1 / 19

MÜHAZIRƏNIN MÖVZUSU: Doğum prosesinin patologiyası və mamalıq yardımı

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI. MÜHAZIRƏNIN MÖVZUSU: Doğum prosesinin patologiyası və mamalıq yardımı Mühazirəçi: baş müəllim Məmmədov Həmzə Bayram oğlu

acton
Download Presentation

MÜHAZIRƏNIN MÖVZUSU: Doğum prosesinin patologiyası və mamalıq yardımı

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI MÜHAZIRƏNIN MÖVZUSU: Doğum prosesinin patologiyası və mamalıq yardımı Mühazirəçi: baş müəllim Məmmədov Həmzə Bayram oğlu Gəncə-2009

  2. MÜHAZIRƏNIN PLANI • İtlərdə və pişiklərdə normal doğum zamanı göstərilən mamalıq yardımı (Doğum prosesinin patologiyası və mamalıq yardımı, itlərdə və pişiklərdə doğum prosesinin gedişi, normal doğum zamanı göstərilən mamalıq yardımı). • Patoloji doğumlarda aparılan mamalıq yardımı, balalıq boynunun açılması (doğulan balaların həddindən artıq iri olması, balalar balalıqda düzgün yerləşmədikdə göstərilən mamalıq yardımı, balalığın cırılması). • Çanağın quruluşu. • Ciftin (sonun) ləngiməsi.

  3. Mühazirə mətninə müvafiq ədəbiyyatlar • T.B.İsgəndərov, F.N.Nəsibov- Xırda heyvanların xəstəlikləri. Bakı-2009. • А.В.Матвеев- Болезни собак и кошек. Нижный Новгород-1997. • А.Д.Белов- Болезни собак. Москва, Колос-1995. • Rzayev Ç., Səidov M., -Baytarlıq mamalığı, ginekologiyası və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması. Bakı, 1975.

  4. Postit • Postit pülüyün iltihabıdır. • Etiologiya. Xəstəliyin əsas yaranma səbəbləri, çirkli döşəmə, pülük kisəsinə yığılmış mayenin mikroblarla çirklənməsi, özünü təlqin etmə, travmalar, cütləşmə zamanı irinli infeksiyanın keçməsi (cütləşmə müddəti itlərdə 10-45 dəq, pişiklərdə isə 1-5 dəqiqədir) və s. sayılır. Postitin infeksion və invazion xəstəliklərdən yaranması da istisna edilmir. • Əlamətlər. Əksər hallarda xəstəlik xroniki gedişə malik olur. Xəstəliyin əsas simptomu pülükdən yaşılımtıl- sarı rəngli, irinli ekssudatın axmasıdır. Pülük kisəsini müayinə edərkən orada irinli ekssudatın pərdə şəklində toplanması, pülüyün əsasında isə dənəvər şəkilli, qırmızı rəngli xoralar müşahidə edilir. • Diaqnoz. Kliniki əlamətlərə əsaslanaraq müəyyən edilir. • Müalicə. Ilk olaraq, çox diqqətlə, pülük kisəsini (20 q-lıq şpirislə) 1:1000-ə kalium- hipermanqanat, 0,02%-li furasillin, 3%-li hidrogen-peroksid məhlulları ilə yuyurlar. Sonra isə kisəyə isti halda (400C-dək qızdırılmış) sintomisin, ağ streptosid, mastidioksidin və ya prednizalon emulsiyası yeridirlər. 20 ml çaytikanı yağına 5 q. bor turşusu və 5 q ağ streptosidin qarışdırılıb tətbiq edilməsi də çox yaxşı effekt verir. Qeyd edilən emulsiyanı 20 q-lıq birdəfəlik şpirisin içərisində hazırlamaq mümkündür. Emulsiyaları pülük kisəsinə gündə 3-5 dəfə doldururlar.

  5. Köpəklərin və erkək pişiklərin axtalanması • Axtalanma xayaların çıxarılmasıdır. Köpəklərdə və pişiklərdə bu əməliyyatı əsasən müalicə tədbiri kimi həyata keçirirlər. Xayaların bəzi xəstəliklərində, axtalanma yeganə və əsaslandırılmış müalicə üsulu hesab olunur. Məsələn, xayaların açıq və qapalı zədələrində, orxitlərdə, funukulit-lərdə, xayaların yenitörəmələrində, bəzi infeksion və invazion xəstəliklərdə axtalanma aparılır. • Bu heyvanları ümumi keyitmə altında, arxası üstə axtalayırlar. Erkək pişikləri qalın parça materiala büküb, arxa hissəsini açıq saxlayırlar. Köməkçi heyvanın arxa ətraflarını qarına tərəf sıxıb saxlayır. Pülük nahiyyəsini pambıqla örtürlər. Əməliyyat sahəsini hazırladıqdan sonra, xayaları xaya torbasının əsasında bərk sıxaraq təsbit edirlər. Hər iki xayanın üzərində kəsiş apararaq, ümumi yataq pərdəsini də açırlar. Sonra toxum ciyəsinə tikişli liqatura və ya axtalama düyünü qoyub, xayaları həmin liqaturadan 0,5 sm yuxarıda qayçı ilə kəsb götürürlər. Toxum ciyəsinin kəsilmiş hissəsini yodlu spirt məhlulu ilə işləyib, üzərinə mürəkkəb qarışıqlı antibakterial toz səpirlər.

  6. Dişi itlərin və pişiklərin axtalanması- ovarioektomiyası • Dişi itlərin axtalanmasını da erkəklərdə qeyd edilən göstərişlərə uyğun hallarda tətbiq edirlər. Yəni dişi itləri və pişikləri əsasən müalicə məqsədilə, bəzən isə sahibin istəyi əsasında axtalayıralar. Ovarioektomiyanı (yumurtalıqların çıxarılmasını) yalnız qarın divarını açmaqla həyata keçirmək mümkündür. Əməliyyatı narkoz tətbiq etməklə, heyvanı arxası üstə təsbit edərək aparırlar. Kəsişi ağ xətt boyunca, köbəkdən 1-2 sm arxada 4-6 sm uzunluğunda aparırlar. Yumurtalıqlar qısa müsariqə üzərində olmaqla böyrək nahiyyəsində, təxminən 3-4-cü bel fəqərələrinə uyğun hissədə yerləşirlər. Itlərdə yumurtalıqların üzərində seroz kisə və piy toxuması olduğundan, cərrahi əməliyyat zamanı onların tapılması çətin olur. Yumurtalıqları tapdıqdan sonra, onların əsasına (balalıq buynuzunun uc hissəsinə) tikişli liqatura qoyaraq kəsib götürürlər. Qarın divarı yarasını isə qəbul olunmuş adi qaydada tikirlər. • Bir çox alimlərin fikrincə, dişilərin axtalanmasını sol tərəfdən qalça nahiyyəsində aparmaq daha məqsədəuyğundur. Çünki ağ xətt boyunca axtaladıqda mürəkkəbləşmələr (herniyaların yaranması, piyliyin və bağırsağın düşməsi və s.) çox olur. Sol qalça nahiyyəsində, bel fəqərələrindən 1-2 sm aşağı olmaqla, 4-6 sm uzunluğunda kəsiş aparırlar. Kəsiş çəpinə, qarının xarici çəp əzələsi istiqamətində olmalıdır. Dəri və dərialtı toxumaları skapellə kəsib, əzələləri küt üsulla aralayırlar. Qarın divarı pərdəsini açaraq xüsusi sıxıcılarla peritonu dəriyə təsbit edirlər. Sonra qarın boşluğuna daxil olub, qeyd edilən qaydada yumurtalıqları kəsib götürürlər. Qarın divarını isə qəbul edilmiş ümumi qaydaya əsasən tikirlər. Bu üsulla aparılan axtalamanın üstünlüyü ondan ibarətdir ki, əməliyyatdan sonra mürəkkəbləşmələr az olur.

  7. Novokain blokadasının tətbiqinə dair göstəriş və əks göstərişlər • Iti gedişli aseptiki, irinli iltihablar və vegetativ pozğunluqlar zamanı novokain blokadalarının tətbiqi göstərişli hesab olunur. Qeyd edilən patologiyalarda mədə, bağırsaq, sidik yolları və damarların əzələlərində spazma və depressiya müşahidə edilir. • Kliniki təcrübədə novokain blokadaları əsasən müalicə məqsədilə tətbiq edilir. ancaq bəzən mürəkkəbləşmələr də baş verir. • Novokain blokadalarını aşağıda qeyd edilən xəstəliklərdə tətbiq etmək daha məqsədəuyğundur: • -hepatit, nefrit, peritonit, qastroenterit, bronxopnevmoniya və s., • -ur xəstəliyi, osteodistrofiya və maddələr mübadiləsinin digər xəstəlikləri; • -ekzostozlar, artritlər və artrozlar; • -sklerodermatiya, dermatitlər, sepsis, • -yelinin və digər orqanların indurativ zədələnmələri, • -areaktiv vəziyyət və həddən artıq yüksəlmiş bədən hərarəti, • -xoş xassəli yenitörəmələr.

  8. Qeyd edildiyi kimi müəyyən hallarda novokain blokadalarının tətbiqi əks göstərişlidir. Məsələn, həddən artıq arıq və yaşlı heyvanlara novokain blokadaları tətbiq edilmir. • Bundan başqa novokainin bəzi dərman preparatları ilə birgə tətbiqi də əks göstərişlidir. Sulfanilamid preparatları və xolinomimetik vasitələrin (karboxolin, prozerin, dimedrol) novokainlə birlikdə işlədilməsi farmakoloji baxımdan uyğunsuzdur. • Həmçinin novokainlə müalicə zamanı, bəzən, intoksikasiyalar da baş verir. Belə intoksikasiya ümumi oyanma, nəbzin və tənəffüsün tezləşməsi, sidik və kal ifrazının tez-tez olması ilə özünü göstərir. Tezliklə oyanma depressiya ilə əvəz olunur. • Intoksikasiyanı aradan qaldırmaq üçün vena daxili olaraq, qlükoza və kalsium- xlorid məhlulları inyeksiya edilir.

  9. Qısa blokada • Qısa novokain blokadalarından əsasən iti iltihabi proseslərdə istifadə olunur və yüksək terapevtiki təsirə malikdirlər. Iti gedişli irinli iltihablarda (absess, fleqmona, infeksiyalaşmış yaralar, xoralar) novokainin antibiotiklərlə birgə tətbiqi daha yaxşı nəticə verir. • Qısa blokadanı yerinə yetirərkən, bədən temperaturunadək qızdırılmış 0,25-0,5%-li novokain məhlulunu, zədə ocağının ətrafına və əsasına (altına) yeridirlər. Yaxşı olar ki, iynə sağlam və zədələnmiş toxumaların sərhədinə yeridilsin. Çünki bu zaman zədə nahiyyəsində hidravlik yastıq yaranır. V.N.Nelyubin qısa blokadaları hemonovokain qarışığı (1 hissə 0,5%-li novokain məhlulu və 1 hissə təzə götürülmüş heyvanın öz qanı) ilə tətbiq etməyi məsləhət görür. Belə blokadanı 2 sutkadan sonra təkrar tətbiq etmək mümkündür.

  10. Doğum prosesinin patologiyası və mamalıq yardımı • Doğum prosesi heyvan yetişdirmədə çox məsuliyyətli bir hadisə olmaqla, ananın və balaların sağlamlığı əsas etibarilə onun gedişindən asılıdır. • Doğumun yaxınlaşmasını bildirən bir sıra əlamətlər mövcuddur. Bunlara cinsiyyət dodaqlarının şişib böyüməsini, cinsiyyət yarığından selikli ifrazatın axmasını, aclıq çuxurunun batmasını, qarının sallan-masını, çanaq bağlarının boşalmasını, ümumi bədən temperaturunun 1-1,50C aşağı düşməsini və süd vəzilərinin ağız südü ilə dolmasını misal göstərmək olar. • Doğuşa hazırlıq və onun baş verməsi hormonlarla tənzimlənir. Burada kulminasiya nöqtəsi fetal kortikosteroidlərin ifrazı hesab edilir. Onlar öz növbəsində F2 prostaqlandinin sintezini stimullaşdırırlar ki, bunun nəticəsində də lüteoliz prosesi başlayır. Bütün bunların sayəsində esterogenlərin çoxluq təşkil etməsi ilə esterogen- progesteron münasibəti dəyişir. Esterogenlər isə balalığın oksitosinə həssaslığını bərpa edirlər. Sarı cismdə və plasentada (ciftdə) isə relaksin hormonu sintez edilir ki, o da çanaq bağlarının boşalmasını və çanağın doğuşa hazırlanmasını tənzimləyir.

  11. Itlərdə və pişiklərdə doğum prosesinin gedişi • Ümumiyyətlə, doğum aktı 3 mərhələdə gedir: hazırlıq, balanın xaric olması və doğum sonu dövr. • Hazırlıq mərhələsində balalıq və balalıq buynuzları əzələlərinin periodik təkrarlanan dalğavari yığılmaları (sancıtutmaları) nəticəsində balalıq boynu açılır. Bu mərhələdə qancıq itlər narahat olur, yemdən imtina edir və gizli bir yer axtarırlar. Dişi pişiklər isə aramsız olaraq spesifik səslər çıxarır, bir küncdən digər küncə qaçırlar. Hazırlıq mərhələsi qancıq itlərdə 3-12, pişiklərdə isə 4-7 saat davam edir. • Balanın xaric olması mərhələsi 1-6 saat arasında ola bilər. Doğuşun bu mərhələsində sancılarda artıq qarın və diafraqma əzələləri də iştirak edir. Hər balanın xaric olması üçün qarın və diafraqma əzələlərinin güclü yığılması vacibdir. Bala doğum kanalı ilə hərəkət etdiyi zaman allanto-xorion təbəqələri cırılır. Ona görə də balalar doğulduğu zaman çox vaxt onların üzərində allanto- amnion qişaları görünür. Bu balanın doğum kanalı ilə sərbəst və sürüşkən hərəkətini təmin edir. Bala doğulan kimi ana onun üzərindəki pərdəni dişləri ilə cırır, köbəyi isə tamamilə dişləyib üzür. Itlər adətən hər baladan sonra xaric olan ətənəni (cifti) yeyirlər. Ətənənin tərkibində miotonik maddələr olduğundan, sonrakı balaların doğulması bu qayda ilə stimullaşdırılır. • Doğulmuş balalar arasındakı fasilə 10-15 dəqiqə çəkir. Balalar çox sayda olduqda, doğuşun sonuna yaxın bu fasilə 2 saatadək davam edə bilir. • Doğum sonu mərhələ itlərdə və pişiklərdə demək olar ki, yoxdur. Çünki hər doğulmuş balanın ardınca ətənə də xaric olur. Ətənənin düşməsi kiçik qanaxmalar və tünd-yaşılı rəngli qatı maye ifrazı ilə baş verir.

  12. Normal doğum zamanı göstərilən mamalıq yardımı • Doğum intim proses olduğundan, o sakit, səssiz bir şəraitdə baş verməlirdir. Fizioloji doğum aktı zamanı insanın kənardan yardım etməsi və xüsusilə də balaların güclə çəkilməsi qəti olaraq məsləhətsizdir. Ancaq müəyyən ləngimə ilə gedən doğuş zamanı artıq bir hissəsi xaricə çıxmış balaları ehtiyatla çəkib çıxarmaq olar. Bunun üçün mütləq gücənmə vəziyyətinin baş verməsini gözləmək və o baş verdikdə balanı ehtiyatla çəkmək olar. • Ana balasına laqeydlik göstərdiyi halda, tez balanın üzərindəki pərdəni cırıb, onu çıxarmaq, ağzını və burnunu təmiz salfetlə (parça materialdan) silmək lazımdır. Sonra köbək nahiyyəsini yod məhlulu ilə dezinfeksiya edirlər. • Doğum prosesi uzandıqda, bəzən küçüklər və pişik balaları asfiksiya (boğulma) əlamətləri ilə doğulurlar. Belə hallarda yeni doğulmuş balanın ağız və burun boşluqlarındakı seliyi təmizləyib, onun arxa ayaqlarından tutub başıaşağı vəziyyətdə ehtiyatla silkələyirlər. Lazım gəldikdə döş qəfəsini ritmik hərəkətlərlə massaj edirlər.

  13. Patoloji doğumlarda aparılan mamalıq müayinələri • Patoloji doğumun olduğuna dəlalət edən əsas amil doğum prosesinin uzanması və birinci balanın çıxmasınadək 6 saatdan artıq vaxt keçməsidir. • Doğum prosesinin patologiyası aşağıdakı əlamətlərlə təzahür edir: • -doğum aktının dinamikasının pozulması (zəif sancı və gücənmələr, həddən artıq güclü sancılar və gücənmələr); • -balanın ölçüləri ilə doğum yolunun uyğun gəlməməsi (həddən artıq iri və iri bala); • -balanın doğum yolunda düzgün yerləşməməsi. • Çətin doğuşlarda heyvana yardım etməzdən əvvəl mamalıq müayinələri aparılmalıdır ki, onlar da aşağıdakılardan ibarətdir: • -Anamnez məlumatlarının toplanması; • -doğuş vəziyyətində olan heyvanın ümumi vəziyyətinin və habitusun qiymətləndirilməsi; • -cinsiyyət orqanlarının xaricdən müayinəsi; • -balalığın qarın divarından palpasiyası; • -vaginal müaiynə; • -rentgenoqrafiya və ya ultrasəslə müayinə. • Mamalıq yardımı göstərən həkimə (və ya şəxsə) aşağıdakı məlumatlar maraqlı olmalıdır: • -Heyvan nə vaxt cütləşib; • -Cütləşdirildiyi köpəyin cinsi və ölçüləri; • -boğazlıq dövründə baş verən travmalar; • -doğum prosesinin nə vaxt başlanması; • -əgər yardım edilibsə, bu necə aparılıb.

  14. Balalıq boynunun açılmaması • Etiologiya. Bunun baş verməsinə səbəb, balalıq yollarının doğuma hazır olmaması, açıcı gücənmələrin zəifliyi və reflektor olaraq balalıq boynu əzələlərinin spazmasıdır. • Əlamətlər. Sancıların və gücənmələrin normal gedişinə baxmayaraq doğum ləngiyir, balalar doğum yolu ilə hərəkət edə bilmir. Doğum yolunu palpasiya etdikdə (ginekoloji güzgünün köməkliyi ilə) balalıq boynunun çox az açıldığının şahidi oluruq. Aydındır ki, balalıq boynunun tam açılmaması balaların oradan keçməsini əngəlləyir. • Göstərilən yardım. Heyvana yardım göstərməzdən əvvəl balalıq boynunun hansı səbəbdən açılmadığını müəyyənləşdirmək pis olmaz. Əgər onun açılmamasına səbəb zəif gücənmələrdirsə, onda 0,5-1 ml estradiol əzələiçi olaraq inyeksiya edilir. Eyni vaxtda venadaxili olaraq kalsium- qlükonat (10%-li) və qlükoza (40%-li) qarışığı da vururlar. • Əgər balalıq boynunun açılmamasının səbəbi onun spazmasıdırsa, onda əvvəlcə spazmolitiklər (no-şpa, baralgin və ya başqaları), sonra isə miotrop preparatları (oksitosin və ya analoqları) tətbiq edirlər.

  15. Çanağın darlığı • Anadangəlmə və həyatda qazanılma ola bilər. • Etiologiya. Patologiyanın həyatda qazanılmış forması çanaq sümüklərinin deformasiyaya uğramasından, ekzostozların (sümük fırlarının) əmələ gəlməsindən və heyvanın əvvəllər osteodistrofiya xəstəliyinə düçar olmasından yaranır. • Əlamətlər. Çanağın dar olmasını xaricdən baxmaqla və balalıq yolunu palpasiya etməklə müəyyən etmək mümkündür. Lazım gəldikdə rentgenologiyadan və ultrasəslə müayinədən də yararlanmaq olar. • Göstərilən yardım. Çanaq dar olduqda, balaları oradan çıxarmaq mümkün olmur. Ona görə də bu patologiyada ancaq Kesar əməliyyatı göstərişlidir.

  16. Doğulan balaların həddən artıq iri olması • Bu əsasən xırda cinsli və «yastısifətli» (buldoq, bokser) itlərdə qeydə alınır. Bəzən bala həmin cinsin orta göstəricilərindən 2-3 dəfə böyük olur. • Etiologiya. Patologiyanın əsas yaranma səbəbi dişi itin öz cinsindən olmayan, ölsücə ondan xeyli iri olan köpəklə cütləşməsidir. • Əlamətlər. Ananın tam doğuş vəziyyətinə hazır olmasına, balalıq boynunun açılmasına, sancı və gücənmələrin normal olmasına baxmayaraq balalar xaric olunmur. Palpasiya etdikdə balanın (balaların) ananın çanaq keçidindən xeyli iri olduğu aşkar edilir. • Göstərilən yardım. Balanın nə dərəcədə iri olmasından və onun balalıq yolunda necə yerləşməsindən asılı olaraq yardım göstərilir. Əgər bala artıq balalıq yoluna keçibsə və baş dürüş vəziyyətindədirsə, onda balalıq yolunu vazelinlə yağlayıb balanın başına (ənsə hissəsindən) ilgək və ya metal qarmaq salıb onu xaric edirlər. • Balanın arxa duruş vəziyyətində onu çıxarmaq daha da asan olur. Çünki balanın baş nahiyyəsini zədələmədən, arxa ətraflara ilgək salıb ehtiyatla çəkib çıxarırlar. • Ancaq əksər hallarda, yəni balalar həddən artıq iri olduqda, onlar ananın çanaq keçidindən xeyli böyük olur. Ona görə də bu patologiya zamanı da əsasən Kesar əməliyyatı tətbiq edilir.

  17. Balalar balalıqda düzgün yerləşmədikdə göstərilən mamalıq yardımı • Balanın balalıqda düzgün yerləşməməsi hallarından itlərdə ən çox başın yana əyilməsinə, başın aşağı əyilməsinə və doğum yoluna eyni vaxtda iki balanın gəlməsinə təsadüf edilir. Başın düzgün yerləşməməsi zamanı xaricdən qarın divarından əllərlə təsir edərək, bu patologiyanı aradan qaldırmaq olur. Bu zaman ehtiyatla balanın başını çanağa doğru yönəldirlər. Əgər doğum yoluna eyni zamanda iki bala gəlmişsə, onda balalardan birini kornsanqla tutub, digərini barmaqla geriyə itələyirlər. Bəzən bala doğum yoluna yanüstü vəziyyətdə gəlir. Bu vəziyyəti konservativ üsullarla düzəltmək mümkün olmur. Ona görə də Kesar əməliyyatı aparılır.

  18. Balalığın cırılması • Balalıqda öz-özünə cırılma və süni yaradılmış cırılma baş verə bilər. • Etiologiya. Balalığın həddən artıq gücənmələri və onun düzgün yerləşməməsi nəticəsində cırılmasına öz-özünə cırılma deyilir. Belə cırılma əksər hallarda boyun-cuğun yaxınlığında baş verir. Balanın düzgün yerləşməməsi zamanı onu çəkdikdə, mamalıq alətlərindən düzgün istifadə etmədikdə, çanaq sümüklərində çatışma-mazlıqlar olduqda, balalıq boyuncuğu tamamilə açılmadıqda balalıq cırıla bilir. • Əlamətlər. Balalıq çoxlu və tamamilə cırıldıqda gücənmələr birdən-birə dayanır. Bu zaman daxili qanaxma baş verir ki, onun da nəticəsində anemiya yaranır (selikli qişalar solğunlaşır, nəbz sapvari olur və s.). • Balaətrafı maye və qan qarın boşluğunu qıcıqlandırdığından qusma baş verir. Bala balalığın cırılmış hissəsindən qarın boşluğuna düşdükdə, onu xaricdən palpasiya edərək hiss etmək olur. • Göstərilən yardım. Balalıq cırıldıqda dərhal laparotomiya əməliyyatı aparılmalıdır. Qarın boşluğuna tökülmüş balaətrafı maye və qan təmizlənməli, cift xaric edilməlidir. Balalığın divarı az miqdarda cırıldıqda oraya ikiqat tikişlər qoyulur. Çoxlu və tamamilə cırıldıqda isə balalar xaric edildikdən sonra, balalığın ekstirpasiyası (kəsilib götürülməsi) aparılır. Sonda qarın boşluğu ilıq antiseptik məhlullarla (furasilin, etakridin-laktat və s.) yuyulur və antibiotiklər yerilidir.

  19. Ciftin (sonun) ləngiməsi • Itlərdə axırıncı küçük doğulduqdan iki saat sonra cift düşmürsə, artıq bu sonun ləngiməsi hesab edilir. • Əlamətlər. Ləngimiş cift tez bir zamanda, mikrobların təsirindən parçalanmağa (çürüməyə) məruz qalır. Iki-üç sutkadan sonra artıq ümumi intoksikasiya başlayır. Heyvanın ümumi vəziyyəti pisləşir, iştaha olmur və temperaturu yüksəlir. Balalıq yolundan ifraz edilən maye çox pis qoxulu olur. Bu vəziyyətdə heyvana lazımi yardım göstərilmədikdə o peritonitdən və ya sepsisdən ölür. • Göstərilən yardım. Sonun ləngiməsində balalığın təqəllüsünü gücləndirən tədbirlər aparılır. Qarın divarını xaricdən çanağa doğru massaj edirlər. Əzələiçi olaraq miotrop preparatlar (oksitosin, enzaprost, aniprost, estrofan) inyeksiya edilir. • Əgər sonun ləngiməsi 12 saatdan artıq bir zamanda baş verirsə, onda kateterlə balalığa antiseptik emulsiyalar (sintomisin, streptomisin və s.) yeridirlər. Eyni zamanda antibiotiklər təyin olunur. • Gecikmiş hallarda balalığı amputasiya edirlər.

More Related