440 likes | 697 Views
MİLLİ AVİASİYA AKADEMİYASI. ŞİMŞƏK, YARANMA ŞƏRAİTİ VƏ İNKİŞAF MƏRHƏLƏLƏRİ. Mühazirəçi: M əlikov B.M.
E N D
MİLLİ AVİASİYA AKADEMİYASI ŞİMŞƏK, YARANMA ŞƏRAİTİ VƏ İNKİŞAF MƏRHƏLƏLƏRİ Mühazirəçi: Məlikov B.M.
Şimşək–Mürəkkəb atmosfer hadisəsi olub, intensiv buludəmələgəl və ildırım şəklində çoxsaylı elektrik boşalmaları ilə xarakterizə olunur. Şimşək şimşək buludları adlanan topa-yağış buludlarında baş verir. Yaxşı inkişaf etmiş topayağış buludlarının sahəsi adətən 50...100 km²-dən böyük olmur. Topa-yağış buludları fovqəladə enerjiyə malik olurlar. Hesablamalar göstərir ki, kiçik ölçüyə malik şimşək buludlarında (sahəsi təqribən km²)nsu buxarının kondensasiyası zamanı 1,8-1013 kalori istilik ayrılır.
Buludların yuxarı sərhəddi tropopauzanı keçərək aşağı stratosferə qədər yayıla bilir. Mülayim enliklərdə şimşək buludları 12...14 km-ə qədər, Zaqafqaziyada, Orta Asiya və Uzaq Şərqdə 15...16km, Hindistanda18km-ə qədər, ekvatorial zonada isə 20-21 km-ə qədər inkişaf edə bilir. Şimşək buludlarında güclü turbulentlik, güclü şaquli hava cərəyanları, intensiv buzbağlama, elektrik boşalmaları, dolu və leysan yağıntılar aviasiya üçün böyük təhlükəyə malik atmosfer hadisələridir.qeyd etmək lazımdır ki, bütün təhlükəli atmosfer hadisələri eyni zamanda müşahidə oluna bilir. Şimşək buludları altında qasırğa gücünə malik küləklər, leysan yağıntılar (yağış, dolu, qar) buludlar arasında enən və qalxan hava axınları, külək sürüşmələri kimi atmosfer hadisələri təhlükəli xarakter daşıyır.
Şimşək buludunun yaranması üçün aşağıdakı şərtlər vacibdir: 1. Şaquli istiqamətlənmiş qalxan hava axınları (konvekciya). 2. Havanın böyük rütubət tutumu (mütləq rütubətlik а >13 q/m³və ya su buxarının elastikliyi е>15 hPa). 3. Troposferdə böyük müsbət dayanıqsızlıq enerjisi (400 hPa-a qədər). Şaquli temperatur qradiyenti у>0,65°С/100m.Şimşək buludunun inkişafını şərti olaraq üç mərhələyə bölmək olar (şəkil 1).
I mərhələ - inkişafın başlaması – topa buludun yaranmasından leysan yağıntıların başlamasına qədər. Bu mərhələdə topa buludlar tədricən güclü-topa buludlara sonra isə leysan yağıntılar düşən topa-yağış buludların inkişaf edir. Topa buludlarda sürəti 2...5 m/s-dən güclü-topa buludlarda 10...15 m/s-dək inkişaf edən qalxan hava axınları üstünlük təşkil edir.topa buludların yuxarı sərhəddi 1,5...2,5 km, güclü-topa buludların isə 1...6 km təşkil edir. Onlar su damcılarından ibarət olur.
“Keçəl” topa-yağış buludlarında yuxarı hissəsinin buzbağlaması başlayıt və o, artıq soyumuş su damcıları, qar dənələri və buz kristallarından ibarət olur. Belə buludlarda qalxan hava axınlarının sürəti 20...25 m/s-yə yuxarı sərhəddi isə 7..8 km-ə çata bilir. Topa buluddan güclü-topa buluda keçid yavaş prosesdir, güclü-topa buludun topa-yağış buluduna keçməsi isə çox sürətlə (1 saatdan az) baş verir. Buludun yuxarı hissəsinin şaquli qalxma sürəti orta hesabla 1 m/s-yə bəraəbr olur, bəzi hallarda isə 10 m/s-yə çata bilir. Buludlar arasında enən hava axınları müşahidə olunur.
II mərhələ — maksimal inkişaf – şimşək buludu “keçəl” topa-yağış buludundan “saçlı” topa-yağış buluduna inkişaf edir. Buluddan leysan yağıntılar düşür. İldırım şəklində elektrik boşalmalaır müşahidə olunur. Şimşək buludunda ikinci mərhələdə intensiv qalxan və enən hava axınları müşahidə olunur. Qalxan axınlar 30...40 m/s və daha çox maksimal sürətə çatırlar. Onlar buludun ön hissəsində üstünlük təşkil edirlər. Buludda qalxan axının sürəti demək olar ki, buludun aşağı hissəsindən hündürlükdən asılı olaraq xətti artır və buludun təpə hissəsinə çatmamış maksimal qiymət alırvə sonra buludun təpəsinə qədər sürət xətti olaraq azalmağaı başlayır.
leysan yağıntılar hesabına 10...15 m/s sürətə malik enən axınlar formalaşır. Enən hava axınları buludun arxa hissəsində üstünlük təşkil edir. Bulud daxilində şaquli axınların güclü şiddətə malik olması onların əsas xüsusiyyətidir. Axınların şiddəti 15 m/s-yə çata bilir və sıçrayışlar zamanı təyyarənin 2g və daha artıq yüklənməsinə səbəb olur. Bulud daxilində müxtəlif ölçülərə malik çoxlu sayda burağanlar formalaşır ki, onlar təyyarənin güclü sirkələnməsinə səbəb olan intensiv turbulentliyi yaradırlar. Güclü turbulentlik həmçinin şimşək buludlarının üzərində də müşahidə olunur (şəkil 2).
Şəkil 2. Şimşək buludlarının yuxarı hissəsində havanın hərəkəti
Gümbəzvari zirvəyə malik topa-yağış buludlarından yuxarı 200...300 m təbəqədə güclü qalxan hava axınları mövcuddur. Bu halda güclü turbulentlik bilavasitə bulud yaxınlığında 50...100 m təbəqədə müşahidə olunur. Qalxan hava axınları sahəsində bulud yuxarı dartılır. Buludun zirvəsi üzərində 200...300 m təbəqədə enən axınlar müşahidə olunur ki, buludun yaxınlığından keçən təyyarələr şaquli axınlar vasitəsilə buludun daxilinə dartıla bilər. .
Topa-yağış buludunun xarici sərhəddində adətən turbulentliklə birlikdə havanın enən axınları müşahidə olunur. Buluda yaxınlaşdıqda təyyarənin sirkələnməsi buluddan buludun diametri qədər məsafədə hiss oluna bilir. Topa-yağış buludları üçün səciyyəvi olan güclü enən axınlar mənfi temperatur sahəsində soyumuş iri su damcılarını asılı vəziyyətdə saxlaya bilir. Buna görə də, topa-yağış buludunda sıfır izotermindən yuxarıda bütün hündürlüklərdə təyyarənin güclü buzbağlaması müşahidə olunur.
Şimşək buludlarında və onların altında dolu uçuş üçün böyük təhlükə malikdir. Dolu hər şimşək zamanı müşahidə olunmur. Avropada düzənlik ərazi dolunun düşməsi 10...15 halda bir dəfə müşahidə olunur. Dağlıq rayonlarda dolu ilə şimşək daha tez-tez müşahidə olunur. İri dolunun düşməsi təbii fəlakət hüsab olunur. Meyvə bağları, otlaqlarda otarılan heyvanlar, üzüm sahələri doludan böyük zərər çəkir. Dolu aerodromda dayanan təyyarələrin örtüyünü zədələyə bilir. Uçuş zamanı dolu sahəsinə düşdükdə füzelyajın örtüyü, vertolyotların stabilizatorlarının örtüyü, ekipaj kabinəsinin şüşələri, antennalar və təyyarə konstruksiyasının nisbətən davamsız digər elementləri zədələnir.
İkinci mərhələdə şimşək buludlarının altında baş verən hadisələr böyük təhlükə yaradır. Şimşək buludunun ön hissəsində parçalanmış buludlardan ibarət fırlanan tünd val yaranır ki, o, qasırğaboğazı adlanır. O, buludda qalxan hava axını, buluddan kənarda enən hava axını sərhəddində 500...600 m (50 m-ə qədər enə bilir) hündürlükdə yaranır. Qasırğa boğazı böyük fırlanma sürətinə malik olur və çox təhlükəli atmosfer hadisəsidir. Yüksək temperatur, havanın böyük rütubəti və güclü dayanıqsız atmosfer şəraitində При высоких температурах, большой влажности воздуха и сильной неустойчивости в атмосфере qasırğa boğazının qurtaracağı onlarla metr diametrə və təqribən şaquli fırlanma oxuna malik qasırğa yaratmaqla səthinə qədər enə bilir.bu burağan burağan adlanır.
burağanlar böyük dağıdıcı qüvvəyə malik olur. Onların keçməsi yer səthində fəlakətlərlə nəticələnir. . Toz, müxtəlif əşya qırıntıları və hətta heyvan və insanlar bu axınlar vasitəsilə havaya qaldırıla və əhəmiyyətli məsafələrə daşına bilirlər. Şimşək buludları altında ikinci təhlükəli sahə leysan yağıntılarda qalxan və enən hava axınları arasında müşahidə olunur. Bura qasırğa sahəsidir. Onun qalınlığı 500 m-dən artıq olmur. Qasırğanın hündürlüyü 2...3 km qədər yayılmaqla bir neçə dəqiqə davam edir.
Ш mərhələ - dağılma mərhələsi – şimşək buludundan düşən leysan ğayıntılar havanı və bulud altında yer səthini soyudur. Buna görə də, qalxan axınlar əvvəlcə zəifləyir, sonra isə tükənirlər. Verilmiş mərhələdə şimşək buludunda buludun yuyulmasına səbəb olan enən axınlar üstünlük təşkil edir. Şimşək buludunun dağılması adətən onun aşağı hissəsindən başlayır. Bulud çökür və sahə üzrə yayılmağa başlayır. Zirvənin enmə sürəti 1...1,5 m/s, bəzən isə 3 m/s təşkil edir. Şimşək buludunun aşağı sərhəddi yelin şəklini alır. Buludun zirvəsi düz və lili struktura malik lələkli buludlardan ibarət olur. Orta təbəqədə şimşək buluduna yüksək-topa buludlar, aşağı təbəqədə isə laylı-topa buludlar birləşir.
Üçüncü mərhələdə şimşək buluduna ikinci mərhələdə xas olan bütün atmosfer hadisələri müşahidə olunur, lakin bulud dağılma mərhələsində olduğuna görə onların intensivliyi zəifləyir. Şimşək buludunun bütün inkişafı 3 saatdan 5 saata qədər dövrü əhatə edir. MA-nın rəhbər sənədləri şimşək buludunun istənilən inkişaf mərhələsində ona daxil olmağı qadağan edir, belə ki, şimşək buludlarında və bilavasitə onların yaxınlığında uşuşa təhlükə yaradan aşağıdakı hadisələr müşahidə olunur:
- təyyarənin qəfil sıçrayışlarına səbəb olan sürətli qalxan və enən hava axınları;- sıfır izotermindən yuxarıda istənilən hündürlükdə intensiv buzbağlama;- ildırım şəklində elektrik boşalmaları;- təyyarənin mexaniki zədələnməsinə səbəb olan dolu;- radioəlaqəni pozan atmosfer küyləri;- görünüşün pisləşdirən leysan yağıntılar;- qasırğa və burağanlar;- yer səthində külək sürüşmələri.
Damcı və kristalların elektrikləşməsi və hava axınları ilə daşınması nəticəsində bulud daxilində güclü yüklənmiş sahələr yaranır. Şimşək buludunda elektrik yüklənməsinin orta paylanması şəkil 3-də göstərilmişdir. Mənfi elektrik yüklü sahələr buludun aşağı sərhəddində -20 °C izoterminə qədər ön və orta hissəsində müşahidə olunur, müsbət yüklü sahələr isə güclü qalxan hava axınlar müşahidə olunan ön hissəsində, həmçinin, -20 °C izotermindən yuxarıda müşahidə olunur.
Buludda iki böyük yüklənmiş sahələr arasında və ya bulud və yer səthi arasında elektrik sahəsinin gərginliyi havanın deşmə potensialının qiymətinə (30000 V/sm) çatdıqda elektrik boşalması baş verir. Bu boşalmalar işıq parıltısı və gurultu ilə müşayət olunur və ildırım adlanır. Gurultu– akkustik hadisə olub, boşalma kanalının qırılması nəticəsində yaranan zərbə dalğasının nəticəsidir. Xarici görünüş və fiziki xüsusiyyətlərinə görə idırım xətti, budaqlanmış, düz və kürəşəkilli olur.
Xətti, budaqlanmış şimşək– daha tez-tez müşahidə olunan nəhəng parıltılı elektrik boşalmasıdır. İldırımın uzunluğu orta hesabla 2...3 km, bəzən isə 20 km və daha artıq olur. Əsas kanaldan bir neçə budaq ayrıldığına görə budaqlanmış şəkildə olur. İldırımın sürəti 102... 103 km/saat təşkil edir. İldırım kanalı daxilində cərəyanın gücü on minlərlə amper təşkil edir. İldırımda plazmanın temperaturu 10000°C-dən artıq olur. Xətti ildırım şimşək buludu daxilində, iki bulkud arasında və buludla yer səthi arasında baş verə bilir.
Səthi ildırım buludun hər hansı hissəsinin səssiz qırmızı rəngdə parıldaması olub, bulud hissəciklərində böyük miqdarda boşalmaların cəm effekti nəticəsində yaranır. Belə ildırımın davamiyyəti 1 saniyyəyə qədər olur. Səthi ildırımı buludda olan digər parıltı ilə qarışdırmaq olmaz.Kürəşəkilli şimşək – nadir və müəmmalı atmosfer hadisəsidir. Yumruq, bəzən isə qarğız ölçüsündə dairəvi parlayan kütlə şəklində olur.kürəşəklilli şimşək tam olaraq pyrənilməmişdir. Hesab edilir ki, o, adı xətti ildırımdan sonra plazmanın toplanması nəticəsində yaranır.
Şimşək buludunda və ya onun yaxınlığında uçuş zamanı təyyarəni ildırım vurması baş verə bilər. Bu iki halda mümkündür: - təyyarə ildiırım yolunda yerləşir;- güclü yüklənmiş bulud ilə yüklənmiş təyyarə arasında elektrik sahəsinin gərginliyi havanın deşmə potensialından artıq olarsa.Təyyarəni ildırım vurduqda baş verə bilər:- kabinin germetizasiyasının itirilməsi;- təyyarədə yanğın;- ekipajın kor olması;- örtüyün, digər detalların və radiotexniki vasitələrin dağılması;- cihazlarda polad hissələrin maqnitləşməsi və s.
Atmosferin radioküyləri (atmosferniklər) ildırım boşalmaları ilə sıx əlaqədardır. Bunlar elektromaqnit impulslar olub, ildırım boşalması nəticəsində yaranırlar. Yaranma yerindən yayılaraq atmosferniklər xüsusən uzun dalğalarda küylər yaradırlar. Onlar telefonda küylər yaradırlar. Şimşək buludunda elektrik sahısinin gərginliyi artıdca atmosfer radioküyləri güclənir.
Hava gəmilərinin elektrikləşməsi dedikdə onların bulud və yağıntı sahələrində uçuş zamanı elektrik yükü ilə yüklənməsi prosesi başa düşülür.bu hadisənin əsas fiziki mexanizmi ondan ibarətdir ki, bulud və ya yağıntıların neytral hissəciklərinin yüklənməmiş təyyarə səthinə toxunması nəticəsində təyyarədən ayrılan hissəciklər eyni işarəli elektrik yüklərini qoparıb aparırlar, təyyarə isə əks işarəli yükün miqdarına bərabər yüklənir. Təyyarənin elektrostatik boşalmalarla zədələnməsi şimşək mərhələsinə çatmamış topa-yağış buludlarında və laylı buludlarda baş verir. Böyük uçuş çəkisinə malik təyyarələr xüsusən elektrikləşməyə məruz qalırlar.
Təyyarələrin elektrik boşalmaları ilə zədələnməsi ildırım vurmadan daha çox təkrarlanır. Təyyarələrin elektrik boşalmaları ilə zədələnməsi hallarının analizi göstərir ki, onların əksəriyyəti ilin soyuq dövründə baş verir. Maksimum isə aprel və oktyabr aylarına təsadüf edir. Bu hadisənin mahiyyəti ümumi mənada aşağıdakından ibarətdir; buludlarda daim elektrik sahəsi mövcud olur. Lakin, elektrik boşalmasının (ildırım) baş verməsi üçün ilin isti dövründə kifayət qədər gərginliyə çatmış olur.
Şimşəyin yaranmasının sinoptik şəraitindən asıəlı olaraq şimşək kütlədaxili və cəbhə xarakterli ola bilir. Kütlədaxili şimşək lər – ilin isti dövründə,bir qayda olaraq günün ikinci yarısında dayanıqsız hava kütləsində yaranırlarvə yaranma səbəblərindən asılı olaraq: konvektiv (istilik), advetiv və oroqrafik olurlar. Konvektiv şimşəklər - yuyulmuş barik sahələrdə, dolan siklonun periferiyasında və təzyiq yəhərində səthin qeyri bərabər qızması nəticəsində yaranırlar.
Advektiv şimşəklər - siklonun arxa hissəsində və antisiklonun periferiyasında nisbıtın soyuq hava kütləsinin isti səth üzərində yerdəyişməsi zamanı yaranırlar. Bu şimşəklər yer səthində və hündürlüklərdə güclü küləklə müşayət olunurlar. Oroqrafik şimşəklər - dağların külək tutan yamaclarında isti rütubətli dayanıqsız hava kütləsi yamac boyu yuxarı qalxdıqda yaranırlar. Kütlədaxili şimşəklər bir birində əhəmiyyətli məsafədə ayrı-ayrı ocaqlar şəklində yerləşirlər. Buna görə də uçuş zamanı onları yan ötüb keçmək olur. Üfüqdə səhər saatlarında yaranan gümbəzvari yüksək-topa buludlar kütlədaxili konvektiv şimşəkdən xəbər verir.
Cəbhə şimşəklərisoyuq (~ 70%) və isti (~30%) cəbhələrdə formalaşırlar. Soyuq cəbhələrdə şimşək ilin və sutkanın istənilən vaxtında, lakin yayda günün ikinci yarısında daha güclənərək baş verir. Cəbhə qarşısında 80...200 km məsafədə hərəkət edən topa buludlar soyuq cəbhə şimşəklərində xəbər verir. İsti cəbhələrdə şimşək ilin isti dövründə əsasən gecə və ya səhər saatlarında baş verir.bu şimşəklər gizli xarakterə malik olurlar, buna görə də onlarla qarşılaşma ekipaj üçün gözlənilməz ola bilər.
Uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə aerodromum meteoroloji orqan işçiləri (AMM) rəhbər, uçuş və dispetçer heyətinə uçuş, enmə aerodromunda, hava traslarında şimşək fəaliyyətinin mövcüd olması haqda xəbərdarlıq edirlər, həmçinin şimşək proqnozu tərtib edirlər. Şimşəklər həm vizual, həm də instrumental olaraq müşahidə olunurlar. Hal-hazırda şimşəklər üzərində müşahidələr vizual-səs metodu aparılır.
Müşahidəyə hər aerodrom ətrafında 200 km radiusa (fırtına gairəsi) qədər yerləşmiş AMM, hidrometeoroloji stansiyalar və meteoroloji postlar, həmçinin aviasiya kimyəvi işləri keçirilən dövrdə işçi aerodromlarda olan pilotlat cəlb edilir. Şimşək haqqında məlumat mənbələrinin hamısı olduqda belə alınmış vizual-sə metodu şimşək ocaqlarının yanız üçdə bir hissəsini təyin edir, stansiyada hadisənin başlanması (qurtarması) ilə onun haqda məlumatın daxil olması arasında vaxt intervalı orta hesabla 10...15 (20...30) dəqiqəyə bərabər olur.
Atmosferiklərin (şimşək) instrumental müşahidəsi üçün işıqlandırılan ərazi üçün mövcud cihazları üç əsas qrupa bölmək olar: -şimşək boşalmalarının sayğacı – 15...20 km radiusda fırtına xəbərdarlığı stansiyası ərazisi -yaxın şımşəklərin müşahidəsi üçün qurğular – 50...200 km radiusda fırtına dairəsi sahəsi; -uzaq şimşək ocaqlarının müşahidəsi üçün qurğular – bir neçə min km radisuda hava trasları və ocaq sahələri.Şimşək boşalmalarının sayğacı(şimşəkqeydə alan, şimşək registratorları) avtonom cihazlar olub, fırtına xəbərdarlığı rayonunda istiqamət göstərilmədən şimşək fəaliyyəti haqda siqnalizasiya, həmçinin vahid sahədə boşalmaların orta sayının obyevktiv xüsusiyyətini əldə etmək məqsədilə şimşək boşalmalarının saymaq üçün nəzərdə tutulmuşdur.
Yaxın şimşəklərin müşahidəsi üçün qurğularmüşahidə nöqtəsinə nəzərən şimşək ocağının yerini (azimut və uzaqlıq) təyin etməyə imkan verirlər. Bu zaman məlumat elektron şua borusunun şimşək azimutu pelenqatorundan və ya yaxın şimşəklərin özüyazan panoram registorunda əldə oluna bilər. Verilmiş cihazlar avtonom olaraq müşahidə məntəqəsindən bu və ya digər istiqamətdə müxtəlif məsafədə şimşəyin movcud olmasının indikatoru kimi istifadə oluna bilər, lakin, aviasiyanın meteoroloji təminatı üzrə proqnostik işlərdə nisbətən yaxşı effekt onlardan dispetçer radiolokatorunun daşınan indikatoru ilə birgə istifadəsi zamanı əldə olunur.
Uzaq şimşək ocaqlarının müşahidəsi üçün qurğular 20...30 dəqiqə ərzində (şimşək fəaliyyətindən asılı olaraq müşahidə məntəqəsindən 10 km məsafədə şimşək ocaqları haqda məlumat əldə etməyə imkan verir. Şimşəyin proqnozuuçuşların meteoroloji təminatında böyük əhəmiyyət kəsb edir. Cəbhə şimşəklərinin proqnozu sinoptik metodlara əsasən aparılır, belə ki, bu şimşəklər atmosfer cəbhələri ilə əlaqədar olduğu üçün proqnoz cəbhənin yerdəyişmə sürəti və istiqamətinin hesablanmasına, həmçinin onun gərginləşməsi və ya yuyulmasının (evolyusiya) qiymətləndirilməsinə gətirir.
ŞİMŞƏK FƏALİYYƏTİ SAHƏSİNDƏ UÇUŞLARIN HƏYATA KEÇİRİLMƏSİ VƏ HAVADA HƏRƏKƏTİN İDARƏ OLUNMASINA DAİR TÖVSİYYƏLƏR Güclüleysanyağışvətufanfəaliyyətizonalarınınkəsişmənöqtəsiyləiləuçuşlarüçünqərarqəbuledilərkənnəzərəalmaqlazımdır: -şimşəyin xarakteri (kütlədaxili, cəbhə); -şimşək (leysan) ocaqlarının yerləşməsi və yerdəyişməsi,onları ötüb keçmək üçün mümkün digər marşrutlar; -əlavə yanacaq doldurmaq zərurəti.
- Cəbhə şimşəkləri proqnozlaşdırılarsa və ya mövcud olarsa ПВП və ОПВП üzrə dağlıq ərazidən keçən aşağı eşelondan aşağıda uçuş qadağandır. - şimşək fəaliyyəti sahəsində bort РТС şimşək ocaqlarının təyini olmadan yerüstü radiolokasiya kontrolu olmadan ППП uzrə uçuş qadağandır.- Təyyarə şimşək fəaliyyəti sahəsinə (güclü leysan yağıntılar) yaxınlaşdıqda komandir uçuşu davam etdirmək imkanlarını qiymətləndirməli, təhlükəli zonanı ötüb keçmək və ya ehtiyat aerodromuna enmək qərarını qəbul etməlidir və qərarı HHT orqanları ilə razılaşdırmalıdır.
- Uçuş zamanı vizual olaraq şimşək ocaqlarına malik güclü-topa və ya topa-yağış buludları müşahidə olunarsa onlardan 10 km-dən az olmayan yan məsafədə uçuşa icazə verilir. Verilmiş hündürlükdə qeyd olunan buludları uçuş keçmək mümkün olmadıqda bulud altında və ya onlardan yuxarıda vizual uçuşa icazə verilir. Yalnız gündüz saatlarında leysan yağıntıları sahəsindən kənarda buludların altında vizual uçuşa icazə verilir:- ərazi relyefi və süni maneələr üzərində təyyarənin uçuş hündürlüyü həqiqi təhlükəsiz hündürlükdən az olmadıqda, lakin bütün hallarda düzənlik və təpəli ərazidə 200 m və dağlıq ərazidə 600 m-dən az olmadıqda;- təyyarədən buludun aşağı sərhəddinə qədər şaquli məsafə 200 m-dən az olmadıqda.
- Güclü-topa və topa-yağış buludları üzərindən 500 m-dən az olmayan məsafədə uçuşa icazə verilir. - Uçuş zamanı bort radiolokatoru güclü-topa vəya topa-yağış buludu təyin etdikdə bu buludlardan 15 km-dən az olmayan yan məsafədə uçuşa icazə verilir.- İki şimşək ocağı arasından uçuş yalnız o zaman mümkündür ki, bort radiolokatorunun ekranında şimşək ocaqları arasında məsafə 50 km-dən az olmadıqda mümkündür.- Leysan yağıntılar şəraitində meteoroloji görünüş məsafəsi 1000 m-dən az olduqda təyyarənin enməsi qadağandır.