1 / 21

Mövzu: Toxumun səpin keyfiyyətinin təyini

Mövzu: Toxumun səpin keyfiyyətinin təyini. AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. Ədəbiyyat. Quliyev R. Ə., Əliyeva K. Ə. Genetika. Dərslik, Bakı, 2002. Quliyev R. Ə. Genetikanın əsasları ilə bitkilərin seleksiyası. Bakı, 2003. Axundova E. M. Ekoloji genetika. Bakı, 2006.

twila
Download Presentation

Mövzu: Toxumun səpin keyfiyyətinin təyini

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Mövzu:Toxumun səpin keyfiyyətinin təyini AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ Dosent, b.e.n. F.H.Qurbanov

  2. Ədəbiyyat • Quliyev R. Ə., Əliyeva K. Ə. Genetika. Dərslik, Bakı, 2002. • Quliyev R. Ə. Genetikanın əsasları ilə bitkilərin seleksiyası. Bakı, 2003. • Axundova E. M. Ekoloji genetika. Bakı, 2006. • Musayev Ə.C.və b. Dənli taxıl bitkiləri seleksiyasının metodikası.Bakı,2008 • Turabov T. Genetika. Gəncə, 1997. • Seyidəliyev N. Y. Genetika. Dərs vəsaiti, Gəncə, 2005. • Qarayev L. Tarla bitkilərinin toxumçuluğu. Bakı, 1976. • Cəfərov N. A. Çəkilin seleksiyası. Gəncə, 2008. ADAU dos. F.H.Qurbanov

  3. Mövzunun planı Müasir kənd təsərrüfatında yüksək keyfiyyətli toxumun tətbiqi: Toxumun təsdiqlənməsi (sertifikatlaşdırması): Toxumun səpin keyfiyyətinin təyini. Toxumun təmizliyinin təyini 1000 dənin kütləsi Dənin dolğunluğu Dənin forması Dənin natura çəkisi, balla Dənin şüşəvariliyi Səpin norması Toxumun təsərrüfat yararlılığı ADAU dos. F.H.Qurbanov

  4. Toxumun əhəmiyyəti • Yaxşı toxum yüksək məhsulun rəhnidir. • Toxumlar cins, dolu, sağlam və təmiz olmalıdır. • Cins toxum yetişdirmək üçün elmi və əməli biliklərə malik olmaq lazımdır. • Keçmişdə əkinçilər səpin üçün toxumu – sünbülün orta hissəsindən götürərək xəlbirləmə, övsəmə və ya küləkdə sovurma yolu ilə çeşidlərə ayırırdılar. ADAU dos. F.H.Qurbanov

  5. Toxumun əhəmiyyəti • Toxum təmiz, cücərmə qabilliyəti yüksək, dolğun, sağlam və sortca təmiz olmalıdır. • Aqroexniki şəraitdən asılı olaraq bitkilər öz təbiətini dəyişdiyi üçün toxum təsərrüfatlarında aqrotexnika yüksək səviyyədə olmalı, lazımı k/t-ı maşınları və yüksək ixtisaslı kadrlarla təmin edilməlidir. ADAU dos. F.H.Qurbanov

  6. Toxum – istehsal vasitəsidir • «toxumçuluq»— kənd təsərrüfatı, meşə, dərman və bəzək bitkilərinin çoxaldılması məqsədilə istifadə edilən toxumların istehsalı, tədarükü və istifadəsinə yönəldilmiş elmi, aqrotexniki və təşkilati tədbirlər sistemi; • «toxum»— sortun təkrar istehsalı üçün istifadə edilən bitkilərin generativ (toxum) və vegetativ (çilik, ting, şitil, soğanaq, kök yumruları və s.) orqanı; • «orijinal toxum»— ilkin toxumçuluq mərhələlərində bitki nəsillərinin selek-siya yolu originatorun nəzarəti altında ilə seçilməsi və qiymətləndirilməsi nəticəsində alınmış toxum; • «super elit toxum»— orijinal toxumun çoxaldılmasından alınmış toxum; • «elit toxum»— super elit toxumun çoxaldılmasından alınmış toxum; • «reproduksiyalı toxum»— elit toxumun ardıcıl çoxaldılmasından alınmış toxum; ADAU dos. F.H.Qurbanov

  7. Müasir kənd təsərrüfatında yüksək keyfiyyətli toxumun tətbiqi • Sortluq və səpin keyfiyyətlərini təyin etmək üçün toxum və bitki mənşəli məh-sullardan nümunələr götürmək və onları təhlil etmək; • dövlət standartlarına, texniki şərtlərə uyğun gəlməyən və keyfiyyət sənədləri olmayan toxumları çıxdaş etmək və onların toxumluq məqsədilə satılmasını qadağan etmək; ADAU dos. F.H.Qurbanov

  8. Toxumun təsdiqlənməsi (sertifikatlaşdırması) • Toxum üzərində nəzarət müfəttişliyi həlledici nəzarət idarəsi kimi toxum üzərində sertifikatlaşdırmanı həyata keçirir • Təsdiq olunmuş və sertifikatlaşdırılmış toxum istehlakçılara sortların/hibridlərin müəyyən genetik xüsusiyyətlərini saxlamağa təminat verir. ADAU dos. F.H.Qurbanov

  9. Aşağıdakı toxumların ticarət dövriyyəsinə daxil edilməsinə yol verilmir • rayonlaşmamış sortların; • sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı və fitosanitar sertifikatı olmayan toxumların; • qablaşdırılmamış və etiketləşdirilməmiş toxumların; • sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatının müddəti qurtarmış toxumların; • sort qarışığı olan toxumların. ADAU dos. F.H.Qurbanov

  10. Toxumun səpin keyfiyyətinin təyini • Toxumun səpin keyfiyyəti bir çox göstəricilərlə təyin edilir: təmizliyi, cücərəmə enerjisi, cücərmə qabiliyyəti, nəmliyi, 1000 toxumun çəkisi, xəstəlik və zərərvericilərə yoluxma dərəcəsi. • Toxumun səpin keyfiyyəti toxumçuluq idarələri tərəfindən müəyyən edilməklə DÜİST-ə görə 12036-81 ilə təyin edilir. • Orta nümünənin götürülməsi vacib şərtlərdəndir. Nümünə bütün partiya toxumu əhatə etməli, bütün sənədləri yoxlanılmaqla götürməlidir. ADAU dos. F.H.Qurbanov

  11. Orta nümunəni götürmək üçün xüsusi alətlərdən –araölçənlərdən - şuplardan istifadə etmək lazımdır. Şuplar - konusvari, silindrik, kisə şupu və hobbe şupudur. Konusvari şupu – açıq maşınlardan, vaqon və anbarlardan nümunə götürmək üçün istifadə edilir. Kisə şupu – bağlı kisələrdən orta nümunənin götürülməsi üçün istifadə olunur. Silindrik şup – açıq kisələrdən orta nümunə görürmək üçün istifadə edilir. Hobbe şupu – bağlı xırda toxumlu kisələrdən nümunə götürmək üçün istifadə edilir. ADAU dos. F.H.Qurbanov

  12. Orta nümunənin götürülməsi qaydası Maşın, anbar və.s toxum 3 qatdan götürülür. Kisədən isə kisədən 3 yerdən (10 qədər), 10-25 kisədə olanda hər kisənin bir yerindən, 26-100 kisədə isə hər beş kisədən bir, 100-artıq olsa hər 10 kisədən bir nümunə götürülür. Qarğıdalıdan qıçalı halda isə 15 yerdən 5-5 qıça götürülür (3 qatdan). Bütün nümunələr brezent, faner və.s üzərinə tökülür. İyi, rəngi, müxtəlifliyi və.s öyrənilir. Əgər eynidirsə onlar eyni yığılır və qarışdırılır. Bu ilk nümunə taxıllarda 1kq, yonca və.s 250 qr. olmaqla təqribən 40000 toxum olmalıdır. ADAU dos. F.H.Qurbanov

  13. Toxumun təmizliyinin təyini. Əsas bitkinin toxumları - sağlam, yaşama və cücərmə qabiliyyətli; Dolu olmayan, cücərmiş, yoluxmuş, zədələnmiş, rüşeymi xarab və s. əsas bitkinin toxumları; Canlı zibil - alaq, digər bitki toxumları sağlam zərərvericilər, mikroorqanizmlər və s.; Cansız zibil – ot, alaq, daş qırıntıları, torpaq və s.; Standarta görə əgər karantin alaq toxumları rast gəlirsə, bütün nümunə analiz olunmadan toxum materialı çıxdaş edilir. ADAU dos. F.H.Qurbanov

  14. 1000 dənin kütləsi DÜST-ə görə hərəsi 500 ədəd, dənin sayı az olduqda isə hərəsi 250 ədəd olmaqla iki çəki əsasında tapılır. Çəkilər arasındakı fərq 1-qrama qədər ola bilər. Fərq bundan artıq olarsa dənin sayılması zamanı hər hansı bir yanlışlığın olmasını nəzərə alaraq nümunələri yenidən sayıb çəkmək lazımdır. Buğda nümunələrini 1000 dənin kütləsinə görə qruplaşdırmaq üçün qiymətləndirmə balla aşağıdakı şkala üzrə aparılır: çox az - 27-30 q-dan az olduqda; az - 31-38qolduqda orta - 39-46 q olduqda; yüksək - 47-54 q olduqda; çox yüksək - 54 q-dan çox olduqda ADAU dos. F.H.Qurbanov

  15. Dənin dolğunluğu Gözəyarı aşağıdakı bölgü əsasında təyin edilir: dən cılızdır; dənin forması dəyişilib; dən orta dolub; dən dolub; dən yaxşı dolub. ADAU dos. F.H.Qurbanov

  16. Dənin forması Sortun bioloji xüsusiyyətlərindən və torpaq-iqlim amillərinin təsirindən çox geniş diapazonda dəyişə bilər. Odur ki, dən aşağıdakı formalarda ola bilər: 1- şar formalı; 2- dəyirmi; 3- yumurtavari; 4- uzunsov; 5- çox uzunsov; 6- oraqvari; 7-bükük (qozbel); 8- yanlarından sıxılmış, yastı; 9- digər formalarda. ADAU dos. F.H.Qurbanov

  17. Dəndə şırımın formaları 1-dayaz, ensz (dar); 2-dayaz, enli; 3-orta, ensiz (dar); 4-orta, enli; 5-dərin, ensiz (dar); 6-dərin, enli. ADAU dos. F.H.Qurbanov

  18. Dənin natura çəkisi, balla 1 - çox zəif (740 q/l-dən az olduqda); 2 - zəif (741-770 q/1 arasında olduqda); 3 - orta (771-790 q/1 arasında olduqda); 4 - yüksək (791-830 q/1 arasında olduqda); 5 - çox yüksək (830 q/l-dən yüksək olduqda). ADAU dos. F.H.Qurbanov

  19. Dənin şüşəvariliyi • dən çox unvaridir (dənin şüşəvariliyi 21%-dən az olduqda); • dən unvaridir (dənin şüşəvariliyi 22-50% arasındaolduqda); • dən yarımşüşəvaridir (dənin şüşəvariliyi 51-70% arasında olduqda); • dən şüşəvaridir (dənin şüşəvariliyi 71-95% arasında olduqda); • dən tipik şüşəvaridir (dəndə şüşəvarilik 95%-dən yüksək olduqda). ADAU dos. F.H.Qurbanov

  20. Toxumun təsərrüfat yararlılığı • onun cücərmə və təmizlik faizindən asılı olub, aşağıdakı kimi tapılır: • burada T- toxumun təsərrüfat yararlılığı, %; • t- toxumun təmizliyi, %; • c- toxumun tarla cücərməsi. ADAU dos. F.H.Qurbanov

  21. Səpin norması Hesablama aşağıdakı kimi aparılır: • burada N- çəki hesabı ilə səpin norması, kq/ha; • s- bir hektara tələb olunan cücərən toxumun sayı, milyon ədəd; • k- 1000dəninkütləsi, q; • T- toxumun təsərrüfat yararlılığı, %. ADAU dos. F.H.Qurbanov

More Related