110 likes | 384 Views
Koreya Kyunq Hee Universitetinin. Şərq Təbabəti Klinikası. Klinika haqqında. Şərq təbabətinin üstünlükləri. Xidmətlərimiz. Həkimlərimiz. Avadanlıqlar. Bizimlə əlaqə. www.seba.az. Koreya Kyung Hee Universiteti 1949-cu ildə 2 illik
E N D
Koreya Kyunq Hee Universitetinin Şərq Təbabəti Klinikası
Klinika haqqında Şərq təbabətinin üstünlükləri Xidmətlərimiz Həkimlərimiz Avadanlıqlar Bizimlə əlaqə www.seba.az
Koreya Kyung Hee Universiteti 1949-cu ildə 2 illik kollec olaraq təsis edilmiş və 1952-ci ildə 4 illik universitet olaraq fəaliyyətə başlamışdır. Müasir Koreya təhsil sahəsinin qabaqcıl ali təhsil ocaqlarından olan Kyung Hee Universitetində 1971-ci ildən etibarən Tibb Mərkəzi fəaliyyət göstərir. SEBA Assosiasiyası və Kyung Hee Universitetinin birgə əməkdaşlığı nəticəsində 2006-cı ilin fevral ayında Bakıda həmin universitetin Şərq Təbabəti Klinikasının şöbəsi açılmışdır. Həm ənənəvi Şərq təbabəti, həm də müasir tibbin bir çox sahəsi üzrə xidmət göstərən klinikamızda peşəkar həkim heyəti fəaliyyət göstərir. İstifadə olunan avadanlıqlar, yüksək peşəkar xidmət və pasientlər üçün yaradılan tam gigiyenik şərait Koreya Şərq Təbabəti Klinikasını ölkəmizin qabaqcıl səhiyyə ocaqlarından birinə çevirmişdir. Klinika haqqında Klinika haqqında www.seba.az
Koreya təbabəti qədim tarixə malikdir. Klassik Şərq Təbabəti ənənələrini özündə təcəssüm etdirən Koreya təbabətini fərqləndirən əsas cəhət insan bədənini 4 tipə ayıran Sasanq Konstitusiyasıdır. Bu nəzəriyyənin əsasında dayanan fikir hər bir insanın ayrı-ayrı bədən üzvlərinin tam özünəməxsus quruluşa malik olması və ümumi müalicə metodlarından qaçınmaqla hər bir pasientə fərdi yanaşmanın lazım olmasıdır. Bu prinsip əsasında çalışan həkim müalicəyə başlamazdan əvvəl mütləq şəkildə pasientlə onun şikayəti, ağrıları, qidalanması, həyat tərzi, xəstəliyin yaranma səbəbləri barədə söhbət aparır. Söhbətdən sonra bədənə ümumi baxış, dilin, gözlərin, nəbzin yoxlanılması həyata keçirilir. Müalicə klinikaya müraciət edən pasientlər üçün tam individual şəkildə təyin edilir. Həkim pasientin yaşını, cinsini, həyat tərzini, fəaliyyət növünü, enerji balansını və s. nəzərə alaraq müalicə və ya pəhriz təyin edir. Koreya Şərq təbabəti metodları ilə aparılan müalicənin ən üstün cəhətlərindən biri də onun əks təsirə malik olmamasıdır. Məsələn, bədəndə müxtəlif növ ağrılar zamanı təyin edilən akupunktura adət etdiyimiz ağrıkəsici dərmanlardan fərqli olaraq bədənin digər orqanlarına ziyan yetirmir. Buna görə də xroniki ağrıları olan pasientlər bir çox hallarda məhz bumüalicə metodlarına üstünlük verirlər. Şərq təbabətinin üstünlükləri Şərq təbabətinin üstünlükləri www.seba.az
Klinikamızda müalicə zamanı müxtəlif növ akupunktura (iynə batırma) üsullarından istifadə edilir. Pasientin şikayətindən asılı olaraq iynələrin qalınlığı, tətbiq edildiyi sahə (qulaq, əl, ayaq, qarın və s.) müəyyən edilir. Bu proseduranın üstün cəhətlərindən biri də odur ki, akupunktura zamanı infra-qırmızı işıqdan istifadə olunur. Beləliklə də müalicənin effekti daha da artır və daha yaxşı nəticələr əldə olunur. Xidmətlərimiz Moksibişn və ya Moksa unikal müalicə metodlarından biridir. Qədim Çin və Koreya təbabətində istifadə olunan bu terminin mənası “dağlanma”, “isitmə” deməkdir. Burada müxtəlif həcmli və formalı qabların içərisində xüsusi bitkilər yandırılır və müvafiq nöqtələrin üstünə qoyulmaqla müalicə aparılır. İnsan bədənində müəyyən orqanlara və enerji kanallarına nüfuz edən yüzlərcə nöqtə mövcuddur. Həmin nöqtələrə istilik vermə ilə təsir edən həkim, bədənin daxili istiliyini balanslaşdırır, enerji kanallarını açır və beləliklə də pasientin şikayəti üzrə olan xəstəliyi müalicə edir.Bu metodla nəinki daxili orqanlarla bağlı olan xəstəlikləri, həmçinin travma, ağrı sindromları, psixi nasazlıqlar, epilepsiya və digər xəstəliklər də müalicə edilir. Soyuq iqlimi və ya sərt qışı olan ölkələrdə moksibişn terapiyası bir çox xəstələrə tətbiq edilə bilər. Çünki soyuğunyaratdığı fəsadlar bir neçə il ərzində yığılır və özünü müxtəlif simptomlar şəklində biruzə verir. İlin soyuq dövrlərində moksibişn terapiyasını sırf profilaktik şəkildə də həyata keçirmək olar. Soyuğa qarşı dözümsüz olan insanlar üçün isə, moksibişn terapiyasının rolu əvəzsizdir. Xidmətlərimiz www.seba.az
Vakuum terapiyası xüsusi vakuum bankaları vasitəsilə orqanizmə təsir edən ağrısız, yüksək təsirli müalicə metodlarındandır. Vakuum bankalarının təsiri altında orqanizmə birbaşa təsir edən güclü təzyiq dəyişməsi baş verir. Dəri və yumşaq toxumalar bankanın içərisində genişlənir və bu zaman qan dövranı, maddələr mübadiləsi yaxşılaşır, toksin və digər zərər verici maddələr kənarlaşır, toxumaların regenerasiya prosesi tezləşir. Orqanizm qanla, oksigenlə və qidalandırıcı maddələrlə təmin olunur. Vakuum terapiyasının ev şəraitində qoyulan bankalarda ən əsas fərqli cəhəti onun daha effektiv olması və xüsusi nöqtələrə tətbiq edilməsidir. Xidmətlərimiz Klinikamızda həmçinin Azərbaycanın qabaqcıl həkimlərinin çalışdığı və ən müasir avadanlıqlarla təchiz edilmiş EKQ, USM, laboratoriya, ginekoloji, otorinolarinqoloji (qulaq-burun-boğaz), rentgen, oftalmoloji, uronefroloji, pediatriya kabinetləri də fəaliyyət göstərir. Xidmətlərimiz www.seba.az
Klinikamızda hər biri müəyyən müddətə gələn Koreyalı professor və fizioterapevt tərəfindən oynaq-əzələ, ürək-qan-damar, allergik, dermotoloji, mədə-bağırsaq, tənəffüs, nevroloji, psixosomatik xəstəliklərin müalicəsi həyata keçirilir. Burada müayinələr Azərbaycanda analoqu olmayan cihazlarla aparılır, xəstəliklərmüxtəlif üsullar ilə - akupunktura, moksibişn,vakuum, autotens terapiyaları, nöqtə masajı, infraqırmızı işıq və bitki mənşəli dərmanlarla müalicə edilir. Onu da qeyd etmək lazımdır ki, həkimlər tərəfindən təyin edilən kimyəvi qatqısız bitki mənşəli dərmanlar Koreyadan gətirilir və yalnız bizim klinikada əldə edilə bilər. Bu dərmanlar müalicə kursunda həm tək şəkildə, həm də bio-əlavələr kimi də istifadə oluna bilər. Həkimlərimiz Həkimlərimiz www.seba.az
Yandorak cihazı Şərq təbabətinin prinsiplərinə görə orqanizmdə müsbət və mənfi enerji balansı mövcuddur.Yandorak cihazı orqanizmin mənfi və müsbət enerji nisbətini və ümumi energetik vəziyyəti müayinə edir. Nəticələr qrafik formada təqdim olunur. Bu üsul ayrı-ayrı orqanların fəaliyyətinə, qan dövranı və vegetativ sinir sisteminə nəzarət etməyə imkan verir. Meqçinqi cihazı FT-750R Qan təzyiqini ölçən cihaz OMD 3000 Bioenergetik analizator X-SCANPlus II Yüksəktezlikli bioelektrik analizator Avadanlıqlar Bu üsul tətbiq olunarkən qan damarlarının elastikliyinin 60 müxtəlif növü aşkar olunmuşdu. Aparat bu növləri xəstədə təyin və müqayisə edir. Bu parametrlər əsasında qanın ürəyə daxil olma gücü və qan damarlarının elastikliyinin dərəcəsi müəyyən olunur. FT-750R cihazı yalnız qan təzyiqi və nəbzi ölçmür, həmçinin ürək əzələlərininişini də yoxlayır. Cihaz avtomatik qoşulma sistemi ilə təchiz olunmuşdur. Nəticələr geniş LCD ekranda əks olunur və çap edilir. Analizator orqanizmin bioenerjisini verilmiş zəif elektrik qıcıqlarına olan reaksiyası əsasında ölçür. Alınmış nəticələr əsasında orqanizmin real vəziyyəti: nevroloji statusu, qan dövranı, ayrı-ayrı orqanların funksional vəziyyəti və bir çox başqa parametrlər müəyyənləşdirilir. Bu sistemin spesifik xüsusiyyəti xəstəliyin gizli və ilkin dövrlərini aşkar etmək imkanıdır. Analizator həmçinin müalicənin adekvatlığının və effektivliyinin obyektiv müqayisəli monitorinqini keçirir. Son texnoloji nailiyyətlərə əsaslanan BIA (Bioelectrical Impedance Analyzer) sistemi bədəndəki protein və mineralların miqdarını, ümumi toxuma kütləsini, mayenin ümumi miqdarını, hüceyrədaxili və hüceyrəxarici mayeni, ödemin və dehidratasiyanın dərəcəsini, orqanizmdəki piy kütləsi, faizi və paylanmasının hesablanmasını mümkün edir. Belə çətin hesablamaları dəqiqliklə və çox qısa müddətə aparan bu analizator urologiya (böyrək xəstəlikləri), neonatоlogiya (yeni doğulmuşlar) və dietologiyada (piylənmə) geniş imkanlar açır. Avadanlıqlar www.seba.az
Koreya Kyung Hee Universitetinin Şərq Təbabəti Klinikası Neftçilər prospekti Bizimlə əlaqə ÇİNAR restoranı FUNİKULYOR Heydər Əliyev fondu ARDNŞ Beynəlxalq Muğam mərkəzi Bizimlə əlaqə Azneft dairəsi www.seba.az
Bizimlə əlaqə Bizimlə əlaqə Bakı şəhəri, Neftçilər prospekti 65 (Funikulyorun yaxınlığında) Tel: (+99412) 437-18-10; 437-18-25 Faks: (+99412) 437-18-30 E-mail: klinika@seba.az www.seba.az