1 / 18

MEYVƏ-GİLƏMEYVƏ BİTKİ-LƏRİNDƏ YERÜSTÜ SİSTEMİN BÖYÜMƏSİ VƏ FORMALAŞMASI QANUNAUYĞUNLUĞU

MEYVƏ-GİLƏMEYVƏ BİTKİ-LƏRİNDƏ YERÜSTÜ SİSTEMİN BÖYÜMƏSİ VƏ FORMALAŞMASI QANUNAUYĞUNLUĞU. k.t.e.doktoru, professor Zaur HƏSƏNOV. Çətirin formalaşması qanunauyğunluğu Meyvə-giləmeyvə biktilərinin formalaşmasının bioloji əsasları

elvin
Download Presentation

MEYVƏ-GİLƏMEYVƏ BİTKİ-LƏRİNDƏ YERÜSTÜ SİSTEMİN BÖYÜMƏSİ VƏ FORMALAŞMASI QANUNAUYĞUNLUĞU

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. MEYVƏ-GİLƏMEYVƏ BİTKİ-LƏRİNDƏ YERÜSTÜ SİSTEMİN BÖYÜMƏSİ VƏ FORMALAŞMASI QANUNAUYĞUNLUĞU k.t.e.doktoru, professor Zaur HƏSƏNOV

  2. Çətirin formalaşması qanunauyğunluğu • Meyvə-giləmeyvə biktilərinin formalaşmasının bioloji əsasları • Skelet budaqların və meyvə budaqcıqlarının yerdəyişməsi qanunauyğunluğu

  3. ÇƏTİRİN FORMALAŞMASI QANUNAUYĞUNLUĞU Toxmacarda bir tərəfdən irsiyyətin, digər tərəfdən torpaq-iqlim şəraitinin və üçüncü tərəfdən tətbiq olunan aqrotexnoloji əməliyyatlar nəticəsində müxtəlif morfoloji, anatomik, fızioloji, biokimyəvi və d. dəyişikliklər baş verir. Uzun illər keçdikdən sonra toxmacarda müəyyən nişanə və xüsusiyyətlər formalaşır, vegetativ çoxaltına üsulu ilə bunlar nəsildən-nəsilə keçirlər. Çətir təsadüfi yox, müəyyən qanunauyğunluq əsasında əmələ gəlmiş, formalaşmış budaqlardan təşkil olunur. Bu budaqlar çətir daxilində qanunauyğun yerləşirlər. Bir qayda olaraq budaqlar arasında ciddi qanunauyğun təbii yerləşmə filogenetik inkişaf zamanı yaranmış, yuxarıda yerləşən budaqlar aşağıda yerləşən budaqlardan nazik və ömürlərinin gödək olmaları ilə fərqlənirlər. Meyvə-giləmeyvə bitkiləri filogenetik inkişaf tarixində torpaq-iqlim şəraitinə müəyyən bioloji tələb göstərmək xüsusiyyəti qazanmışlar. Bitkilərin ayrı-ayrı hissələrinin böyümə və formalaşması qanunauyğunluğunun və onun torpaq-iqlim şəraitinə bioloji tələbatının öyrənilməsi, onların normal becərilməsi üçün müvafıq texnoloji əmliyyatın tətbiqinə şərait yaradır.

  4. MEYVƏ-GİLƏMEYVƏ BİTKİILƏRİNİN FORMALAŞMASININ BİOLOJİ ƏSASLARI Meyvəçiliyin elmi əsaslar üzərində inkişafı üçün bir sıra mühüm bioloji qanunauyğunluqlar axtarılıb tapılmışdır. Bioloji məsələlər içərisində meyvə-giləmeyvə bitkilərinin tropizmi, boy korrelyasiyası, regenerasiya, meyvə-giləmeyvə bitkilərinin habitusu, mərtəbəlilik, morfoloji paralellik, polyarlıq (qütbilik), çətir daxilində skelet budaqların və meyvə budaqcıqlarının yerdəyişməsi və s. məsələlər böyük təcrübi əhəmiyyətə malikdirlər.

  5. Tropizm anlayışı və onun praktik rolu • Boy korrelyası və onun praktik rolu • Regenerasiya və onun praktik rolu • Habitus və onun praktik rolu • Mərtəbəlilik və onun praktik rolu • Morfoloji paralellik və onun praktik rolu • Polyarlıq və onun praktik rolu

  6. TROPİZM ANLAYIŞI VƏ ONUN PRAKTİK ROLU Tropizm.Tropizm meyvə bitki orqanalrının müxtəlif qıcıqlandırıcıların təsiri ilə müəyyən istiqamətə boy atmasıdır. Bu baxımdan bitkilərdə aşağıdakı tropizm növləri ayrılır. Geotropizm.Əsas orqanların ağırlıq gücü altında müəyyən istiqamətdə inkişaf xarakteridir. Toxumdan əmələ gələn kimi bitkidə köklərin torpağın dərin qatlarına işləməsi müsbət geotropizm, budaq və zoğların əks istiqamətdə fəzaya yönəlməsi mənfı geotropizm, yarpaqların üfqi inkişafı köndələn tropizmadlanır. Bitkilərin geotropizm hissiyyatı daimi və sabit olmayıb müxtəlif amillərin təsiri ilə dəyişə bilir. Məsələn, köklər torpaqda rütubət və qida ehtiyyatına görə istiqamətlərini asanlıqla dəyişirlər. Köklərin torpaq rütubətliliyinin dəyişməsinə olan reaksiyası hidrotropizm, qida maddələrinə olan reaksiyası isə xemotropizm adlanır. Eyni zamanda budaq və zoğların da istiqaməti dəyişə bilir. İşığa meyillənmə fototropizm, istiliyə meyllənmə isə termotropizm adlanır. Tropizm xüsusiyyəti meyvə bitkilərinə forma verdikdə və ağaclara digər qulluq (suvarma, gübrələmə, cərgəarası bitkilərin seçilməsi və s.) işlərində nəzərə alınmalıdır.

  7. BOY KORRELYASI VƏ ONUN PRAKTİK ROLU Boy korrelyasiyası. «Korrelyatsio» - latın sözü olub, asılılıq, qarşılıqlıq, əlaqə, münasibət deməkdir. Geniş mənada korrelyasiya eyni orqanizmdə bir orqanın və ya orqanizmin hissələrinin böyümə və inkişafının həmin orqanizmdə digər orqanın və ya orqanizmin hissələrinin böyümə və inkişafından asılılğına, habelə eyni orqanizmdə gedən fizioloji proseslərin qarşılıqlı münasibətlərinə, asılılıqlarına deyilir. Korrelyasiyon asılıhq həmişə eyni vəziyyətdə normal qalmayıb, təbii və süni səbəblər təsirindən pozulur. Bərk şaxtanın, güclü küləyin, ildırımın, dolunun, habelə xəstəlik və zərərvericilərin təsiri nəticəsində birkinin müəyyən hissəsi zədələnir və ya tamamilə məhv olur. Nəticədə yeraltı hissə ilə yerüstü hissə arasındakı müvazinət pozulur.

  8. REGENERASİYA VƏ ONUN PRAKTİK ROLU Regenerasiya. «Regenerasio» - latın sözü olub, dirçəlmə, bərpa deməkdir. Bu sözdən yaranan regenerasiya məfhumu iki mənada - orqanizmdə itirilmiş hissələrin bərpası və yaraların sağalması kimi istifadə edilir. Adətən korrelyasiyon asılılığı müxtəlif səbəblərdən pozulmuş bitkinin kök sistemi və yerüstü hissəsi gümrah olduqda o, itirilmiş hissəni sürətlə bərpa edir. İtirilmiş hissələrin bərpası bitkinin vəziyyətindən, yatmış tumurcuqların oyanması qabiliyyətindən, bitkinin yaşından və d. amillərdən asılıdır.

  9. Meyvə-giləmeyvə bitkisində itirilmiş və ya zədələnmiş yerüstü hissənin bərpasında kök sistemi, itirilmiş və ya zədələnmiş kök sisteminin bərpasında isə yerüstü hissə fəaliyyət göstərir.

  10. HABİTUS VƏ ONUN PRAKTİK ROLU Habitus.Habitus latın sözü olub, xarici görünüş deməkdir. Habitus geniş mənada orqanizmin zahiri görünüşünə deyilir. Meyvəçilikdə çətrin, kök sisteminin zahiri görünüşünə, formasına habitus deyilir. Çətri təşkil edən skelet budaqlar, meyvə budaqcıqları, zoğlar xarici görünüşlərinə, böyümə xarakterinə – əyri, düz, dirsəkli, boylarının uzunluğuna, gövdədən və ya budaqdan hansı bucaq altında ayrılmalarına görə bir-birindən kəskin fərqlənirlər. Alma bitkisinin Qəndil Sinap, Sarı Sinap sortlarında çətir ehram formalı, Şampan reneti sortunda girdə, Cır-Hacı sortunda geniş, girdə, Sarı belflör, Simirenko reneti, Sarıturş sortlarında isə dağınıq, ətrafa yayılandır.

  11. Habitusun öyrənilməsinin praktiki əhəmiyyəti böyükdür. Çətri yığcam sortların ağaclarına qida sahəsini az verib onları yaxın, çətri dağınıq sortların ağaclarına isə qida sahəsini çox verib, onları bir-birindən uzaq əkirlər. Çətri sallaq, geniş olan ağacları budadıqdan sonra zoğun, budağın ucunda saxlanmış tumurcuq çətrin içəri tərəfındə, çətri sıx, yığcam sortlarda isə zoğun, budağın xarici tərəfındə olmalıdır ki, çətrin içərisinə günəş işığı düşə bilsin, hava cərəyan edə bilsin.

  12. MƏRTƏBƏLİLİK VƏ ONUN PRAKTİK ROLU Mərtəbəlilik.Çətir daxilində skelet budaqların mərtəbə ilə yerləşmələrinə mərtəbəlilik deyilir. Mərtəbəlilik budaq üzərində düzülmüş tumurcuqların müxtəlif keyfıyyətli olmalarından yaranır. Ağacda çətir yaratdıqda və onu budadıqda mərtəbəlilik qanununa riayət etmək lazımdır.

  13. MORFOLOJİ PARALELLİK VƏ ONUN PRAKTİK ROLU Morfoloji paralellikProfessor P.H.Şittə görə eyni yaş dövründə eyni aqrotexnoloji becərilmə şəraitində eyni vəziyyətdə olan meyvə-giləmeyvə bitki cinsinin eyni sortundan olan bir bitkinin və ya ayrı-ayrı bitkilərin çətri daxilində eyni adlı hissələrin müvafıq yerləşmələrinə və böyümə xarakterinə görə oxşarlığına morfoloji paralellik deyilir.

  14. Çətir daxilində morfoloji paralel (oxşar) olan zoğ və ya budaqlar eyni irsiyyətə malik olub, eyni şəraitdə törənərək böyüyüb inkişaf etmişlər. Odur ki, çətrin müəyyən cəhətlərində yerləşib bir-birinə oxşar zoğ və budaq böyümə və inkişaf etibarilə nisbətən eyni olur. Çətir daxilində eyni adlı hissələrdən birini müəyyən qayda ilə budadıqda, çətrin digər cəhətlərində yerləşən eyni adlı hissələri də eyni qaydada budamaq lazımdır. Morfoloji paralellik meyvə yığımının mexanikləşdirilməsində böyük praktiki əhəmiyyətə malikdir. Cərgəaralarında hərəkət edən mexanizmin meyvə yığan hissəsini hər dəfədə aşağıya, yuxarıya qaldırılmasına ehtiyac qalmır. Maşın hərəkət edərək onun yığıcı hissəsi meyvələri eyni hündürlükdə yığır.

  15. POLYARLIQ VƏ ONUN PRAKTİK ROLU Bitkidə orqanların və ya hissələrin müxtəlif istiqamətə - qütbə yönəldilməsinə polyarlıq və ya qütblük deyilir. Polyarlıq qanununa əsasən zoğ, budaq həmişə yuxarıya doğru meyl edərək uzanır və buraya auksin toplanır. Bitkinin məhsul verməsini tezləşdirmək üçün polyarlığı pozmaq tələb olunur. Bunun üçün budaqları əyib üfqi vəziyyətə sahr, onları çəkərək məftilə bərkidirlər. Nəticədə tumurcuqların oyanması qabiliyyəti artır, zoğ əmələ gətirmə qabiliyyəti isə azaldığından gövdə üzərində meyvə budaqcıqları əmələ gəlir. Formavermə və budama əməliyyatları bitkilərin polyarlıq xüsusiyyəti ilə əlaqədar aparılmalıdır.

  16. SKELET BUDAQLARIN VƏ MEYVƏ BUDAQCIQLARININ YERDƏYIŞMƏSI QANUNAUYĞUNLUĞU Skelet budaqların və meyvə budaqcıqlarınm yerlərinin dəyişilməs. Məhsul verən meyvə-giləmeyvə bitkilərinin çətiri skelet budaqlarından və onların üzərində yerləşən meyvə budaqcıqlarından təşkil olunur. Skelet budaqlar uzun, yoğun və uzun ömürlü olub, meyvə budaqcıqlarından çox əvvəl əmələ gəlirlər. Meyvə budaqcıqları isə gödək boylu, nazik və qısa ömürlü olub, skelet budaqlardan gec əmələ gəlirlər. Eyni bir ağacın 50-70 illik ömrü dövründə çətir daxilində meyvə budaqcıqları 3-4 də-fə məhv olub, yerlərini dəyişərək yenidən dövr edib, təzələri əmələ gəlir. İkinci sıra skelet budaqlar 1-2 dəfə dövr edir, birinci sıra skelet budaqlar isə ağacın ömrünün axırmadək qalır. Onlar nadir hallarda quruyub məhv olduqda gövdədə əmələ gəlmiş haramı zoğlar hesabına bərpa oluna bilirlər. Giləmeyvəli kol tipli bitkilərdə meyvə budaqcıqlarının quruyaraq məhv olması və yenidən əmələ gəlməsi, hətta yerüstü his-sənin məhv olaraq yenidən əmələ gəlməsi çox dəfələrlə təkrar olunur.

  17. Tumlu meyvə bitkilərinin çətri daxilində skelet budaqların və meyvə budaqcıqlarının dövr etməsi çəyirdəkli və digər meyvə bitkilərinə nisbətən daha intensiv olur. Tumlu meyvə bitkilərinin, habelə nar, incir, zeytun, xirnik kimi subtropik meyvə bitkilərinin birinci, ikinci sıra skelet budaqlarının aşağı hissəsində çoxlu miqdarda yatmış tumurcuqlardan əmələ gəlmiş haramı zoğlar yeni skelet budaqların əmələ gəlməsini təmin edir. Belə skelet budaqlar mərkəzdən ətrafa doğru böyüyərək meyvə budaqcıqları əmələ gətirir. Müəyyən illərdən sonra potensial imkanları tükənmiş meyvə budaqcıqları, habelə skelet budaqlar mərkəzdən ətrafa doğru quruyaraq məhv olur.

  18. MƏNBƏ • Zaur Həsənov, Cəbrayıl Əliyev – Meyvəçilik, B., 2007, səh. 86-91.

More Related