1 / 18

Fənn: Zoogigiyena M övzü: Yemlərə və heyvanların yemləndirilməsinə qoyulan zoogigiyeniki tələblər

Azərbaycan Dövlət Aqrar Universiteti Zoobaytarlıq və əmtəəşunaslıq fakültəsi İ stehlak m allar ın ekspertizası, marketinq və gigiyena kafedrası. Fənn: Zoogigiyena M övzü: Yemlərə və heyvanların yemləndirilməsinə qoyulan zoogigiyeniki tələblər Mühazirəçi: Dos. Məmmədova O.M. Gəncə - 2009.

hanne
Download Presentation

Fənn: Zoogigiyena M övzü: Yemlərə və heyvanların yemləndirilməsinə qoyulan zoogigiyeniki tələblər

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Azərbaycan Dövlət Aqrar UniversitetiZoobaytarlıq və əmtəəşunaslıq fakültəsiİstehlak malların ekspertizası, marketinq və gigiyena kafedrası Fənn: Zoogigiyena Mövzü: Yemlərə və heyvanların yemləndirilməsinə qoyulan zoogigiyeniki tələblər Mühazirəçi: Dos. Məmmədova O.M. Gəncə - 2009

  2. Plan 1.Yem və yemləmənin gigiyeniki əhəmiyyəti 2.Tam və düzgün yemləmənin qiqiyeniki əhəmiyyəti 3.Tam yemləmə ilə əlaqədar olan maddələr mübadiləsi pozğunluqları və xəstəlikləri 4.Mineral maddələr çatışmamazlığından əmələ gələn xəstəliklər və onların profilaktikası 5.Vitaminlərin çatışmamazlığından əmələ gələn xəstəliklər və onların profilaktikası(A, B, C, D, E) 6.Yemlərdə mexaniki qatışıqların və onların fiziki vəziyyətinin pis olması nəticəsində əmələ gələn xəstəliklərin profilaktikası 7.Yemlərin göbələklər və bakteriyalarla yoluxması nəticəsində əmələ gələn xəstəliklər. Yemlərə və hey. yem-sinə qoyulan zoogigiyeniki tələblər

  3. Ədəbiyyat siyahısı 1. Ə.A.Əsgərov, O.M.Məmmədova. K/t heyvanlarının xüsusi gigiyenası, Gəncə - 2007. 2. Ə.A.Əsgərov, O.M.Məmmədova. K/t heyvanlarının ümumi gigiyenası, Gəncə - 2009. 3.Ə.A.Əsgərov,M.M.Əliyev, O.M.Məmmədova.Sanitariya və zoogigiyena fənnindən metodik göstəriş.Gəncə-2005. 4. 4.A.П.Онегов, И.Ф.Храбустовский, В.И.Черных – Гигиена с/х животных. 5.А.Ф.Кузнецов- Гигиена содержания животных. Санкт-Петербург-Москва-Краснодар, 2003. Yemlərə və hey. yem-sinə qoyulan zoogigiyeniki tələblər

  4. Yem və yemləmənin gigiyeniki əhəmiyyəti Heyvanları tövlə və otlaq şəraiti dövründə fasiləsiz olaraq yemlə təmin etmək üçün möhkəm yem bazası yaradılmalıdır. Yemin tərkibi, qidalılığı və keyfiy- yəti, həmçinin düzgün yemləmə heyvanların sağlamlığının qorunmasında ən mühüm şərtlərdən biridir. Düzgün və tam yemlənməmək, habelə keyfiyyətsiz yemlər orqanizmin infeksion və invazion xəstəliklərinə qarşı davamlılığını aşağı salır, bir çox yoluxmayan xəstəliklərin baş verməsinə bilavasitə səbəb olur. Yemləmənin rejimi düzgün olmadıqda həzm aparatının sekretor və motor funksiyası pozulur, mədə-bağırsaq, böyrək, öd kisəsi, qaraciyər və s. xəstəlikləri əmələ gəlir. Tam və düzgün yemləmənin qiqiyeniki əhəmiyyəti Tam yemləmə o deməkdir ki, yem payı heyvanın enerjiyə, müxtəlif qida maddələrinə-zülallara, sulu karbonlara, yağlara, mineral maddələrə, mikroele- mentlərə və vitaminlərə olan tələbatını tamamilə ödəmiş olsun.Heyvan orqanizmi üçün həm az, həm də çox yemləmə ziyandır. Az yemləmə heyvanların tənəssül orqanlarının funksiyasına, cavanların boyuna, məhsuldarlığına pis təsir edir. Yemlərə və hey. yem-sinə qoyulan zoogigiyeniki tələblər

  5. Preslənmiş otun saxlanması Yemlərə və hey. yem-sinə qoyulan zoogigiyeniki tələblər

  6. Otun tayalarda saxlanması Yemlərə və hey. yem-sinə qoyulan zoogigiyeniki tələblər

  7. Otun tayalarda talvar altında saxlanması Yemlərə və hey. yem-sinə qoyulan zoogigiyeniki tələblər

  8. Həddən artıq çox yemləmə isə heyvanlarda maddələr mübadiləsi pozğunluqları əmələ gətirir, cinsiyyət orqanlarını, iş qabiliyyətini zəiflədir, məhsuldarlığını aşağı salır və s. Tam yemləmədə yem vasitələrinin xüsusiyyəti nəzərdə tutulmalıdır. Heyvanlar üçün ən yaxçı keyfiyyətli yem yaşıl və yeni biçilmiş yem kütləsi sayılır. Yaşıl yemlər raxit,osteomalyasiya, avitaminoz, asetonomiya, miohemo-qlobinuriya və s. xəstəliklərin profilaktikasında mühüm rol oynayır.Qış dövründə heyvanların tam yemlənməsi, düzgün və vaxtında hazırlanmış yemlərlə təmin edilməsi, yemlərin düzgün saxlanması və istifadə edilməsi üzərində möhkəm nəzarət olmalıdır. Uzun müddət birtərəfli yemləmə heyvanlarda maddələr mübadiləsi pozöunluqlarına səbəb olur. Tam yemləmə ilə əlaqədar olan maddələr mübadiləsi pozğunluqları və xəstəlikləri Heyvanlar və quşlar arasında tam yemlənməmə nəticəsində bir səra xəstəliklər baş verir. Belə xəstəliklər yem payında zülalların, vitaminlərin və mineral maddələrin (makro və mikroelementlər) artıqlığı və çatışmamazlığı nəticəsində baş verir. Yemlərə və hey. yem-sinə qoyulan zoogigiyeniki tələblər

  9. Yem payında zülallar çatışmadıqda orqanizm öz toxumalarında olan zülalları sərf etməyə başlayır, bunun nəticəsində də maddələr mübadiləsi pozulur. Yemlərin tərkibində daha çox zülal olan yemlərlə yemlədikdə qanda və toxumalarda parçalanmanın aralıq məhsulları toplanır ki, buda turşuluğun artmasına, toksemiya, asetonomiya xəstəliklərinin əmələ gəlməsinə səbəb olur. Maddələr mübadiləsi pozğunluğu ilə əlaqədar olan xəstəliklərə paralitik miohemoqlobinuriya, piyləmə, şəkərli diabet kimi xəstəlikləri də aid edilir. Orqanizmə həddən artıq zülal, nukleoproteidlər daxil olduqda azot mübadiləsi pozulur və sidik turşuları əmələ gəlir ki, bunlarda qana keçərək podaqra xəstəliyinə səbəb olur.Xəstəliyin əmələ gəlməsinə pis saxlanma şəraiti də kömək edir. Mineral maddələr çatışmamazlığından əmələ gələn xəstəliklər və onların profilaktikası Yemdə mineral maddələr çatışmadıqda cavan heyvanlar boydan və inkişafdan qalır, infeksion xəstəliklərə qarşı davamlılığı azalır, onlarda raxit xəstəliyi əmələ gəlir.Yaşlı heyvanlarda diri çəki və süd məhsulu azalır,bala- salma və yaşamağa qadir olmayan balavermə, qısırlıq baş verir, çoxalma qabiliyyəti aşağı düşür, habelə sümük xəstəlikləri inkişaf edir. Yemlərə və hey. yem-sinə qoyulan zoogigiyeniki tələblər

  10. Orqanizmin həyat fəaliyyəti üçün kalsium, fosfor, natrium, kalium, mikroelement- lərdən- kobalt, manqan, maqnezium, yod, selen və s. vacib sayılır. Kalsium və fosforun çatışmazlığı nəticəsində heyvanlarda raxit, yaşlı heyvanlarda osteomal- yasiya və osteoporos adlanan xəstəliklər əmələ gəlir.Heyvanlarə kalsium və fosfor çatışmazlığından qorumaq üçün kalsium və fosforla zəngin olan yemlər verilməli dir. Heyvanlar yayda yaxşı otarıldıqda, qışda isə yaxçı keyfiyyətli paxlalı və dənli bitkilərlə yemləndirildikdə, habelə lazımi miqdarda kəpək, dən, jmıx aldıqda kalsium və fosfora asılılıq hiss etmir. Bundan başqa yem rasionuna tabaşir, əhəhg, sümük unu, ağac külü, fosforin, sapropel və s. verilir. Müxtəlif heyvanlar üçün yem payında kalsiumun fosfora nisbəti 0,6-0,5, laktasiya dövründə isə 0,8-0,7 olmalıdır. Orqanizmdə NaCl çatışmadıqda maddələr mübadiləsi pozulur, duz aclığı əmələ gəlir.Bu zaman arıqlama,boy inkişafından qalma, məhsuldarlığın aşağı düşməsi müşahidə edilir.Heyvanların yemləndirilməsində dəmirin də böyük əhəmiyyəti var. Dəmir çatışmadıqda anemiya( qan azlığı) inkişaf edir. Buna görı də çoşqalara 3-5-ci günlərdən etibarən 0,25 %-li kükürdlü dəmir (FeS2) və qırmızı gil verilir. Yemlərə və hey. yem-sinə qoyulan zoogigiyeniki tələblər

  11. Mikroelementlərin zəhərləyici dozası (milliqramlarla) Yemlərə və hey. yem-sinə qoyulan zoogigiyeniki tələblər

  12. Vitaminlərin çatışmamazlığından əmələ gələn xəstəliklər və onların profilaktikası(A, B, C, D, E) Kənd təsərrüfatı heyvanları üçün əsas A, D, E, C. PP və B qrupu vitaminləri öyrənilmişdir. Vitaminlərin çatışmazlığı orqanizmin ümumi müqavimətinin zəifləməsinə, xəstəliklərə qarşı həssaslığın artmasına, sinir sisteminin zədələnməsinə, məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Avitaminozluq nəticəsində cavan heyvanlar pis böyüyür, qısırlıq artır, balasalma kimi hallar baş verir.Avitaminoz və hipovitaminoz ən çox qışın ikinci yarısında və erkən yaz dövründə təsadüf olunur. A-vitaminozluğun inkişafına heyvanların pis şəritdə saxlanılması, bir tərəfli yemləmə və s. də köməklik edir. Profilaktika məqsədilə vitamin və sellüloza-hidroliz sənaye müəssisələrində kimyəvi və mikrobların sintezi yolu ilə vitaminli konsentrat, süd əvəzi quru kütlə, bioloji aktiv maddəllər –KMB-12, quru propion turş bakteriyaların kütləsi, antibiotiklər, vitamin B12 qarışıq qüvvəli yem, vitamin D2 maya konsentratı, vitamin D3 vitaminlərin yağlı emulsiyası hazırlanır. Yemlərə və hey. yem-sinə qoyulan zoogigiyeniki tələblər

  13. Yemlərdə mexaniki qatışıqların və onların fiziki vəziyyətinin pis olması nəticəsində əmələ gələn xəstəliklərin profilaktikası Yemlər bəzən torpaq, qum, dəmir şüşə qırıntıları və s. qatışıqlarla çirklənmiş olur ki, bunlar da yemləri yararsız vəziyyətə salır. Belə mexaniki qatışıqlar mədə-bağırsaq sistemini zədələyir və müxtəlif xəstəliklərə səbəb olur. Torpaq və qum qaramalda mədə-bağırsaq önlüklərinin atoniyasına, “kitabca vərəqələrinin” çürüməsinə, bir sıra patoloji proseslərə səbəb olur. Xəstə heyvanın iştahası olmur, köpür və südü azalır, bəzən ölümə səbəb olur. Atlarda torpaq və qum əsas bağırsaqlarda, xüsusən kor bağırsaqda, çənbər bağırsağın mədəvari genişliyində, az hallarda onikibarmaq bağırsaqda, mədədə və kiçik çənbər bağırdaqlarda toplanır. Bunun nəticəsində qəbizlik, bağırsaqlarda yem keçməzliyi, yarım iflic, selikli qişaların nekrozu, sancı və s. əmələ gəlir və çox zaman atlarda ölümlə nəticələnir. Yemlərin hazırlanması, pis daşınması, ehtiyatsızlıq, yoxlanılmamış yerdə saxlanılması nəticəsində çox zaman onlar dəmir və şüşə qırıntıları, məftil, mismar və s. ilə çirklənə bilər. Metal, dəmir və şüşə qırıntıları mədə-bağırsaq sistemini müxaniki olaraq zədələyir, bağırsaq divarını deşir, kəsir, qıcıqlandırır və s. Bunun nəticəsində infeksiya üçün şərait yaranır. Yemlərin yığımı, daşınması və saxlanılması zamanı onları kənar qatışıqlardan qorumaq üçün tədbirlər görülməli, üzərində düzgün nəzarət qoyulmalıdır. Yemlərə və hey. yem-sinə qoyulan zoogigiyeniki tələblər

  14. Yemlərin göbələklər və bakteriyalarla yoluxması nəticəsində əmələ gələn xəstəliklər Göbələk və bakteriyalarla yoluxmuş yemlər heyvanların kütləvi xəstələnməsinə səbəb olur. Yemlərdə zərərli və zərərsiz göbələklər olur. Zərərsiz göbələklərin toksiki təsiri olmur və onlar xəstəlik əmələ gətirmir. Zərərli göbələklər 3 qrupa bölünür. Göbələklər yetişdiyi mühitə görə 2 qrupa bölünür: canlı bitkilərdə inkişaf edən və cansız yemlərdə yetişən. Klyavisepis purpure göbələkləri əsasən taxıl bitkilərini (darı, buğda və s.) yoluxdurur. Onun tərkibində erqosterin, erqotamin alkoloidləri və amin birləşmələri vardır. Qaraca erqotizm adlanan ağır zəhərlənməyə səbəb olur. Zəhərlənmə bütün heyvanlarda və quşlarda görünə bilir. Canlı bitkilərdə yetişən göbələklərin ikinci nümayəndəsi klaviseps paspalia-dır. Bu zəhərənməyə qaramal, davarlar, at, donuz və camışlar həsasdır. Profilaktika məqsədilə sklerolar əmələ gəlməmiş otlar biçilməlidir, yoluxmuş ot çırpırmalı və sklerolardan təmizlənməlidir. Göbələklər və və bakteriyalarla yoluxmuş yemlər öz görünüşünü dəyişir, tünd rəng alır, iyi pis olur, bir-birinə yapışır. Yemələrin kimyəvi tərkibi dəyişir tərkibində olan zülalar, sulu karbonlar və seliloza parçalanır. Yemlərə və hey. yem-sinə qoyulan zoogigiyeniki tələblər

  15. Dendrodoxium toksikum göbələyi ilə yoluxmuş samanın qida mühitində yetişdirilməsi Fuzariy göbələyinin qida mühitində boyu Yemlərə və hey. yem-sinə qoyulan zoogigiyeniki tələblər

  16. Çovdar mahmızının skleroları Çovdar mahmızının skleroları bitkilər üzərində Yemlərə və hey. yem-sinə qoyulan zoogigiyeniki tələblər

  17. Quzu və donuzlarda aspergillotoksikoz xəstəliyi Yemlərə və hey. yem-sinə qoyulan zoogigiyeniki tələblər

  18. Buzov və quşda fuzariotoksikoz xəstəliyi Yemlərə və hey. yem-sinə qoyulan zoogigiyeniki tələblər

More Related