110 likes | 335 Views
Mövzu: A r p a. AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. Mövzunun planı:. Arpanın növləri Arpanın yarımnövləri və qrupları Arpanın növmüxtəlifliyinin təyini Çoxcərgəli arpanın mühüm növmüxtəliflikləri Arpanın əsas sort əlamətləri. İkicərgəli arpanın növmüxtəliflikləri.
E N D
Mövzu:A r p a AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ Dosent, b.e. n. F.H.Qurbanov
Mövzunun planı: • Arpanın növləri • Arpanın yarımnövləri və qrupları • Arpanın növmüxtəlifliyinin təyini • Çoxcərgəli arpanın mühüm növmüxtəliflikləri • Arpanın əsas sort əlamətləri. • İkicərgəli arpanın növmüxtəliflikləri
Ədəbiyyat • Quliyev R. Ə., Əliyeva K. Ə. Genetika. Dərslik, Bakı, 2002. • Quliyev R. Ə. Genetikanın əsasları ilə bitkilərin seleksiyası. Bakı, 2003. • Axundova E. M. Ekoloji genetika. Bakı, 2006 • Musayev Ə.C.və b. Dənli taxıl bitkiləri seleksiyasının metodikası.Bakı,2008 • Cəfərov İ.H. Taxılın xəstəlikləri,Dərslik,Bakı,2009. • Seyidəliyev N. Y. Genetika. Dərs vəsaiti, Gəncə, 2005. • Qarayev L. Tarla bitkilərinin toxumçuluğu. Bakı, 1976. • Cəfərov N. A. Çəkilin seleksiyası. Gəncə, 2008.
A r p a • Arpa – Hrodeum cinsinin cücərtisi tüstüvari (üzərində mum təbəqəsi olduğu • üçün), yaxud zümrüdü yaşıl rənglidir. Yarpağının dilçəsi iriliyinə və formasına görə buğda yarpağının dilçəsinə oxşardır. Qulaqcıqları çox iri və enli olduğu üçün biri digərinin üzərinə keçir. • Çiçək qrupu sünbüldür. Sünbül oxunun hər pilləsində üç sünbülcük yerləşir. Sünbülcüyü birçiçəkli, sünbülcük pulcuqları xırda ensiz-lansetvarıdır. Qılçıqlı və qılçıqsız, pərdəli və çılpaqdənli formaları vardır.
Arpanın növləri • Arpa – Hordeum cinsinin müəyyən edilmiş 30 növündən yalnız səpin arpası – hordeum sativum mədəni olmaqla becərilən bütün formaları əhatə edir. • Yabanı növlərindən – H.spontaneum; H.bulbosum; H.murinum; H.leporirum; H.leguncul forme Orta Asiya və Zaqafqaziya respublikalarında, xüsusilə Azərbaycanda xam və dincə qoyulmuş torpaqlarda alaq otu kimi çox yayılmışdır. • Yabanı arpaların xarakterik xüsusiyyətlərindən birisi sünbüllərinin ikicərgəli olmasıdır.
Arpanın yarımnövləri və qrupları • Sünbül oxunun pilləsində əmələ gələn sünbülcüklərin inkişafetmə dərəcəsinə • görə səpin arpası üç yarımnövə bölünür: • çoxcərgəli arpalar – hordeum vulgare • ikicərgəli arpalar – hordeum distichum • qarışıq (keçid) cərgəli arpalar – hordeum intermedium • Çoxcərgəli arpalar – bu yarımnövün sünbül oxunun pillələrində olan sünbülcüklərin hamısı inkişaf edərək dən əmələ gətirdiyi üçün çoxcərgəli (altı) adlanır. Sünbülünün sıxlığına görə çoxcərgəli arpalar iki qrupa bölünür: • Düzgün çoxcərgəli, yaxud altıüzlü arpalar; • Düzgün olmayan çoxcərgəli, yaxud dördüzlü arpalar.
İkicərgəli arpalar • İkicərgəli arpalarda da oxun hər pilləsində üç sünbülcük əmələ gəlir. Lakin onlardan ortada yerləşən inkişaf edərək dən verir, yan tərəfdəkilər az-çox dərəcədə rudimentləşir (zəifləyir) və dən əmələ gətirmir. Ona görə də ikicərgəli adlanır. İkicərgəli arpalar yan sünbülcüklərin rudimentləşmə dərəcəsinə görə iki qrupa bölünür: • Nutantia qrupu; • Defisientia qrupu;
Arpanın növmüxtəlifliyinin təyini • Dənin pərdəliliyi – pərdəli, çılpaq; • Sünbülün qılçıqlılığı və qılçıqların quruluşu – qılçıqlı, qılçıqsız, pərli; • Qılçıqların dişliliyi – başdan-başa dişli, yaxud aşağı hissəsi hamar, yuxarısı zəif dişli; • Sünbülün rəngi – sarı, qara, bozumtul-qara; • Sünbülün sıxlılığı – sıx, seyrək. • Arpada sıxlıq sünbül oxunun 4 sm-də olan üzvcüklərin sayı ilə təyin edilir. Oxun 4 sm-də 7-14 üzvcük olduqda sünbül seyrək, 15-30 olduqda sıx hesab edilir.
Arpanın əsas sort əlamətləri • 1.Sünbülün forması • -Sünbülü romb formalı • -Kvadrat formalı • -Düzbucaqlı formalı • 2. Sünbülün uzunluğu • a) uzun sünbül – 9-12 sm; • b) orta uzunluqda - 7-9 sm; • c) qısa sünbül – 5-6 sm; • 3. Sünbülün sıxlığı • a) seyrək sünbüllü • b) orta sıxlıqda • c) sıx sünbüllü • 4. Qılçıqların uzunluğu • a) qılçıqları uzun • b) qılçıqları orta uzunluqda • c) qılçıqları qısa – sünbülünə bərabər, yaxud ondan azacıq qısa. • 5. Çiçək pulcuğunun qılçığa keçməsi • a) tədricən keçid • b) kəskin keçid • c) enli keçid • 6. Dənin əsasının çıxıntısı