1 / 17

Zoobaytarl ı q v ə ə mt əəşü nasl ı q fak ü lt ə si YOLUXMAYAN X Ə ST Ə LIKL Ə R KAFEDRASI

AZ Ə RBAYCAN RESPUBLIKASI K Ə ND T Ə S Ə RR Ü FATI NAZIRLIYI AZ Ə RBAYCAN D Ö VL Ə T AQRAR UNIVERSITETI. Zoobaytarl ı q v ə ə mt əəşü nasl ı q fak ü lt ə si YOLUXMAYAN X Ə ST Ə LIKL Ə R KAFEDRASI M Ü HAZIR Ə NIN M Ö VZUSU : Doğumdan sonrakı infeksiya

valmai
Download Presentation

Zoobaytarl ı q v ə ə mt əəşü nasl ı q fak ü lt ə si YOLUXMAYAN X Ə ST Ə LIKL Ə R KAFEDRASI

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYIAZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI MÜHAZIRƏNIN MÖVZUSU: Doğumdan sonrakı infeksiya Mühazirəçi: dosent Əhmədov Əhməd Qulu oğlu Gəncə-2009

  2. MÜHAZIRƏNIN PLANI • 1.Doğumdan sonar baş verən infeksiya. • 2.Kəskin endometritlərin boş verməsi. • 3.Doğumdan sonar baş verən septisemiya, pimiya halları. • 4.Doğumdan sonrakı eklampisiya baş verməsi. • 5.Doğum parezinin əmələ gəlmə səbəbləri.

  3. Mühazirə mətninə müvafiq ədəbiyyatlar • 1.C.Rzayev, M.Səidov- Baytarlıq mamalığı, ginekologiyası və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması. Bakı, 1975. • 2.A.P.Studentsov, B.S.Şipilov - Baytarlıq mamalığı və ginekologiyası. Moskva-1986. • 3. B.S.Şipilov, Q.B.Zveryeva, I.I.Rodin - Baytarlıq mamalığı, ginekologiyası və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması. Moskva-1988.

  4. Doğumdan sonrakı infeksiya-infectio puerpralis. • Heyvan doğduqdan sonra ilk günlərdə rezistentliyi aşağı düşür. Ona görə streptokokklar, stafilokokklar, bağırsaq çöpləri və başqa mikroorqanizmlər özlərinə əlverişli şərait tapırlar və nəticədə doğumdan sonra infeksiya baş verir. Yeni doğmuş heyvanın balalığında infeksiyanın inkişafı üçün əlverişli şərait vardır. Belə ki, cinsiyyət üzvlərində həmişə mikroorqanizmlər olur. Belə bir halda doğan heyvanın hamısı xəstələnmir. Heyvan arıq olduqda, doğum yolu zədələndikdə, yardım göstərdikdə balalığa infeksiya daxil olduqda heyvan xəstələnir. • Cinsiyyət üzvlərində mikroorqanizmlər irinli proses törədir və nəticədə intoksikasiya baş verir.

  5. Mikroorqanizmlər əlverişli şərait tapdıqda, daha sürətlə çoxalır, qanla yayılaraq bütün orqanları yoluxdurur,yəni metastaz verir. Nəticədə yara ciyərdə, dalaqda, böyrəklərdə, ağ ciyərdə degenerativ proses baş verir. Sinir sistemi və maddələr mübadiləsi pozulur. • Orqanizmin rezistenliyi möhkəm olduqda mikroorqanizmlər qana daxil olduqda onlar məhv olur. • Ümumiyyətlə, demək olar ki, doğumdan sonra baş verən xəstəliyin gedişi bir tərəfdən mikroorqanizmləri virulintliyindən, digər tərəfdən isə heyvan orqanizminin möhkəmliyindən asılıdır. • Doğumdan sonra baş verən vulvit, vestibulit və vaginitlər. Vulvitis vestibulitis et vaginitis puerperalis. • Cinsiyyət dodaqlarının iltihabı vulvit, vagina dəhlizinin iltahabı vestibulit, vaginanın iltihabı isə vaginit (kolpit) adlanır. Bu xəstəlik əksərən doğum zamanı həmin hissələrin zədələnməsi və onun infeksiya ilə yoluxması nəticəsində başa verir.

  6. Klinik nişanələri. Xəstə heyvan özünü pis hiss edir. Belini donqar tutaraq, tez-tez sidik ifraz edir. Bu vaxt inildəmə müşahidə edilir, xarici cinsiyyət üzvləri şişir, bərk ağrılı olur. Bəzən ağrı o qədər olur ki, xəstə nahiyəyə əl vurduqda heyvan çökür və hətta yıxılır. Cinsiyyət yolundan axan eksudat xəstənin quyruğunun ətraflarına yapışaraq qərtmək bağlayır. • Müalicəsi. Birinci növbədə xəstənin xarici cinsiyyət üzvlərini zəif dezinfeksiyaedici məhlullarla yumalı (3%-li bor turşusu, 1:500-ə xinozol və ya 1-2%-li zəy məhlulu və s.) sonra cinsiyyət üzvünün kənarlarını, quyruğunu təmiz yuyub bint bağlayıb yana çəkmək lazımdır ki, quyruq cinsiyyət üzvünə dəyib onu qıcıqlandırmasın. • Xəstə nahiyəni elə yumaq lazımdır ki, balalığı və onun boyuncuğunu yoluxdurmasın. • Bundan sonra xəstə nahiyəyə yodoform, kseroform və ya ixtiol məlhəm çəkilməlidir. Toz halında olan dərmanlar bir o qədər yaxşı nəticə vermir, çünki onlar tezliklə, sidiklə yuyulurlar. • Vaginanın doğumdan sonra baş verən difterik iltihabı- vagintis necrotica • Bu xəstəlik zamanı vaginanın selikli qişası və onun daha aşağı hissələri iltihaba tutularaq, fibrinlə zəngin oksidat əmələ gəlir.

  7. Xəstəliyin kliniki nişanələri və onun gedişi. • Vaginanın selik qatına fibrinlə qatışıq eksudat hopur və ora iltihaba uğrayır. Vaginadan tünd qırmızı rəngli pis iyli maddə axır. Bundan başqa, cinsiyyət dodaqları şişir, xəstə özünü pis hiss edir, bədən temperaturu 40-410s-lə qalxır, tənəffüsü tezləşir, yemdən qalır. • Müalicəsi. Vaginanı yumaq olmaz, çünki zədələnmiş toxumalar daha çox dağılar, proses qonşu nahiyələrə keçə bilər. • Yara nahiyəsinə yandırıcı və dezinfeksiyaedici məlhəmlər çəkilməlidir. (Argenti, nitrici 0,2; Balsperuv-4,0; vazelin 40,0 M.D.S. Xeroformic-5,0; Bals. Peruv-3,0-5,0; ol Ricini-100,0 M.Q.S.). Bundan başqa ixtiol, penisillin, streptosid, kseroform, yodoform, mentol məlhəmləri çəkmək.

  8. Kəskin endometritlər. Endometritis Acuta • Balalığın selik qatının iltihabı endometrit adlanır. Xəstəlik nəticəsində balalığın selikli qişasında morfoloji dəyişikliklər gedir, balalığın funksiyası pozulur, nəticədə heyvan qısır qalır. Bu bütün heyvanlarda təsadüf edilir, ancaq inəklərdə daha çox olur. • Kəskin kataral və irinli-kataral endometritlər- Endometritis catarrihalis et catarrhalis purulenta akuta. • Balalığın selikli qişasının kəskin kataral endometriti zamanı balalığa kataral eksudat toplanır. • Etiologiyası.Kəskin kataral və irinli-kataral endometritlər əksərən mamalıq yardımı göstərərkən balalığa infeksiya daxil olması, balalığın atoniyası və sonun ləngiməsi nəticəsində baş verir. Çox hallarda endometritlər brusellöz, vibrioz, trixomonoz kimi infeksion və invazion xəstəliklərin nəticəsində əmələ gəlir. Bundan başqa doğumdan sonra heyvanı ümumi rezistenliyinin aşağı duşməsi, onun yem payında A, E, D, B vitaminlərin, habelə mikroelementlər çatmadıqda və bir tərəfli yemləmə xəstəliyin baş verməsi üçün əlverişli şərait yaradır.

  9. Xəstəliyin klinik nişanələri və onun gedişi • Xəstəliyin başlanğıcında heyvanın ümumi vəziyyətində bir o qədər dəyişiklik getmir. Bəzən temperaturu bir qəər artır, südü azalır, irinli kataral endometritdə, seliklə qarışıq irinli eksudat kənar olur. Belə axıntı xəstənin cinsiyyət dodaqlarına, quyruğuna, arxa ətrafına yapışaraq qartmaq əmələ gətirir. • Diaqnozu. Kliniki nişanələrinə əsaslanır. • Proqnozu. Inək və camışlarda adətən yaxşıdır, 2-3 həftədən sonra sağalır. Heyvanı vaxtında və düzgün müalicə etmədikdə xəstəlik uzun çəkir, xroniki hala keçir. Atlarda endometrin çox ağır keçir. Belə ki, 2-3-gün ərzində sepsis baş verir və at tələf olur. Bu madyanlarda leykositor baryer funksiyasının inəklərə nisbətən gec əmələ gəlməsi ilə izah edilir.

  10. Şəkil Balalığın yuyulması üçün istifadə edilən alətlər. • Müalicəsi. Birinci növbədə balalığı ekzedatdan təmizləyib, heyvanın yemləmə və bəsləmə şəraitini yaxşılaşdırmaq lazımdır. Balalığı hər gün, bəzən 2-3-gündən bir esmar kurujkası ilə və ya başqa üsullarla yumaq lazımdır. • Balalığı yumaq üçün 3-10%-li xörək duzu məhlulu, 3-4%-li ixtiol məhlulu, 1:1000-1-2000-ə nisbətində kalium-permanqanat, 1:5000-ə nisbətində furasilin; 1-2%-li bikazbonat sodası və ya bor turşusu, 0,25-1%-li və ya tanin məhlulundan istifadə etmək lazımdır. Balalığı yumaq üçün 2-3-litr, əgər ora Irin yığılarsa 5-10 litr məhlul işlədilir. • Balalığı tez-tez yuduqda onun atoniyası baş verər və yumurtalıq yolu yoluxar. Antibiotik, sulfanilamid, norsulfazol istifaə edilir. • Inəklərə- pitutrin 3-10 ml, follikulin 3-10 ml, sinistrol 2-3 ml, prozerin 0,5%-li 1-3 ml karboxolin 0,1%-1-3 ml, oksitozin 15b.B. və s.işlədilir.

  11. Doğumdan sonrakı kəskin fibrimozlu endometrit. Endometritis fibrinoza puerperalis acuta. • Fibrinozlu endometritdə balalığın selikli qişası iltihaba tutulur və onun daxilinə fibrinlə zəngin eksudat yığılır. Buna ən çox inəklərdə təsadüf edilir. • Etiologiyası. • Xəstəliyin əmələ gəlməsinə əsas səbəb balalığa infeksiya düşməsidir. • Kliniki əlamətləri. Cinsiyyət aparatında tünd Sarı rəngli seliklə qarışıq kütlə axır. • Diaqnozu. Kliniki əlamətlərinə görə qoyulur. • Müalicəsi. Xəstəliyin yüngül formasında balalığı doymuş cörək duzu məhlulu və ya 2-3%-li bikiorbanat sodası ilə yumaq lazımdır. • Doğumdan sonrakı nektoriki metrit- Metritis pulrperalis necrotica. • Bu çox ağır keçən xəstəlikdir. Xəstəlik zamanı balalığın selikli əzələ və hətta bəzən seroz qat da nekrozlaşaraq parçalanır.

  12. Etiologiyası. Balalıq divarı bərk zədələndikdə, anna heyvan orqanizmi zəif olduqda və ora vurilentli mikroblar düzdükdə bu xəstəlik baş verir. Bu zaman balalığın əzələ və seroz qatı pozulur. Nəticədə nekrozlaşma əmələ gəlir. • Xəstəliyin kliniki əlamətləri və onun gedişi. • Balalıqdan fibrin kütləsi ilə qarışıq, qırmızı rəngli eksudat axır. Xəstənin temperaturu yüksəlir. Balalığın palpasiyası zamanı fluktasiya verir və s. • Diaqnozu. Kliniki nişanələrinə, rektal müayinəyə əsasən qoyulur. • Proqnozu. Əksərən nekrotiki metrit ağırlaşma verir. Nəticədə balalıq deşilir, pernitonit, sepsis, pilmiya baş verir. Xəstə təxminən 9-10 gündə ürək zəifləməsindən ölür. • Müalicəsi. Balalığı yumaq massaj etmək olmaz. Balalıqdan iksudatı çəkmək (sormaq) lazımdır. • Doğumdan sonrakı septisemiya- sepsis puerperalis. • Doğumdan sonra baş verən septisemiya çox ağır keçən ümumi orqanizmin çatışmamazlığıdır. • Etiologiyası. Xəstəlik əksərən tatoloji doğumlardan və metritlərdən sonra baş verir. Inək, camış, keçi və itlərdə bu xəstəliyə daha çox təsadüf edilir. Xəstəliyin törədicisi hemolizedici streptokokkal, stafilokokklar, bağırsaq çöpləri və pievmokokklardır.

  13. Xəstəliyin kliniki əlamətləri və onun gedişi • Xəstənin temperaturu (40-410s), əksər hallarda heyvan ölənə yaxın onun temperaturu normal olur. O, tamamilə yemdən qalır, südü azalalır. Ağzının və burunun selikli qişası quru olur. Inəklər, camışlar, qoyunlar xəstəliyə tutulduqda həmişə yatır, xaricə təsirə cavab vermir. Inək və qoyunda xəstəlik tək-tək hallarda kəskin formada baş verir, xəstəlik yarımkəskin formada 2-3 gün davam edir və tələf olur. • Keçilərdə-balalıqda nekroz baş verdiyi üçün xəstə tez tələf olur. Donuz, it və pişiklərdə xəstəlik kəskin formada getdiyindən bir neçə saat (6-7) ərzində tələf olur. • Müalicəsi.Balalığın yığılıb açılmasını artıran preparatlardan istifadə edilir, qitutirin 5-10 ml. xırda heyvana 1-2 ml. vena daxilinə 10-40% qlükoza 50-100 ml şəkər məhlulu 300-500q içirmək və s; 10%-li 400-500m kalsiumxlorid vurulur.

  14. Doğumdan sonrakı piemiya-pyalmia puerperalis • Bu xəstəlik zamanı mikroorqanizmlər qana keçir, orada çoxalmır, ancaq damarlarda tromboz əmələ gətirir və orqanizmin müəyyən sahələrində irinli abseslər gedir. • Piemiya zamanı yerli proses əmələ gələrək ayrı-ay1rı orqan və toxumalarda metastatik abseslər baş verir. • Etiologiyası. Piemiyanı əsasən stafilokoklar törədir. • Xəstəliyin kliniki əhəmiyyətləri və onun gedişi. • Xəstəliyin kliniki əlamətləri birdən-birə baş verir və proses gedən nahiyədən aslı olur. Balalıqda irinləmə-çürümə prosesi getməklə onun anatomiyasına səbəb olur. Xəstəliyin 6-8 günündə çapma, diz, çanaq-bud oynaqlarında habelə ağ və qara ciyərdə, yelində və başqa orqanlarda metastatik abseslər baş verir. Oynaqlar şişir və bərk ağrılı olur, heyvan çətin yatıb-qalxır. • Mədə-bağırsaq sisteminin fəaliyyəti pozulur. • Diaqnozu- Doğumdan sonra balalıqda patoloji prosesin olmasına və bu zaman metastazlar təsadüf edilməsinə əsasən qoyulur.

  15. Müalicəsi- oynaqlarda ilthabı prosesi olduqda qızdırıcı spirt kompresi qoyulub, xəstə nahiyəyə kalium-yod məlhəmi sürtürlər (təmiz yod 1q, kalium-yod 10 q, vazelin 100q). Oynaqlardakı absesləri deşib piltə qoymaq olar. Ağ ciyərdə abses olduqda heyvanın döş qəfəsini isti bağlayıb orqanizmi möhkəmləndirən dərman verilir. • Septikopilmiya (septicapyalmia) • Bu orqanizmin ümumi xəstəliyidir və çox ağır keçir. Yerli prosesdə ağırlaşıb, orqanizmidə sepsis və piemiya məxsus əlamətlər birlikdə baş verir. • Müalicəsi. Septikopilmiya xəstəliyinin süalicəsi doğumdan sonra baş verən sepsis və pilmiya xəstəliyinin müalicəsi kimidir. • Doğumdan sonrakı ekvampsiya- Eclampsiya puerperalis. • Eklampsiya doğumdan sonra baş verən ən çox kəskin keçən sinir sistemi xəstəliyidir. Bu xəstəlik kənd təsərrüfatı heyvanlarının hamsında olur. Itlərdə və donuzlarda başqa heyvanlara nisbətən daha çox təsadüf edilir. Xəstəlik zamanı heyvan huşunu itirir. • Etiologiyası. Xəstəliyin baş vermə səbəbi yaxşı öyrənilməmişdir. Güman edirlər ki, ana plasentasına və loxiyada olan zülallar parçalanır, əmələ gələn maddələr anaflaksiya və ya antointoksikasiya səbəb olur. Nəticədə beyində anemiya və ya hiperemiya baş verir və xəstəlik başlayır.

  16. Xəstəliyin kliniki əlamətləri və onun gedişi. • Heyvan narahat olur, gövdəsinin və boynunun əzələləri titrəyir, göz almacıqları batır, huşunu itirərək yıxılır. Bundan başqa, heyvan bir neçə dəqiqə yatır, sonra birdən-birə durur, o ətrafa baxır, özündəngetmə 5-30 dəqiqə davam edir, bir neçə saat və bir gündən sonra özündəngetmə təkrar olur. • Müalicəsi. Heyvan sakit və qaranlıq yerdə saxlanmalı və onun altına çoxlu saman səpilməlidir ki, yıxılıb yaralanması. • Doğum parezi- paresis pnerperalis. • Bu xəstəlik ən çox inəklərdə, az hallarda başqa heyvanlarda baş verir. Xəstəlik çox kəskin keçir, yarımiflic hala düşür. • Etiologiyası. Xəstəliyin səbəbi aydın deyilir. Onun əmələ gəlməsi bir çox nəzəriyələr irəli sürülür. Beyinin qanla dolması, beyinin şişməsi, qanda şəkərin azalması, orqanizmdə kalsiumun çatışmaması və s. • Xəstəlik ən çox süd məhsulunun artdığı dövrdə (6-8 yaşda) baş verir, uzun müddət zülalı yemlə verdikdə və s.

  17. Xəstəliyin kliniki əlamətləri və onun gedişi. • Bu xəstəlik adətən doğumdan (10-70 saat) sonra baş verir. Ağır və yüngül formada olur. Heyvan yarı iflic hala düşür. Nəcis ifrazı pozulur, düz bağırsaqda nəcis kütləsi bərkiyir, heyvan ağızı yarımiflic olur, sidik kisəsi sidiklə dolu olur. Xəstəliyin başlanğıcında temperaturu normal olur. Sonra temperatur düşür (350s) olur. Ağır formada heyvan, s vari boynunu əyir saxlayır. • Proqnozu. Vaxtında müalicə apardıqda 90-94% sağalır. Xəstə müalicə edilmədikdə tinpaniya nəticəsində 12-24 saat ərzində tələf olur. • Daqnozu əlamətlərinə görə qoyulur. • Müalicəsi. Xəstəni müalicə etmək üçün ən səmərəli üsul əmcəklərə hava yeridilməsidir. Yelinə hava yeritmək üçün əsasən Evers aparatından istifadə edilir. Əmcəklərdəki südü sğmalı və onların ucunu 70% spirtlə silməli sonra əmcəklərə hava vurduqdan sonra əmcəkləri tənziflə bağlamalı. Hava yeritdikdən sonra 45-60 dəqiqə sonra onda əmələ gələn əlamətlər itir, ayağa durur, balasını axtarır. Əgər 6-8 saatadək heyvan sağalmırsa, ona əvvəlcə 1 littr su, bir saat sonra 3l daha sonra isə nə qədər içsə su vermək olar. Çoxsüdlü inəklərdə doğuma 5-7 gün qalmış və doğumun 1-2-ci günü «D» vitaminin verilməsi məsləhət görülür. Xəstəliyin əmələ gəlməsinin qarşısını almaq məqsədilə heyvanın doğmasına 2 həftə qalmış yem payından qüvvəli yemləri çıxarmaq, boğazlıq dövründə lazımi qədər gəzdirmək. A. P. Studentsov yeni doğmuş heyvana ilıq duzlu su verilməsini məsləhət görür.

More Related