130 likes | 443 Views
Alüminiun- gələcəyin metalı. Öyrədici təqdimat. Dərsin məqsədi:. 3 A qrup metallarını alüminiumun misalında öyrənmək . Elementin xarakterini periodik sistemdə yerləşmə mövqeyinə görə müəyyən etmək .
E N D
Alüminiun- gələcəyin metalı Öyrədici təqdimat
Dərsin məqsədi: • 3 A qrup metallarını alüminiumun misalında öyrənmək. • Elementin xarakterini periodik sistemdə yerləşmə mövqeyinə görə müəyyən etmək. • Atomun quruluş səviyyəsində alüminiumun kimyəvi və fiziki xassələrini nəzərdən keçirmək və tətbiq sahələrini öyrənmək. • Suala cavab vermək: «Niyə alüminium gələcəyin metalı adlandırılır?»
«Gildən düzəldilmiş gümüş» • Alman alimi F.Veler (1827) alüminiumu alüminium-xloridin qələvi metallarla (Na və K) qızdırması nəticəsində almışdır.. İlk dəfə sənaye üsulu ilə alüminiumu A.Sent-Kler Devil almışdır (1855).
Kəşf olunma tarixi Təzə kəşf olunan vaxtlarda alüminium qızıldan baha sayılırdı. İngilislər Mendeleyevə öz hörmət və rəğbətlərini bildirmək üçün kimyəvi tərəzi hədiyyə etmişdilər. Bu tərəzinin bir gözü qızıldan, digər gözü isə alüminiumdan hazırlanmışdı. Çünki alüminium olan göz qızıldan daha baha sayılırdı. «Gildən alınmış gümüş» nəinki alimlərin, hətta sənayeçilərin və Fransa imperatorunun da diqqətini cəlb etdi.
Birləşmənin adı Formul Kalionit Al2O3*2SiO2*H2O Boksit Al2O3*n H2O Çöl şpatı K2O*Al2O3*6SiO2 Korund Al2O3 Nefelin Na2O*Al2O3*2SiO2 Alüminiumun təbii birləşmələri
Fiziki xassələri • Alüminium – gümüşü-ağ rəngli, yüngül ( q- 2,7 q./ см.3) metaldır, 6600С temperaturda əriyir.İstiliyi və elektriki yaxşı keçirir, yaxşı işlənilir, yüngül və bərk ərintilər əmələ gətirir.
Kimyəvi xassələri • Metalların elektrokimyəvi gərginlik sırasında alüminium özündən sağda yerləşən metalları asanlıqla redukiya edir. Mürəkkəb birləşmələrdən alüminium hidrogen və aktivliyi az olan metalların ionlarını reduksiya edir.Ancaq otaq temperaturunda açıq havada alüminium dəyişməz olaraq qalır, cünki onun səthi qoruyucu oksid təbəqə ilə örtülüdür .
Gələcəyin metalı • Nəticə: Alüminium yüngül, bərk, korroziyaya və güclü reagentlərə qarşı davamlı olduğu üçün- aviasiya və kosmik nəqliyyatların hazırlanmasında, məişət texnikasının və əşyaların hazırlanmasında geniş tətbiq olunur. Elektrotexnikada alüminium və onun ərintiləri xüsusi yer tutur.