1 / 15

MEYVƏ BİTKİLƏRİNİN YAŞ DÖVRLƏRİ VƏ ONLARIN XÜSUSİYYƏTLƏRİ

MEYVƏ BİTKİLƏRİNİN YAŞ DÖVRLƏRİ VƏ ONLARIN XÜSUSİYYƏTLƏRİ. k.t.e.doktoru, professor Zaur HƏSƏNOV. Qocalma və cavanlaşma anlayışlarının izahı Ümumi və xüsusi yaş İlk və mövcud potensial Yaş dövrləri və onların izahı. QOCALMA VƏ CAVANLAŞMA ANLAYIŞLARININ İZAHI.

camden
Download Presentation

MEYVƏ BİTKİLƏRİNİN YAŞ DÖVRLƏRİ VƏ ONLARIN XÜSUSİYYƏTLƏRİ

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. MEYVƏ BİTKİLƏRİNİN YAŞ DÖVRLƏRİ VƏ ONLARIN XÜSUSİYYƏTLƏRİ k.t.e.doktoru, professor Zaur HƏSƏNOV

  2. Qocalma və cavanlaşma anlayışlarının izahı • Ümumi və xüsusi yaş • İlk və mövcud potensial • Yaş dövrləri və onların izahı

  3. QOCALMA VƏ CAVANLAŞMA ANLAYIŞLARININ İZAHI Professor N.P.Krenke ontogenetik inkişaf dövründə baş verən qocalma və cavanlaşma prosesini tədqiq edib, onların mahiyyətini və əlaqələrini müəyyənləşdirmiş, orqanizmdə və orqanlarda baş verən morfoloji, anatomik, biokimyəvi və fizioloji dəyişkənlikləri öyrənib, burada müəyyən qanunauyğunluqların olmasını aşkar etmişdir.

  4. Qocalma.Mayalanmış yumurtalıq hüceyrələrinin ilk bölünmə-sindən məhv olmaqda olan bitkinin qoca hüceyrələrinin son dəfə bö-lünməsinədək orqanizmin keçirdiyi dəyişikliklərə qocalma deyilir. Cavanlaşma.Yeni hüceyrələrin, toxumaların, orqanların əmə-lə gəlməsinə, maddələrin inkişafına, eləcə də mövcud elementlərin qocalmasının ləngidilməsinə cavanlaşma deyilir. Lakin bu cavanlaş-ma fərdin və onun orqanlarının keçirdiyi həyat fəaliyyətinin geri qayı-tması demək deyildir. Bitkinin qocalması labüd bioloji prosesdir. O qocaldıqda, onun müxtəlif orqanlarında yeni canlı elementlər əmələ gəlib, cavanlaşma-ya şərait yaradır. Eyni individdə və onun orqanlarında qocalma eyni tərzdə olmur. Çiyələk, şaftalı, albalı məhsul verməyə tez başlayan bit-kilərdir. Ona görə də bu bitkilər tez qocalıb məhv olur. Alma və ar-mudun məhsul verməyə gec başlayan sortlarının ömrü nisbətən uzun olur. Zeytun bitkisi 4 min ilədək yaşayır. Aqrotexnoloji əməliyyatın - budamanın, müxtəlif gübrələrin, fizioloji fəal maddələrin və s. təsiri ilə bitkinin cavanlıq və qocalıq dövrünü nizamlayırlar.

  5. ÜMUMİ VƏ XÜSUSİ YAŞ Yaş. Bitkinin və ya bitki orqanalrının meydana gəldiyi vax-tdan hazırkı anadək keçirdiyi vaxta yaş deyilir. Yaş iki yerə - ümumi yaş və xüsusi yaşa ayrılır. Ümumi yaş. Bu və ya digər bitkinin törəndiyi andan bu gü-nədək keçirdiyi vaxt onun ümumi yaşı adlanır. Məsələn, İ.V.Mi-çurin 1892-ci ildə Çin (gavalıyarpaq) alma növü ilə Qəndil-Sinap alma sortunu hibridləşdirib, nəticədə Qəndil-Kitayka alma sortunu yaratdı. Yaradılmış bu alma sortunun 2006-ci ildə 114 yaşı vardır. Ümumi yaşa ontogenetik yaş da deyilir. Xüsusi yaş. Ümumi yaşı 114 il olan Qəndil-Kitayka alma sortunun ağacından çilik və ya göz götürüb caladıqda, calağın vu-rulması ilindən asılı olaraq əmələ gəlmiş tinglərin xüsusi yaşı mü-xtəlif olur. Lakin calağın vurulması ilindən asılı olmayaraq hər ti-ngin və bütün tinglərin ümumi yaşı 114 olur. Müəyyən yaşda, mə-sələn 114 yaşında olan Qəndil-Kitayka alma sortunun çətiri daxili-ndəki budaq, zoğ, yarpaq və tumurcuqlar eyni vaxtda əmələ gəl-mədiklərindən, onların da xüsusi yaşları əmələ gəldikləri vaxtdan hesablanır.

  6. İLK VƏ MÖVCUD POTENSİAL Həyat qabiliyyəti potensialı. İlk və mövcud həyat qabiliyyəti potensialı məfhumları mövcuddur. Bitkinin or-ta ömrünün normal davamı müddətinə və ya başlanğıc hə-yat qabiliyyəti potensialı deyilir. Ayrı-ayrı orqanların öm-rü zamanı sərf olunmuş vaxt isə mövcud həyat qabiliyyəti potensialı adlanır. Həyat qabiliyyəti potensialı bitkinin ir-siyyətindən, xarici şərait və tətbiq olunmuş texnoloji əmə-liyyatın keyfıyyətindən asılıdır. Məsələn, zeytun bitkisinin həyat qabiliyyəti potensialı şaftalı bitkisinin həyat qabiliy-yəti potensialından qat-qat artıqdır. Zeytun bitkisində yat-mış tumurcuqların miqdarı çox, ömürləri isə uzundur. Od-ur ki, bu bitkini asanlıqla cavanlaşdırmaq olur.

  7. YAŞ DÖVRLƏRİ HAQQINDA İLK MƏLUMAT Şüurun ilk inkişaf mərhələlərində qədim in-sanlar məhsul verməyən cavan, məhsul verən yaş-lı və qocalıb tələf olmaq üzrə olan meyvə ağacla-rını bir-birindən ayırmağı bacarırdılar. Meyvə bit-kilərində yaş dövrlərinin mövcudluğu haqqında ədəbiyyatda ilk məlumatı tədqiqatçı V.Pyonike vermişdir. O, meyvə bitkilərinin bütün həyatı ər-zində üç yaş dövrünün mövcud olmasını müəyyən etmişdir:

  8. YAŞ DÖVRLƏRİ VƏ ONLARIN İZAHI • Yaş dövrləri haqqında ilk məlumat • Prof. Şittin təklif etdiyi yaş dövrləri • Yaş dövrlərinin biomorfoloji xüsusiy-yətləri və təsərrüfat göstəriciləri

  9. prof. ŞİTTİN TƏKLİF ETDİYİ YAŞ DÖVRLƏRİ Professor P.H.Şitt yaş dövrlərini geniş proqram əsa-sında tədqiq edib. Bitkinin həyatında vegetativ hissələrin sürətlə böyüməsi, məhsul və quruma dövrünün mövcudlu-ğunu müəyyən etmişdir. O, hər yaş dövrünü bioloji cəhət-dən səciyyələndirib, tətbiq olunası texnoloji əməliyyatları göstərir. P.H.Şitt bu məsələni sonra daha geniş proqram üzrə tədqiq edib, meyvə bitkilərinin həyatında 9 yaş döv-rünün mövcudluğunu müəyyən etmişdir: I. Boy dövrü və ya vegetativ hissələrin böyüməsi dövrü; II. Böyümə və məhsul dövrü; III. Məhsul və böyümə dövrü; IV. Məhsul dövrü; V. Məhsul və quruma dövrü; VI. Quruma, məhsul və böyümə dövrü; VII. Quruma, böyümə və məhsul döv-rü; VIII. Quruma və böyümə dövrü; IX. Böyümə dövrü (Şəkil 14).

  10. YAŞ DÖVRLƏRİNİN BİOMORFOLOJİ XÜSUSİYYƏTLƏRİ VƏ TƏSƏRRÜFAT GÖSTƏRİCİLƏRİ I.Böyümə dövrü və ya vegetativ hissələrin böyüməsi dövrü. Bu dövr cavan bitkini əkildiyi vaxtdan başlayıb, on-un ilk dəfə məhsul verməsinədək davam edir. Giləmeyvə bitki kolu, şaftalı, albalı bitkiləri 2-3 yaşında, alma toxmaca-rına calanılmış alma ağacı, armud toxmacarına calanılmış armud ağacı 4-6 yaşında, yarımtörə boylu klon calaqaltıları-na calanmış alma ağacı 3-4 yaşında, törə boylu klon calaqal-tına calanmış alma ağacı 2-3 yaşında, heyvaya calanmış ar-mud ağacı 2-3 yaşında məhsul verməyə başlayır. Bitki cavan olduğundan onun vegetasiya dövrü uzun olur, çoxlu zoğ əmələ gətirir, çətiri, kök sistemi genişlənir, vegetasiya dövrü gec qurtardığından şaxtaya hazırlıq üçün vaxt çatışmır, çətir daxilində meyvə budaqcıqlarının miqdarı nisbətən az olur.

  11. II.Böyümə və məhsul dövrü.Bu dövr bit-kinin ilkin məhsul verməyə başladığı vaxtdan onun müntəzəm məhsul verməsi vaxtınadək da-vam edir. Bitkidə çətir və kök sistemi genişlənir, vegetativ zoğlar nisbətən zəif böyüyür, meyvə budaqcıqlarının miqdarı artır, ağacın məhsulu yüksəlir, hər il məhsul verir, yarpaq səthi geniş-lənir, meyvələrin miqdarı nisbətən az olduğun-dan onun həcmi iriləşir, meyvə sorta xas olan rəngə boyanır, qışlıq sortların meyvələri uzun müddət saxlanılır.

  12. III.Məhsul və böyümə dövrü.Bu dövr bitkinin mü-ntəzəm məhsul verməsindən ən yüksək məhsul verməsi-nədək olan vaxtı əhatə edir. Çətir və kök sistemi genişlə-nir, vegetativ zoğ az və zəif olur, vegetasiya dövrü vaxtın-da başlayıb vaxtında da başa çatır, çoxlu miqdarda meyvə budaqcıqları əmələ gəlir, meyvələr sorta xas olan rəngə, dada malik olur, bitki ən yüksək məhsul verir, lakin bu dövrün axırlarına yaxın vaxtda alma va armud meyvə bit-kilərində ilaşırı məhsul vermənin təməli qoyulur, çətir da-xilində budaqlar, budaqcıqlar tədricən qurumağa başlayır, seyrəklik əmələ gəlir, hava drenaji yaranır, məhsulun ağır-lığından budaqlar ətrafa yayılır, sallanır, çətir eybəcərləş-məyə başlayır, təbii olaraq seyrəlir, meyvə budaqcıqları və məhsul çətrin kənarlarına doğru çəkilir.

  13. IV. Məhsul dövrü. Bu dövrdə bitki məhsul ilində ən yüksək məhsul verir. Lakin vegetativ zoğlar az və zəif olduq-larından ağacda qida maddələrinin toplanılması zəifləyir, çox-lu meyvə budaqcıqları əmələ gəlir, lakin qida maddələri çatış-mazlığından meyvə tumurcuqları formalaşa bilmir və nəticədə ilaşırı məhsulvermə şiddətlənir. Yüksək məhsul ilində meyvə-lər xırdalaşır. Vegetasiya dövrü vaxtında qurtarır, çətir daxilin-də təbii seyrəlmə baş verir. Vegetativ zoğ az və zəif olduğun-dan çətrin həcmi kiçilir, quruma sürətlənir, köklər torpaq səthi-nə yaxında yerləşir, köks isteminin həcmi kiçilir, meyvə bu-daqcıqlarının ömrü tədricən qısalır, onlar quruyur, məhsul təd-ricən azalır, çiçəklərin qida maddələri üə təmin olunmaması onların tökülməsi ilə nəticələnir. Yüksək məhsul ilində qida maddələri çatışmazlığından gələn il məhsul vermək üçün bu il çiçək tumurcuqları əmələ gələ bilmir, əmələ gəlmiş meyvələ-rin çox qismi tökülür, ağacda ehtiyat qida maddələri azalır, ya-rpağın miqdarı azaldığmından fotosintez prosesi zəifləyir, bit-ki zərərvericilərə, xəstəliklərə və xarici şəraitin mənfı təsirinə qarşı davamsız olur.

  14. V. Məhsul, quruma və böyümə dövrü.Bu dövrdə olan bitkidə quruma prosesi yeni əmələ gəlmiş zoğlardan üstünlük təşkil edir, meyvə budaqcıqları kütləvi quruyur, skelet budaq-lar və şahbudaq quruyur, çətrin və kök sisteminin həcmi kiçi-lir, yarpaq və meyvə budaqcıqları çətrin uclarında əmələ gəlir, çətir daxilində haramı zoğlar, aşağı tərəfdən isə kötük və kök pöhrəsi əmələ gəlir, bitki keçirdiyi dövrə qayıtmağa çalışır. Kiçik təsərrüfatlarda, həyətyanı sahələrdə haramı zoğların he-sabına və yüksək texnoloji əməliyyatın, xüsusilə suvarma və gübrələmənin tətbiqi ilə bitkini nisbətən cavanlaşdıraraq, öm-rünü uzatmaq olar. Lakin təsərrüfatlarda bu yaş dövründə olan ağacların saxlanaraq cavanlaşdırılmasına ehtiyac olmadığın-dan onları çıxarıb kənar edirlər. V dövrdən sonra meyvə bitkisi təsərrüfat əhəmiyyətini itirir, məhsul azalır, ağac taqətdən düşür, meyvənin keyfıyyəti aşağı düşür, ağac xəstəlik və zərərvericilərin artıb yayılması üçün məskən olur.

  15. MƏNBƏ • Zaur Həsənov, Cəbrayıl Əliyev – Meyvəçilik, B., 2007, səh. 81-86.

More Related