1 / 18

Mövzu 6. Maye və qaz şəkilli dielektriklər

Mövzu 6. Maye və qaz şəkilli dielektriklər. Plan 1. Maye dielektriklər . 2. Neft mənşəli elektroizolyasiya yağları . 3.Qaz şəkilli dielektriklər. Ədəbiyyat 1.Богородицкий Н.П. и др. Электротехнические материалы. Издание шестое, переработанное. Л., «Энергия», 1977.

serena
Download Presentation

Mövzu 6. Maye və qaz şəkilli dielektriklər

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Mövzu 6. Maye və qaz şəkilli dielektriklər Plan 1. Maye dielektriklər. 2. Neft mənşəli elektroizolyasiya yağları. 3.Qaz şəkilli dielektriklər. Ədəbiyyat 1.Богородицкий Н.П. и др. Электротехнические материалы. Издание шестое, переработанное. Л., «Энергия», 1977. 2.Корицкий Ю.В. и др. Справочник по электротехническим материалам. Л., «Энергоатомиздат», 1988. 3.Казарновский Д.М., Тареев Б.М. Испытание электроизоляционных материалов и изделий.Л., «Энергия», 1980. 4.Васильев Н.П. Лабораторные работы по электроматериаловедению. М., «Высшая школа», 1982.

  2. Maye dielektriklər Maye dielektrikləri lifli izolyasiya materiallarının hopdurulması üçün elektrik izolyasiya laklarının hazırlanması zamanı, güc transformatorlarının izolyasiyasını soyutmaq üçün, yağ açarlarında qövsün söndürülməsi üçün və s. hallarda tətbiq edirlər. Maye dielektriklər aşağıdakı qruplara bölünürlər: ► təbii; ► süni. Təbii maye dielektriklərə aiddirlər: ► bitki yağları; ► neftdən alınan yağlar. Bitki yağları 2 qrupa bölünürlər: ► quruyan; ► qurumayan.

  3. Quruyan bitki yağlarına qızmanın, işığın və başqa faktorların təsiri altında, həmçinin hava ilə görüşəndə bərk hala keçən bitki mənşəli yağlar aiddirlər. Materialın səthinə sürtülmüş yağ qatı quruyur və bərk, parıldayan, möhkəm, materiala yapışan nisbətən yüksək elektrik izolyasiya xüsusiyyətlərinə malik ploynka yaradır. Ən çox yayılmış quruyan yağlar: ► kətan yağı (льняное); ► tunq yağı (тунговое).Quruyan yağların çatışmazlığı belə plyonkaların istilikdə köhnəlməyə (plyonka kövrəkləşir, onda çatlar yaranır, o mexaniki möhkəmliyini itirir və s.) meyilli olmalıdır.

  4. Qurumayanbitki yağlarına gənəgərçək yağı aiddir, hansı ki, kağızlı kondensatorları hopdurmaq üçün tətbiq edilir. Bu yağın çatışmayan cəhəti odur ki, qızdıqda stabilliyini itirir.Elektrotexnikada ən geniş istifadə olunan neftdən alınan yağlardır. Tətbiqinə görə neftdən alınan yağlar aşağıdakılara bölünürlər:► transformator yağları; ► kabel yağları, MH-4; ► kondensator yağları.

  5. Transformator yağının alınmasının pilləli teznoloji sxemi

  6. Transformator yağının elektrik möhkəmliyi normaları

  7. АМИ-60 aparatınınelektrikibirləşmələrininprinsipial-montajsxemi: 1-yüksəldici transformator; 2-tənzimləmə transformatoru; 3-nəzarət voltmetrinqoşulmasıüçünyuva; 4-qapağın blok-kontaktı (mexanikirabitəlikontakt); 5-elektrodlarla qab; 6-avtomatik açar; 7-aparatın gövdəsi.

  8. Transformator yağının deşilməyə sınağı üçün standart qab: 1-diskşəkilli metal elektrodlar; 2-qapaq; 3-sınaq olunan yağ. Məsafə h ≥ 15mm.

  9. Sınaq qabağı aşağıdakıları yerinə yetirməli: ►elektrodlar arasında tələb olunan məsafəni (2,5mm) quraşdırmalı; ►elektrodlu farfor qabı quru təmiz yağla yumalı; ►yuyulmuş qaba sınaqdan keçiriləcək yağdan o qədər (təxmini 500ml) tökmək lazımdır ki, elektrodları yağ 15mm qalınlığında qatla örtmüş olsun; ►hava qabarcıqlarının səthə tam çıxması üçün, yağ doldurulmuş qabı 10dəq gözləmək lazımdır.

  10. Yağın köhnəlmə sürəti bu hallarda artır: ► Hava düşdükdə, belə ki, yağın köhnəlməsi əhəmiyyətli dərəcədə onun havanın oksigeni ilə oksidləşməsindən asılıdır. Yağ ozonla təmasda olduqda bu proses daha intensiv gedir; ► Temperaturun yüksəlməsi zamanı (yağın ən yüksək işçi temperaturu 950S hesab olunur); ► Yağın bəzi metallarla (mis, dəmir, qurğuşun və s.) və digər maddələrlə (köhnəlmə katalizatorları ilə) təması zamanı; ► İşığın təsiri zamanı; ► Elektrik sahəsinin təsiri zamanı.

  11. İşləyən transformatorda yağın termosifonla regenerasiya sxemi 1-transformator; 2-çəndəki yağ; 3-çən (bak); 4-ventillər; 5-adsorbentli filtr.

  12. Qazşəkilli dielektriklər Qaz şəkilli dielektriklər sırasında ilk növbədə bizim istəyimizdən asılı olmayaraq hər yerdə mövcud olan havanı qeyd etmək olar. Əksər hallarda hava elektrik qurğularının içərisinə daxil olaraq, maye və bərk elektroizolyasiya materiallarına əlavə olaraq izolyasiya rolunu oynayır. Elektrik qurğularının ayrı-ayrı hissələrində, məsələn, hava elektrik xətlərinin dirəkləri arasında açıq (izolyasiyasız) elektrik xətləri arasında hava yeganə izolyasiya yaradır. Elektrik maşınlarında, kabellərdə və kondensatorlarda izolyasiyanın hopdurulması tam aparılmadıqda onun daxilində hava kürəcikləri qalıq və yüksək işçi gərginlikdə bu hava kürəcikləri ionlaşma ocağına çevrilir.

  13. Freon adlandırılan dixlordiftormetan CCl2F2qazı eleqazın elektrik möhkəmliyinə yaxın elektromöhkəmliyə malik olsa da, onun qaynama temperaturu 242,7K (-300S) təşkil edir və 0,6MPa təzyiqə qədər mayeləşmədən sıxıla bilir.Freon bəzi elektroizolyasiya materiallarını korroziyaya uğradır ki, bunu da elektrik soyuducularını konstruksiyalaşdırarkən nəzərə almaq lazımdır.

  14. Elektrotexnikada hidrogenböyük maraq doğuran qazlardandır. Bu çox yüngül qaz olub, soyutma mühitində havanı əvəz etməsi çox yaxşı nəticələr verir. Hidrogendən istifadə etdikdə fırlanan elektrik qurğularında soyuma kifayət qədər yaxşılaşır. Soyutmada havanı hidrogenlə əvəz etdikdə maşının rotorunda sürtünməyə güc itkisi azalır, izolyasiya və hissələr oksidləşərək köhnəlməsinin qarşısı alınır. Nəhayət, hidrogen mühiti (şotka) fırçaların iş şəraitini yaxşılaşdırır. Ona görə də, hidrogenlə soyutma maşının gücünü və f.i.ə-nı artırmağa imkan verir. Nəhəng turbogeneratorlar, sinxron kondensatorlar və s. hidrogenlə soyudulur. Sirkulyasiyalı hidrogenlə soyutma sisteminin tətbiqi maşının hermetik olmasını tələb edir. Maşının daxilinə hava düşməsinin qarşısını almaq üçün maşının daxilində atmosfer təzyiqindən yüksək izafi təzyiq yaradılır. Maşın daxilindən tədricən hidrogenin qızması balonlardan əlavə hidrogen vurulması ilə kompensasiya olunur. Hər-hansı eyni şəraitlərdə hidrogenin elektrik möhkəmliyi 40%, karbon anhidrininki isə 10% havanın elektrik möhkəmliyindən aşağıdır.

  15. Elektro vakuum cihazlarının və lampaların içərisinə doldurmaq üçün inert (ətalətli, təsirsiz) qazlardan (arqon, neon və s.), natrium və civə buxarından istifadə olunur. Təsirsiz qazlar çox aşağı elektrik möhkəmliyinə malikdir. Kripton və ksenon isə çox kiçik istilikötürmə qabiliyyətinə malikdir. Bu xüsusiyyətlərdən bir sıra lampaların istehsalında istifadə olunur.

  16. Aşağı temperaturlu soyuducu agent kimi, xüsusilə də yüksək keçiricilik təzahürlü qurğularda sıxılmış heliumdanistifadə olunması böyük maraq doğurur. Ümumiyyətlə, helium çoxmaraqlı material olub, nadir xassələrə malikdir. Digər qazlar içərisində helium ən aşağı mayeləşmə temperaturuna (atmosfer təzyiqində 4,216 K-də) malikdir. Maye helium çox kiçik sıxlığa (suyun sıxlığından 8 dəfə az, lakin maye hidrogen daha aşağı sızlığa malikdir) malikdir. Maye heliumdakı kvantomexaniki təzahürlər onun davranışını mayelərə deyil, qazlara oxşar edir. Maye heliumun dielektrik nüfuzluğu çox kiçik olub, qaynama temperaturunda 1,047-ya, 1,8K-də isə 1,056-ya bərabərdir. Maye və qazşəkilli heliumun xüsusi istilikkeçirmə qabiliyyətləri arasında fərq çox kiçikdir. Mayenin istilikkeçirməsi ilə qazın islikkeçirməsinin nisbəti 1,3 təşkil edir. Maye heliumun səthi gərilməsi də çox kiçikdir, heliumun buxarlanma temperaturu çox aşağı olduğu üçün kriogen texnika üçün çox əhəmiyyətlidir.

  17. Qaz şəkilli dielektriklər və onların əsas xüsusiyyətləri Qaz şəkilli dielektriklər olurlar: ►təbii; ► süni. Təbii qazşəkilli dielektriklərə bütün təbii qazlar, quru transformatorlarda, kabellərdə, kondensatorlarda, açarlarda və elektrik veriliş xətlərdə istifadə olunan hava aiddir. Süni qazşəkilli dielektriklər – bu azot, freon və başqalarıdır. Onları müxtəlif aparatlarda, elektrovakuum cihazlarda, lampalarda və s. tətbiq olunurlar. Lampalarda istifadə olunan qazlar: 1.Közərmə lampalarında – azot, arqon, kripton. 2.Lüminisent lampalarında – arqon, helium və s. 3.DRL lampalarında – arqon + civə (çox kiçik dozada).

More Related