1 / 18

MÖVZU: COXFAZALI SİSTEMLƏR

AZ ƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ MÜHƏNDİSLİK FAKÜLTƏSİ ENERGETİKA KADEDRASI. MÖVZU: COXFAZALI SİSTEMLƏR. FƏNN : ELEKTROTEXNİKANIN NƏZƏRİ ƏSASLARI. Mühazirəçi: dos. Məmmədov S.Z. Gəncə ~ 2010. Ə D Ə B İ Y Y A T

xenon
Download Presentation

MÖVZU: COXFAZALI SİSTEMLƏR

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ MÜHƏNDİSLİK FAKÜLTƏSİ ENERGETİKA KADEDRASI MÖVZU:COXFAZALI SİSTEMLƏR FƏNN: ELEKTROTEXNİKANIN NƏZƏRİ ƏSASLARI Mühazirəçi: dos. Məmmədov S.Z. Gəncə~2010

  2. Ə D Ə B İ Y Y A T 1. Kazimzadə Z. “Elektrotexnikanın nəzəri əsasları”. Bakı, Maarif, 1966. 2. Волынский Б.А. “Elektrotexnika” .Москва, энергоатомиздат, 1987. 3. Блажкина А.Т. Общая электротехника. Ленинград энергоиздат. Ленинградское отделение, 1988. 4. Нейман Л.Р. Теоретические основы электротехники: в 2-х томах. Ленинград. Энергоиздат, 1988. COXFAZALI SİSTEMLƏR

  3. PLAN • ÜÇFAZLI ÜÇFAZLI SİSTEMLƏR • T E S T COXFAZALI SİSTEMLƏR

  4. Bir-birindən müəyyən zaman fasilə qədər fərqli olan dəyişən cərəyanlara çoxfazlı cərəyanlar deyilir. Belə cərəyanların hasil edilməsi üçün çoxfazlı sistemlər yaradılmalıdır. Çoxfazlı sistem, icərisində eyni qiymətli, eyni tezlikli və bir-birinə nəzərən, eyni faz fərqli dəyişən elektrik hərəkət qüvvələri təsir edən dəyişən cərəyan dövrələri toplusuna deyilir. Bu dövrələr qapandıqları zaman içərilərindən dəyişən cərəyanlar keçir ki, onların da tezlikləri eyni, fazları isə bir-birindən eyni bucaq qədər fərqli olur. Coxfazlı sistem almaq və ya çoxfazlı elektrik hərəkət qüvvələri hasil etmək üçün, bircinsli maqnit sahəsi içərisində fırlanan və bir-birindən 2/m qədər aralı yerləşdirilən m qədər eyni dolaq götürmək lazımdır. Şəkil 1 göstərilən dolaqlar hərəkətsiz, maqnit sahəsi isə hərəkətli təsəvvür olunur.Bu dalaqlara faz dolaqları deyilir və sıra ilə A, B, C, D ilə işarə edilir. Əgər faz dolaqları bir-biri ilə elektriki əlaqədar isə, alınan çoxfazlı sistemə bir- ləşmiş sistem, əks halda isə birləşməmiş sistem deyilir. Bundan əlavə, əgər sistemin ayrı-ayrı faz dolaqlarında induksiyalanan e.h.q.-ləri qiymətcə bərabər (amplitud və ya effektiv qiymətləri) faz fərqləri isə eyni olursa, sistem-simmet- rik, əks halda isə qeyrisimmetrik adlanır. COXFAZALI SİSTEMLƏR

  5. Ümumiyyətlə, çoxfazlı e.h.q.-ləri hasil edən sistemlər (generatorlar və transformatorlar) simmetrik iş şəraiti üçün qayırılırlar. Şəkildə göstərilmiş belə bir sistemin ayrı-ayrı faz dolaqlarında induksiyalanan e.h.q.-lərinin ani qiymətləri: effektiv qiymətləri isə simvolik şəkildə: COXFAZALI SİSTEMLƏR

  6. alınır. Bu kəmiyyətlər müvafiq diaqramlarda, ani qiymətlər-sinusoid, effektiv qiymətlərlə isə vektor diaqramlarında göstərilmişdir. Ş105s192qk e.h.q.-lərinin simvolik ifadələrində, onların qiymətləri yanında duran və vektor- ların istiqamətini horizontal oxa nəzərəngöstərən ifadələri xüsusioperatorlar vasitəsilə işarə etməklə həmin ifadələri sadələşdirmək olur: COXFAZALI SİSTEMLƏR

  7. Burada tətbiq etdiyimiz am, am-1operatorları vektorların ancaq isti-qamətini,e.h.q.-lərinin fazalarına uyğun olaraq göstərirlər. Həmin operatorlar aşağıdakı qiymətlərə bərabərdir: Çoxfazlı sistemlərin əsas xassəsi, onlardakı bütün e.h.q.-lərinin hər bir an-dakı qiymətlərinin toplusunun sıfra bərabər olmasıdır: və ya COXFAZALI SİSTEMLƏR

  8. ÜÇFAZLI SİSTEMLƏR Üçfazlı dəyişən cərəyanların xalq təsərrüfatı üçün böyük əhəmiyyəti vardır, buna görə də olduqca geniş sahədə tətbiq olunur. Elektrik energiyasını məsa-fəyə vermək üçün bütün dəyişən cərəyanlar arasında ən əlverişlisi üçfazlı cə- rəyanlardır. Elektrik energiyasının sənayedə tətbiqinə gəlincə, bu məsələ də, ancaq üçfazlı cərəyanların kəşfindən sonra həll edilmişdir. Elektrik energiyasının istehsalı da, həmçinin, üçfazlı cərəyanlar əsasında həll edilmiş bir məsələdir. Ən qənaətcil və əlverişli elektrik generatoru üçfazlı sinusoidal dəyişən cərəyan generatorudur. Üçfazlı cərəyanlar sənayeyə birinci dəfə M.O.Dolivo-Dobrovolski tərəfin-dən daxil edilmişdir. 1891-ci ildə frankfurtda açılmış sərgidə iştirak edən rus mühəndisi, dünyada birinci dəfə olaraq təşkil etdiyi mükəmməl üçfazlı cərə-yanlar sistemini nümayiş etdirmişdir. COXFAZALI SİSTEMLƏR

  9. Həmin sistem , Lauffen şəlaləsindən su turbini ilə hərəkətə gətirilən üç- fazlı generator və üçfazlı yüksəldici transformatordan, uzunluğu 175 km olan üçfazlı veriliş xətlərindən və nəhayət, sərgidə qoyulmuş üçfazlı alçaldıcı transformator və üçfazlı mühərrikdən ibarət olmuşdur. Gücü 390 a.q., tezliyi 40 hs, faydalı iş əmsalı 0,75 və gərginliyi 30 kv olan bütün bu sistemi təşkil edən üçfazlı transformatorlar, generator və mühərrik, Dolivo-Dobrovolskinin ixtirasıdır. Üçfazlı cərəyanların əmələ gətirilməsi üçün əsasən üçfazlı gene- ratorlardan istifadə edilir. Belə generatorlarda stator üzərində yerləşən dolaqlar, eyni sarğılar sayına malik olur və bir-birinə nəzərən, bucaq altında yerləşir. Bu dolaqlarda induksiyalanan dəyişən elektrik hərəkət qüvvələri, irəlidəki düsturların xüsusi halı olaraq, alınır: COXFAZALI SİSTEMLƏR

  10. Üçfazlı generatorların sıxaclarında alınan gərginliklər: və ayrı-ayrı dolaqların dövrəsi qapandığı zaman keçən cərəyanlar isə: alınır. Bu sonuncu tənliklərdəki faz bucağı adlanır və generatorun dövrəsinə qoşulan müqavimətin xarakterindən asılıdır. Alınan kəmiyyətlərə üçfazlı e.h.q.-ləri, üçfazlı gərginliklər və üçfazlı cərəyanlar deyilir. Üçfazlı kəmiyyətlərin effektiv qiymətlərinə gəlincə, bunları aşağıdakı simvolik ifadələrlə göstərmək olar: COXFAZALI SİSTEMLƏR

  11. və ya irəlidə olduğu kimi, ayrı-ayrı fazlara aid kəmiyyətlərin vektorlarını isti-qamətcə təyin edən operatorları daxil etməklə alırıq: Üçfazlı sistemləri xarakterizə edən e.h.q.-ləri və cərəyanların effektiv qiymətləri 3-cü şəkildəki vektor diaqramında göstərilmişdir. Bu diaqramda bucağı mənfi işarə ilə nəzərə alınmışdır. COXFAZALI SİSTEMLƏR

  12. Vektor diaqramlarında hər bir vektor ( ,və aid olduğu fa- zın e.h.q.-nin və ya cərəyan şiddətinin effektiv qiymətini göstərir, bu kəmiyyət- lərin ani qiymətlərini tapmaq üçün həmin vektorların, şaquli ox üzərindəki pro- yeksiyalarını almaq lazımdır. Buna görə üçfazlı sistemin vektor diaqramlarını, ümumiyyətlə, qəbul olynduğu kimi həmişə saat əqrəbi hərəkətinin əks istiqa- mətinə fırlanan qəbul etmək lazımdır. Yuxarıdakı tənliklərdə bir operator kimi iştirak edən və ancaq istiqamət göstərən vuruqlar bərabərdir: Həmin operatorlar üçfazlı dövrələrə aid riyazi əməliyyata daxil olduqları üçün onların qiymətlərini təyin etmək lazım gəlir. Buna görə birinci qolu üfüqi istiqa- mətdə, digər qolları isə bir-birinə və bu, birinci qola nəzərən, 120º aralanmış üçqollu bir vektor diaqramı şəklində nəzərə alaq: COXFAZALI SİSTEMLƏR

  13. Şəkil 2 və 3 Bu diaqramın hər qolunun qiyməti vahidə bərabərdir. Şəklə əsasən, hər üç qolun qiymətləri bərabər; A=B=C=1 və istiqamətləri isə müxtəlifdir. Həmin vahid vektorlar: COXFAZALI SİSTEMLƏR

  14. əslində qəbul etdiyimiz operatorlara bərabərdirlər .Operatorlar üçün: qiymətləri alınmış olur. Operatorların hər üçünün cəmi alınır. Aşagıdakı operator münasibətlərini tapa bilərik: COXFAZALI SİSTEMLƏR

  15. Cox vaxt vahid vektorların fərqi ilə əlaqədar münasibətlərdən istifadə edirik: COXFAZALI SİSTEMLƏR

  16. T E S T • 1.Simmetrik yük ulduz birləşmişdir. Xətt cərəyanı 5 A-dır. Faz cərəyanını tapmalı: A) 5 A; B) 4 A; C) 5 A; D) 2 A. 2. Üçfazlı cərəyan şəbəkəsinə qoşulmuş üç eyni aktiv qəbuledicinin ulduz birləşməsindən üçbucaq birləşməsinə keçdikdə xətt məftillərində cərə- yanlar necə dəyişər? dəfə azalar; A) Dəyişməzlər; B) dəfə artar; C) D) 3 dəfə artar. 3. Üçfazlı cərəyanlar dövrəsində faz gərginliyi nəyə deyilir? A) Xətt məftili ilə neytral xətt arasındakı gərginliyə; B) İki xətt məftili arasındakı gərginliyə; C) İki fazanın başlanğıcları arasındakı gərginliyə; D) Neytral xəttin ucları arasındakı gərginliyə. COXFAZALI SİSTEMLƏR

  17. 4. Üçfazlı dövrədə xətt gərginliyi nəyə deyilir? A) Xətt məftili ilə neytral xətt arasındakı gərginliyə; B) Fazanın başlanğıc və son nöqtələri arasındakı gərginliyə; C) İki xətt məftili arasındakı gərginliyə; D) Neytral xəttin baçlanğıc və son nöqtələri arasındakı gərginliyə. 5. Ulduz birləşmiş simmetrik yükdə üçfazlı cərəyan dövrəsi üçün aşağıdakı düsturlardan hansı düz deyil? COXFAZALI SİSTEMLƏR

  18. TƏRTİB ETDİ: Elektrotexnika və elektrik təchizatı kafedrasının texniki Lətifova G.O. COXFAZALI SİSTEMLƏR

More Related