlardan , yeni yaradılan meşələrin cins tərkibinin və təyinatının dəyişdirilməsi və s. maraqlardan da irəli gələ bilər.Sünimeşəbərpa tədbiri meşə əkinlərinin süni meşələrin yaradılmasını nəzərdə tutur.Meşə əkinləri səpini və əkin üsulu ilə yaradılır.

  23. Meşəbərpa-meşə ilə örtülü olmuş , lakin müəyyən səbəblərdən meşə örtüyü məhv edilərək sıradan çıxmış sahələrdə meşəkəsmə, meşə yanğınları, subasma, xəstəlik və zərərvericilər tərəfindən məhv olmuş və s. meşənin yenidən bərpa olunmasını nəzərdə tutur.

  24. MEŞƏYETİŞDİRMƏ Meşəyetişdirmə-(süni)-Meşəbərpa və meşəsalma zamanı meşə əkinlərinin yaradılması və onların becərilməsi , bütövlükdə süni meşələrin yaradılması texnologiyası və becərilməsi aqrotexnikası məsələlərini əhatə edir. Meşəsizləşdirmənin qarşısının alınmasında , meşə sərvətlərinin tükənməsinin aradan qaldırılmasında , meşələrin bərpa və inkişaf etdirilməsində meşə əkinlərinin yaradılması ən etibarlı vasitədir. Dünyada baş verən meşəsizləşdirmənin qarşısının alınması geniş miqyasda meşə əkinlərinin yaradılması-süni meşəyetişdirmə tədbirlərinin aparılması nəticəsində mümkündür.

  25. Diqqətinizə görə təşəkkürlər Müəllim : Yeganə Bağırova

More Related