1 / 17

Nax çıvan torpağının yetirdiyi böyük şəxsiyyətlər

Rəsmi adı: Naxçıvan Muxtar Respublikası Yarandığı tarix: 9 fevral 1924-cü il Paytaxtı : Naxçıvan şəhəri Ərazisi : 5502 ,75  km 2 Əhalisi  : 427,2.

susan
Download Presentation

Nax çıvan torpağının yetirdiyi böyük şəxsiyyətlər

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Rəsmi adı: NaxçıvanMuxtarRespublikasıYarandığı tarix: 9 fevral 1924-cü ilPaytaxtı:Naxçıvan şəhəri Ərazisi:5502,75 km2 Əhalisi :427,2

  2. Naxçıvan Muxtar Respublikası ümummilli lider Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya komissiyası tərəfindən hazırlanmış, 1995-ci il noyabrın 12-də keçirilən referendumda qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyası ilə Azərbaycan Respublikasının tərkibində muxtar dövlət statusu alıb.

  3. Naxçıvan MuxtarRespublikasıZaqafqaziyayaylasının cənub-şərqindəyerləşir.Dəniz səviyyəsindən orta yüksəkliyi 1450 metrdir. Muxtarrespublikaərazisininçox hissəsiniKiçikQafqazın ZəngəzurvəDərələyəz dağsilsilələriəhatəedir. Ən hündür zirvəsiQapıcıq dağıdır (3904 m). Ərazinin 1/3-iArazboyudüzənliklər (Sədərək, Şərur, Böyükdüz, Kəngərli, Naxçıvan, Culfa, Ordubad) təşkiledir. 200-dənçox mineral subulağı (Darıdağ, Badamlı,Sirab, Vayxır vəsair) var. İllikyağıntıArazboyudüzənliklərdə200-300 mm, yüksəkdağlıqyerlərdə 500-800 mm-dir. Muxtarrespublikadaümumiuzunluğu1,8 min kilometrolan400böyükvəkiçikçayvardır.  

  4. Naxçıvan MuxtarRespublikasında 1162 tarixi-mədəniyyət abidəsi mövcuddur. Bunlardan 58 abidə dünya əhəmiyyətli, 455 abidə ölkə, 649-u isə yerli əhəmiyyətlidir.  Tarixi-mədəniyyət abidələrinə aşağıdakılar daxildir:  * Arxeoloji abidələr  - 663 * Memarlıq abidələri  - 285 *Monumental sənət abidələri- 31 * Tarixi abidələr - 36 *  Ziyarətgahlar   - 140 * Təbiət abidələri - 7

  5. Turizmətrafmühitəzərərvurmadan, xammalehtiyatlarınaehtiyacolmadan, yerlirelyefvə iqlimşəraitinəuyğun, mədəni irs, tarixi, təbii abidələr, yaradılmış və mövcud olan yerli infrasturktur üzərində qurulur. Bu baxımdan Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasının zəngin turizm potensialı vardır.           Belə ki, aşağıdakı göstərilmiş xüsusiyyətlər muxtar respublikada turizmin hərtərəfli inkişafına şərait yaradır:           - əlverişli coğrafi -siyasi mövqeyi;          - müxtəlif iqlim qurşaqları və təbiəti;          - zəngin mədəni-tarixi irsi;          - özünəməxsus mətbəxi və yüksək qonaqpərvərlik ənənələri;          - birmənalı olaraq muxtar respublikanın hər yerində - hətta ən ucqar dağ kəndlərində belə əlverişli infrastrukturun yaradılması.  

  6. Naxçıvanın qədim qadın geyimlərində adətən innabı, yaşıl, gümüşü rənglərə üstünlük verilirdi. Geyim dəstindəki rənglər ən kiçik detallara qədər dəqiqliklə və uyğun çalarlarda seçilirdi. Geyim dəstinin ayrı-ayrı elementləri güllü parçadan tikilirdisə də, mütləq tox və sakit rənglər seçilirdi. Zərif bəzəklər, zəncirələr və şah-pəsəndələrlə bəzəmək, muncuqlu tikmə, burmametallarla tikmələr və ümumiyyətlə, bütün tikmə texnikalarından istifadə etməklə hazırlanan geyimlər nə qədər zəngin və gözəl görünsə də, bütövlükdə geyim dəstləri öz ciddiliyi və ağırlığı ilə ətraf mühitlə geyimi daşıyan arasında bir sərhədə çevrilirdi. Tumanın ətəyi xüsusi zövqlə bəzədilirdi. Əsas forma gümüş və muncuqlu tikmədən istifadə edilirdi. Arxalığın və ya küləcənin də bütün tikiş xətləri boyunca zərif bəzək tikilirdi. Bu məqsədlə əsasən zəncir bəndlərdən istifadə edilirdi.  

  7. Rəqs sənətimizin tarixi zərb musiqi alətlərinin tarixindən xeyli qədimdir. Hələ insanlar ibtidai icma quruluşunun ilk mərhələlərində əllərini bir – birinə vuraraq, ahəngdar səs-sədaları altında rəqs etmişlər. Azərbaycan xalqı uzun əsrlər boyu rəngarəngliyi və coşğunluğu ilə insanı valeh edən rəqslər yaratmışdır. Xalqımızın xoreoqrafiyasında müxtəlif xarakterli çox rəqs olmuşdur. Kişi və qadınların tək, qoşa, kütləvi rəqslərini, habelə, oynaq mahnı ilə müşayiət olunan rəqsləri göstərmək mümkündür. Həmin rəqslər öz xareoqrafik mürəkkəbliyi, hərəkətlərin həmahəngliyi, zərifliyi və dəqiqliyi, oynaqlığı və şuxluğu ilə insanlara böyük mənəvi zövq vermişdir. Bu zəngin mənəvi sərvət sadədən mürəkkəbə doğru inkişaf edərək saflaşmış, cilalanmış və büllurlaşmışdır. 

  8. Azərbaycanın zəngin və çeşidli mətbəxi, yüksək qonaqpərvərlik ənənələri vardır. Ta qədimdən ət və ərzaq məhsulları varlılıq əlaməti sayılıb. Süfrələr nə qədər zəngin bəzədilsəydi ilin o qədər bərəkətli, məhsuldar olduğu bilinərdi. Dünyada olan 11 iqlim qurşağından 7-nin Muxtar respublikada olması, zəngin flora və fauna, coğrafi mövqeyi Naxçıvan mətbəxinin zəngin olmasına təsir edən amillərdir. Azərbaycan mətbəxinə məxsus yeməklərlə yanaşı Naxçıvan mətbəxinin özünəməxsus yeməkləri də vardır. Naxçıvan mətbəxi öz zənginliyi, heyrətamiz dadı ilə qonşu xalqların mətbəxinə də təsir edib. 

  9. Qədim Azərbaycan torpağı olan Naxçıvan Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biridir. Azərbaycan xalqı bu diyarda qədim və zəngin mədəniyyət yaratmışdır. Naxçıvan eyni zamanda,  dünyanın ən qədim mədəniyyət mərkəzlərindəndir. Bu torpaqda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşmışdır.  Naxçıvan sözünün mənşəyini alimlər müxtəlif cür izah edirlər. Xalq etimologiyasına və tarixi qaynaqlara görə “Naxçıvan” “Nəqşi - cahan”, yəni “dünyanın naxışı” “dünyanın bəzəyi”sözlərindən yaranmışdır. Xalq arasında geniş yayılmış digər bir rəvayətə görə “Naxçıvan” toponimi Nuh peyğəmbərlə, daha doğrusu “dünya tufanı” ilə bağlı olub “Nuhçuvan”- “Nuh tərəfdarlarının məskəni” “Nuhun diyarı”deməkdir. Nuh peyğəmbərin qəbri də Naxçıvan şəhərindədir.  

  10. Naxçıvan torpağının yetirdiyi böyük şəxsiyyətlər

  11. ƏLİYEV HEYDƏR ƏLİRZA OĞLU (10.5.1923, Naxçıvan şəhəri – 12.12.2003, Klivlend, ABŞ; Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur) - dünya tarixinin dahi şəxsiyyətlərindən biri, Azərbaycanın böyük siyasi və dövlət xadimi. Azərbaycan xalqının ümummilli lideri, qurtuluş mübarizəsinin (1990-93) öndəri. Yeni Azərbaycan Partiyasının (1992) banisi, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisi olan müasir Azərbaycan dövlətinin qurucusu və Azərbaycan Respublikasının Prezidenti (1993-2003). Xalqının müstəqilliyi uğrunda dönmədən mübarizə aparan ulu öndər Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərdiyi müddətdə bütün Azərbaycan xalqı və Vətən üçün taleyüklü məsələlərdə daim qətiyyətlilik nümayiş etdirmişdir: Kommunist Partiyasının Naxçıvanda fəaliyyət göstərən bütün strukturları ləğv edilmiş (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il 26 avqust tarixli qərarı), Azərbaycan Ali Sovetinin 1991-ci il 29 avqust tarixli sessiyasının qərarına əsasən, Azərbaycanda həmin il sentyabrın 8-nə təyin edilmiş prezident seçkilərinin Naxçıvan Muxtar Respublikası ərazisində keçirilməsinin dayandırılması (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il 4 sentyabr tarixli qərarı) haqqında qərar çıxarılmışdır. Onun siyasi təcrübəsi və qətiyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasında sabitlik təmin olunmuş, demokratik dövlət quruculuğu formalaşmışdır. 1993-cü ilin may-iyununda respublikada hakimiyyət böhranı, hərc-mərclik son həddə çatdıqda, ölkə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi qarşısında qaldıqda, Azərbaycan xalqı möhtərəm Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı..

  12. ƏLİYEVA ZƏRİFƏ ƏZİZ QIZI (28.4.1923, Kəngərli rayonunun Şahtaxtı kəndi – 15.4. 1985, Moskva) – oftalmoloq. Tibb elmləri doktoru (1979), professor (1979), Azərbaycan Milli Elmlər Akademiyasının akademiki. (1983), Rusiya Tibb Elmlər Akademiyasının akademiki (1981), Azərbaycan Respublikasının əməkdar elm xadimi (1980). Ə. M. Əliyevin qızı, Heydər Əliyevin həyat yoldaşıdır. Azərbaycan Dövlət Tibb Institutunu (indiki Tibb Universiteti) bitirmişdir (1947). Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya Institutunda elmi işçi, 1969-cu ildən isə Ə. Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə Institutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982–85) vəzifələrində çalışmışdır. Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “Iridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə Əliyeva Azərbaycan iridologiyasının banisi idi və bu sahədə elmi məktəb yaratmışdır. .

  13. HüseynCavid (təxəllüsü; əsladıvəsoyadıRasizadəHüseyn Abdulla oğlu; 24.10.1882, Naxçıvan ş. - 5.12.1941, Rusiya, Irkutsk vilayəti) -şair, dramaturq. Ziyalı, tanınmış din xadimi Abdulla Rasizadəninailəsindədoğulmuş, ilk təhsiliniNaxçıvandamollaxanada, sonraisə M.T. Sidqinin“Tərbiyə”adlıyeniüsulluməktəbindəalmışdır (1894–98). Klassiküslubda ilk şeirlərinidə “Gülçin”və“Salik” imzalarıiləburadayazmışdır. 1899-1903-cü illərdəCənubiAzərbaycandaolmuş, TəbrizinTalibiyyəmədrəsəsindətəhsilinidavametdirmişdir. İstanbulUniversitetininədəbiyyatşöbəsinibitirmiş (1909), Naxçıvanda, sonraGəncədəvəTiflisdə, 1915-ci ildənisəBakıdamüəllimliketmişdir. CavidklassikAzərbaycanədəbiyyatınınənyaxşıənənələriniinkişafetdirənsənətkarlardandır. O, Azərbaycanromantizmininbanilərindən, çağdaşAzərbaycanədəbiyyatınınyaradıcılarındanbiriolmuşdur.

  14. MƏMMƏDQULUZADƏCƏLİL MƏMMƏDQULU OĞLU (təxəllüsü Molla Nəsrəddin; 22.2.1869, Naxçıvan – 4.1.1932, Bakı) – yazıçı, dramaturq, jurnalist, ictimai xadim. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə nəticələnən müstəqil milli dövlətçilik ideyalarının formalaşmasında mühüm rol oynamışdır. Ilk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində almışdır. Qori Müəllimlər Seminariyasını bitirdikdən (1887) sonra, Irəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Cəlilkənd (Şərur rayonu) və Nehrəm kəndlərində müəllimlik etmişdir (1887–97). Müəllim işlədiyi illər ədibin gələcək yaradıcılığı üçün zəngin material vermişdir: “Çay dəstgahı” (1889) alleqorik mənzum dramını, “Kişmiş oyunu” (1892) komediyasını, “Danabaş kəndinin əhvalatları” (1894; 1936-cı ildə nəşr olunmuşdur) povestini bu dövrdə yazmışdır.  Naxçıvanda və Irəvanda müxtəlif hüquq idarələrində çalışmışdır (1897–1903).

  15. ORDUBADİ MƏMMƏD SƏİD HACAĞA OĞLU24.03.1872, Ordubad – 01.05.1950, Bakı; Fəxri Xiyabanda dəfn olunmuşdur – yazıçı, şair, dramaturq, publisist, tərcüməçi, ictimai xadim. Ordubadda mollaxanada və Məhəmməd Tağı Sidqinin “Əxtər” məktəbində oxumuşdur. Ordubad ipək fabriklərində fəhlə işləmiş, Culfa gömrük xidmətində çalışmışdır. Birinci rus inqilabının təsiri altında siyasi mübarizələrə qoşulmuş, “Hümmət” sosial-demokrat təşkilatının tərkibində Iran Məşrutə hərəkatına kömək edən qrupun fəal üzvlərindən olmuşdur. 1915-ci ildə siyasi fəaliyyətinə görə Saritsına sürgün edilmişdir. Fevral inqilabından sonra Dağıstana gəlmiş, Rusiya Kommunist (bolşeviklər) Partiyası sıralarına daxil olaraq, siyasi fəaliyyətini davam etdirmişdir. 1918-ci ildə Nəriman Nərimanovun dəvətilə Həştərxana gedərək, “Hümmət” qəzetinin redaksiyasında çalışmışdır. 1920-ci ildə 11-ci Qırmızı ordunun tərkibində Dağıstana gəlmiş, Temirxan-Şura şəhərində “Qırmızı Dağıstan” qəzetinin nəşrini təşkil etmişdir. 1920-ci il mayın 2-də Bakıya gələn Ordubadi “Əxbar” qəzetinin redaktor müavini vəzifəsinə təyin edilmiş, “Əxbar” və “Kommunist” qəzetləri birləşdirildikdən sonra onun redaksiya heyətinin üzvü və redaktor müavini, 1920-ci ilin sentyabrından isə “Füqəra füyuzatı” jurnalının redaktoru olmuşdur. 1928-ci ildə “Yeni yol” qəzetinin redaktoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.  

  16. NAXÇIVANİ ƏCƏMİ ƏBUBƏKR OĞLU (XII əsrin 20-ci illəri – XII əsrin sonu) – memar. Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi. Əcəmi orta əsr Azərbaycan memarlığına yeni istiqamət vermiş, özünün sənət dühası ilə Səlcuqilər dövrü memarlığının bir qədər ağır və sərt üslubuna böyük incəlik və dinamiklik gətirmiş, Yaxın Şərq memarlığına güclü təsir göstərmişdir. Yaratdığı abidələrin üzərindəki kitabələrdə özünü “Əbubəkr oğlu Əcəmi, Naxçıvanlı memar” adlandıran sənətkarın təsviri sənəti və mühəndisliyi memarlıqda üzvi şəkildə birləşdirdiyi aydın görünür. Şərqin böyük dühaları onu “Şeyxül-mühəndis” (mühəndislərin başçısı) adlandırmışlar.

  17. Hazırladı: Səbail rayon MKS-in baş metodisti Babayeva Günel

More Related