100 likes | 503 Views
AZƏRBAYCAN KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ MÜHƏNDİSLİK FAKÜLTƏSİ KAFEDRA: ENERGETİKA. FƏNN: KEÇID PROSESLƏRI MÜHAZİRƏÇİ: DOS. ƏLƏKBƏROVA N.C. MÖVZU: ƏN SADƏ DÖVRƏDƏ ÜÇFAZLI QISAQAPANMA QISAQAPANMA CƏRƏYANININ IFADƏSI. GƏNCƏ-2009. P L A N.
E N D
AZƏRBAYCAN KƏND TƏSƏRRÜFATI NAZIRLIYIAZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİMÜHƏNDİSLİK FAKÜLTƏSİKAFEDRA: ENERGETİKA FƏNN: KEÇID PROSESLƏRI MÜHAZİRƏÇİ: DOS. ƏLƏKBƏROVA N.C. MÖVZU: ƏN SADƏ DÖVRƏDƏ ÜÇFAZLI QISAQAPANMA QISAQAPANMA CƏRƏYANININ IFADƏSI GƏNCƏ-2009
P L A N • QISAQAPANMANIN CƏRƏYANIN IFADƏSI • KEÇID REJIMININ FIZIKI IZAHI • QISAQAPANMA CƏRƏYANIN MÜRƏKKƏBƏLƏRI • ZAMAN SABITI
Ə D Ə B İ Y Y A T • 1.Ульянов С.А. • Электромагнитные переходные процессы в електрических системах. – Москва.Энергия, 1968г.-495 стр. • 2. Süleymanlı E.H. • Elektrik sistemlərində keçid prosesləri. I hissə - Bakı: Maarif, 2001 -324 səh
Ən sadə dövrədə üçfazlı qısaqapanmaQısaqapanma cərəyanının ifadəsiAktiv və induktiv müqavimətərdən ibarət ən sadə üçfazlı dövrə sinusoidal gərginlikli mənbəyə qoşulmuşdur (şəkil 2.1). Mənbənin A fazasındakı gərginliyinin Ani qiymətiuA = Umsin(t + ), Şəkil 2.1.Ən sadə üçfazlı dövrə , «A» fazası üçün həmin tənlik belə yazılır: Şəkil 2.2. Üçfazalı qısanapanmanın başlanğıc annı üçün vektor diaqramı.
Şəkil 2.3. Üçfazalı dövrənin birxətli əvəz sxemi Ta = -1/p = Lk/rk , Keçid rejiminin fiziki izahı Yuxarıda göstərdik ki, qısaqapanma zamanı dövrənin tam cərəyanı iki mürəkkəbdən ibarət olur: ia və ip. bunlardan ia cərəyanı aperiodik qanunla dəyişdiyindən aperiodik cərəyan, ip isə sinusoidal dəyişdiyindən periodik cərəyan adlanır. Periodik cərəyan dövrədə mənbə tərəfindən axıdılır və ona məcburi cərəyan deyilir, aperiodik mürəkkəbə isə yalnız keçid rejimində mövcud olur və dövrədə mənbə tərəfindən saxlanılmadığından sərbəst dəyişir (sönür), odur ki, buna sərbəst cərəyan deyilir.
Şəkil 2.4. Qısaqapanma cərəyanı və onun mürəkkəbələrinin dəyişmə əyriləri Dövrədə keçid rejiminin olması sərbəst cərəyanın yaranması ilə əlaqədardır. Bu cərəyan tam sönüb yox olduqda keçid rejim idə qurtarmış olur və yaranan yeni rejim – qərarlaşmış qısaqapanma rejimi adlanır (şəkil 2.4).
Şəkil 2.4-dən göründüyü kimi, qısaqapanma baş verdikdə A fazasının sinusoidal cərəyan vektoru ilk anda IA-dan IAp vəziyyətinə keçir. Buna uyğun olaraq cərəyanın ani qiyməti iA0-dan iAp(0)-dək artır: iA(0) = IAsin( - 0) – Ipmsin( - k) Şəkil 2.5. Aperiodik sərbəst cərəyanın eksponensial sönmə əyrisi
Keçid prosesinin zaman sabitinin iki tərifi vardır: 1) Zaman sabiti elə vaxtdır ki, bu müddət ərzində eksponensial əyri üzrə sönən kəmiyyət əvvəlki qiymətinin təqribən 37 faizinədək azalır: . 2) Eksponensial qanunla azalan kəmiyyət sabit başlanğıc sürətlə sönsəydi onda Ta zamandan sonra tam sönüb yox olardı. Qeyd edək ki, keçid proseslərinin öyrənilməsində konturların zaman sabiti anlayışından da istifadə olunur. Ayrılıqda götürülmüş hər bir r-L konturunun induktivliyinin onun aktiv müqavimətinə olan nisbətinə həmin konturun zaman sabiti deyilir. Baxdığımız ən sadə dövrə rk-Lk konturundan ibarətdir (bax şəkil 2.3), onun zaman sabiti . 2.7) və (2.13) ifadələrinin müqayisəsindən görünür ki, birkonturlu r-L dövrəsində keçid prosesinin zaman sabiti konturun zaman sabitinə bərabər olur, Ta = T. Sonrakı bəhslərdə görəcəyik ki, dövrədə konturlar sayı iki və daha çox olduqda belə bərabərlik ödəmir.