1 / 22

Mövzu: QARĞIDALI

Mövzu: QARĞIDALI. AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. Möv z unu n planı:. Qarğıdalının morfoloji quruluşu Qarğıdalının yarımnövləri Qarğıdalının yarımnövlərinin mühüm əlamətləri Qarğıdalının növmüxtəlifliyinin təyini. Ədəbiyyat.

nasia
Download Presentation

Mövzu: QARĞIDALI

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Mövzu:QARĞIDALI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ Dosent, b.e. n. F.H.Qurbanov

  2. Mövzunun planı: • Qarğıdalının morfoloji quruluşu • Qarğıdalının yarımnövləri • Qarğıdalının yarımnövlərinin mühüm əlamətləri • Qarğıdalının növmüxtəlifliyinin təyini

  3. Ədəbiyyat • Quliyev R. Ə., Əliyeva K. Ə. Genetika. Dərslik, Bakı, 2002. • Quliyev R. Ə. Genetikanın əsasları ilə bitkilərin seleksiyası. Bakı, 2003. • Axundova E. M. Ekoloji genetika. Bakı, 2006 • Musayev Ə.C.və b. Dənli taxıl bitkiləri seleksiyasının metodikası.Bakı,2008 • Cəfərov İ.H. Taxılın xəstəlikləri,Dərslik,Bakı,2009. • Seyidəliyev N. Y. Genetika. Dərs vəsaiti, Gəncə, 2005. • Qarayev L. Tarla bitkilərinin toxumçuluğu. Bakı, 1976. • Cəfərov N. A. Çəkilin seleksiyası. Gəncə, 2008.

  4. Qarğıdalı • Qarğıdalının morfoloji quruluşu • Qarğıdalının cinsi – Zea növü mays-dır. • Cücərtisi açıq-yaşıl rəngli olur. • Kök sistemi saçaqlı olmasına baxmayaraq torpağın dərinliyinə 2-3 m, ətrafa isə 1,2-1,5 m-ə qədər gedə bilir. Gövdənin 2-3-4 buğumundan hava kökləri əmələ gəlir.Onlar bitkini əyilməkdən və yerə yatmaqdan mühafizə etdiyi üçün dayaq kökləri də adlanırlar.

  5. Qarğıdalının gövdəsi – düz, yoğun, qüvvətli, içərisi özəklə dolu, səthi tüksüz və parlaqdır. Sortlarından və becərilmə şəraitindən asılı olaraq gövdənin hündürlüyü 0,6-5m, diametri 2,0-7,0 sm olur. Buğumaraların sayı 8-30 qədərdir, aşağı və orta mərtəbəsində əlavə zoğlar əmələ gəlir. Qarğıdalı digər taxıllardan ya heç kollanmır, ya da zəif kollanır.

  6. Qarğıdalı

  7. Yarpağının ayası iri, enli – lansetvari, səthi tüklü kənarı isə kirpiklidir. Qulaqcıqları olmur, dilçəsi qısa və parlaq olur. Bu bitkidə 8-45 yarpaq əmələ gəlir. Qarğıdalı ikiformalı çiçək qrupu əmələ gətirir. Onlardan bir gövdə və budaqların sonunda süpürgə (qotaz) təşkil edib, normal vəziyyətdə yalnız erkəkcik çiçəklərindən, digəri isə yarpaq qoltuqlarındakı qıçanın üzərində kiçik yuvalarda yerləşib, dişicik çiçəklərindən ibarət olur. Bu xüsusiyyətinə görə qarğıdalı birevli, ayrı-ayrı cinsli bitki adlanır.

  8. Heterozis

  9. Çiçək pulcuqları nazik və zərifdir. Qıçası müxtəlif irilikdə, silindr, yaxud zəif konus formalı, üzəri bir neçə təbəqə qabıqla örtülmüşdür. Qıçanın oxu üzərindəki yuvalarda sünbülcüklər cüt-cüt düzüldüyü üçün cərgələr həmişə cüt olur. Sünbülcük pulcuqları xırda, ətli, çiçək pulcuqları nazik və zərifdir. Dişiciyin sütuncuğu saçaq adlanır. Qarğıdalı çarpaz tozlanan bitkidir. Dənləri qıçanın üzərində 4-34 cərgədə düzülür.

  10. Qarğıdalıda endospermin formalaşması Ziqot Nüvə endospermi

  11. Qarğıdalı

  12. Qarğıdalı

  13. Qarğıdalının yarımnövləri • Adi və ya bərkdənli qarğıdalı ...Z.m. indurata • Dişşəkilli ...................................Z.m. indentata • Nişastalı .....................................Z.m. amylaceae • Partlayan ...................................Z.m. everte • Şəkərli .......................................Z.m. saccharata • Örtüklü .......................................Z.m. tunicata • Mumvarı .....................................Z.m. ceratina • Şəkərli-nişastalı ....................Z.m.amylo-saccharata

  14. D i ş ş ə k i l l i qarğıdalı • Dənləri iri, uzunsov, prizmaşəkilli, hamardır. • Yarımnöv əlaməti olaraq dənin təpəciyi çuxurlu, arxa (kürək) tərəfi uzununa iki qabırğalıdır. Buynuzşəkilli maddə endospermin yan tərəflərində, nişasta isə təpəciyində və mərkəz hissəsində toplanır. • Dişşəkilli qarğıdalının sort və hibridlərinin bitkisi hündürboylu, yarpaqları sayca çox və iridir. Yüksək yaşıl kütlə və dən məhsulu verir. Ancaq digər yarımnövlərə nisbətən zəif budaqlanır.

  15. Qarğıdalı

  16. A d i, y a x u d b ə r k d ə n l i qarğıdalı • Dənləri iri xırda, yuvarlaq, səthi hamar, ön və arxa tərəfi basıq, təpəciyi dairəvidir. Nişasta endospermin yalnız mərkəzində toplanır, qalan hissəsi buynuzşəkilli maddə ilə dolur. Gövdəsi hündürboylu, güclü budaqlanandır. Tezyetişən sortlarının qıçası və dənləri xırdadır.

  17. N i ş a s t a l ı qarğıdalı • - dənləri iridir, quruluşuna görə adi qarğıdalıya oxşardır. Ancaq endospermi nişasta ilə dolur. Buynuzşəkilli maddə ya heç olmur, yaxud da toxum qılafının altında nazik pərdə təşkil edir.

  18. Ş ə k ə r l i qarğıdalı • dəni iri və orta irilikdə, səthi və təpəciyi qırışıqlıdır. Dənin kəsiyi kəskin parlaqlığa malikdir, normal yetişdikdə tərkibində nişasta olmur. Bitkisi orta boylu, nisbətən qüvvətli budaqlanandır.

  19. P a r t l a y a n qarğıdalı • – dəni xırda, yuvarlaq, zəif basıq, təpəciyi dairəvi, yaxud pazşəkilli, sivriləşmiş kimidir. Səthi hamar, yaxud zəif qırışıqlıdır. Endospermində buynuzşəkilli maddə kəskin inkişaf edir. Nişasta olmur, olsa da yalnız rüşeymində xırda ləkə kimi toplanır. Bitkisi alçaq boylu, qıçası xırdadır.

  20. Qarğıdalının növmüxtəlifliyinin təyini • Qarğıdalının növmüxtəlifliyi dənlərinin və qıçasının oxunun (pulcuqlarının) rənginə görə təyin edilir. • Dənlərinin rəngi – qarğıdalıda dənlərinin rəngi əsas növmüxtəlifliyi əlamətlərindən hesab edilməklə çox müxtəlif (sarı, qırmızı, boz, darçını, bənövşəyi və s.), hətta alabəzək də olur. • Qıçasının oxunun rəngi – oxun rəngi pulcuqların (sünbülcük və çiçək pulcuqlarının) rəngindən asılı olaraq ağ, qırmızı, qırmızımtıl, çəhrayı olur. Ancaq növmüxtəlifliklərində qırmızımtıl və çəhrayı rənglilər də qırmızı hesab edilir.

  21. Qarğıdalı

  22. Qarğıdalı

More Related