160 likes | 761 Views
NEFTÇALA ŞƏHƏR ELTON HƏBİBOV ADINA 4 № Lİ TAM ORTA MƏKTƏB M ƏMMƏDOVA ZÜMRÜD HACIBABA QIZI Təhsil : Orta İxtisas «Kimyəvi, bakterioloji analiz» l a b a rantı ( I I kurs ) Ünvan:Neftçala şəhər, Köhnə qəsəbə. (Tel: 021 26 3 26 21) (Mob: 051-919-04-18) elmurad . memmedli@mail.r u.
E N D
NEFTÇALA ŞƏHƏR ELTON HƏBİBOV ADINA 4 № Lİ TAM ORTA MƏKTƏB MƏMMƏDOVA ZÜMRÜD HACIBABA QIZI Təhsil: Orta İxtisas «Kimyəvi, bakterioloji analiz» labarantı (II kurs) Ünvan:Neftçala şəhər, Köhnə qəsəbə. (Tel: 021 26 3 26 21) (Mob: 051-919-04-18) elmurad.memmedli@mail.ru
* Təhsilmillətingələcəyidir. * Məndünyadamüəllimdənyüksək ad tanımıram. * Bizimhərbirimizelmidərəcəmizdən, biliyimizdən, təhsilsəviyyəmizdən asılıolmayaraq, bütünnailiyyətlərimizə görəməktəbə, müəlliməborcluyuq. * Həyatınımüəllimliyəhəsredəninsanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətlivəeynizamandaqəhrəmanlıq göstərəninsanlardır.
MÖVZU: “DƏRMAN BİTKİLƏRİ”
MOTİVASİYA 6 dəq Müəllim lövhədə bitki şəkillərini nümayiş etdirir və şagirdlərə suallarla müraciət edir. -Hansı dərman bitkiləri tanıyırsız? -Azərbaycanda dərman bitkiləri bitirmi, bitirsə hansılardır? • Dərman bitkiləri harada bitir və neçə qrupa bölmək olar? • Azərbaycanda becərilən dərman bitkiləri hansılardır?
Tədqiqat sualı: Müalicə məqsədi ilə bitkilərin hansı orqanlarından istifadə olunur? Tədqiqatın aparılması: 15 dəq 12 dəq 15 dəq Müəllim şagirdlərə qurudulmuş bitkiləri göstərib onların adlarını və müalicəvi əhəmiyyətlərindən danışır. Müəllim şagirdləri 4 qrupa bölür. Hər qrupa iş vərəqləri paylayır. İş vərəqlərində verilmiş I- tapşırığı yerinə yetirmək üçün internetdən (Vikipedia) verilmiş bitki haqqında məlumat əldə etməklə, tapşırığı yerinə yetirmələrini tapşırır.
I-qrup: “Nanə” qrupunun iş vərəyi. 1. Cədvəli tamamlayın. 2. İtburnu bitkisinin hansı hissəsi müalicəvidir? ____________________________________________________________________ 3. Şifrələnmiş dərman bitkilərinin adlarını tapın.
II-qrup: “Kəklikotu” qrupunun iş vərəyi. 1. Cədvəli tamamlayın. 2. Nanə bitkisinin hansı hissəsi müalicəvidir? _____________________________________________________________________ 3. Şifrələnmiş dərman bitkilərinin adlarını tapın.
III-qrup: -“Süvrə” qrupunun iş vərəqi. 1. Cədvəli tamamlayın. 2. Palıd ağacının hansı hissəsi müalicəvidir? ____________________________________________________________________ 3. Şifrələnmiş dərman bitkilərinin adlarını tapın.
IV-qrup: “Çobanyastığı” qrupunun iş vərəyi. 1. Cədvəli tamamlayın. 2. Hansı bitkilər dərman bitkiləri adlanır? ____________________________________________________________________ 3. Şifrələnmiş dərman bitkilərinin adlarını tapın. ______________________________________________________
MƏLUMAT MÜBADİLƏSİ 4 dəq Qrup işlərinin təqdimatı aparılır.Qarşılıqlı olaraq qruplar digər qrup işinin yoxlanmasını aparıb öz fikirlərini bildirirlər. Məlumatın müzakirəsi. 7 Müəllim şagirdlərə sual verir: -Dərman bitkilərini harada toplamaq olar? -Xalq təbabətində istifadə olunan hansı bitkilər haqqında məlumatınız var? -Evinizdə hansı meyvələrin müalicə məqsədi ilə mürəbbəsi bişirilir? - Dərman bitkilərini nəvaxt toplamaq olar? -Dərman bitkiləri hansı formada bitir? Müəllim şagirdlərə özünüqiymətləndirmə vərəqləri paylayır. (Yalnız onların çox bitdiyi yerdə) (nanə, balqabaq, heyva toxumu, qarğıdalı sağçaqları) (moruq, zoğal, qarağat) (quru havada) (ot, kol, ağac)
ÖZÜNÜQİYMƏTLƏNDİRMƏ VƏRƏYİ Şagirdin adı, soyadı_________________ 1. Zəhərli dərman bitkiləri hansılardır? a) nanə, boranı, kəklikotu b) yarpız, nanə, itburnu c) moruq, yemişan, andız d) murdarça, xanımotu, dəmirovotu 2. Birəotu, kəklikotu,qaraqınıq otu, yemişan və itburnu dərman bitkiləri hansı ölkədə bitirlər? a) Azərbaycan b) Hindistan c)Rusiya d) İtaliya 3. Zəfəran, nanə, boranı – niyə mədəni dərman bitki adlanır? a) Apteklərdə, bazarda satıldığı üçün b) dərman bitkisi kimi istifadə olunduğu üçün d) İnsan tərəfindən becərildiyi üçün c) çöllərdə meşələrdə bitdiyi üçün 4. Xanımotu ilə zəhərlənmə zamanı baş verən hallar hansılardır? a) əllərin səpməsi, b) qarın nahiyəsində qaşınmalar c) ürəkbulanma, qusma, gözbəbəklərinin böyüməsi d) Heç biri 5. Andız, yemişan, süvrə, çöl qatırquyruğu – niyə yabanı dərman bitki adlanır? a) Apteklərdə, bazarda satıldığı üçün b) dərman bitkisi kimi istifadə olunduğu üçün d) İnsan tərəfindən becərildiyi üçün c) çöllərdə meşələrdə bitdiyi üçün 6. Hansı bitkilərin toxumları müalicə məqsədilə istifadə olunur? a) boranı, heyva b) qarğıdalı, zəfəran c) Nanə, yarpız d) moruq, sürvə
5 dəq Nəticə və ümumiləşdirmə Şagirdlərin dərman bitkiləri haqqında bildikləri müzakirə edildikdən sonra birgə o nəticəyə gəlinir ki, Azərbaycanda nanə, moruq, kəklikotu və s dərman bitkiləri var. Təbabətdə qurudulmuş moruq meyvəsindən çay kimi dəmləyib, soyuqdəymə zamanı tərlədici dərman kimi istifadə edirlər. Kəklikotunun nazik və yaşıl zoğları və toxumları qarqara şəklində ağız boşluğunun və udlağın iltihabi xəstəliklərində tətbiq edilir və s.
Yaradıcıtətbiqetmə. 7 dəq Sinifdə müəllim A4 albom formatinda aşağıdakı cədvəl verilmiş iş vərəqlərini paylayır və tamamlamalarını şagirdlərə tapşırır. Ev tapşırığı 1.Müxtəlif bitkiləri qurudub, A3 vərəyinə adlarını yazıb və qurumuş bitkiləri yapışdırmaq. 2.Azərbaycanda olan dərman bitkiləri haqqında internetdən məlumat toplamaq və emal etmək.
QiYMƏTLƏNDiRMƏ 4 dəq