80 likes | 316 Views
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. MÖVZU. HETEROZİS VƏ ONUN SELEKSİYADA İSTİFADƏSİ. Mühazirəçi: Dosent, əməkdar kənd təsərrüfatı işçisi F.H.Qurbanov. PLAN:. 1 . Heterozis haqqında anlayış 2 . Heterozis nəzəriyyəsi 3 .Heterozis hadisəsinin praktiki istifadəsi. Heterozis.
E N D
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ MÖVZU HETEROZİS VƏ ONUN SELEKSİYADA İSTİFADƏSİ Mühazirəçi: Dosent, əməkdar kənd təsərrüfatı işçisi F.H.Qurbanov
PLAN: • 1. Heterozis haqqında anlayış • 2. Heterozis nəzəriyyəsi • 3.Heterozis hadisəsinin praktiki istifadəsi
Heterozis • Son 50-60 il ərzində mədəni bitkilərin və ev heyvanlarının seleksiyasında hibrid gücü və yaxud heterozis hadisəsi xüsusi yer tutur. • Bu üsulda müxtəlif növləri və yaxud eyni növə malik olan müxtəlif heyvan cinslərini, bitki sortlarını və təmiz xətləri bir-biri ilə hibridləşdirdikdə (Fı) birinci nəsil bir sıra əlamət və xüsusiyyətlərinə görə əksər hallarda, valideyn formalara nisbətən yüksək olur • Heterozis hadisəsinin xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, hibrid gücü yalnız birinci nəsildə müşahidə olunur, sonrakı nəsillərdə get-gedə azalır • İlk dəfə Ç. Darvin bu hadisənin mexanizmini və əhəmiyyətini bitki və heyvanat aləminin təkamülü ilə izah etməyə səy göstərmişdir. • Ontogenezdə heterozis qeyri–bərabər olaraq realizə olunur. Ontogenezin müəyyən mərhələsində heterozis bir əlamətdə, başqa mərhələsində digər əlamətlərdə üzə çıxa bilir.
Heterozisin mexanizmini izaһetmәkһaqqında üç hipotez mövcuddur • 1. Çoxlu genlәrә görə һeteroziqot vәziyyәt • 2. Dominant әlverişli genlərin qarşılıqlı tәsiri • 3. Üstün dominantlıq һipotezlәri
Hazırda hibrid toxumlar almaq üçün yeni üsullardan istifadə edirlər.Bu məsələnin həlli iki əsas yol ilə həyata keçir: • 1. Erkəkciklərin sitoplazmatik dölsüzlüyü əsasında (ESD). • 2. Fizioloji uyğunsuzluq əsasında.
Dölsüzlüyün bir neçə forması olur. Lakin seleksiyaçıları erkəklərin dölsüzlüyü maraqlandırır.Xaricən dölsüzlük müxtəlif olur: • a) erkəkciklər çiçəklərdə heç əmələ gəlmir; • b) erkəkciklər əmələ gəlir, lakin mayalanma qabiliyyətinə malik olmur; • c) erkəkciklər çiçəklərdə normal olur, lakin kisəciklər açılmır.
Genetik nöqteyi nəzərdən erkəkciklərin sterilliyi aşağıdakı amillərlə izah olunur: • 1. Sitoplazmanın sterillik faktı ilə. • 2. Nüvədə sterillik geninin olması ilə. 3. Sitoplazmanın və nüvənin sterillik amillərinin mübadiləsi ilə.
Erkəkcİklərİnsİtoplazmatİk dölsüzlüyü (ESD) • ESD nəsildən-nəslə yalnız ana valideyn forması ilə keçir • Belə tip irsiliyin xüsusiyyəti ondan ibarətdir ki, dölsüz erkəkciklərə malik olan bitkiləri bəzi normal fertil bitkilər ilə çarpazlaşdırdıqda nəsildə steril bitkilər əmələ gəlir • ESD hadisəsini ilk dəfə bir-birindən xəbərsiz 1931-ci ildə ABŞ alimi M.Rods və 1932-ci illə sovet alimi M.İ.Xacinov qarğıdalı bitkisi üzərində kəşf etmişlər • ESD-dən qarğıdalı bitkisində hibrid toxumları almaq üçün istifadəsi fikrini ilk dəfə Xacinov irəli sürmüşdür • ESD-nin praktiki istifadəsini 1943-cü ildə Conson və Klark soğan bitkisinin seleksiyasında tətbiq etmişlər • 1944-cü ildə Rodjers qarğıdalı bitkisində yeni Texas tipli ESD tapmışdır. • 1953-cü və Xacinov 1954-cü illərdə steril bitkilər aşkar etdikdən sonra qarğıdalı bitkisində hibrid toxumların alınması üçün geniş işlərə başlamışlar • Çarpaz tozlanan bitkilәr üzrә aparılan seleksiya işlәrindә sitoplazmatik erkәk sterillik (SES) һadisәsindәn istifadә edilir