1 / 30

MEŞƏ TOXUMÇULUQ İŞİNİN TƏŞKİLİ

Meu015fu0259 u0259kinlu0259ri fu0259nni u00fczru0259 mu00fchaziru0259lu0259r

Yegane
Download Presentation

MEŞƏ TOXUMÇULUQ İŞİNİN TƏŞKİLİ

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Meşə əkinləri Mövzu - 2 MEŞƏ TOXUMÇULUQ İŞİNİN TƏŞKİLİ Müəllim: Bağırova Yeganə

  2. Plan : 1.Meşə toxumçuluq işinin aktuallığı, mahiyyəti və vəzifələri 2Ağac bitkilərinin inkişaf mərhələləri 3.Ağac və kol bitkilərinin meyvə verməsinə təsir edən amillər 4.Ağacların (toxum) meyvə verməsi

  3. Nisbətən böyük və ya kiçik sahədə yerləşən, bir-birinə və bitdiyi şəraitə, yəni bitkilərə, iqlimə, heyvanlar aləminə və s. təsir edən, burada birgə və ziddiyət şəraitində inkişaf edən ağac bitkiləri topluluğuna "meşə" deyilir.

  4. Səpin • Səpin üsulu zamanı toxumların bir başa meşə əkini sahəsində səpini aparılır Əkin • əkin üsulunda isə toxumdan yetişdirilmiş əkin materialından istifadə olunur.

  5. Toxum • Süni meşəsalmanın və meşəyetişdirmənin gələcəyini , bütövlükdə meşəbərpa tədbirlərində istifadə olunan meşə toxumlarının kefiyyəti təyin edir.Toxumların keyfiyyət göstəriciləri mütləq kütləsi, cücərti enerjisi, cücərti qabliyyəti, cücərti sürəti, seleksiya kateqoriyası, genetik mənşəyi və s. yetişdirilən ağacların gələcəkdə boy artımını və inkişafını, gövdələrinin forma və quruluşunu , məhsuldarlığını təyin edir.

  6. Toxum çiçəkli bitkilərin başlıca çoxalma reproduktiv orqanıdır. Toxumla çoxaltma genertaiv, vegetativ yolla çoxaltma yarpaq, tumurcuq, çilik, pöhrə, kolun bölünməsi və s. vasitəsilə çoxaltma isə vegetativ çoxaltma adlanır.

  7. DNT Genom Toxum bitki ontogenezinin genetik kodlaşdırılmış mikromodelidir. Həmin model bitkinin irsi xassələr olan genomunda yerləşir.Hər bir fərd təmsil etdiyi növün irsiyyət əlamətləri daşıyıcısı olan genoma malikdir. Genom hüceyrənin nüvəsində yerləşərək xromosomlardan ibarətdir. Məsələn, qoz bitkisində xromosomların miqdarı 2n = 32-dir. Xromosomlar DNT molekukundan ibarətdir. 2n = 32

  8. 1.Meşə toxumçuluq bazasının yaradılması toxum tədarükü üçün ağacların seçilməsi , seleksiya baxımdan qiymətləndirilməsi , toxum məhsulunun hesaba alınması • 2. Meşə toxum xamalı tədarükü. Emalı və toxumların saxlanılması • 3.Meşə toxumlarına kefiyyət nəzarəti • 4.Meşə toxumlarının kefiyyətinin yaxşılaşdırılması Meşə toxumçuluq işinin təşkili qarşısında bir sıra mühüm məsələlər durur

  9. Ağac bitkilərinin inkişaf mərhələləri Ağac və kol çoxillik bitki olduğu üçün toxum (meyvə) verməsi kifayət qədər vaxt tələb edir.Ağac cinslərinin toxum verməsi üçün bəzən onilliklər vaxt aparır.Ağac bitkilərinin reproduktiv qabliyyəti irsiyyətin bioloji xüsusiyyətlərini zamanın və məkanın təsiri nəticəsində baş verir.Ağac heç də birdən –birə toxum verməyə başlamır, bunun üçün tələb olunan vaxt keçməlidir ki, ağac boy atıb inkişaf etsin , kəmiyyət və kefiyyət baxımından dəyişsin.

  10. Ağacların yaş mərhələləri Cücərti Cavanlıq Orta yaş mərhələsi Yetkinlik mərhələsi Qocalma mərhələsi

  11. Cavanlıq (yuvenil) mərhələsi ( cavan ağaclar) ağacların yaranması və inkişafın ilk mərhələsidir.Cücərti , yeniyetmə fazalarını keçərək ağac və kolların formalaşması baş verir.Cavanlıq mərhələsi ilk yaş siniflərini əhatə edir.

  12. Orta yaş mərhələsi Bu yaş mərhələsində ağaclar artıq müəyyən ölçüyə çatmış olur, gövdə və çətir formalaşmağa başlayır intensiv boyatma davam etməklə bərabər inkişaf üçün –reproduktiv orqanların yaranması üçün hazırlıq gedir.Ağacların bara düşərək tək-tək və ya zəif meyvə (toxum) verməsi müşahidə olunur.

  13. Yetkinlik mərhələsi boy artımı başa çatır və yerini inkişafa verir.İnkişaf isə bol reproduktiv orqanların əmələ gəlməsini nəzərdə tutur.Ağaclar tam bara düşərək ən yüksək toxum məhsulu bu mərhələdə əldə olunur.

  14. Qocalma mərhələsi - bu mərhələdə artıq boy artımı və inkişaf başa çatmış olur. Toxum məhsulu get-gedə zəif dərəcəyə düşürək tədricən itirilir, sıradan çıxır.

  15. Ağac və kol bitkilərinin meyvə verməsinə təsir edən amillər Ağacvə kol bitkiləri fitosenoz olaraq ekosistemin canlı hissəsinin –biotanın başlıca tərkib hissəsi olan ağac və kol bitkilərinin meyvə verməsinə ,bütövlükdə toxum məhsulunu təyin etmiş olur.Ekoloji amillər əsas 4 qrupa bölünür: Abiotik Edafik Biotik Antropogen

  16. Temperatur Bitkilərin həyatında mühüm ekoloji amildir.Bitkilərin həyatında həm müsbət həmdə mənfi temperaturlar müəyyən rol oynayır , bitkilər istiyə və şaxtaya davamlı olur We certainly do not forget you as soon as you forget us. It is, pehaps, our fate rather than our merit. We cannot help ourselves. We live at home, quiet, confined, and our İstiyədavamlı Eldar şam, uzunsaplaq palıd, saqqız ağacı , şərq çinarı , ardıc Soyuğadavamlı tozağacı , şərq palıdı, üvəz, adi qarmaqvarı şam

  17. Temperatur rejimi Temperatur rejimi bütövlükdə vegetasiya müddətini , həmin müddətdə fəal temperaturlar cəmi bitkilərdə reproduktiv orqanların yaranmasını , inkişafını və formalaşmasını təyin edərək toxum məhsulunu təyin edir.Müşahidə olunan ekstremal temperaturlar toxum məhsuluna mənfi təsir göstərir, bir çox hallarda isə tamamilə sıradan çıxarır.Qışda baş verən minimal temperaturlar ağaclarda generativ orqanları tam məhv edə bilir. Vegetation

  18. Su bitkilərin həyat fəaliyyətinin təmin olunmasında , bitkilərdə baş verən bütün fizoloji proseslərdə iştirak edir.Bitkilər torpaqda olan mineral qida maddələrini suda həll olunmuş formada kök sistemi vasitəsilə mənimsiyərək yerüstü hissəyə ötürürlər. Su bitkinin bütün orqanlarında kifayət qədər , toxuma hüceyrələrində turqoru təmin edir, transpirasiya nəticəsində bitkinin temperaturunu tənzimləyir. Rütubət

  19. Rütubətə olan münasibətinə görə ağac və kol cinsləri əsasən üç qrupa bölürlər: Kserofit, mezofit və hiqrofit Hiqrofit cinslər yalanqoz , qızılağac , söyüd, qovaq və s. suya tələbkar təbii halda Lənkaran –Astara zonasında axar su olan sahələrdə bitir. Kserofitlər • Bu cinslər saqqız ağacı, dağdağan , ardıc, iberiya palıdı, qaratikan, badam və s. suya az təlabkar, quraqlığa davamlı olub ən quru şəraitdə belə bitkilər inkişaf edir və toxum verir. Mezofit cinslər yayılan ərazinin nəmlənmə əmsalı vahidə yaxın olub, bir çox hallarda isə çoxluq təşkil edir.

  20. İşıq Fotosintez prosesi üzvi maddələr sintez (asimilyasiya) prosesi olub bitkilər tətəfində bütövlükdə biokütlə, o cümlədən də toxum məhsulu həmin prosesin məhsuludur İşıq-yaşıl bitkilərdə yalnız günəş şüalarının ultrabənövşəyi spektrinin təsiri nəticəsində yarpaqların xlorofil dənəciklərində qeyri-üzvi maddələrdən üzvi maddə sintez edilərək atmosfer oksigenlə zənginləşdirilir. İşıq bütün ağac və kol bitkiləri üçün eyni dərəcədə əhəmiyyət kəsb edir, lakin onların işığa münasibəti müxtəlifdir

  21. İşıqsevər bitkilər Badam, ağ akasiya, toz ağacı, qovaq, palıd Kölgəyədavamlı bitkilər Qaraçırə, şümşəd, küknar, vələs

  22. Edafik amillər Torpağın əsas göstəricilərindən biri onun su və havakeçirmə qabliyyətidir. Kifayət qədər su və havakeçirmə qabliyyətinə malik torpaqlar meşə bitkiləri üçün əlverişlidir.Su və hava zəif keçirən torpaqlarda kök sisteminin inkişafı məhdudlaşır Turş torpaqlarda karbonatlar asanlıqla yuyulur vətorpağın fiziki xüsusiyyəti pisləşir, strukturluğu pozulur, azotobakterlərin , mikroorqanizmilərin fəaliyyəti zəifləyir, kök sisteminin böyümə inkişafına məni təsir edən göbələklərin miqdarı və fəaliyyəti artır.Xlorlu, duzlu torpaqlar meşə bitkilərinin böyümə və inkişafına mənfi təsir edir. Torpaq –Meşə bitkiləri çoxillik olub, onlar əkildikləri sahədə uzn illər yaşayır və məhsul verirlər. Bu bitkilərin normal böyüməsi, inkişafı, uzun müddət yaşayıb bol məhsul vermələri və məhsulun keyfiyyəti torpağın xüsusiyyətindən də asılıdır

  23. Biotik amillər Torpaqda müxtəlif mikroorqanizmilər və göbələklər mövcuddur.Bunlardan müəyyən qismi bitkinin həyatında xeyrli olduqları halda, digər qismi meşə bitkilərinə böyük ziyan vurur.Xeyrli torpaq mikroorqanizmləri , soxulcanlar, meşə bitkilərinin həyatında böyük rol oynayırlar.

  24. Antropegen amillər Antropos- yunan sözü olub, insan deməkdir.Meşə bitkilərinin böyümə və inkişafına təsvir edilən amillərlə yanaşı insanın da rolu böyükdür.İnsan meşə bitkilərinin böyümə və inkişafını idarə etmək məqsədilə bir halda bilavasitə bitkiyə, digər halda isə bitkinin becərildiyi şəraitə təsir edir.

  25. Oroqrafik amillər Relyef-Meşə bitkilərinin böyümə və inkişafında sahənin relyefinin əhəmiyyəti böyükdür.Relyef müxtəlif olduğundan atmosfer çöküntüləri və temperatur səth üzərində bərabər paylanmır.Sahənin hündür, orta və aşağı nöqtələrində hava şəraiti bir-birindən xeyli fərqlənir.Bu hal relyefin xarakterindən asılı olaraq meşə bitkilərinin şəraitə uyğun bölüşdürülməsini, bu və ya digər aqrotexnoloji tədbirlərin və mexanikləşdirmənin tətbiqini tələb edir .

  26. Ağacların toxum və meyvə verməsi Ömründə 1 dəfə toxum verənlər Hər il toxum verənlər 2-3 ildən bir toxum verənlər Gec-gec toxum verənlər

  27. Toxumvermə və ya toxum məhsulu ağac cinslərinin bioloji xüsusiyyəti olub çiçəkləmə və toxumların yetişməsi ərəfəsində iqlim şəraitinin (klimatop), bitmə şəraitinin (trofotop) , mayalanmanın , faunanın, xəstəlik və zərərvericilərə siyarətlənmənin ( həşaratlar, göbələk və mikroorqanizmilər) birgə təsir təsur nəticəsində formalaşır. Bəzi ağac və kol bitkiləri ikicinsli –birevli olub erkəkcik və dişicik eyni çiçəkdə yerləşir məsələn qeyd edə bilərik gülçiçəklilər fəsiləsindən olan cinslərdə. Elə ağac cinsləri də vardır ki, onlar bircinsli –ikievli olub onların fərdləri yalnız erkəkcik və ya dişicik reproduktiv orqanları formalşdırmaqla ( kütyarpaq püstə, qovaq, söyüd, çaytikanı) erkək fərdlər toxum vermir

  28. Genotip Genotip-xromosomlarında növə xas olan genlərin daşyıcısı oalan ağc və kol bitkisi genotip adlanır. Fenotip • Bitmə şəraitinin təsiri nəticəsində genotipin ontogenezində görünən gəyişkənliklər baş verir.Üzdə olan dəyişənliklər fenotipik dəyişənlik adlandırılaraq fenotiplərin yaranmasına səbəb olur.Fenotip (fen-morfa, əlamət, forma. Tip müxtəliflilik, dəyişənlik) ekoloji amillərin təsiri nəticəsində genotipin sücgəcindən keçərək ağac bitkilərinin fərdi inkişafında yaranan müxtəliflikdir • .

  29. Toxum məhsulunun hesaba alınması • Meşə əkinlərin yaradılmasında başlanğıc və həlledici material olan toxum məhsulunun dəqiq uçotu , qiymətləndirilməsi və proqnozlaşdırılması aparılır. . Toxum məhsulunun ortamüddətli proqnozu Toxum məhsulunun qısamüddətli proqnozu Model budaqlar metodur Gözəyarı metod

  30. Dinlədiyiniz üçün təşəkkürlər ! Hazırladı : Yeganə Bağırova

More Related