1 / 7

Yüksək cəbhə zonaları və şırnaq axınları

Yüksək cəbhə zonaları və şırnaq axınları. MİLLİ AVİASİYA AKADEMİYASI. Mühazirəçi: İsmayılova İ.E. Troposferin hüdudlarında və aşağı stratosferdə yüksək soyuq siklonlar və yüksək isti antisiklonlar arasında keşid zonaları mövcuddur ki, onlar yüksək cəbhə zonlararı (YCZ) adlanır.

jerry
Download Presentation

Yüksək cəbhə zonaları və şırnaq axınları

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Yüksək cəbhə zonaları və şırnaq axınları MİLLİ AVİASİYA AKADEMİYASI Mühazirəçi: İsmayılova İ.E.

  2. Troposferin hüdudlarında və aşağı stratosferdə yüksək soyuq siklonlar və yüksək isti antisiklonlar arasında keşid zonaları mövcuddur ki, onlar yüksək cəbhə zonlararı (YCZ) adlanır. YCZ əhəmiyyətli temperatur və təzyiq qradiyentləri və küləyin böyük sürəti ilə (100 km/saatvə daha çox) səciyyələnir. Ayrı-ayrı YCZ birləşərək planetar yüksək cəbhə zonalarını (PYCZ) yaradırlar.

  3. Yüksək cəbhə zonaları ilə əlaqıdar olar sinoptik obyekt şırnaq axınlarıdır. Şırnaq axını sahəsində küləyin maksimal sürətinə malik nöqtələri birləşdırən xəttə şırnaq axınının oxu deyilir. Şırnaq axınının sərhəddi kimi 30 m/s izotaxı (100 km/saat) qəbul edilir. Şırnaq axınında küləyin sürətinin şaquli qradiyenti 1 km-də 5 m/s, üfüqi qradiyenti isə 100 km-də 10 m/s təşkil edir.

  4. Şəkil 5. Tropopauzaya nəzərən şırnaq axınlarının şaquli en kəsiklərinin sxemi.

  5. Tropikdənkənar şırnaq axınları qütb cəbhələri ilə əlaqədar olub, bütövlükdə mülayim en dairələrini əhatə edirlər. Əsasən 6-13 km hündürlüklərdə yayılırlar. Subtropik şırnaq axınları hər iki yarımkürənin 25° və 35° en dairələri arasında yaranırlar. Böyük əraziləri əhatə edən şırnaq axınları qərbdən şərqə doğru yönəlməklə, orta xətləri təqribən 12 km hündürlükdə yerləşir. Ekvatorial enliklərin şərq istiqamətli hava cərəyanları yüksək subtropik antisiklonların cənub kənarında yaranırlar.

  6. Troposferdə şırnaq axınları. Mülayim enliklərin şırnaq axınları yüksək antisiklon və siklonların arasında müşahidə edilir. Şırnaq axınının oxunun hündürlüyü qışda 7-10 km və yayda isə 8-11 km hündürlükdə yerləşir. • Stratosferdə şırnaq axınları 60 km-ə yaxın yüksəklikdə yerləşirlər. Onların maksimal sürəti 240-280 km/saat təşkil edir.

  7. Şırnaq axınları sahəsində küləyin sürətinin hündürlükdən asılı olaraq, xüsusilə onun oxu yaxınlığında əhəmiyyətli dəyişməsi güclü turbulentliyin inkişafına səbəb olur. Turbulentlik şırnaq axınlarının siklon periferiyasında daha güclü olur.

More Related