350 likes | 590 Views
Azərbaycan Respublikasının Prezidenti yanında ELM İ N İNK İ ŞAFI FONDU QRANT LAYİHƏLƏRİNİN İDA R Ə OLUNMASININ HÜQUQİ VƏ MALİYYƏ ASPEKTLƏRİ, BEYNƏLXALQ ƏMƏKDAŞLIQ. Qrant Layihələrinin İdarə Olun mas ı Sxemi. Ekspertiza işinin təşkili və keçirilməsi sxemi.
E N D
Azərbaycan RespublikasınınPrezidentiyanındaELMİN İNKİŞAFI FONDUQRANT LAYİHƏLƏRİNİN İDARƏ OLUNMASININ HÜQUQİ VƏ MALİYYƏASPEKTLƏRİ, BEYNƏLXALQ ƏMƏKDAŞLIQ
AzərbaycanRespublikasınınPrezidentiyanındaELMİN İNKİŞAFI FONDUElmi-tədqiqatproqramlarının, layihələrininvədigərelmitədbirlərinmaliyyələşdirilməsiməqsədiiləqrantlarınverilməsiüzrə 2011-ci ilüçün1-ci müsabiqəsi (EİF-2011-1(3)) üzrə STATİSTİKA
Elmin İnkişafı Fondu 2011-ci il üçün 1-ci müsabiqəsinin keçirilməsi haqqında qərarını 11 yanvar 2011-ci iltarixində internet səhifəsində elan etmiş və qrant layihələrinin qəbulu üçün müddəti 12 yanvar – 11 fevral 2011-ci il tarixlərini müəyyənləşdirmişdir. Yuxarıda göstərilən müddət ərzində 184 layihə daxil olmuş və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirilmişdir. 12 fevral – 12 iyun 2011-ci il tarixlərini əhatə edən müddətdə bu layihələrin texniki və elmi ekspertizası işi təşkil olunmuşdur. 29 layihə texniki ekspertiza mərhələsindən keçməmiş, 155 layihəisə elmi ekspertizaya buraxılmışdır. Ekspertiza işinə Elmin İnkişafı Fondunun daimi ekspertləri və müstəqil ekspertlər (yerli və xarici mütəxəssislərin köməyindən istifadə olunmaqla) cəlb olunmuşlar. Eyni zamanda, elmi ekspertiza mərhələsinə keçmiş layihələrin siyahısı internet səhifəsində dərc olunmuş və onların forum tipli elmi-ictimai müzakirəsi işi də təşkil olunmuşdur.
Müsabiqəyə daxil olmuş 184 layihə üzrə statistika
Layihələrin xronoloji ardıcıllıqla müsabiqəyə daxil olma statistikası poçtla
Müxtəlif layihələr üzrə 2011-ci ilin 1-ci müsabiqəsi üçün istənilən maliyyə həcmi Elm sahələrinə görə
82 qalib layihə üzrə statistika
2011-ci il üçün 1-ci müsabiqə çərçivəsində 82 qalib layihə müəyyənləşdirilmişdir. Elmin İnkişafı Fondunun qərarının verilməsi üçün dəstəklənən (maliyyələşdiriləcək) layihələrin siyahısı və hər qalib layihə üzrə maliyyələşdirilmə həcmi və icra müddəti Elmin İnkişafı Fondunun Himayədarlar Şurası ilə razılaşdırılmaqla Fondun 2011-ci il 19 iyul Q-1 nömrəli qərarı ilə təsdiq olunmuşdur. 2011-ci il üçün 1-ci müsabiqə üzrə qalib layihələrin maliyyələşdirilmə həcmi 6 600 000 manat olmuşdur.
Avropa Komissiyasının Tədqiqat və Texnoloji İnkişaf üzrə 7-ci Çərçivə Proqramı (FP-7) hüdudlarında Elmin İnkişafı Fondunun qoşulduğu Genişləndirilmiş Qara Dəniz Regionunda birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi üzrə müştərək pilot müsabiqəsi (BS-ERA.NET) http://bs-era.net/ Elmin İnkişafı Fondunun qoşulduğu bu beynəlxalq qrant müsabiqəsində Azərbaycanın təmsilçiləri (8 nəfər) layihə koordinatoru (2 nəfər) və icraçı (6 nəfər) qismində iştirak etmişdir. 11 ölkədən olan 55 layihə sırasından 11 layihə qalib gəlmişdir. Qalib layihələrin ölkələr üzrə statistikası aşağıdakı kimidir: Koordinatoru Azərbaycandan olan qalib layihə haqqında qısa məlumat: Layihənin adı – “Qara Dəniz Regionunda neft və qaz nəqlində istifadə olunan maşın və mexanizmlərin etibarlılığı və davamlılığı” Layihənin məbləği – 194 000 avro (bu məbləğin 38 450 avrosu Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdirilir, İNTAS proqramı isə Azərbaycan tərəfi üçün 11 550 avro ayırır) Layihənin ERA.NET pilot qrant müsabiqəsi üzrə istiqaməti – ENV- 1.1 Mineral ehtiyatların istismarı və nəqli - ətraf mühitə təsir Layihənin partnyorları – • Professor Proppe Carsten, Karlsruhe Texnologiya İnstitutu, Almaniya • Professor Davitashvili Nodar, Gürcüstan Texniki Universiteti, Gürcüstan • Professor Erdal Celik, Dokuz Eylül Universiteti, Türkiyə
Fransanın Azərbaycandakı Səfirliyində keçirilən işgüzar görüşdə EİF-in icraçı direktoru Elçin Babayev, EİF-in baş məsləhətçisi Günel Həsənova, səfirliyin Əməkdaşlıq və Mədəniyyət Attaşesi Lük Obri (Luc Aubry), Fransanın Elmi-Təqdiqatlar Mərkəzinin (Centre national de la recherche scientifique, CNRS) əməkdaşı Dr. Mark Sosson, AMEA-nın muxbir üzvü, professor Vasif Babazadə iştirak etmişlər. Görüşdə EİF və CNRS arasında elmi əməkdaşlıq məsələləri müzakirə edilmişdir. YUNESKO-nun Təbiət Elmləri sektorunun Elm, Texnologiya və İnnovasiya Araşdırmaları seksiyasının rəhbəri Eduardo Martinez və həmin seksiyanın müşaviri Vəfa Mustafayev Elmin İnkişafı Fondunun icraçı direksiyasında olmuşlar. Görüşdə AMEA-nın prezidenti və Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının sədr müavini akademik Mahmud Kərimov da iştirak etmişdir. Qonaqlar Elmin İnkişafı Fondunun icraçı direksiyasının işi ilə yaxından tanış olmuş, öz tövsiyə və məsləhətlərini vermişlər. Gələcəkdə əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olunmuşdur.
CRDF-in (ABŞ-ın Mülki Tədqiqatlar və İnkişaf Fondu) Mərkəzlər, İnstitutlar Yaradılması və İnnovasiya üzrə Proqram direktoru Con Modzelevski və Baş proqram meneceri Eldar İmanverdiyev Elmin İnkişafı Fondunun icraçı direksiyasında olmuşlar. ABŞ Prezidenti Barak Obamanın təhsil və elm sahələrində əlaqələrin möhkəmləndirilməsi təşəbbüsü çərçivəsində ABŞ-ın elmi məsələlər üzrə xüsusi elçisi, tanınmış kimyaçı-mühəndis və «Lehigh» Universitetinin prezidenti xanım Elis Qast (Alice P. Gast) və nümayəndə heyətinin üzvləri – ABŞ Dövlət Departamentinin Okeanlar, ətraf mühit və elm bürosunun Mərkəzi, Şərqi Avropa və Rusiya ilə Elmi və Texnoloji Əməkdaşlıq məsələləri üzrə məsul şəxsi xanım Elizabet Dauğarti (Elizabeth Daugharty), ABŞ-ın Azərbaycandakı Səfirliyinin İctimai əlaqələr şöbəsinin müdiri Terri Devidson, İqtisadi məsələlər üzrə müşavir xanım Olqa Romanova, Təhsil və mədəniyyət işləri üzrə müşavir Brent Mayer və Səfirliyin əməkdaşı xanım Sədaqət Davudova Azərbaycana səfər proqramına uyğun olaraq Elmin İnkişafı Fondunda olmuşlar.