1 / 8

Mövzu 7. Maye və qaz şəkilli dielektriklər

Mövzu 7. Maye və qaz şəkilli dielektriklər. Plan 1. Kondensator yağı. 2.Kabel yağı. 3. Sintetik (süni) maye dielektriklər 4.Digər sintetik mayelər. 5.Transformator yağının köhnəlməsi və istismarı 6.Qaz şəkilli dielektriklər və onların əsas xüsusiyyətləri Ədəbiyyat

josiah
Download Presentation

Mövzu 7. Maye və qaz şəkilli dielektriklər

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Mövzu 7. Maye və qaz şəkilli dielektriklər Plan 1. Kondensator yağı. 2.Kabel yağı. 3. Sintetik (süni) maye dielektriklər 4.Digər sintetik mayelər. 5.Transformator yağının köhnəlməsi və istismarı 6.Qaz şəkilli dielektriklər və onların əsas xüsusiyyətləri Ədəbiyyat 1.Богородицкий Н.П. и др. Электротехнические материалы. Издание шестое, переработанное. Л., «Энергия», 1977. 2.Корицкий Ю.В. и др. Справочник по электротехническим материалам. Л., «Энергоатомиздат», 1988. 3.Казарновский Д.М., Тареев Б.М. Испытание электроизоляционных материалов и изделий.Л., «Энергия», 1980. 4.Васильев Н.П. Лабораторные работы по электроматериаловедению. М., «Высшая школа», 1982.

  2. Kondensator yağı Kondensator yağından kağız kondensatorları, xüsusilə də fazaların induktiv sürüşməsini kompensasiya etmək üçün nəzərdə tutulmuş güc kondensatorlarını hopdurmaq üçün istifadə olunur. Kağız dielektrikə yağın hopdurulması onun həm dielektrik nüfuzluğunun, həm də elektrik möhkəmliyinin yüksəlməsinə səbəb olur. Bundan başqa, bu proses verilmiş işçi gərginlik, tezlik və tutumda kondensatorun ölçülərinin, çəkisinin və dəyərinin azalmasına imkan verir.

  3. Kabel yağı Kabel yağları elektrik güc kabellərinin istehsalında istifadə olunur. Bu kabellərin kağız izolyasiyasında belə yağlar hopdurulur ki, bu da elektrik möhkəmliyinin yüksəlməsinə və istilik itkilərinin kənarlaşdırılmasına səbəb olur. Kabel yağları müxtəlif növlərdə olur. İşçi gərginliyi 35kV-a qədər olan qurğuşun və ya alüminium örtüklü adi güc kabellərinin izolyasiya kağızına əsasən nisbətən kiçik özlülüklü (kinematik özlülüyü +200S-də 37·10-6 m2/san-dən artıq olmayan və +500S-də 9,6·10-6 m2/san-dən artıq olmayan) MH-4 markalı yağ hopdurulur. Özlülüyü artırmaq üçün bu yağa kanifol və ya sintetik qatılaşdırıcı əlavə olunur. 110kV və daha yüksək gərginlik üçün nəzərdə tutulmuş yağla doldurulmuş kabellərdə də həmin markadan olan yağ istifadə olunur və onun tərkibinə özlülükartırıcılar əlavə edilmir. Bu kabellərin istismarı zamanı xüsusi hopdurucu qurğuların köməyi ilə 0,3...0,4MPa izafi təzyiq saxlanılır

  4. Sintetik (süni) maye dielektriklər Yuxarıda təsvir olunan neft mənşəli elektroizolyasiya yağları bir sıra üstünlüklərə malikdir ki, bu da onların daha geniş tətbiq tapmasını təmin edir: ►bu yağlar nisbətən ucuz başa gəlir; ► neft emalı zavodlarında böyük miqdarda istehsal oluna bilir; ► yaxşı təmizlənmədən sonra kifayət qədər kiçik tgδ və daha böyük elektrik möhkəmliyinə malikdir. Lakin, bəzi hallarda bu yağların keyfiyyəti bir o qədər də yüksək olmur. Məsələn, tam yanğın təhlükəsizliyi və partlayış təhlükəsizliyi tələb olunduqda yağla doldurulmuş transformatorlar və digər aparatlar tətbiq oluna bilmir.

  5. Transformator yağının köhnəlməsi və istismarı Transformator yağının təyinatı ikilidir: birincisi, yağ, lifli izolyasiyanın məsamələrini, həmçinin dolağın naqilləri arasındakı və dolaqla transformator çəni arasındakı boşluğu dolduraraq, izolyasiyanın elektrik möhkəmliyini əhəmiyyətli dərəcədə yüksəldir; ikincisi, o transformatorun dolaqlarında və nüvəsində yaranan itkilərin ayırdığı istiliyin götürülməsini yaxşılaşdırır.

  6. Yağın köhnəlmə sürəti aşağıdakı hallarda artır:►transformatorda yağın işçi temperaturu artdıqda (ən yüksək işçi temperaturu 95oS-yə bərabərdir);► elektrik sahəsi təsir edərkən;► işığın və günəş süalarının təsirindən; ► yağın tərkibində metallar olduqda (mis, dəmir və s.).

  7. Yağın köhnəlmə prosesinin sürətini azaltmaq üçün aşağıdakı tədbirləri həyata keçirirlər:►İstismar zamanı yağa xüsusi inqibitorlar əlavə edirlər, hansılar ki, köhnəlmə prosesini ləngidir (ionol, amidoprin); ► Yağın reğenerasiyasını aparırlar; ► Yağın hava ilə təmas (görüşmə) səthini azaltmaq üçün genişləndirici tətbiq edirlər; ► Yağın periodik profilaktiki sınağını yerinə yetirirlər.

  8. Qaz şəkilli dielektriklər və onların əsas xüsusiyyətləri Qaz şəkilli dielektriklər olurlar: ►təbii; ► süni. Təbii qazşəkilli dielektriklərə bütün təbii qazlar, quru transformatorlarda, kabellərdə, kondensatorlarda, açarlarda və elektrik veriliş xətlərdə istifadə olunan hava aiddir. Süni qazşəkilli dielektriklər – bu azot, freon və başqalarıdır. Onları müxtəlif aparatlarda, elektrovakuum cihazlarda, lampalarda və s. tətbiq olunurlar. Lampalarda istifadə olunan qazlar: 1.Közərmə lampalarında – azot, arqon, kripton. 2.Lüminisent lampalarında – arqon, helium və s. 3.DRL lampalarında – arqon + civə (çox kiçik dozada).

More Related