1 / 8

Mövzu 3. ELEKTRİK AVADANLIĞININ SIRADAN ÇIXMA QANUNU VƏ ONUN TƏYİNİ

Mövzu 3. ELEKTRİK AVADANLIĞININ SIRADAN ÇIXMA QANUNU VƏ ONUN TƏYİNİ. Plan 1.Elektrik avadanlıqlarının sıradan çıxmaları haqqında statistik məlumatın alınması 2.İstismar göstəricilərinin riyazi işləmə metodikası Ədəbiyyat

drake
Download Presentation

Mövzu 3. ELEKTRİK AVADANLIĞININ SIRADAN ÇIXMA QANUNU VƏ ONUN TƏYİNİ

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Mövzu 3. ELEKTRİK AVADANLIĞININ SIRADAN ÇIXMA QANUNU VƏ ONUN TƏYİNİ Plan 1.Elektrik avadanlıqlarının sıradan çıxmaları haqqında statistik məlumatın alınması 2.İstismar göstəricilərinin riyazi işləmə metodikası Ədəbiyyat 1.Б.Гнеденко, Ю.К.Беляев, А.Д.Соловьев Математические методы в теории надежности, Наука, 1965. 2.Котеленец Н.Ф., Кузнецов Н.Л. Испытания и надежность электрических машин, М.: Высш.шк., 1988. 3.Сырых Н.Н. Эксплуатация сельских электроустановок. М., «Агропромиздат», 1986.

  2. Elektrik avadanlıqlarının sıradan çıxmaları haqqında statistik məlumatın alınması Elektrik mühərriklərinin işi haqqında istismar məlumatları fəaliyyətdə olan DÜİST 16468-70 “Məlumatın toplanması və işlənməsi sistemi”-nin tələblərinə cavab verməlidir. Məlumatın dürüst olması üçün məlumat materialı etibarlılığın qiymətləndirilməsini təmin edən sayda müşahidələrin nəticələrini özündə əks etdirməlidir. Bundan başqa, dürüstlüyə nail olmaq üçün yaranma səbəbindən asılı olmayaraq bütün sıradan çıxmaların dəqiq qeydiyyatı aparılmalıdır. Bu zaman sıradan çıxmaların səbəbinin müəyyən edilməsi daha az əhəmiyyət daşıyır. Məlumatın dürüstlüyü sıradan çıxmalar haqqında məlumatın toplanmasını həyata keçirən personalın səriştəliliyindən (ixtisaslı olmasından) də çox asılıdır. Məlumat tam və dolğun olmalıdır. Onun dolğunluğu toplanmış məlumatın qarşıya qoyulmuş məsələləri həll etmək üçün kifayət etməsi deməkdir. İstismar etibarlığı haqqında məlumat materialı bircins olmalı, eyni tip avadanlıqların anoloji istismar rejimində işini əks etdirməli, vahid müşahidə üsul və vasitələri ilə alınmış dəlillərə malik olmalıdır. Məlumat fasiləsiz olmalıdır. Bu təlabat onunla izah olunur ki, etibarlıq haqqında dəlillərin daxil olmasında fasilələr olmur.

  3. Kəmiyyət göstəricilərinin müəyyən olunması və daha az etibarlığa malik elementlərin aşkarlanması üçün avadanlığın istismar etibarlığı haqqında məlumat aşağıdakı dəlilləri özündə əks etdirməlidir:--sıradan çıxmış məmulat haqqında məlumat: adı, tipi, zavod-istehsalçı, buraxılış ili, zavod nömrəsi, quraşdırılma yeri və vaxtı, avadanlığın istismar istifadəsinin səciyyəsi, işçi maşının adı və s.;--sıradan çıxmanın baş vermə vaxtı (zaman və ya natural vahidlərlə saatlıq və ya sutkalıq işləmə müddəti (narabotka), təşkilatı-texniki səbəblərdən baş verən fasilələr zamanı sutkalıq orta məhsuldarlıq, elektrik enerjisinin ümumi və ya xüsusi sərfiyyatı);--sıradan çıxmanın baş vermə səbəbi haqqında məlumatlar: baş vermə yeri, xarici təzahürü, sıradan çıxmanın xarakteri və səbəbi, sıradan çıxmaya qədərki işləmə müddəti, sıradan çıxmanı aradan qaldırmaq üçün tələb olunan texniki vaxt sərfi;--təmirlərin bütün növ və həcmlərinin daxil olduğu təmir işləri haqqında məlumat: təmir işlərinin müddəti və qiyməti (dəyəri), istismar dövründə təmirlər arası profilaktiki xidmət və s.;--məmulatın işləmə müddəti haqqında məlumat: istismar müddətində məmulatın qoşulma və açılma tarixləri (anları).

  4. İstismar şəraitinin etibarlılığa təsirini tədqiq etmək üçün elektrik avadanlığının iş şəraiti haqqında əlavə məlumatlar da vacibdir ki, bunlardan da, ətraf mühitin xarakteri, titrəyişlərin parametrləri, aqressiv qarışıqların varlığı və s.-ni göstərmək olar.Bundan başqa, iş rejimi, zaman daxilində iş şəraiti və rejiminin dəyişməsi haqqında məlumatlar da zəruridir. Elektrik avadanlıqlarının etibarlığının təyin edilməsi üçün zəruri məlumat materiallarının həcmi tədqiqatın məqsəd və dərinliyindən asılıdır.

  5. Etibarlılığın tədqiqi üçün ilkin sənədləşmənin əsas növləri aşağıdakılardır:--istismar zamanı meydana çıxan nasazlıq və sıradançıxmaların qeydiyyat jurnalları;--texniki formulyarlar;--səciyyəvi (tipik) sıradançıxmaların kartoçkası;--təmir işlərinə sərəncamlar (naryadlar, əmrlər);--hissələrin (detalların) bərpası və dəyişdirilməsi cədvəlləri.

  6. Elektrik avadanlıqlarının etibarlığını tədqiq etmək üçün müxtəlif formalarda jurnal (cədvəl) hazırlamaq olar. Təxmini jurnal forması cədvəldə verilmişdir.

  7. İstismar göstəricilərinin riyazi işləmə metodikası İstismar göstəricilərinin riyazi işlənməsi işləmə müddətinin variasiya sırası üçün cədvəlin tərtib olunması ilə başlayır. Bunun üçün elektrik avadanlığının sıradan çıxmaları haqqında məlumatlardan istifadə olunur .

  8. İstismar göstəricilərinin riyazi işlənməsi üçün forma 2-ci cədvəldə verilmişdir. Cədvəldəki verilənlərə əsasən sıradançıxmaların tezliyi a(t), sıradan çıxmadan işləmə ehtimalı p(t), sıradan çıxma ehtimalı Q(t) və sıradançıxma intensivliyi λ(t) histoqrammaları qurulur. Alınmış göstəricilər və histoqrammalar xarici görünüşünə əsasən nəzəri paylanma qanunu müəyyənləşdirilir.

More Related