200 likes | 455 Views
II TİP - TOXUMALARDA TÖRƏMƏLƏR. Şişlər- hipertropiya və hiperplaziya nəticəsində müxtəlif orqanların toxumalarının həcmcə böyüməsi. Nümunə : üzüm tinglərində bakterial xərçəng, kartofda xərçəng.
E N D
II TİP - TOXUMALARDA TÖRƏMƏLƏR Şişlər- hipertropiya və hiperplaziya nəticəsində müxtəlif orqanların toxumalarının həcmcə böyüməsi. Nümunə: üzüm tinglərində bakterial xərçəng, kartofda xərçəng. Şeytan süpürgəsi- gövdənin məhdud hissəsində yatmış tumurcuq-lardan anormal, külli miqdarda zoğların əmələ gəlməsi, bunun nəticə-sində sıxlaşma baş verir və bu hal süpürgəni xatırladır. Nümunə: albalıda, almada şeytan süpürgəsi.
Bibərdə bakterial xərçəng Corynebacterium michiganense pv. michiganense Kartofda xərçəng Synchytriumendobioticum Pers.
III TİP- BİTKİ ORQANLARININ RƏNGİNİN DƏYİŞMƏSİ Xloroz- bitkinin yaşıl orqanlarının saralmasıdır. Yarpaqlarda bütün yarpaq ayəsinin və ya damararası ayrı-ayrı sahələrin xlorozu müşahidə olunur. Nümunə: almada xloroz. Albikasiya- yarpaqlar tərəfindən tam və ya qismən yaşıl rəngin itiril-məsi (onlar ağarırlar). Bu zaman xlorofilldən məhrum olan yarpaq sahələri onun yaşıl hissəsindən kəskin şəkildə ayrılırlar. Nümunə: çuğundurda albikasiya.
Tütündə mozaika Nicotiana virus 1 Smith. Xiyarda mozaika Tobacconekrosisvirus
IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ Prolifikasiya- çiçək və meyvələrin cırtdanlaşmasıdır, bu zaman çiçəklərin «böyüməsi» baş verir, çiçəkdə dişicik əvəzinə zoğ inkişaf edir, həmin zoğda isə yeni çiçək əmələ gələ bilir. Nümunə: qızılgül çiçəklərində prolifikasiya. Fasiasiya- cırtdanlılıqdır, bu zaman gövdə və ya zoğlar kəmərəoxşar qabarıq forma alırlar. Nümunə: üzüm və ya günəbaxanda fasiasiya. Burulma- yarpaq kənarlarının bükülərək qıfa, borucuğa oxşaması. Nümunə: kartof yarpaqlarında qıvrılma. Qıvrılma- hüceyrənin anormal və güclü bölünməsi nəticəsində yarpaq ayəsinin ayrı-ayrı hissələrinin artması. Nümunə: şaftalıda yarpaq qıvrılması.
Şaftalıda yarpaq qıvrılması Taphrina deformans Gavalıda “Cib cibə” Taphrina pruni
V TİP- BİTKİNİN SƏTHİNDƏ SPORLARIN ƏMƏLƏ GƏLMƏSİ VƏ YA PARAZİT MİTSELİNİNYIĞILMASI Meyvə bədəni-qovğa göbələyi-meşə ağaclarının və ya onların ştambının səthində çoxillik və ya birillik dırnağa və ya kirəmitə oxşar törəmələr. Nümunə: yalançı qov, xallı qov. Yastıcıqlar- parazitin spor mərhələsindən ibarət olmaqla epidermisin kəsiyindən səthə çıxırlar. Tipik yastıcıqlar pas xəstəliklərini əmələ gətirən göbələklər üçün xarakterikdir. Nümunə: günəbaxanda pas. Örtük- ağ, boz və ya tünd rəngli olub, bitkinin yerüstü orqanlarının səthindən asanlıqla silinir. Bu zaman aşağıdakı örtükləri fərqləndirirlər. a) yalançı unlu şeh-zərif örtük yalnız yarpağın alt tərəfində rast gəlinir. Nümunə: günəbaxanda yalançı unlu şeh. b) həqiqi unlu şeh – zərif örtük yarpaq ayəsinin üst səthində əmələ gəlir, yalnız güclü yoluxma zamanı yarpağın alt tərəfinə keçir.
Nümunə: dənlilərdə unlu şeh. Sklerosiyalar– hiflərin sıx hörülməsi nəticəsində əmələ gələn müxtəlif forma və rəngli bədən. Nümunə: günəbaxanda ağ çürümə. Sürmə- ayrı-ayrı orqanların toxumalarının dağılması və qara toz kütləsinə çevrilməsi. Nümunə: buğdada bərk sürmə. Qaustoriya – bu yan budaqlanan hiflərdir, sahib bitkinin hüceyrəsi daxilinə keçir, xüsusi qidalanma orqanı funksiyasını daşıyır. Bitkilərdə unlu şeh xəstəliklərini törədən göbələklər qaustoriyalar vasitəsilə qida-lanmanı həyata keçirirlər. Nümunə: bibər və badımcanda unlu şeh. Xlamidosporlar- qalın divarlı hüceyrələrdir, əlverişsiz şərait zamanı mitselin parçalanması nəticəsində əmələ gəlir. Xlamidosporlar uzun müddət torpaqda saxlanma xüsusiyyətinə malikdirlər Nümunə: pambıqda vertisillioz soluxma.
Nektarində unlu şeh Sphaerotheca pannosa Lev. var. persicae Qızılgüldə pas Phraqmidium mucronatum
1.6 Bitki xəstəliklərinin təsnifatı Bütün bitki xəstəliklərini qruplara bölmək qəbul edilmişdir. Xəstəliklərin əmələ gəlmə səbəblərini müəyyən etmək üçün onların təsnifatının böyük əhəmiyyəti vardır. Onların diaqnostikasında bu əsaslı rol oynayır. Mövcud olan təsnifatlar bir neçə prinsiplərə əsaslanır. Ən geniş yayılmış prinsip xəstəlikləri əmələ gətirən səbəblərə arxalanır və iki qrupa bölünür: parazit və qeyri-parazit xəstəliklər. Lokallaşma (yerləşmə) dərəcəsindən asılıl olaraq, bitki xəstəliklərini yerli (lokal) və ümumi (diffuz) olmaqla iki qrupa bölürlər. Yerli xəstəliklər bitkini tam yox, onun müəyyən bir orqanını, ümumi xəstəliklər isə bütün bitki və ya onun böyük bir hissəsini sirayətləndirir. Adətən, qeyri-parazit xəstəlikləri ümumiyə aid edirlər. Məsələn, torpaq quraqlığı nəticəsində becərilən bütün bitkilər soluxurlar. Parazit xəstəliklər onların yayılma xarakterindən asılı olaraq, yerli və ümumi ola bilərlər.
Göbələklər Bakteriyalar Viruslar Aktinomisetlər Fitoplazmalar Parazit xəstəliklər Viroidlər Riketsilər Ali çiçəkli parazitlər
Ümumi və ya diffuz Yerli və ya lokal Pambığınvertisilliozsoluxması VerticilliumdahliaeKeeb. Bibərdəunluşehi Leveillulataurica Am.
Xəstəlikləri inkişaf müddətinin uzunluğuna görə kəskin və xroniki olmaqla fərqləndirirlər. Kəskin xəstəlik törədicilərinin inkişafı adətən bir vegetasiya dövründə başa çatır. Məsələn, havanın gündəlik orta temperaturu 20-220C olduqda üzümdə mildyu xəstəliyinin törədicisi inkişafını 3-4 günə başa çatdırır. Bitkilərin müəyyən inkişaf fazasında yoluxma xüsusiyyətlərindən asılı olaraq, xəstəlikləri fərqləndirirlər: cücərtilərin (toxmacarlar, şitillər), tinglik-lərin, yaşlı bitkilərin xəstəlikləri. Yoluxma orqanlarına görə aşağıdakı kimi təsnifat mövcuddur: toxumla-rın xəstəlikləri, meyvələrin xəstəlikləri, yumruların xəstəlikləri, köklərin xəstəlikləri, yarpaqların xəstəlikləri, budaqların xəstəlikləri və s.
Kəskin Xroniki Bibərdə antraknoz Colletotrichum nigrum Ağacdaxərçəng Aqrobacterium tumefaciens
Şitillərin xəstəlikləri Cavan ağacların xəstəlikləri Cavan alma ağacında yanıq Erwinia amylovora Tütünün qara ayaq və yaşitil çürüməsi xəstəliyiPythium debarianum
Yumruda Yarpaqda Kartofun fitoftorozu Phytophthora infestans Yarpaqda dəmgil Venturia pirina
Meyvədə Budaqda Meyvədə və budaqda dəmgil Venturia pirina