390 likes | 1.48k Views
Mövzu 9. Elektrik maşınlarının təmiri. Plan 1.Maşının yığılma arcıllığı 2.Yastıqların təmiri 3.Yastıq şitlərinin təmiri 4.Kontakt halqalarının və kollektorun təmiri 5.Qısa qapayıcı mexanizmin və fırça tutucularının təmiri 6.Valın boyuncuğunun və sapfanın təmiri
E N D
Mövzu 9. Elektrik maşınlarının təmiri Plan 1.Maşının yığılma arcıllığı 2.Yastıqların təmiri 3.Yastıq şitlərinin təmiri 4.Kontakt halqalarının və kollektorun təmiri 5.Qısa qapayıcı mexanizmin və fırça tutucularının təmiri 6.Valın boyuncuğunun və sapfanın təmiri 7.Sıxacların və çıxışların təmiri 8.Aktiv poladın təmiri 9.Rotorun və lövbərlərin balanslaşdırılması Ədəbiyyat 1.Пястолов А. А. и др. Монтаж, эксплуатация и ремонт электрооборудования. – М.: Колос, 1981. 2.Перельмутер Н.М. Электромонтер – обмотчик и изолировщик по ремонту электрических машин. М.: Высшая школа, 1980. 3.Атабеков В.Б. Ремонт трансформаторов и электрических машин. М.: Высшая школа, 1983.
Maşının yığılma ardıcıllığı Sürüşmə yastıqlarının quraşdırılması. Sürüşmə yastıqlarının hazırlanmış içlik və ya oymaq vintli və ya hidravlik preslərin köməyi ilə yastıq şitlərinə preslənmiş. Ayrı-ayrı hallarda işliyin çəkicin köməyi ilə quraşdırılması buraxıla biləndir. Ağac aralığı vasitəsi ilə yüngül zərbələrlə içliki şitin yuvasına quraşdırırlar. Yastığı presləyən zaman çəpliklərin yol verilməzliyinə xüsusi fikir vermək lazımdır. Rotorun yığılması. Valın üstünə kontakt halqalarını (kollektoru) oturdurlar və bərkidirlər, ventilyatoru bağlayırlar. Əgər maşının kürəli yastıqları varsa, onda onları qabaqcadan yağ təknəsində 75...850S temperatura qədər qızdırırlar və valın oturtma yerlərinə kip presləyirlər. Yastıqları təknədə asılı vəziyyətdə qızdırırlar. Yastıqları vannanın (təknənin) dibinə qoymaq və ya lehimləmə lampasının alovunda qızdırmaq, qızmanın qeyri bərabərliyindən və ya poladın tabsızlaşdırılmasından qaçmaq üçün, yol verilməzdir. Yastıqları boruya ağac araqatı üzərindən çəkicin yüngül zərbələri ilə oturdurlar. Seçilən borunun diametri yastığın daxili oymağının diametrinə uyğun olmalıdır.
Rotorun (lövbərin) statora quraşdırılması və şitlərin yığılması. Rotoru (lövbəri) statora xüsusi ehtiyatlılıqla quraşdırırlar, ona görə ki, dolaqları və dəmiri zədələməsinlər. Rotorun qondarılma üsulları onun sökülməsində olanlarla eynidir. Yüngül rotoru statora əllə daxil edirlər, ağırları isə - qaldırıcı qurğuların köməyi ilə. Stator və rotor arasındakı boşluğa müvəqqəti olaraq presşpan (preslənmiş kağız) və ya karton araqatı qoyurlar.
Rotor köhnə yerinə dəqiq yeridildikdən (qoyulduqdan) sonra, arxa tərəfin yastıq şiti quraşdırılır.
Tam yığma. Yastıq şitlərinin boltlarını axıra qədər bərkitməyərək, rotoru əllə fırladırlar. Yığım düzgün olduqda rotor asan fırlanır.
Yastıqların təmiri Yastıqların içlikləri və val arasında buraxıla bilən aralıqlar
Yastıqların etibarlı işləməsi onların vala gərginlik altında oturdulması ilə təmin olunur. Valın boynunu oturtma buraxılışına uyğunluğuna görə yoxlayırlar, yastığı isə əvvəlcədən yağ təknəsində 75...850S-ə qədər qızdırdıqdan sonra oturdurlar.
Yastıq şitlərinin (qapaqlarının) təmiri Qaynağı aşağıdakı üsullardan biri üzrə yerinə yetirirlər : >çuqun gövdənin çatını asetilen-oksigen alovu ilə əridirlər və ya çuqun elektrodla qaynaq edirlər, hər iki halda gövdəni 700...8000S-ə qədər qızdırırlar; bu üsul etibarlı nəticə verir, o mürəkkəbdir, belə ki, əritməni və ya qaynağı xüsusi sobada qızdırılmış şit üzərində aparırlar, qaynaq edilmiş detallar tam soyuyana qədər 24...80 saat ərzində sobada qalırlar; > çat yeri soyuq halda mis elektrodla qaynaq edirlər, elektrodu ağ dəmir lövhə zolağı ilə bükürlər və maye şüşə ilə və ya OMM25 yağı ilə yağlayırlar, ərinmiş misin üzərinə bura səpirlər, alınmış tikişi isə əzirlər; qaynaq edilmiş detal soyuduqdan sonra mis ərintilərini təmizləyirlər. > çati köbə ilə bərkidirlər, çatın uzunluğu boyunca onun hər iki tərəfindən şahmat sırası ilə yivdə polad sancaqlar bərkidirlər ki, onlar da gövdənin divarından birbaş keçməlidirlər; sancaqvari uclarını qapağın hər tərəfində birləşdirirlər və polad elektrodlarla qaynaq edirlər.
Kontakt halqalarının və kollektorun təmiri Yığılmış halda kontakt halqalarının sxemi : 1-oymaq; 2- 0,5mm qalınlıqlı elektrokartonla oymağın izolyasiyası; 3-kontakt halqası; 4-sancaqların izolyasiyası; 5-kontakt sancaqları (halqalardan çıxışlar).
Qısa qapayıcı mexanizmin və fırça tutucularının təmiri Mühərrikin valı və halqa arasında buraxıla bilən boşluq
Fırça tutanlarda aşağıdakı nasazlıqlar ola bilər : > çənbərin daxili səthinin yeyilməsi; > fırça tutan mexanizmin əriməsi; > yayın zəifləməsi; > fırçanın çənbərdə sıxılması; > cərəyan ötürücü jqutun zədələnməsi.
Valın, boyuncuğun və sapfanın təmiri Valda aşağıdakı zədələr ola bilər : > valın əyilməsi; > çatlar; > boyunların siyrilməsi və cızılması; > işləmənin böyüməsi; > boyunların konusluluğu və ovallığı.
Sıxacların və çıxışların təmiri Çıxış boltlarının yükləri
Çıxış boltlarını dolaqların birləşmə sxeminə uyğun olaraq və şərti işarələrlə markalayırlar. Məsələn, sabit cərəyan maşınları üçün lövbər dolağının başlanğıcı – Я1, sonu - Я2. Təsirləndirici şunt dolağının başlanğıcı – Ш1, sonu – Ш2. Dəyişən cərəyan maşınları üçün : birinci faza üçün stator dolağı – C1, C4 (başlanğıc və son); ikinci – C2, C5; üçüncü – C3, C6; rotorun dolaqları – P1, P2, P3 (çıxışların başlanğıcı və ya sonu) və 0 – sıfır nöqtəsi.
Aktiv poladın təmiri Asinxron elektrik mühərrikləri üçün hava aralığı məsafəsinin orta qiyməti
Rotorun və lövbərlərin balanslaşdırılması Statik balanslaşdırmanı belə aparırlar : massiv araqatının üstünə çox ciddi horizontal (əyilmə olmadan) qoyulmuş, iki ensiz cilalanmış polad xətkeşlər (və ya prizmalar) üstünə rotoru valın boyunları ilə qoyurlar, ya da onu torna dəzgahının mərkəzləri arasında sıxırlar. Yaxşı balanslaşdırılmış rotor, özünün horizontal oxuna nəzərən istənilən vəziyyətdə tərpənməz qalır. Rotorun balanslaşdırılmasını rotorun 6...8 vəziyyəti üçün, onu öz oxu ətrafında 45...600 bucaq altında döndərərək yoxlayırlar.
Rotorun (lövbərin) balanslaşdırılma üsulları :a – xətkeş üstündə; b – torna dəzgahının mərkəzlərində.
Dinamik balanslaşdırma zamanı da həmçinin balanslaşdırıcı yükü artırır və ya azaldırlar. Yükün yerləşmə yerini rotor elastik dayaqlarda fırlanan zaman döyünmənin (silkələnmənin) qiyməti üzrə təyin edirlər.Dinamiki balanslaşdırmanı xüsusi balanslaşdırma dəzgahında, hansının ki, yastıqları yaylarda bərkidilmişdir, yerinə yetirirlər. Yoxlama üçün quraşdırılmış fırlanan rotor (lövbər) disbalans zamanı yastıqlarla birlikdə silkələnməyə başlayır.Disbalans yerini təyin etmək üçün yastıqlardan birini tərpənməz bərkidirlər, onda ikinci fırlanma zamanı silkələnməyə davam edir.