1 / 8

FƏNN: ƏRZAQ MALLARININ EKSPERT QİYMƏTLƏNDİRİLMƏSİ MÜHAZIRƏNIN MÖVZUSU:

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi İSTEHLAK MALLARININ EKSPERTİZASI, MARKETİNQİ VƏ GİGİYENA KAFEDRASI. FƏNN: ƏRZAQ MALLARININ EKSPERT QİYMƏTLƏNDİRİLMƏSİ MÜHAZIRƏNIN MÖVZUSU:

alyssa-diaz
Download Presentation

FƏNN: ƏRZAQ MALLARININ EKSPERT QİYMƏTLƏNDİRİLMƏSİ MÜHAZIRƏNIN MÖVZUSU:

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi İSTEHLAK MALLARININ EKSPERTİZASI, MARKETİNQİ VƏ GİGİYENA KAFEDRASI FƏNN: ƏRZAQ MALLARININ EKSPERT QİYMƏTLƏNDİRİLMƏSİ MÜHAZIRƏNIN MÖVZUSU: Keyfiyyətsiz və təhlükəli keyfiyyətə malik ərzaq xammalinin və qida məhsullarinin ekspertizasinin keçirilməsi, onlarin istifadəsi və ya məhv edilməsi haqqinda TƏLIMAT Mühazirəçi: baş müəllim ƏLİYEV OKTAY VƏLİ OĞLU Gəncə-2009

  2. MÜHAZIRƏNIN PLANI • Keyfiyyətsiz və təhlükəli keyfiyyəta malik olan məhsullarının ekspertizasinın aparılmasi qaydaları. • Ərzaq məhsullarının istifadəsi və ya məhv edilməsi qaydaları

  3. Mühazirə mətninə müvafiq ədəbiyyatlar • 1.M.M.Əliyev, O.V.Əliyev- Ərzaq mallarının kəmiyyət və keyfiyyət ekspertizasının aparılmasının ümumi qaydaları. • 2.M.M.Əliyev- Ekspertizanın nəzəri əsasları. • 3.П.А.Красовский, А.И.Ковалев, С.Г.Стрижов –Товар и его экспертиза.

  4. Əlavə 9Keyfiyyətsiz və təhlükəli keyfiyyətə malik ərzaq xammalinin və qida məhsullarinin ekspertizasinin keçirilməsi, onlarin istifadəsi və ya məhv edilməsi haqqinda TƏLIMAT • 1. Bu təlimat keyfiyyətsiz və təhlükəli keyfiyyatə malik ərzaq xammalinin və qida məhsullarinın ekspertizasinin keçirilməsi qanunauyğunluqlarıni, onlarin sonraki islifadəsini (utiliza edilməsini) və ya məhv edilməsini təyin edir, hüquqi mansubiyyətindən, sahibkarlıq formasindan asili olmayaraq bütün şaxslərə şamil edilir və onlar üçün məcburidir. • 2. Aşağidaki ərzaqməhsulları keyfiyyətsiz və təhlükəli keyfiyyətə malik sayılırlar: • -məcburi sayilan keyfiyyət və təhlükəsizlik taləblərinə cavab verməyən, sanitariya və baytar-sanitar qanunlari və normalarina, dövlət standartlarina və texniki sənədləşməyə uyğun olmayan ərzaq məhsullari; • -keyfiyyətsizliyi və (və ya) keyfiyyətinin təhlükəli olmasi ekspertiza aparan şəxsdə heç bir şübhə doğurmayan ərzaq məhsulları; • -mənşəyi, keyfiyyəti və keyfiyyət təhlükəsizliyi haqda təchizatçi (istehsalçi) sanədlərinə, o cümlədən, qəbul olunmuş qaydada tərtib edilmişsertifikatlaşdirma sonədlərinə malik olmayan ərzaq məhsullari; • -adına və növünə uyğun gəlməyən xassələrə malik olan ərzaq məhsulları; • -normativ və texniki sənədləşməyə uyğun gəlməyən markalanma (nişanlanma) aparılan ərzaq məhsullari; • -yararlıliq müddəti təyin ediləsi vaxtdan keçməyinə baxmayaraq, yararliliq müddəti təyin edilməmiş və ya yararliliq müddəti keçmiş ərzaq məhsulları;

  5. Dövlət qanunvericilik sənədlərinə əsasən keyfiyyətsiz və təhlükəli keyfiyyətə malik ərzaq məhsullarinin alınmasi, istehsali, ölkə ərazisinə gətirilməsi və əhaliyə satişi yolverilməzdir. • 3. Keyflyyətsiz və ya təhlükəli keyfiyyətə malik ərzaq məhsullari aşkar edilərsə, onun sonraki istifadəsini və ya məhv edilməsini təyin etmək məqsədi ilə dərhal ekspertiza keçirilməlidir. • 4. Naməlum mənşəyə malik olan, həmçinin keyfiyyətsizliyi aydin nəzərə çarpan və bununla əlaqədar olaraq insanların həyati və sağlamliği üçün bilavasitə təhlükə yaradan ərzaq məhsulları ekspertiza aparilmadan utiliza və ya məhv edilir. Utilizə və ya məhv edilməmişdən əvvəl ekspert mütəxəssislər dövlət nəzarat və yoxlama orqanlarının nümayəndələrinin iştiraki ilə bu məhsullara xüsusi rəngli və ya iyli maddələr qataraq, onlari denaturat şaklinə salirlar ki, bu da onlarin sonraki istifadəsinin mümkünsüz edir. • 5. Keyfiyyətsiz və təhlükəli keyfiyyətə malik ərzaq məhsulları ekspertizanin aparilmasi, qərar qəbul edilməsi və qərarın icrasi üçün lazim olan müddətdə xüsusi binalarda, soyuducularda (izolyasiya olunmuş kameralarda) və başqa qorunan yerlərdə saxlanilır. Müvəqqəti saxlanilan bu məhsullar üzərində çox ciddi hesabat və nəzarət aparilir. • 6.Ekspertizaya məruz qalacaq ərzaq məhsullarından nümunələrin götürülməsi mal sahibinin iştiraki ilə dövlət nazarət və yoxlama orqanlarinin nümayandələri tarafindən yerinə yetirilir.

  6. 7. Keyfiyyətsiz və təhlükəli keyfiyyətə malik olan ərzaq məhsullarının daşinmasi, saxlanmasi, ekspertizasi, istifadasi və ya məhv edilməsi üçün lazim olan bütün xarclər ərzaq məhsullarınin sahibləri tərəfindən ödənilir. • Keyfiyyətsiz və təhlükəli keyfiyyəta malik olan məhsullarının ekspertizasinın aparılmasi qaydaları. • 8. Keyfiyyətsiz və təhlükəli keyfiyyətə malik olan ərzaq məhsullarinin ekspertizasinin (sanitar-gigiyenik, baytar-sanitar, əmtəəşünaslıq və s.) aparilmasi səlahiyyətli dövlət nəzarət və yoxlama orqanlari tərəfindən aparilir. • 9. Ekspertiza prosesində ərzaq məhsullarınin normativ-texniki, müşaiyətedici sənədlərə uyğunluğu, xarici baxişin və tədqiqatin nəticələri, məhsulun nişanlanmasi və qablarin vəziyyəti təyin edilir. Bu zaman həmçinin istehsal, alqi, təchizat, daşinma şərtləri, məhsullarin saxlanmasi və realizə edilməsi şəraiti aydinlaşdirilir, lazim gələn vaxtda isə, məhsulun keyfiyyət və təhlükəsizliyinin laborator tədqiqati aparılır. • 10.Aparılan ekspertizanin nəticəsində ixrac olunan məhsulun normativ-texniki sənədlərə uyğunluğu (və ya uyğunsuzluğu), yoxlanılan ərzaq məhsullarinin şərti istifadəsi (əlavə texnoloji emaldan və s. sonra), ərzaq məhsullarinin istifadə üçün yararsizliği və onlarin utilizə və məhv edilməsi barədə ekspertin rəyi tərtib edilir.

  7. 11. Aparilan ekspertizalarin nəticəsində dövlət nəzarət və yoxlama orqanlari tərəfindən ərzaq məhsullarinin təyinati üzrə istifadə edilməsi və ya istifadəsinin qadağan edilməsi barədə rəy tərtib edilir. Ekspertiza nəticəsində ərzaq məhsullarinin sanitar və baytar-sanitar qanunlari və normalarına cavab vermədiyi halda bu məhsullarin qida kimi və ya heyvanlara yem kimi istifadə edilməsi mümkünlüyü yalniz sanitar-epidemioloji və ya baytarliq nəzarəti orqanlari tərəfindən onlarin səlahiyyətləri hüdudlarında təyin edilir. • 12.Ərzaq məhsullarinin insanlarin qidasi üçün və ya heyvanlara yem kimi istifadəsi qadağan edildiyi hallarda, ərzaq məhsulunun sahibləri ərzağin utilizə və ya məhv edilməsinin mümkün olan üsullarini və şərtlərini bu qərari qəbul edən dövlət nəzarət və yoxlama orqanları ilə razilaşdırıldiqdan sonra təyin edirlər. • 13.Dövlət nəzarət və yoxlama orqanlari tərəfindən ərzaq məhsullarinin sonraki istifadəsi və ya məhv edilməsinin mümkünlüyü haqda qərar qəbul edildikdə, uyğunluq sertifikati olan istehsalçı tərəfindən bu məhsulun uyğunluq nişani ilə markalanmaqdan (nişanlanmaqdan) məhrum edirlər. • 14.Dövlət nəzarət və yoxlama orqanları tərəfindən ərzaq məhsullarınin qida kimi islifadəsi və ya məhv edilməsi qərarinin ləğv edilməsi Azərbaycan Respublikasi qanunvericilik sənədlərində nəzərdə tululmuş qaydada həyata keçirilir.

  8. Ərzaq məhsullarının istifadəsi və ya məhv edilməsi qaydaları • 15.Istifadəsi qadağan edilmiş, sonraki istifadəsinə icazə verilmiş və ya məhv edilməsi qərara alinan ərzaq məhsullarinin istehlaka verilməsi (buraxilmasi) cavabdehliyi ərzaq məhsulları sahibinin üzərinə düşür. • 16.Qida kimi istifadəsi qadağan edilmiş qida məhsullari heyvanlara yem kimi, təkrar istehsal xammal kimi və ya texniki utilizə üçün istifadə oluna bilər. Belə ərzaq məhsullarinin sahibləri məhsulun qida kimi istifadə olunmasina deyil, digər məqsədlər üçün istifadəyə verilməsi haqda ərzağin sonraki istitadəsini həyata keçirən təşkilatin verdiyi və notarius orqanlari tərəfindən qəbul faktini təsdiq edən sənədi və ya onun surətini 3 gün müddətində bu qərarı qəbul edən dövlət nəzarət və yoxlama orqanlarina təqdim edirlər. • 17. Ərzaq məhsullarinin məhv edilməsi, məhsul sahibinin məhsulun məhvi üçün cavabdeh olan təşkilatla birlikdə yaratdiği kommissiyanin iştiraki ilə mümkün olan hər hansi bir texniki üsulla ətraf mühitin mühafizəsi üzrə bütün normativ və texniki sənədlərə uyğun olaraq həyata keçirilir. Xəstəliklərin yaranmasi, yayilmasi və ya insanlarin və heyvanlarin zəhərlənmələri, ətraf mühitin çirklənməsi üçün təhlükə yaradan ərzaq məhsullarınin məhv edilməsi zamani komissiyanın tərkibinə hökmən dövlət nəzarot və yoxlama orqanlarınin nümayəndələri də daxil edilirlər. Insanlar və heyvanlar üçün təhlükəli olan xəstəliklərlə yoluxmuş qida məhsulları məhv edilməzdən əvvəl əsasli dezinfeksiya proseslərinə cəlb edilirlər. Ərzaq məhsullarinin məhv edilməsi haqda qəbul edilmiş formada akt tərtib edilir və bu aktin bir nüsxəsi 3 gün müddətində bu qərarı qəbul etmiş dövlət nəzarət və yoxlama orqanlarına təqdim edilir.

More Related