1 / 3

“Üzvi maddələrin texnologiyası və sənaye ekologiyası” kafedrasında 2013-cü ildə Dövlət büdcəsi hesabına yerinə yetirilmiş elmi-tədqiqat işlərinin nəticələri barədə MƏLUMAT .

elia
Download Presentation

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. “Üzvi maddələrin texnologiyası və sənaye ekologiyası” kafedrasında 2013-cü ildə Dövlət büdcəsi hesabına yerinə yetirilmiş elmi-tədqiqat işlərinin nəticələri barədəMƏLUMAT Mövzu:“Neftin emalı prosesində alınan neft şlamı və turş qudron kimi tullantıların tədqiqi və onların səmərəli istifadə yollarının işlənməsi”. Elmi-tədqiqat işinin adı:Neft şlamının bituma qədər termooksidləşdricikondensləşməsi prosesində turş qudrondan “sürətləndirici” kimi istifadə edilməsi imkanlarının tədqiqi. Ötən 2013-cü il ərzində aparılmış elmi-tədqiqat işləri neft şlamının termooksidləşdirilməsi üsulu ilə bitumun alınması prosesini intensivləşdirmək üçün neft əsaslı sürtgü yağlarının təmizlənməsi zamanı alınan turş qudrondan həm xammal komponenti, həm də sürətləndirici kimi istifadə olunması imkanlarının öyrənilməsi məqsədini daşımışdır. Bununla əlaqədar olaraq ilk növbədə neft şlamı ilə turş qudron qarışığının müxtəlif nisbətlərdə aqreqat dayanıqlığı öyrənilmişdir. Müəyyən olunmuşdur ki, tərkibində 70% (kütlə) neft şlamı və 30% (kütlə) turş qudron olan qarışıq ən yüksək aqreqat dayanıqlığı göstəricisinə malikdir. Neft şlamının və turş qudronun differensial-termiki analizi (DTA) onların termolizi zamanı çoxsaylı endo- və ekzoeffektli proseslərin baş verdiyini göstərmişdir. Müəyyən olunmuşdur ki, ekzoeffektlərlə müşayiət olunan başlıca struktur dəyişiklikləri 3000C-dən yuxarı temperaturlarda baş verir. Termoliz zamanı baş verən struktur dəyişikliklərinin ümumi mənzərəsini dəqiqləşdirmək üçün neft şlamının və turş qudronun tərkibindən ayrılmış komponentlər də differensial-termiki analizə uğradılmışdır. Aparılmış analizlər belə bir qənaətə gəlməyə imkan verir ki, temperatur artdıqca əvvəlcə neft şlamının və turş qudronun tərkibindəki karbohidrogenlər parçalanır, sonra molekulların qarşılıqlı təsirindən mürəkkəb quruluşlu struktur vahidləri əmələ gəlir, daha sonra isə qazların intensiv ayrılması ilə gedən sıxlaşma və kondensasiya prosesləri baş verir. Bitumun alınması prosesinin göstəriciləriniyaxşılaşdırmaq üçün neft şlamının ilkin oksidləşdirilməsinintermooksidləşmə bitumunun çıxımına və keyfiyyətinə təsiri də öyrənilmişdir. Müəyyən edilmişdir ki, neft şlamının ilkin oksidləşdirilməsi müddəti artdıqca asfaltenlərin, qatranların, karbenlərin və karboidlərin miqdarı artır, aromatik karbohidrogenlərin miqdarı isə kəskin azalır. Oksidləşmiş şlamın tərkibində karbenlərin və karboidlərin miqdarının artması isə bitumun dartılmaya qarşı dayanıqlıq göstəricisinə mənfi təsir göstərir. Beləliklə, xammalın ilkin oksdləşdirilməsi alınan bitumun keyfiyyətini tənzimləməyə imkan verir.

  2. Termooksidləşmə üsulu ilə keyfiyyətli bitumun alınması üçün xammalın tərkibindəki politsiklik aromatik karbohidrogenlərin qatranlara və qatranların asfaltenlərə kondensasiyası proseslərinin sürətləndirilməsi çox böyük əhəmiyyət kəsb edir. Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, neft şlamına turş qudronun əlavə edilməsi termooksidləşmə müddətini 10 saatdan 1,5 saata qədər azaltmağa imkan verir. Neft şlamının termooksidləşmə prosesinin turş qudronla sürətləndirilməsini onun tərkibindəki sulfobirləşmələrin katalitik təsiri ilə izah etmək olar. Beləliklə, aparılmış tədqiqatlar nəticəsində aşağıdakı nəticələr əldə edilmişdir: 1. Spektroskopik analizin nəticələri göstərmişdir ki, neft şlamı və turş qudron nümunələrinin tərkibindəki aromatik birləşmələr əsasən mono-, bis-, tris- və tetrahəlqəlibirləşmələrdən, qismən də tiofenbirləşmələrindən ibarətdir. Bis- aromatik birləşmələrin təqribən 49%-ni naftalin və onun törəmələri təşkil edir. 2. Müəyyən olunmuşdur ki, neft şlamının tərkibindəki karbohidrogenlər qruplarında H:C element nisbəti turş qudrondakından təqribən 1,75 dəfə azdır. Bunu şlamın tərkibindəki aromatik birləşmələrin alkil qruplarının nisbətən kiçik və sayca az olması ilə izah etmək olar. 3. Neft şlamı ilə turş qudronun müxtəlif nisbətli qarışıqlarının tədqiqi göstərmişdir ki, tərkibində 70%(kütlə) neft şlamı və 30%(kütlə) turş qudron olan qarışıq ən yüksək aqreqat dayanıqlığı göstəricisinə malikdir. 4. Neft şlamının adi barbotaj tipli reaktorda oksidləşdirilməsi nəticəsində müəyyən olunmuşdur ki, temperaturu 2000C-dən 3000C-yə qədər artırdıqda oksidləşmə müddəti təqribən 5 dəfə azalır. Havanın sərfi 0.5 l/(kq·dəq)-dən 1 l/(kq·dəq)-yə qədər artırıldıqda isə oksidləşmə prosesinin sürəti 1,5 dəfə artır. Tədqiqatların nəticələrinə əsasən optimal temperatur 2750C, havanın optimal sərfi isə 1,0 l/(kq·dəq) seçilmişdir.

  3. 5. Neft şlamının köpüklənmə reaktorunda oksidləşdirilməsi nəticəsində müəyyən olunmuşdur ki, temperaturu 1800C-dən 2500C-yə qədər artırdıqda oksidləşmə müddəti 3 dəfə azalır. Havanın sərfini isə 0,5 l/(kq·dəq)-dən 1 l/(kq·dəq)-yə qədər artırdıqda isə oksidləşmə prosesinin sürəti 1,5 dəfəyüksəlir. Təcrübələrin nəticələrinə əsasən optimal temperatur 2200C, havanın optimal sərfi isə 1,0 l/(kq·dəq) seçilmişdir. 6. Oksidləşdirilmiş neft şlamının tərkibindəki ayrı-ayrı karbohidrogen qruplarının miqdarının oksidləşmə müddətindən asılılığının tədqiqi göstərmişdir ki, 2500C temperaturda və havanın sərfi 1 l/kq·dəq olduqda oksidləşmə müddəti artdıqca karbenlərin və karboidlərin, qatranların və asfaltenlərin miqdarı xətti olaraq artır, aromatik karbohidrogenlərin miqdarı isə azalır. 7. Oksidləşmiş neft şlamının tərkibində qatranların və asfaltenlərin miqdarının emal olunmamış neft şlamına nəzərən təqribən iki dəfə çox olması oksidləşmiş neft şlamı əsasında alınan bitumun çıxımının da müvafiq olaraq artmasına zəmin yaradır. Elmi-tədqiqat işinin nəticələrinin istehsalata tətbiqi keyfiyyətli yol tikintisi və inşaat bitumlarının istehsalını artırmağa imkan verər. Əldə olunmuş nəticələr H.Əliyev neft emalı zavodunda və “Azərneftyağ” zavodundakı bitum istehsalı sahəsində tətbiq edilə bilər.

More Related