150 likes | 640 Views
MEYVƏ-GİLƏMEYVƏ BİTKİLƏRİNİN BÖYÜMƏ VƏ İNKİŞAFI . k.t.e.doktoru, professor Zaur HƏSƏNOV. Taksonlar anlayışının izahı Filogenetik inkişaf Ontogenetik inkişaf Böyümə və inkişafın əlaqəsi. TAKSONLAR ANLAYIŞININ İZAHI.
E N D
MEYVƏ-GİLƏMEYVƏ BİTKİLƏRİNİN BÖYÜMƏ VƏ İNKİŞAFI k.t.e.doktoru, professor Zaur HƏSƏNOV
Taksonlar anlayışının izahı • Filogenetik inkişaf • Ontogenetik inkişaf • Böyümə və inkişafın əlaqəsi
TAKSONLAR ANLAYIŞININ İZAHI Botanikada fəsilə, cins, növ böyük tak-sonomik vahid və ya böyük botaniki vahid adlanır. Planetimizdə bitkilər aləmində ya-dagəlməz vaxtlarda qeyd olunan böyük tak-sonlar formalaşaraq meydana çıxmışlar. Botanikada ən kiçik botaniki, taksono-mik vahid individ (fərd) adlanır.
FİLOGENETİK İNKİŞAF Filogenez iki yunan sözünün birləşməsindən yaranmış termindir. Burada «fıle» - qəbilə, tayfa, cins, «genezis» - mənşə deməkdir. Filogenez geniş mənada yer üzərində böyük botaniki taksonların tarixi inkişaf prisesinə deyilir. Filogenez yer üzərində üzvi aləmin təkamül tarixidir. Filogenez prosesini və onun qanunauyğunluqlarını öyrənən bioloji elm sahəsinə fılogenetika deyilir. Filogenez terminini ilk dəfə alman zooloqu E.Hekkel 1866-cı ildə biologiya elmində istifadə edilməsini təklif etmişdir.
Seleksiyaçı hibridləşdirmək məqsədilə seçdiyi valideyn bitkilərin fılogenetik inkişaf tarixində qa-zandıqları xüsusiyyətləri nəzərə alır. Alma bitkisi fılogenetik inkişaf tarixində tikanlı olmuşdur. La-kin o mədəni halda becərildiyi şəraitdə xarici təsir-dən mühafizə olunmağa ehtiyac olmadığından tika-nsız olur. Tikansız alma ağacından tədarük edilərək səpilmiş toxumlardan yetişdirilmiş tumsarlarda isə əksər hallarda ilk vaxtlarda tikanlara rast olunur. Filogenetik inkişafda qazanılmış xüsusiyyətlərin yeni nəsildə təkrarı əcdadın itməzliyini göstərmək-lə onun əlamətlərini büruzə verir.
ONTOGENETİK İNKİŞAF Toxumdan əmələ gəlib, öz kökü üzərində böyü-yüb və öz kökü üzərində də məhv olan toxmacara indi-vid və ya fərd deyilir. İndividin həyatının başlanğıcı ziqotanın əmələ gəlməsi ilə bir vaxta düşür, onun hə-yatının sonu isə bitkinin məhv olması ilə nəticələnir. İndivid həyatı dövründə xarici mühitin kompleks təsiri nəticəsində bir sıra dəyişikliklərə uğrayır. Fərdin inkişaf tarixinə ontogenez deyilir. Onto-genez fərdin yarandığı andan ta onun məhv olduğu anadək keçdiyi bütün həyat tərzini, onda baş verən morfoloji, anatomik, bioloji, biokimyəvi, fizioloji də-yişiklikləri əks etdirir.
BÖYÜMƏ VƏ İNKİŞAFIN ƏLAQƏSİ • Böyümə anlayışının izahı • İnkişaf anlayışının izahı • Böyümə və inkişafın əlaqəsi • Mərhələli inkişaf nəzəriyyəsinin nahiyyəti
BÖYÜMƏ ANLAYIŞININ İZAHI Böyümə.Böyümə kəmiyyət göstəri-cisidir. Bitkinin həcminin, çəkisinin və başqa kəmiyyət göstəricilərinin artması üçün onun quruluşunda yeni elementlərin əmələ gəlməsi prosesinə böyümə deyilir.
İNKİŞAF ANLAYIŞININ İZAHI İnkişaf.İnkişaf keyfıyyət göstəricisi-dir. O, bitkinin orqanizmində keyfiyyət də-yişikliklərini xarakterizə edir. Bitkinin qu-ruluşunda, onun böyüməsi prosesində sadə vəziyyətdən mürəkkəb vəziyyətə, aşağı keyfıyyət vəziyyətindən yuxarı keyfıyyət vəziyyətinə keçməsi prosesinə inkişaf de-yilir.
BÖYÜMƏ VƏ İNKİŞAFIN ƏLAQƏSİ Fərdin həyat prosesi dövründə onun böyümə və inkişafı aşağıdakı vəziyyətlərdə ola bilir. 1. Sürətli böyümə, sürətli inkişaf. 2. Zəif böyümə, zəif inkişaf. 3. Sürətli böyümə, zəif inkişaf. 4. Zəif böyümə, sürətli inkişaf. İnkişafın böyüməni üstələməsi məhsula düş-məni tezləşdirir. Onun ömrünü isə qısaldır. Əksinə böyümə inkişafı üstələyirsə, o zaman məhsula düşmə ləngiyir, fərdin ömrü isə uzanır.
MƏRHƏLƏLİ İNKİŞAF NƏZƏRİYYƏSİNİN NAHİYYƏTİ Hər bir fərd öz inkişafı dövründə konkret keyfiyyət göstəriciləri büruzə verən mərhələlərdən ibarət olur. Mərhələ etibarı ilə cavanlıq. Toxumdan yeni əmələ gəlmiş toxmacar mərhələ etibarı ilə cavan adlanır. Belə or-qanizmdə assimilyasiya dissimilyasiyadan fərqlənərək üstü-nlük təşkil edir.Bu mərhələdə fərd yaş etibarı ilə də cavan olduğundan cinsiyyət orqanları cinsiyyət hüceyrələri əmələ gətirə bilmədiyindən yeni orqanizm yaratmaq qabiliyyətinə malik olmur. Bu mərhələ vəziyyətində olan individdə fıloge-netik inkişaf dövründə valideyin bitkilərin qazandıqları xas-sə və nişanələr təkrar olunduğundan onda tükcüklər, qoparti-kan və tikan müvəqqəti olaraq büruzə verir və tədricən ara-dan çıxır.
Mərhələ etibarı ilə yetişkənlik. Vaxtı ilə cavanlıq mər-hələsində olmuş fərd müəyyən illərdən sonra mər-hələ etibarı ilə yetişkən adlanır. Yetişkənlik mərhələsində olan fərddə cin-siyyət hüceyrələri əmələ gəldiyindən o, özünəoxşar nəsil yara-tmaq qabiliyyətinə malik olur. Bu mərhələdə olan fərddə nişa-nə və xüsusiyyətlər, məsələn şaxtaya və ya quraqlığa davamlı-lıq, yazda tez və ya gec çiçəkləmək, meyvələrin faraş və ya gec yetişməsi və d. xüsusiyyətlər möhkəmlənir, formalaşır və irsi xarakter daşıyır. Mərhələ etibarı ilə qocalıq. Eyni individ əvvəlcə mərhə-ləcə cavan, bir neçə ildən sonra mərhələcə yetişkən və daha sonra mərhələ etibarı ilə qocalıq vəziyyətinə keçərək məhv ol-ur. Qocalıq mərhələsində olan individ bütün qida maddələrini sərf edir, yerüstü hissənin, kök sisteminin həcmi kiçilir, zərər-vericilərə, xəstəliklərə, dəyişilən hava şəraitinin ziyanlı təsiri-nə tez məruz qalır, regenerasiya qabiliyyətini itirdiyindən po-zulmuş korrelyasiyon asılılığı nizamlaya bilmir və nəhayət məhv olur.
Filogenez Ontogenez Yaş dövrləri Mərhələli inkişaf Qocalıq Embrional Cavanlıq Məhsuldarlıq Qocalıq Yetiş-kənlik Cava-nlıq
MƏNBƏ • Zaur Həsənov, Cəbrayıl Əliyev – Meyvəçilik. B., 2007, səh. 77-81.