200 likes | 839 Views
AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ BAYTARLIQ TƏBABƏTİ VƏ ƏCZAÇILIQ FAKÜLTƏSİ EPIZOOTOLOGIYA, MIKROBIOLOGIYA VƏ PARAZITOLOGIYA KAFEDRASI . FƏNN: İnfeksion xəstəliklərin əsasları MÖVZU: “ Botulizm və dovşancıq ”
E N D
AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİAZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ BAYTARLIQ TƏBABƏTİ VƏ ƏCZAÇILIQ FAKÜLTƏSİEPIZOOTOLOGIYA, MIKROBIOLOGIYA VƏ PARAZITOLOGIYA KAFEDRASI FƏNN: İnfeksion xəstəliklərin əsasları MÖVZU: “Botulizm və dovşancıq” MÜHAZİRƏÇİ: dosent Ələsgərov Zahir Əmir oğlu Gəncə-2010
PLAN • Tarixi məlumat • Xəstəliyin törədicisinin bioloji xüsusiyyətləri • Epizootoloji məlumatlar • Patogenez • Xəstəliyin gedişi və kliniki əlamətləri • Patoloji –anatomiki dəyişikliklər • Diaqnoz • Təfriqi diaqnoz • Müalicə • İmmunitet • Profilaktika və mübarizə tədbirləri.
Istifadə olunan ədəbiyyatlar • R.A.Qədimov, İ.B.Məmmədov, S.Ə.Culfayev- “Xüsusi epizootologiya”. Bakı, Maarif, 1990. • R.A.Qədimov, İ.B.Məmmədov, Z.Ə.Ələsgərov- “Epizootologiya”. Bakı, Maarif, 1998. • Z.Ə.Ələsgərov- “İnsanlar üçün təhlükəli heyvan xəstəlikləri”., 2006. • R.A.Qədimov, Z.Ə.Ələsgərov, Q.Ə.Dünyamalıyev, İ.B.Məmmədov – “Kənd təsərrüfatı heyvanlarının infeksion xəstəliklərinin diaqnostikası və profilaktikasında işlədilən bioloji preparatlar” Gəncə 2002. • Z.Ə.Ələsgərov, E.M.Aqayeva, Q.Ə.Dünyamalıyev– “Baytarlıq virusologiyası” Bakı 2009.
BOTULIZM (Botulismus) • Botulizm- insan və heyvanların kəskin gedişli qida və yem toksikoinfeksiyası olub, Mərkəzi Sinir-Sisteminin ağır zədələnməsi, dil, udlaq, alt çənənin və skelet əzələlərinin ifliçi ili xarakterlənir. • Tarixi məlumat. 1820-1822-ci illərdə Alman tədqiqatçısı Yustinus Kerner insanlarda xəstəliyin simptomlarını qeydə almışdır. Tədqiqatçı insanlar arasında kolbasadan zəhərlənmə zamanı, zəhərlənmənin epidemiologiyası və klinikasının təsvirini vermişdir və xəstəliyi Botulizm adlandırmışdır. • Xəstəliyin törədicisi 1897-ci ildə Ermengel tərəfindən aşkar edilmiş və onun spor əmələ gətirən anaerob mikrob olduğu sübut edilmişdir. • Xəstəlik törədicisi ilə sirayətlənmiş vetçinanın insanlar tərəfindən istifadəsi zamanı zəhərlənməsi və öldükdən sonra insanların dalağ və bağırsaqlarından törədici ayrılmış, mikrob Bacillus botulinus (latınca botulus-kolbasa) adlandırılmışdır. Tədqiqatçı xəstəliyin səbəbini «Kolbasa zəhəri» hesab etmişdir. • Heyvanlarda Botulizm xəstəliyi haqqında məlumat, XX əsrin əvvəllərinə təsadüf edir. • Keçmiş SSRI-də ilk dəfə atlarda (1931)botulizm haqqında R.V.Konişev və S.X.Qamaleya, donuzlarda (1937) R.F.Çux məlumat vermişlər. 1936-cı ildə isə I.A.Dukalov yemdən yoluxmuş at cəmdəyindən xəstəlik törədicisini ayırmışdır. • 1903-cü ildə Rus alimi S.V.Konstansev qızıl balıqdan zəhərlənməni tədqiq edən zaman, Bacillus ishtiismi adlı analoci törədici ayırmışdır. • Hollandiyalı alim Van Ermengel 1896-cı ildə xəstəlik törədicisinin kulturasını əldə etmişdir. 1925-ci ildə Mezon və Stern xəstəliyə qarşı Anatoksinin işlədilməsinin, yüksək gərginlikli antitoksik immunitetin yaratdığını müəyyən etmişlər. • 1967-ci ildən F.I.Kaqan və N.M.Nikiforova Samurların botulizmi və pasterelyozuna qarşı Assosasiyalı vaksin hazırlamışlar.
Xəstəliyin törədicisi. Clostridium botulinum, polimorf, Qrammüsbət, toksin və spor əmələgətirən, hərəkətli anaerobdur. Sporun forması tennis raketini xatırladır. Mikrob iri çöpformasında olub, uzunu 4-9 və eni 0,5-1,2 mkm-dir. Amil kapsula əmələ gətirmir. Törədici bütün anilin boyaları ilə yaxşı boyanır. • Clostridium botulinum ifraz etdiyi toksin, olduqca güclü zəhərdir. Clostridium botulinum-un antigenlik strukturuna görə bir-birindən fərqlənən 7 (yeddi) tipi, A, B, C, D, E, F və V məlumdur. S tipi Sv, Sb və Sx yarımtiplərinə bölünür. • Qeyd olunan tiplər immunobioloji cəhətdən bir-birindən fərqlənir. • Hər bir tipə məxsus olan toksin özünə məxsus spesifik antitoksiki serumla neytrallaşır. Toksinin tərkibində 5 faktor, neyrotoksin, hemolizin, hemolizin-hemaqqlyutinin, lipaza və proteaza faktoru mövcuddur. Amilin toksinəmələ gətirmə intensivli 18-360S temperatur pH 7,0-7,6 olan mühitdə daha yaxşı təmin olunur. • Clostridium botulinumun A,B,S tipləri, toksiki baxımdan daha təhlükəlidir. A tipinə mənsub olan toksinin 1/1000000 ml dozada dərialtı inyeksiyası, hind donuzunu öldürür. Bu toksinin 1 qramm dozası 60 milyard siçanı öldürür ki, bu sayda siçanın cəmi kütləsi 1200 ton təşkil edir. • 3500 siçan üçün nəzərdə tutulan letal doza, insan üçün öldürücü doza sayılır (R.F.Sosov 1974). R.F.Sosova görə toksinin 28,3 qramı, 24 min baş inəyi məhv edə bilir.
Davamlılığı. Sporlu törədici yüksək temperaturun təsirinə olduqca davamlıdır. Belə ki, sporlu amil 1000 S-də 5 saata, 1050 S-də 2 saata, 1200 S-də isə 20 dəqiqə müddətində inaktivləşir. • Ət məhsullarında Clostridium botulinum toksini qaynatmaya 2 saat, mayeli mühitlərdə isə 15-20 dəqiqə davam gətirir. • Törədici taxılda 3 aydan çox müddət ərzində yaşama qabiliyyətini saxlayır. Həzm fermentləri və mədə şirəsi toksinə təsir edə bilmir. Bunun isə mexanizmi öyrənilməmişdir. • Aşağı temperatur şəraitində amil uzun müddət yaşama qabiliyyətini saxlayır. Belə ki, 160S-də törədici bir ilədək sağ qalır. • Clostridium botulinumu inaktivləşdirmək üçün qamma və ultrabənövşəyi şuaların kombinasiya təsiri effektlidir. • Kimyəvi dezinfeksiyaedici maddələrdən 5%-li krezol sporlu bakteriyaları 24 saat, 10%-li duz turşusu 1 saat, 50%-li formalin 24 saat müddətinə məhv edir.
Epizootoloci məlumatlar. Törədici təbiətdə geniş yayılmışdır. Botulizmin törədicisini torpaqdan, peyindən, yem nümunəsindən, xarab olmuş meyvə və tərəvəzdən, ət və balıq məhsullarından, sağlam balıq toxumasından, bağırsaq və heyvan cəsəd-lərindən ayırmaq mümkündür. Infeksiyanın rezervuarı torpaqdır. • Xəstəliyə əksəriyyət növ heyvanlar və quşlar tutulurlar. Insanlar da xəstəliyə yüksək həssaslıq göstərir. Kütləvi zəhərlənmə halları ilin isti vaxtlarında qeydə alınır. • Orqanizmdə baş verən patoloji proses, törədicinin hasil etdiyi toksinlə əlaqədardır. • Heyvan və insanların yoluxması, əsasən alimentar yolla baş verir. Yem və qida məhsullarına sirayət etmiş amil, anaerob şəraitdə, optimal mühitdə intensiv artıb çoxalaraq, toksin hasil edir. • Ət yeyən heyvanlarda yoluxma, törədici ilə sirayətlənmiş, xarab olmuş ət və balıq məhsulları vasitəsilə həyata keçir. • Iribuynuzlu heyvanlarda və keçilərdə xəstəliyi adətən törədicinin S və D tipii, Atlarda A,B, S və D tipi, xəhdərili heyvanlarda və quşlarda S tipi törədir. It, pişik, donuz toksinin bütün tiplərinə nisbətən davamlıdır. • Clostridium botulinum toksininə laboratoriya heyvanlarından, ağ siçan, hind donuzu və ada dovşanı həssasdır. • Botulizmi insanlar arasında A,B, E tipləri əmələ gətirir.
Patogenez. Yem və qida amili ilə orqanizmə daxil olmuş toksin, mədə-bağırsaq traktından qana sorularaq bütün üzvlər və üzvlər sisteminə yayılır. Bu zaman ən çox mərkəzi və periferik Sinir-Sistemi zədələnir. Toksinin təsirindən baş beyinin müxtəlif sahələri zədələnir. Toksiki təsirdən sinir sistemində funksional fəallıq pozulur. Yoluxmuş fərdlərdə paralitik sindromlar meydana çıxır. Toksin (qlobulin) bağırsaq şöbəsinə daxil olduqdan sonra, dəyişilməmiş formada qana sorulur və nəticədə o cümlədən, uzunsov beyində sinir hüceyrələri zədələnir, ürək-damar sisteminin və əzələlərin fəaliyyəti pozulur. • Botulinus toksininin təsiri nəticəsində, orqanizmdə Asetil-xolinin ayrılması prosesi ləngiyir, bununla əlaqədar olaraq əzələlərdə hərəki fəaliyyət olduqca zəifləyir. Belə olduqda ayrı-ayrı orqan və sistemlərdə normal-fizioloci proseslər pozulur, miokardin distrofiyası inkişaf edir. Böyük dozada toksiki təsir, baş beyin toxumasında tənəffüs prosesini pozur. Intoksikasiyaya məruz qalmış orqanizmdə, leykositlərin bakteriosid təsiri, fəallığı, kəskin şəkildə zəifləyir. • Faqositoza uğramış sporlar, 8 saat sonra vegetativ formaya keçir. Leykositlər tərəfindən udulmuş bakteriyalar lizisə uğramır-məhv olmur və nəticədə faqositoz prosesi pozulur.
Gedişi və kliniki əlamətlər. Xəstəliyin inkubasiya dövrü 18 saatdan, 16 günədəkdir (bəzən 1-3 gün). • Insanlarda bu dövr 6 saatdan 5-7 günədək və bəzən daha çox davam edir. Orta hesabla isə 12-36 saatdır. • Botulizm tolksininin orqanizmə daxil olmuş miqdarından asılı olaraq, xəstəliyin ildırımvarı, iti, yarım iti və xroniki gedişat formaları mövcuddur. • Xəstəliyin ildırımvarı gedişatı, sindromlar qeydə alınmadan qəflətən ölümlə xarakterlənir. • Iti gediş zamanı xəstələrdə narahatlıq müşahidə olunur. Çeynəmə aktı pozulur, ağızdan maye axır. Heyvanlarda hərəkət koordinasiyası pozulur, qısa müddətli sancı əlamətləri nəzərə çarpır. Xəstələrdə udlağın iflici diqqəti cəlb edir və dil ağızdan sallanır, göz qapağı və alt çənə iflicə uğrayır. • Skelet əzələlərinin tonusdan düşməsi, heyvanlarda hərəkətsizliyə səbəb olur. Xəstələrdə görünən selikli qişalar əvvəlcə hiperemiyalaşır, sonra isə sianozlu görünür. • Tənəffüsün tezləşməsi və burun dəliklərinin genişlənməsi diqqəti cəlb edir, nəbz dəqiqədə 80-100 dəfə vurur, aritmiya qeydə alınır. Xəstələrdə sidik ixracı çətinləşir. Sidikdə indikan, zülal və qlükoza ayrılır. Bağırsaqlarda peristaltika zəifləyir, xəstəliyin sonunda atoniya inkişaf edir, nəticədə qəbizlik və defekasiyanın çətinləşməsi diqqəti cəlb edir. Iti gediş zamanı xəstəlik, 1-4 gün davam edir. Xəstəliyin iti gedişi zamanı letallıq 90-95%-dir. • Yarım iti gediş zamanı heyvanlarda çeynəmə aktı pozulur, ürək fəaliyyəti zəifləyir. Qəbizlik qeydə alınır, defekasiyanın çətinləşməsi nəzərə çarpır. • Xroniki gediş zamanı xəstələrdə hərəkət çətinləşir, heyvanlar daha çox yatır, atlar tez arıqlayır. Xroniki gedişdə xəstəlik 3-4 həftəyədək davam edir, adətən sağalma ilə nəticələnir.
Patoloji –anatomik dəyişikliklər. Heyvanların yarılması zamanı xarakterik əlamətlərdən dərialtı toxumada sarılıq nəzərə çarpır, səthi qan damarlarında qatı tünd qırmızı rəngdə qan müşahidə olunur. Mədə qazla dolu vəziyyətdə olmaqla, qeyri-müəyyən miqdarda yem kütləsi aşkar edilir. Nazik bağırsağın selik qişası qan sağıntısı ilə əhatəli olur. Yoğun bağırsaq şöbəsi və düz bağırsaqda qatı kal kütləsi qeydə alınır. • Qaraciyər, böyrəklər və dalağın Parenximasında dəyişikliklər müşahidə olunmur. Bir qayda olaraq ağ ciyərlərdə şişkinlik formalaşır, bəzi hallarda isə plevmoniya və qanqrena əlamətləri qeydə alınır. Qırtlaq və udlaqda çox saylı xarakterik qan sağıntılarının olması, mühüm diaqnostik göstərici sayılır. Müayinə zamanı baş beyində qan damarlarında durğunluq qeydə alınır. • Diaqnoz. Epizootoloci məlumatlar və kliniki əlamətlər əsasında intoksikasiyanın mənbəyi araşdırılır. Diaqnoz bakterioloci analiz əsasında dəqiqləşdirilir. • Patoloji material. Xəstəliyə şübhəli təsərrüfatlarda, heyvanların yemləndirildiyi yerdə qalmış yem nümunəsi (ən azı 100 qram), xəstəliyin törədicisi və onun toksinini müəyyən etmək məqsədilə ölmüş heyvanlardan mədə möhtəviyyatı (100-200 ml), nazik və yoğun bağırsağı (iki tərəfli liqatura qoyulmalıdır), limfa duyunləri, dalaq, baş-beyin götürülərək müayinə məqsədilə laboratoriyaya göndərilir. • Patoloji material götürülərkən, toksinin inaktivləşməsinin qarşısını almıq üçün, hər növ patoloji nümunə tünd rəngli şüşə qaba yerləşdirilməli, yaxud nümunə qoyulan şüşə qab rəngsiz olduqda qara rəngli kağızla bükülməlidir. Qabların germetik bağlanması vacibdir.
Təfriqi diaqnoz. Botulizm epizootoloci məlumatlar və kliniki əlamətlər nəzərə alınaraq, bakterioloci müayinə əsasında, xəstəlik törədicisinin ayrılması və onun toksininin müəyyən edilməsi əsasında Quduzluq, infeksion ensefalomielit, staxiobotriotoksikozun atipik formasından təfriq edildir. • Botulizm zamanı udlaq və çeynəmə aparatının, həmçinin hərəki əzələlərin iflici, yaddaşın saxlanması, bədənin normal temperaturu xarakterik əlamətlər sayılır. • Müalicə. Simptomatikdir. Müalicə məqsədilə, mədə soda məhlulu ilə yuyulur. Isti imalə (30 qramm soda 15 litr suda həll edilir) tətbiq olunur. Ağız boşluğu kalium permanqanat məhlulu ilə yuyulur, xəstələrə Qlükoza və Kofein venadaxilinə yeridilir. • Xəstəliyin başlanğıcında venadaxilinə botulizm əlyehi antitoksiki mono yaxud polivalent serumun yüksək dozada yeridilməsi yaxşı nəticə verir (Atlara 600-900 min TV). • Immunitet. Xəstəlikdə formalaşan immunitet antitoksikdir. Xəstəlikdən təbii sağalmış fərdlərdə immunitet yaranmır. Xəstəliyə qarşı anatoksinin işlədilməsi yüksək gərginlikli, davamlı antitoksik immunitet yaradır. • Botulizm kənd təsərrüfatı heyvanlarında nadir hallarda müşahidə olunduğuna görə, anatoksin yalnız profilaktika məqsədilə Samurlarda işlədilir (hər baş Samura ineksiya dozası 1 ml olmaqla əzələdaxilinə yeridilir). Yaranan immunitet 1 ilədək davam edir. Xəstəliyə qarşı tibbdə antitoksik serum işlədilir.
Profilaktika və mübarizə tədbirləri. Təsərrüfatlarda botulizm qeydə alındıqda, müalicə və profilaktika məqsədilə botulizm əleyhi antitoksik serum işlədilir. Xəstəliyin profilaktikası məqsədilə yemlərin toplanması, hazırlanması və saxlanılması zamanı zoogigiyena qaydalarına ciddi əməl edilməlidir. Silos müvafiq texnoloci prinsiplər əsasında hazırlanmalıdır və əsas diqqət onun saxlanılmasına yönəldilməlidir. Ona görə ki, törədici ilə sirayətlənmiş yem nümunələrində, amil çoxalaraq, yem kütləsini tamamilə çirkləndirir ki, bu da yemləmə zamanı heyvanların alimentar yoluxmasına səbəb olur. Bu baxımdan təmiz yemlərlə yemləmənin mühüm profilaktik əhəmiyyəti vardır. • Insanların təhlükəsizliyini təmin etmək məqsədilə ərzaq və qida məhsullarının hazırlanması, saxlanılması, paylanılması texnologiyası zamanı sanitariya- gigiyena qaydaların ciddi əməl olunmalıdır. • Ət və ət məhsulları, konservləşdirilmiş göbələk və tərəvəz məhsulları, dəniz ərzaqlarının istehsalı zamanı sanitariya- gigiyena və texnoloci recimlər xüsusilə diqqət mərkəzində olmalıdır. • Ərzaq məhsullarının istehsalı zamanı bakterioloci nəzarət, sterilizasiya recimi təmin edilməlidir. Fövqaladə şəraitdə botulizmin profilaktikası məqsədilə Polianatoksin tətbiq edilir ki, bu da öz növbəsində Botulizm Dovşancıq və Qanqrenozlu anatoksinlərinin assosiasiyasından ibarətdir.
DOVŞANCIQ • Dovşancıq kənd təsərrüfatı heyvanlarının itigedişli yara infeksiyası olub, amil toksininin təsirindən reflektor oyanıqlıq və əzələlərin gərginləşməsi ilə səciyyələnir. • Tarixi məlumat. Heyvanların dovşancıqla xəstələnməsi bizim eradan əvvəl məlum olmuşdur. Xəstəliyin törэdicisi 1883-cü ildэ rus alimi N.C.Monastırski tərəfindən aşkar edilmişdir, 1884-cü ildə Pikolayev adadovşanları və hind donuzlarına bağ torpağını əzələarasına yeritməklə onlarda dovşancıq çöpləri əldə etmişdir. 1989-cu ildə amilin təmiz kulturasını yapon alimi Kitazato almış və 1 il sonra alman alimi Berinq və Knorr birlikdə dovşancıq əleyhinə serumun hazırlanması metodikasını öyrənmişlər. 1924-cu ildə Q.Ramon dovşancıq toksinini formalinlə zərərsizləşdirərək anatoksin hazırlamışdır. • Ölkəmizdə xəstəliyin bir çox xüsusiyyətlərinin öyrənilməsində N.E.Tevetkovun, F.İ.Kaqanın böyük xidmətləri vardır. • İqtisadi zərər. Xəstəlik sporadik formada göründüyünə görə törətdiyi iqtisadi zərər böyük deyil.
Törədicisi. Xəstəliyin törədicisi cl.tetani iri nazik çöp şəklində olmaqla uzunluğu 3-12 mkm, eni 0,3-0,8 mkm-dir. Amil hərəkətli olmaqla terminal sporlar yaradır, kapsula əmələ gətirmir. Amilin vegetativ forması anilin boyaları ilə yaxşı boyanır. Cl.tetani mütləq anaerob olduğu üçün oksigenə çox həssasdır. Amili yetişdirmək üçün Kitt-Tarossi mühiti və qlükozalı-qanlı seysler qida mühitindən istifadə olunur. • Digər klostridiozlara nisbətən dovşancığın törədicisinin biokimyəvi fəallığı zəifdir. Amilin vegetativ forması xarici mühit faktorlarının təsirinə davamsızdır. Bundan fərqli olaraq spor forması davamlıdır. • Torpaqda, qurudulmuş nəcisdə amil uzun illər boyu sağ qalır. Günəşin düz şüalarının təsirindən amil 3-5 gün sonra inaktivləşir. Nəmli mühitdə 80°C temperaturda amil 6 saata, 90°C temperaturda 2 saata məhv otur. Qaynatmaya sporlar 30-50 dəqiqə davam gətirir. • Dezinfeksiya maddələrindən 5%-li fenol amilin spor formasını 8-10 saata, 5%-li kreolin 5 saata, 10%-li formalin 6 saata, Bsaata, 0,5%-li duz turşusu 30 dəqiqəyə məhv edir. • Amil həm toxuma yaralarında və bulyon kulturasında güclü toksin hasil edir. Toksin spora nisbətən xarici mühitin təsirlərinə davamsızdır. • Dovşancıq toksinində iki komponent-tetanospazmin və tetanolizin aşkar edilmişdir. Tetanospazmin sinir sisteminə təsir edərək eninə zolaqlı qıcolmalar, tetanolizin isə eritrositlərin lizisinə səbəb olur. Bu mikrobun əsas toksiki faktoru tetanospazmin hesab edilməklə neytrotoksin funksiyasını ifa edir və bilavasitə mərkəzi sinir sisteminə təsir edir. Təmizlənmiş tetanospazmin termostabil olmaqla 13 amin turşusundan ibarətdir. Tetanolizin isə nisbətən termostabildir. Kulturalarda tetanospazmin 8-10 gündən sonra tetanolizin isə 1 gündən sonra əmələ gəlir.
Epizootoloji xüsusiyyətləri. Xəstəliyə kənd təsərrüfatı heyvanları: qoyun, keçi, donuz, it və s. heyvanlar həssasdır. Laboratoriya təcrübə heyvanlarından: adadovşanı, hind donuzu və ağ siçanlar xəstəliyə həssaslıq göstərir. • Yaşlı heyvanlar körpələrə nisbətən xəstəliyə davamlıdır. Xəstəliyə həmçinin insanlarda çox həssasdır. • İnfeksiyanın törədicisinin mənbəyi xəstə və xəstəlikdən sağalan heyvanlar olmaqla nəcis vasitəsilə amili xarici mühitə ifraz edir. Törədici təbiətdə geniş yayılıb və torpaqda uzun müddət öz virulentliyini saxlayır. Təbii şəraitdə heyvanların yoluxması yara nahiyəsinə amilin torpaqla, peyinlə birlikdə düşməsi nəticəsində baş verir. Xüsusilə dərin yaraların amillə çirklənməsi daha qorxuludur. Çünki dərii əzələ qatlarında aerasiya zəif getdiyi üçün dovşancığın törədicisinin sürətli inkişafı baş verir. • Qeyd etmək lazımdır ki, yaralar irintörədən mikroblarla yoluxsa onda dovşancığın baş verməsi ehtimalı çoxalır və ağır keçir. Bəzi hallarda dovşancıq törədicisi orqanizmə düşdükdə uzun müddət latent şəkildə qalır və əlverişli şərait yarandıqda inkişaf etməyə başlayır. • İri və xırdabuynuzlu heyvanlarda, həmçinin donuzlarda çətin doğum nəticəsində cinsiyyət üzvü və balalıq yolunun zədələnməsi ilə əlaqədar dovşancıq yaranır. Çox vaxt xəstəlik cərrahi əməliyyatlar zamanı aseptika pozulduqda əmələ gəlir. Mülayim iqlimə malik zonalarda xəstəlik bəzən epizootik xarakter alır.
Patogenez. Yara nahiyəsinə düşmüş amil əlverişli şəraitdə sürətlə çoxalır və toksin ifraz edir. Xəstəliyin baş verməsində əsas rolu amilin toksini, xüsusilə onun tetanos-pazmini oynayır. • Toksin əzələ və dəridə olan hissi sinir uclarını qıcıqlandırır. Qıcıq mərkəzəqaçan sinir vasitəsilə mərkəzi sinir sisteminə verilir və orada güclü oyanma sahələri yaranır. Həmin oyanma sahələri ilə əlaqədar olaraq əzələlərdə və daxili orqanlarda tetanik qıcolmalar baş verir. Uzunmüddətli qıcolmalarla əlaqədar olaraq orqanlar öz funksiyasını yerinə yetirə bilmir. Bununla əlaqədar olaraq heyvanlarda larinqoraxeospazm, hipoksiya, metabolik və respirator asitoz inkişaf edir. Heyvanların qanında süd turşusunun miqdarı həddən artıq çoxalır ki, bu da beyin şişinin əmələ gəlməsinə səbəb olur. Ürəyin iflici və asfiksiya nəticəsində ölüm baş verir. • Gedişi və kliniki əlamətləri. İnkubasiya dövrü orta hesabla 7-21 gündür. Xəstəlik iti formada keçir. Əvvəlcə baş nahiyəsində, xüsusilə çeynəmə əzələlərində qıcolmalar nəzərə çarpır. Belə vəziyyətdə heyvan yem qəbul edə bilmir və çeynəmə hərəkəti tam şəkildə zəifləyir. Qabırğalararası əzələlərin və bronx əzələlərinin gərginləşməsi ilə əlaqddar olaraq heyvanda tənəffüsün çətinləşməsi nəzərə çarpır. Bununla əlaqədar olaraq görünən selikli qişalarda sianozluq və ağciyərin şişməsi aşkar edilir. Mədə-bağırsaq sistemində peristalitika zəifləyir, nəcis və sidik ixracı çətinləşir. Heyvanlarda xarici mühit qıçıqlarına cavab reak-siyası olduqca güclənir, nəticədə qıcolmalar, həddən artıq tərləmə və s. baş verir. • Gövşəyən heyvanlarda timpaniya başlanır və onlar hərəkətsiz dayanırlar. Ayaqlarını hərəkət etdirib-bükə bilmir və bədən hərarətinin normal olmasına baxmayaraq tərləyirlər. Qoyunlarda və keçilərdə boyun əzələlərinin gərginləşməsi, başın dala bükülməsi müşahidə edilir. heyvanların gözləri çevrilir, dişləri xırçıldayır. Xəstəlik əksərən ölümlə nəticələnir.
Pataloji-anatomik dəyişikliklər. Orqanlarda elə mühüm dəyişikliklər nəzərə çarpmır. Lakin ağciyərdə şişkinlik, bəzən onun üzərində qanqrenozlu sahələr, ürəyin həcmən böyüməsi və üzərində qan sağıntıları müşahidə edilir. • Diaqnoz. Xəstəliyə diaqnoz qoymaq üçün onun kliniki əlamətləri nəzərə alınır və baktereoloji müayinə aparılır. • Dovşancıq xəstəliyinə diaqnoz qoymaq üçün yara nahiyəsindən irinli selik, yaranın dərin nahiyələrindən toxuma hissəcikləri götürüb sınaq şüşəsində laboratoriyaya göndərirlər. Müayinə amilin və onun toksininin aşkar edilməsinə yönəldilir. Bunun üçün pataloji materialdan yaxma hazırlanaraq mikroskopiya edilir. Amilin təmiz kulturasını almaq üçün pataloji materialdan Kitt-Tarossi mühitinə və qlükozalı-qanlı Seysler aqarına əkilir, həmçinin toksini müəyyən etmək üçün bioloji sınaq qoyulur. Bunun üçün yoxlanılan pataloji material həvəngdəstədə əzilir və fizioloji məhlulda suspenziyası alınır. Qarışığı 1 saat müddətində otaq temperaturunda saxlayır, sonra kağız süzkəcdən süzüb, filtratdan ağ siçanların bud nahiyəsinə əzələarasına 0,5-1 ml miqdarında vurulur. • Əgər kulturatoksinə görə müayinə edilirsə bu zaman toksinin toplanılması üçün kultura əvvəlcədən 6-10 gün termostatda saxlanılır, sonra süzkəcdən süzülür, alınmış filtratdan 0,3-0,5 ml ağ siçanlara vurulur. Toksinin təsirindən 1-5 gün sonra ölüm baş verir.
Təfriqi diaqnoz. Xəstəliyi quduzluqdan təfriq etmək lazımdır. Quduzluqda çeynəmə əzələlərinin gərginləşməsi müşahidə edilmir, alt çənədə iflic və aqressivlik nəzərə çarpır. • Müalicə. Yara nahiyəsi təmiz yuyulmalı və ölü toxumalar kənar edilməlidir. Sonra yara nahiyəsi dezinfeksiyaedici maddələrin məhlulları ilə yuyulmalıdır. Heyvanlar qaranlıq yerdə saxlanmalı və qıcıq faktorlarından qorunmalıdır. Əgər çeynəmə aktı tam pozulubsa, yemləyici imalədən istifadə edilməlidir. • Spesifik müalicə vasitəsi kimi dovşancıq əleyhinə iri heyvanlara antitoksin serumdan 80 min AV, körpə heyvanlara 40 min AV vurulur. Sinir oyanıqlığını azaltmaq məqsədilə atlara qlükoza ilə bərabər 35-40 q xloral-hidrat və sonra venadaxilinə 50 ml 20%-li urotropin məhlulu vurulmalıdır. Serumun onurğa beyni kanalına 15-20 min AV və eyni vaxtda 50-60 min AV venadaxilinə vurulması yaxşı nəticə verir. Serumla müalicə yalnız xəstəliyin əvvəlində effektlidir. Çünki sinir sistemi hüceyrələri ilə əlaqələnmiş toksin antitoksinlə neytrallaşa bilmir. Ona görə də serumla yanaşı digər müalicə vasitələrindən istifadə edilməlidir. Amilin vegetativ formasını məhv etmək üçün müxtəlif antibiotiklər işlədilir. Qıcolmaların qarşısını almaq uçün xloral-hidrat 30-50 q miqdarında imalə halında heyvana vurulmalıdır. 1 ml 5%-li qlükoza məhlulunda 50-80 ml 96%-li spirtin venadaxilinə gündə 2-3 dəfə tətbiqi yaxşı nəticə verir. • Hər kq diri çəkiyə 0,001-0,005 q aminazinin 2-3%-li su məhlulu halında işlədilməsi vacibdir. Ürək fəaliyyətini nizamlamaq üçün ürək qlükozidləri işlədilir. Asetilxolinin təsirini blokadaedən və bununla da sinir impulslarının əzələyə verilməsinin qarşısını alan bir çox preparatların xəstəliyin əvvəlində işlədilməsi səmərəlidir.
İmmunitet. Bəzi növ heyvanlarda dovşancığa qarşı təbii şəraitdə immunitetin olması qeyd edilir. Belə ki, qaramal, donuzlar və digər nev heyvanlar bu xəstəliyə nisbətən davamlılıq göstərir. Bu onunla izah edilir ki, həmin heyvanlar yem vasitəsilə amilin sporlarını qəbul edir. Sporlar bağırsaqda zəif dərəcədə çoxalır və toksin hasil edir. Həmin toksin çox az miqdarda orqanizmə sorulur və nəticədə zəifgərginlikli munitet yaradır. • Dovşancıqda yaranan immunitet antitoksin xarakterdə olur. Xəstəliyə qarşı kolostral immunitet də yarana bilir ki, bu da körpələrin xəstəlikdən qorunması üçün çox əhəmiyyətlidir. • Xəstəliyə qarşı fəal peyvənd məqsədilə qatılaşdırılmış zəyli antitoksin hazırlanmış və geniş şəkildə istifadə edilir. • Antitoksin hazırlamaq üçün dovşancıq kulturasının filtrat-toksininə 0,3-0,4%- formalinlə 39-40°C temperaturda 25-30 gün təsir edirlər. Sonra anatoksin üzərinə onun ümumi həcminin 1%-nə 10%-li zəyli alüminium əlavə edilərək çökdürülür. Çöküntü üzərindəki mayedən zəyli antitoksinin ümumi həcminin 30%-i sorularaq kənar edilir. Anatoksin iri heyvanlara 1 ml, xırda heyvanlara isə 0,5 ml miqdarında dərialtına vurulur. İmmunitet 1 aydan sonra yaranaraq atlarda 5 il, digər heyvanlarda isə 1 ilə qədər davam edir. Qeyri-fəal peyvənd vasitəsi kimi dovşancıq əleyhinə antitoksin serum işlədilir. • Profilaktikası və mübarizə tədbirləri. Travmalar törədə bilən səbəblər ləğv edilməli və müxtəlif səbəblərdən alınmış yaralar ümumi cərrahi üsulla işlənməlidir. Əgər təsərrüfatda xəstəlik müşahidə olunursa, oradakı heyvanlar anatoksinlə peyvənd edilməlidir. Heyvanlarda yaralanmalar çox olduqda xəstəliyin profilaktikası məqsədilə antitoksik serumdan istifadə edilir. Profilaktik doza iri heyvanlar üçün 8000 AV, xırda heyvanlar üçün isə 4000 AV-dir. Müalicə məqsədilə iri heyvanlara 80.000 AV, xırda heyvaplara isə 40.000 AV vurulmalıdır. • Dovşancıqla xəstələnmiş heyvanların kəsilməsi qadağandır, cəmdək daxili orqanlarla birlikdə texniki utilizasiya edilir.