1 / 23

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ BAYTALIQ TƏBABƏTİ VƏ ƏCZAÇILIQ FAKÜLTƏSİ ƏCZAÇILIQ VƏ MORFOLOGİYA KAFEDRASI

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ BAYTALIQ TƏBABƏTİ VƏ ƏCZAÇILIQ FAKÜLTƏSİ ƏCZAÇILIQ VƏ MORFOLOGİYA KAFEDRASI. FƏNN:SiTOLOGİYA,HİSTOLOGİYA VƏ EMBRİOLOGOYA MÖVZU: MƏRKƏZİ SİNİR SİSTEMİ VƏ HİSS ÜZVÜLƏRİNİN HİSTOLOJİ QURLUŞU. MÜHAZİRƏÇİ:ABDULHƏLİMOV N.A . GƏNCƏ-2009. MÜHAZİRƏNİN PLANI:.

vilhelm
Download Presentation

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ BAYTALIQ TƏBABƏTİ VƏ ƏCZAÇILIQ FAKÜLTƏSİ ƏCZAÇILIQ VƏ MORFOLOGİYA KAFEDRASI

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİBAYTALIQ TƏBABƏTİ VƏ ƏCZAÇILIQ FAKÜLTƏSİ ƏCZAÇILIQ VƏ MORFOLOGİYA KAFEDRASI FƏNN:SiTOLOGİYA,HİSTOLOGİYA VƏ EMBRİOLOGOYA MÖVZU: MƏRKƏZİ SİNİR SİSTEMİ VƏ HİSS ÜZVÜLƏRİNİN HİSTOLOJİ QURLUŞU MÜHAZİRƏÇİ:ABDULHƏLİMOV N.A. GƏNCƏ-2009

  2. MÜHAZİRƏNİN PLANI: • Sinir sisteminin morfoloji və funksional təsnifatı, sinir sisteminin inkişafı, onurğa beyin düyünləri, onurğa beyninin, baş beynin, beyinciyin quruluşu, vegetativ sinir sistemi və intramural sinir kəllələri. • Hiss üzvləri, gözün inkişafı, göz alması və onun qişaları, gözün köməkçi aparatı, eşitmə və müvazinət orqanının quruluşu.

  3. ЯДЯБИЙЙАТ 2.N.ABDULHƏLİMOV.SİTOLOGİYA,HİSTOLOGİYA VƏ EMBRİOLOGİUA.GƏNCƏ 2009. 3.O.В.АЛЕКСАНДРОВСКАЯ И ДР.ЦИТОЛОГИЯ,ГИС- ТОЛОГИЯ И ЭМВРИОЛОГИЯ.МОСКВА 1975.ФФ

  4. Morfoloji cəhətdən sinir sistemi mərkəzi və periferik sinir sisteminə ayrılır. Mərkəzi sinir sisteminə baş və onurğa beyin, periferik sinir sisteminə isə sinir düyünləri, sinir kötükləri və sinir qurtaracaqları aiddir. . Sinir sistemi funksional cəhətdən somatik və vegetativ olur. Somatik sinir sistemi bədəni, vegetativ sinir sistemi isə daxili orqanları, damarları və vəzləri innervasiya edir. Sinir sistemi orqanizmin bütün toxuma və orqanların bir-birlə həm də xarici mühitlə əlaqəsini yaratmaqla orqanizmin tamlığım təmin edir. Sinir sistemi orqanları sinir borusunun qanqlioz lövhəsindən inkişaf edir. Sinir borusunun ön hissəsindən baş beyin , hiss üzvləri , gövdə hissəsindən və ganglioz lövhəsindən onurğa beyin, spinal, vegetativ qanqlilər və orqanizmin xromaffin toxuması inkişaf edir Embriogenez prosesində ganglioz lövhə üstü birləşdirici toxuma qişası ilə örtülmüş sinir düyünlərinə ayrılır.

  5. olaraq ovalvaridir. Onurğa beynin histoloji quruluşu. Onurğa beyin onurğa kana-lında yerləşir, bir-birindən ventral orta yarıq və dorsal orta arakəsmə ilə ayrılan iki simmetrik hissədən ibarətdir. Mərkəzdə multipolyar neyronların nüvələri olan boz maddə kənarda mərkəzi sinir sisteminin müxtəlif keçirici yol-larının tərkibinə daxil olan sinir lifləri olur. Onurğa beynin boz maddəsi boz komissura ilə əlaqələ-nən iki yarım hissədən ibarətdir. Hər bir yarım hissənin dorsal və ventral buynuzları var. Boz bitişmənin ortasında onurğa beynin mərkəzi kanalı yerləşir. Boz maddə multpolyar neyronlardan, mielinli , milin-siz sinir liflərindən və neyrologiya elementlərindən əmələ gəl-mişdir. Morfoloji əlamətlərə, lokalizasiya yerinə və sinir im-pulsunu keçirməsinə görə neyronlar kötük, daxili və dəstəli neyronlara ayrılır.

  6. Dorsal buynuzlarda süngəri qat, jelatinəbənzər maddə, dorsal buynuzun xüsusi nüvəsi və Klark nüvəsi olurDorsal buynuzun tərkibində arxa buynuzun xüsusi nüvəsi, döş nüvəsi və xeyli diffuz səpilmiş xırda multipolyar neyronlar olur.Dorsal buynuzda çoxlu xırda multipolyar ara və komissural neyronlar olur. Boz maddənin ara zonasının neyronları medial ara və lateral ara nüvələr əmələ gətirir. Birinci nüvənin neyritləri eynitərəfin ventral onurğa beyincik yolu ilə birləşir. İkinci nüvənin neyronlarının aksonıları onurğa beynin ventral kötüyü ilə onu tərk edir, simpatik kötüyün ağ birləşdirici sahələrini əmələ gətirir. Ventral buynuzların boz maddəsi onurğa beynin iri neyronlarından (100-140 mkm diametrində) əmələ gəlmişdir. Onurğa beyninin ağ maddəsi mielitli sinir liflərindən və neyroqliya elementlərindən təşkil olunmuşdur. Ağ maddənin sinir lifləri müəyyən refleks qövsünün şöbələri olub, keçirici yolları əmələ gətirir. (şəkil 25 )

  7. BAŞ BEYNİN HİSTOLOJİ QURULUŞU Baş beyin boz və ağ maddələrdən təşkil olunmuşdur. Boz maddə baş beynin və beyinciyin qabığını əmələ gətirir. Bundan başqa boz maddə beyin kötüyünün çox saylı nüvələrinin tərkibinə daxildir. Beyin kötüyü onun tərkib hissələri arasında əlaqə yaradan daxili aparata malikdir.Bu aparatda beyin qabığını, beyinciyə qalxan, beyin qabığını onun kötüyünə və onurğa beyninə yenən sinir impulsları ötürən nüvə olur. Beyin kötüyünün boz maddəsində funksional cəhətdən fərqlənən hərəki, hissi və aralıq çox çıxıntılı neyronlardan təşkil olunmuş nüvələr yerləşir. Uzunsov beyin 4-cü beyin mədəciyinin dibində yerləşən hissi və hərəki nüvələri saxlayır. Hissi nüvələr kənarda, hərəki nüvələr isə medialda yerləşir. Uzunsov beyində baş beynin digər şöbələrinə sinir impulsları ötürən nüvələr yerləşir. Belə nüvələrdən biri aşağı zeytun nüvəsidir.

  8. Bu nüvədə yerləşən iri çox çıxıntılı neyronların neyritləri beyincik və görmə qabarının hüceyrələrində sinapslar əmələ gətirir. Aşağı zeytun nüvəsinə beyincikdən, qırmızı nüvədən retikulyar formasiyadan və onurğa beyindən sinir lifləri daxil olur. Baş beynin əsas kordinasiya aparatı retikulyar formasiya olub, uzunsov beynin mərkəzində yerləşir. Burada sinir liflərinin torunda xırda multıpolyar neyrositlər olur. Retikulyar formasiya mürəkkəb reflektor mərkəz olub, beyin köyüyünün mərkəzi hissəsi ilə uzunsov beyinə kimi yayılır. Ara beyin görmə qabarından ibarətdir. Görmə qabarının altında hipotalamik sahə yerləşir. Görmə qabarı bir-birindən ağ maddə ilə sərhədlənən nüvələri qoşurBeyincik hərəkətləri və müvazinəti tənzim edən orqandır. Bunu afferent və efferent keçirici yolları beyinciyin 3 cüt ayaqcığını əmələ gətirir. Beyinciyin qabığında hüceyrəvi quruluşuna görə fərqlənən xarici molekulyar, orta qanglioz və daxili dənəli qatlar olur.

  9. Beyinciyin molekulyar qatı səbətvari və ulduzvari tormozlayıcı neyronlardan ibarətdir. Səbətvari hüceyrələr molekulyar qatın dərinliyində yerləşir. Bu hüceyrələrin perikarionu xırda olub (10-20 mkm) nazik uzun dendritlərə və aksonlara malikdir. Beyinciyin qabığında xırda və iri ulduzvari neyronlar olur. Xırda ulduzvari hüceyrələrin dendritləri qısa olur, neyritlər isə armudvari hüceyrələrin dendritlərində sinapslar yaradır. İri ulduzvari hüceyrələr güclü şaxələnən neyrit və dendritlərə malikdir Beyincik qabığının dənəli qatında dənəli hüceyrələr və 2 növ holci hüceyrələri olur. . Ulduzvari holçi hüceyrələr qısa və uzun neyritlərə malik hüceyrələrə ayrılır. Qısa çıxıntılı hüceyrələr qanqlioz qatın yaxınlığında yerləşir. Beyincik qabığına dənəli hüceyrələrdən kəndirvari liflərlə gələn oyanma holçi hüceyrələrinin tormozlayıcı sinapslar tərəfindən yerinə yetirilir. (şəkil 26)

  10. BAŞ BEYİN QABIĞININ HİSTOLOJİ QURULUŞU Baş beyində boz maddə kənarda, ağ maddə isə mərkəzdə yerləşir. Boz maddə formasına, ölçülərinə və funksiyasına görə fərqlənən bir neçə hüceyrə qatından təşkil olunmuşdur. . Baş beyin qabığının hərəki zonasının molekulyar, xarici dənəli, piramidal, daxili dənəli , qanglioz və polimorf hüceyrə qatları olur. Molekulyar qatda sinir liflərinin toru və iyvari xırda neyrositlər olur, sinir lifləri beyin səthinə paralel yerləşir, bu liflərin çox hissəsi aşağı qatlardakı neyronların çıxıntılarıdır. Xarici dənəli qatda 10-mkm diametrində yuvarlaq ulduzvari, yaxud piramidal neyronlar olur hüceyrələrin dendritləri molekulyar qata qalxır. Neyritlərin müəyyən qismi ağ maddəyə keçir, digər qismi isə molekulyar qata qalxaraq tor əmələ gətirir. Piramidal qat mərkəz önü qırışlarda yaxşı inkişaf etmişdir, hüceyrələr piramidal formada olub, ölçüləri 10-40 mkm-dir

  11. Daxili dənəli qat beyin qabığının görmə zonasında güclü, hərəki zonasında isə zəif inkişaf etmişdir. Bu qatda xırda ulduzvari, pirqamidal hüceyrələr və çoxlu boylama liflər olur. Beyin qabığının ganglioz qatı 120-mkm hündürlükdə və 80 mkm enində əsası olan iri piramidal hüceyrələrdir. . Polimorf hüceyrələr qatında müxtəlif formada, ölçüdə neyronlar olur. Bunların çıxıntıları uzun olur, dentritləri molekulyar qata qalxır neyritləti ilə baş beyinin efferent yollarının tərkibində ağ maddəyə daxil olur.(şəkil 27)

  12. SİNİR SİSTEMİNİN VEGETATİV ŞÖBƏSİNİN HİSTOLOJİ QURULUŞU Sinir sisteminin vegetativ şöbəsinə ara 3-cü beyin mədəciyi nahiyəsində yerləşən ali vegetativ sinir mərkəzləri, beyin kötüyünün və onurğa beynin boz maddəsinin vegetativ nüvəsinin, eyni zamanda periferik sinir gangliləri aiddir. Somatik refleks qövsünün hərəki neyronundan fərqli olaraq vegetativ refleks qövsündə hərəki neyron mərkəzi sinir sisteminin boz maddəsində yox, periferik ganglilərin tərkibində gedir. Vegetativ sinir sistemi parasimpatik və simpatik sinir sistemlərinə ayrılır. Parasimpatik sinir sisteminə kəllə beyin və beyinin oma hissəsinin neyronları və onlarla əlaqədə olan ganglilər aiddir. Simpatik sinir sisteminə isə beyinin döş-bel hissəsinin neyronlarını, onlarla əlaqədar olan prevertebral və paravertebral ganglilər aiddir. Simpatik sinir sistemi bütün orqanları, parasimpatik sinir sistemi isə embrional bağırsaqdan inkişaf edən orqanları innervasiya edir.

  13. Daxili orqanların çox hissəsini simpatik və parasimpatik sinir lifləri idarə edir. Vegetativ refleks qövsünün efferent şöbəsi 2 neyrondan ibarətdir. 1-ci mərkəzi neyron olub, baş və ya onurğa beynində yerləşir, 2-ci neyron simpatik sinir sistemində prevertebral və ya paravertebral düyünlərdə, parasimpatik sinir sistemində isə orqanın özündə və ya onun yaxınlığında yerləşir. Vegetativ sinir sistemi çoxlu neyronları boşluqlu orqanların divarında sinir kələfləri əmələ gətirir. Bu kələflərdə hərəki, hissi və ara neyronlar olur. İntramural sinir düyünlərində 1-ci tip, 2-ci tip Dogel və 3-cü tip hüceyrələr olur. Bunlar 1-ci tip hüceyrələrdə sinapslar əmələ gətirir. 3-cü tip hüceyrələr isə qonşuluqda yerləşən ganglilərin neyronlarının dendritləri ilə sinaptik əlaqələr yaradır. Mədə bağırsağın divarında selikli qişa altı, əzələ qişası arası və seroz qişa altı sinir kəllələri olur Bağırsağın əzələ qişası arası sinir kələfini ganglilərində hərəki və hissi neyronlar olur.

  14. HİSS ÜZVLƏRİNİN HİSTOLOJİ QURULUŞU. ANALİZATOR HAQQINDA ANLAYIŞ Mərkəzi sinir sistemi xarici mühit və orqanizm daxili mühiti haqqında məlumatları qıcığı qəbul edən müxtəlif reseptorlarla qəbul edir. Yerləşmə yerindən asılı olaraq, reseptorlar intero və exsteroreseptorlara ayrılır. İntereseptorlar vissero proprio və vestibuloreseptorlara ayrılır. Visseroreseptorlar daxili orqanlardan, proprioreseptorlar iradi hərəkət orqanlarından (sümük, əzələ, bağ, oynaq) vestbuloreseptorlar isə bədənin və onun ayrı-ayrı hissələrinin fəzada vəziyyəti haqqında gələn qıcıqların qəbul edir. Ekstroreseptorlar xarici mühitdən gələn qıcıqları qəbul edir. Bunlara görmə, eşitmə, qoxu, dadbilmə və lamisə reseptorları aiddir. İ.P. Pavlov reseptoru analizator adlandırılmışdır. Hər bir analizator üç şöbədən: periferik (qəbuledici), orta (keçirici) və mərkəzi (baş, beyin qabığının müəyyən şöbəsi) ibarətdir. Hiss orqanı analizatorun periferik hissəsi olub, xüsusi reseptor elementlərə malikdir və burada xarici mühitdən

  15. gələn siqnallar sinir impulsuna çevrilir. Hiss orqanlarındakı reseptor hüceyrələr xüsusi hərəkətli universal antenalara malikdir (qamçılar, mikroxovlar). Məsələn gözü tor qişasındakı çubuqvarı hüceyrələr işığın vahid fotonunu qəbul edir. Analizatorun periferik şöbəsində ilkin həssas sinir hüceyrələri və ikincili həssas - sensoepitelial hüceyrələr olur. İlkin həssas hüceyrələr dendritlərin şəkildəyişməsi olan periferik çıxıntısı hesabına xarici mühitin qıcığını siqnala çevirir. Eşitmə, dad və müvazinət orqanlarının reseptor elementləri ikincili həssas hüceyrələrdir. . Göz görmə analizatorunun periferik şöbəsidir. Göz bilavasitə görmə sinirlə baş beyinlə birləşən göz almasından gözün mühafizə və köməkçi orqanlarından-qapaqlardan, göz yaşı vəzisi, gözü hərəkət etdirən eninə zolaqlı əzələlərdən və fassiyalardan ibarətdir Göz almasının divarı xarici, orta və daxili qişalardan təşkil olunmuşdur.

  16. Xarici qişa buynuz və sklera hissələrinə ayrılır. Xarici qişanın ön hissəsi buynuz qişasıdır. Bu hissədə ön epiteli, bazal zar, ön sərhəd zar, buynuzun xüsusi maddəsi, arxa sərhəd zar və arxa epiteli qatları olur. Ön epiteli çox qatlı buynuzlaşmayan epiteldən olub, 5-7 hüceyrə layından ibarətdir. Bu qatda taktil hissiyyatı təmin edən çoxlu reseptor qurtaracaqları olur. Buynuz qişanın xüsusi maddəsi əsas kütlə olub, birləşdirici toxuma lövhəsindən bə paralel yerləşən kollogen fibrillərin dəstəsindən ibarətdirArxa sərhəd zar homogen lövhə olub, tərkibində kollogen fibrillər olurSklera xarici qişanın şəffaf olmayan arxa və ön yan hissəsidir. Sıx birləşdirici toxumadan olub ağ rəngdədir. Skleranın arxa hissəsində xəlbirvarı lövhə yerləşir. Bu lövhənin xırda dəliklərindən görmə sinirini əmələ gətirən sinir lifləri keçir. Orta qişa 3 hissədən: qüzehli qişasdan, kirpikli cisimdən və damarlı qişadan ibarətdir. Qüzehli qişa orta qişanın ön hissəsidir. Qüzehli qişanın əsasını saya əzələ hüceyrələri, boş birləşdirici toxuma, çoxlu piqment hüceyrələri və qan damarları təşkil edir.

  17. Bu qatların hamısında müxtəlif miqdarda piqment hücey-rələr olur. Bu da gözə rəng verir. Albinoslarda piqment hü-ceyrələri olmadığı üçün qüzehli qişa qırmızı görünür. Görmə hissəsi daxili işığa həssas və xarici piqment və-rəqlərindən təşkil olunmuşdur. İşığa həssas lövhədə birincili həssas kolbacıq və çöp formasında olan fotoreseptor hücey-rələr yerləşir. İşığa həssas hissə aşağıdakı qatlardan təşkil olunmuşdur: piqment hüceyrələri qatı, çubuq və kolbacıq hüceyrələri, xarici sərhəd zar, xarici nüvəli qat, xarici tor qat, daxili nüvəli qat, daxili tor qat, ganglioz qat, sinir lifləri qat və daxili sərhəd zar. Piqment epiteli tor qişasının xarici qatıdır. Piqment hüceyrələrin çıxıntılarında melanin piqmenti olur və işığın çox hissəsi 80% bu hüceyrələr tərəfindən udulur. Çubuqvarı və kolbacıqvari hüceyrələr qatı fotoreseptor hüceyrələrin xarici seqmentlərindən ibarətdir.

  18. Tor qişanın ən xarici qatı altıbucaqlı prizmatik hüceyrələrdən təşkil olunmuş piqmentli qatdır. Bu hüceyrələrin bazal hissəsi əsas zarda yerləşir və damarlı qişaya baxır. Göz əzələləri somatik əzələlər olub, göz almasının orbitada hərəkətlərini təmin edir. Göz qapaqlarının ön dəri və arxa konyuktiva səthləri var Göz yaşı aparatına göz yaşı vəzləri, kisəsi, göz yaşı-burun kanalı aiddir. Eşitmə müvazinət orqanı. Bu orqanın tərkibinə xarici, orta və daxili qulaq aiddir. Daxili qulağın boşluq və kanallarının daxili səthində reseptor hüceyrələr yerləşir, bunlar birlikdə zarlı labirint adlanır. Xarici qulaq qulaq seyvanından, xarici eşitmə yolundan ibarət olub, bunu orta qulaqdan ayıran təbil zarı ilə qurtarır.

  19. . Xarici qulağın əsasən daşlıq sümüyünün sümük toxumasına keçən qığırdaq təşkil edir. Təbil pərdəsinin qalınlığı 0,1 mm-r. Eşitmə yolu tərəfdən çoxqatlı yastı, orta qulaq tərəfdən bir qatlı yastı epitellə örtülüdür. Təbil pərdəsinin əsasını lifli birləşdirici toxuma təşkil edir və bu toxumaya çəkicin dəstəyi bəndlənir Orta qulaq təbil boşluğundan, eşitmə sümükləri olan çəkic, zindan və üzəngidən ibarətdir. Boşluğun sümük divarı daxildən silindriki kirpikli epitellə örtülüdür. Orta qulağı daxili qulaqdan iki pəncərə ayırır. Oval pəncərə təbil boşluğunu ilbizin dəhliz pilləkanından ayırır. İkinci pəncərə təbil boşluğunu ilbizin təbil pilləkanından ayırır və lifli zarla örtülüdür. Eşitmə borusu təbil boşluğunun udlağın burun hissəsi ilə birləşdirir. Eşitmə borusunun daxili səthi çoxsıralı silindriki titrəyici epitellə örtülüdür.

  20. Hissi hüceyrələr dolçavari olub, tükcüklü zirvələrlə labirintin boşluğuna baxır, həmin hüceyrələrin əsası hərəki və hissi sinir ucları ilə əlaqədardır. Tükcüklü hüceyrələr 2 tipə bölünür. Birinci tipin girdə əsasları sinir ucları qədəhvarı əhatə edir, onlarla rabitə yaradır. 2-ci tip hüceyrələr slindriki olub, hissi və hərəki sinir liflərilə sinapslar yaradır. Hissi hüceyrələri xarici səthindən 60-80 ədəd, uzunluğu 40 mkm olan hərəkətsiz tükcük və 1 ədəd hərəkətli tükcük çıxır. Yaranan impuls dəhliz sinirinə, orada da analizatorun digər hissələrinə ötürülür. Başın hərəkəti və ya gövdənin öz oxu ətrafında sürətlə fırlanması zamanı kümbəz endrolimfanın təsiri ilə dəyişilir. Nəticədə tükcüklü hüceyrələr qıcıqlanır və skelet əzələlərinin reflektor cavab reaksiyası baş verir. Korti üzvü hissi və istinad hüceyrələrdən, hər 2 tip hüceyrə qrupu isə xarici və daxili hüceyrələrdən ibarətdir. . Tükcüklü hüceyrələr bir sıra dərmanlara həssas olub, əsasları ilə istinad

  21. hüceyrələrin üzərində yerləşir. Xarici tükcüklü hüceyrələr yüksək intensivli səs, daxili tük-cüklü hüceyrələr isə aşağı intensivlikdə səs qıcıqlarına həssas-dır. Təbil pərdəsi səs impulslarının təsirindən ehtizaza gəlir. Bu ehtizaz eşitmə sümüklərinə, oradan oval pəncərə ilə perilim-faya əsası və tektorial zarlara ötürülür. Bu zaman sterlosi-lumlar qıcıqlanır, qıcıq hissi hüceyrələrə ötürülür. . Korti üz-vündə daxili və xarici sütun hüceyrələri yerləşir, bunlar içində endolimfa olan üçbucaq kanalı-daxili tüneli əmələ gətirir. Tunelin daxilində spiral düyündən gələn mielinsiz sinir lifləri keçir. Korti üzvü spiral düyününün biopolyar neyronlarının affe-rent ucları ilə və mərkəzi zeytun-ilbiz dəstəsinin yaratdığı ef-ferent liflərlə innervasiya olunur.

More Related