220 likes | 890 Views
MÖVZU: Buğda, onun növmüxtəliflik və sort əlamətləri. AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. Mövzunun planı:. Buğda növləri Buğdanın növmüxtəliflik əlamətləri Buğdanın sort əlamətləri. Buğda. T axıllar fəsiləsinə triticum cinsinə aiddir
E N D
MÖVZU: Buğda, onun növmüxtəliflik və sort əlamətləri AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ Dosent, b.e.n. F.H.Qurbanov
Mövzunun planı: • Buğda növləri • Buğdanın növmüxtəliflik əlamətləri • Buğdanın sort əlamətləri
Buğda Taxıllar fəsiləsinə triticum cinsinə aiddir Çiçəyi-mürəkkəb sünbül, gövdəsi-içi boş buğumladan ibarət saman, kök sistemi isə saçaqlıdır. Sünbül – sünbül oxundan və sünbülcüklərdən ibarətdir. Hər sünbülcük kənarlardan sünbülcük pulcuqları və onların daxilində yerləşən 3-6 çiçəkdən ibarətdir. Hər çiçək daxili və xarici çiçək pulcuğu, onların daxilində yerləşən 1 erkəkcik 3 dişicikdən ibarətdir. Sünbülün üz və yan tərəfi olur: cərgə ilə biri o yana biri bu yanda düzülübsə yan tərəf, o birisi isə üz tərəfdir. Sünbülcük pulcuğunun tili, dişi və çiyni olur ki, bu da bütün sort və növlərdə fərqlidir.
Buğdanın mühüm növləri Buğda bitkisinin yabanı və mədəni olaraq 22-dən artıq növü məlumdur. Həmin növləri xromosom sayına görə 3 təbii qrupa bölürlər. 1)Diploid xromosom sayı 14 olan növlər, yəni 2n=14; Tr. monococum – təkdənli buğda, Tr. urartu – urartu buğdası, 2) Diploid xromosom sayı 28 olan növlər – 2n=28; Tr. durum – bərk buğda, Tr. dicocum – ikidənli buğda, Tr.polonicum – polşa buğdası, Tr. turgidium – ingilis buğdası yaxud qırtış buğda, Tr. timopheevi – timofey buğdası, Tr. orientali – turan buğdası, 3) Diploid xromosom sayı 42 olan növlər – 2n=42; Tr. aestivum – yumşaq buğda, Tr. macha – max buğdası, Tr. compactum – kompakt, cırtdan buğda, Tr. spelta - speltiom buğdası, Tr. vavilovi – van buğası.
Buğdanın mühüm növlərinin təsviri: Yumşaq buğda Yumşaq buğda – Tr. vulgare, yaxud – Tr. aestivum. Sünbülləri qılçıqlı və qılçıqsız, seyrək, üz tərəfləri yan tərəflərə nisbətən bir qədər enlidir. Qılçıqları yanlara dağınıq vəziyyətli olmaqla sünbülündən qısa, yaxud ona bərabərdir. Sünbülcük pulcuqları dərivarı, uzunluğuna görə çiçək pulcuqlarından azacıq qısadır. Sünbülcük pulcuğunun tili zəif ifadə olunur. Dənləri nisbətən qısa, iri, orta irilikdə və xırdadır. 1000 ədəd dənin kütləsi 15-16 qrama qədər dəyişilir. Rüşeymi dairəvi, enli, az-çox dərəcədə kəc vəziyyətli, kəkili kəskin inkişaf etmişdir. Endosperminin tərkibi əsasən unudulur.
Bərk buğda Bərk buğda - Tr.durum – sünbülləri iri və orta irilikdə, sıx, yan tərəfləri üz tərəflərinə nisbətən enli (qalınlığı enindən artıqdır), əsasən qılçıqlı (qılçıqsız formaları azdır), qılçıqları sünbülündən uzun və ona paraleldir. Sünbülcük pulcuqları dərivarı, sərt, çiçək pulcuqlarından azacıq qısa tili pulcuğun əsasına qədər kəskin ifadə olunmuşdur. Dəni iri, en kəsiyi bucaqlı kimi, rüşeymi uzunsov şişkindir. Kəkili zəif inkişaf etdiyi üçün çətin seçilir. Endosperminin konsistensiyası əsasən şüşəvaridir. 1000 dənin kütləsi 40-80 qrama çatır.
Turgidum, yaxud qırtış buğda Tr. Turgidum – Sünbülləri qılçıqlı və qılçıqsız, iri, sıx, yaxud seyrəkdir. Qılçıqları olduqca uzun və sünbülünə paraleldir. Sünbülcük pulcuqları çiçək pulcuqlarından 1/2 – 1/3 dəfə qısa, qabarıq, tili pulcuğun əsasına qədər kəskin inkişaf etmişdir. Bəzi formalarında sünbül oxunun üzvcükləri tüklü olur. Dəni çılpaq, yuvarlaq, orta irilikdədir. Endospermi unvarıdır (şüşəvarı sortlarına da təsadüf edilir). Küləşinin içərisi sünüblün alt hissəsində dolu, yaxud ensiz kanal kimi boş olur. Sünbülünün formasına, bitkisinin bioloji xassəsinə görə bərk buğdaya oxşardır. Ancaq ona nisbətən nəmliyə tələbatı çoxdur.
Kartli, yaxud qafqaz buğdası Tr. Persicum - sünüblün quruluşuna görə yumşaq buğdanın qılçıqlı formasına oxşayır. Sünbül həmişə qılçıqlı, seyrək, qılçıqları uzun və sünbülünə paraleldir. Sünbülcük pulcuqları nazik, dərivarı, uzunluğuna görə çiçək pulcuqlarına, demək olar ki, bərabərdir. Tili zəif inkişaf etmiş, til dişciyi qılçıq kimi uzundur. Dəni çıılpaq, uzunsov, kürək tərəfi qırışıqlı, endospermi şüşəvarıdır. Küləşinin içərisi başdan-başa boş olur. Xırda dənli, tezyetişən yazlıq növdür. Lakin istiliyə o qədər də tələbkar deyildir.
Lehistan (Polşa) buğdası Tr. Polonicum – sünbülləri qılçıqlı və qılçıqsız, sıx, yaxud az-çox dərəcədə seyrəkdir. Qılçıqları olduqca uzun, yaxud qısa, sünbülünə paraleldir. Sünbülcük pulcuqları çiçək pulcuqlarından uzun və ya onlara bərabər, vələmirdə olduğu kimi nazik və şüşəvaridir. Dənin uzun olmasına baxmayaraq nazik olduğu üçün unçıxımı keyfiyyəti aşağı olur. Hazırda bu növə Zaqafqaziyada, Sibirdə və Ukraynada təsadüf edilir.
Qısa buğda Tr. Compactum – sünbül qısa, olduqca sıxdır. Digər əlamətlərə yumşaq buğdada olduğu kimidir. Ancaq ona nisbətən çətin döyülür. Əsasən Zaqafqaziyada yayılmışdır. Azərbaycanda Naxçıvanda, Göyçay və Mingəçevir rayonlarında yumşaq buğda əkinlərində qarışıq kimi tapılır.
Spelta buğdası Tr. Spelta – sünbülü olduqca uzun, seyrək, əsasən qılçıqdır. Qılçıqları sünbülündən qısa və yanlara dağınıqıdr. Sünbülcük qalın, sərt dərivarı, tili iti, çiyin diş kimi çıxıntılıdır. Dənləri pərdəli (döyüm zamanı sünbülcüklərə ayrılır), uzunsov nazikdir. Endospermi unludur. Sünbülcükdə əksər hallarda iki dən əmələ gəlir. Küləşinin içərisi başdan-başa boş olur. Qışlıq və yazlıq formaları vardır.
İkidənli buğda (pərinc) Tr. Dicoccum – sünbülləri qılçıqlı və qılçıqsız, sıx, yan tərəfləri sıxılmış, qılçıqları uzun və sünbülünə paraleldir. Hər sünüblcükdə iki qılçıq olur. Sünbülcük pulcuqları sərt, dərivarı, nəhayəti dərivarı, tili iti, dişiciyi qısa və kütdür. Dəni pərdəli və çətin döyüləndir. Sünbülcükdə iki dən əmələ gəlir. Küləçinin içərisi boş, yaxud yuxarı hissəsində doludur. Pərinc buğdası xəstəliklərə və ziyanvericilərə, quraqlığa qarşı davamlılığına, dənlərinin zülal maddəsi ilə zəngin olmasına və bitkisinin yerə yatmasına görə üstünlük təşkil edir. Dənindən yüksək keyfiyyətli yarma istehsal edilir. Əksər formaları yazlıqdır.
Mədəni birdənli buğda Tr. monococcum – sünbülü qılçıqlı, sıx, yan tərəfləri kəskin sıxılmış vəziyyətlidir. Qılçıqsız forması məlum deyildir. Qılçıqları olduqca uzun və paraleldir. Sünbülcük pulcuğu ikidişciklidir. Sünbülcükdə iki dişicik əmələ gəlir. Onlardan biri qılçıqlı və məhsuldar (dən əmələ gətirən), digəri isə məhsulsuzdur. Dənləri pərdəli, xırda və nazikdir. Küləşin içərisi boş, yaxud yuxarı hissəsi doludur. Yabanı birdənli buğdadan sünbülünün uzun, ona nisbətən enli, küləşin hündürlüyü və yerə yatmayan olması ilə fərqlənir.
Yabanı ikidənli buğda Tr. Dicoccum – sünbülləri qılçıqlı və qılçıqsız, sıx, yan tərəfləri sıxılmış, qılçıqları uzun və sünbülünə paraleldir. Hər sünüblcükdə iki qılçıq olur. Sünbülcük pulcuqları sərt, dərivarı, nəhayəti dərivarı, tili iti, dişiciyi qısa və kütdür. Dəni pərdəli və çətin döyüləndir. Sünbülcükdə iki dən əmələ gəlir. Küləçinin içərisi boş, yaxud yuxarı hissəsində doludur. Pərinc buğdası xəstəliklərə və ziyanvericilərə, quraqlığa qarşı davamlılığına, dənlərinin zülal maddəsi ilə zəngin olmasına və bitkisinin yerə yatmasına görə üstünlük təşkil edir. Dənindən yüksək keyfiyyətli yarma istehsal edilir. Əksər formaları yazlıqdır.
Buğdanın növmüxtəlifliyinin təyini • Sünbülün qılçıqlılığı – • Sünbülün rəngi • Qılçıqların rəngi • Dənlərin rəngi • Sünbülcük pulcuqlarının üzərinin tüklülüyü
Buğdanın növmüxtəlifliyinintəyini • Buğdanın növmüxtəlifliyini təyin etmək üçün aşağıdakı morfoloji əlamətlərdən istifadə edilir: • Sünbülün qılçıqlılığı – qılçıqlı, qılçıqsız; • Sünbülün rəngi – ağ, qırmızı, qara və qaramtıl göy; • Qılçıqların rəngi – buğdanın qılçıqlarının rəngi ya sünbüllə eyni (sünbülü və qılçıqları ağ, sünbülü və qılçıqları qırmızı), yaxud başqa rəngli (sünbülü ağ, qılçıqları qara, sünbülü qırmızı, qılçıqları qara) olur; • Dənlərin rəngi – buğdada dənlərin rəngi şərti olaraq ağ və qırmızı adlanır. Sarımtıl, sarı, kəhrəba rəngli dənlər ağ, çəhrayı, qırmızı, qırmızımtıl-darçını dənlər isə qırmızı rəngli hesab edilir; • Sünbülcük pulcuqlarının üzərinin tüklülüyü – məxmər kimi tüklü, yaxud çılpaq (tüksüz).
Buğdanın əsas sort əlamətləri Sünbülün forması Sünbülün uzunluğu Sünbülcük pulcuğunun forması Sünbülcük pulcuğunun çiyni Til dişinin uzunluğu Dən Sünüblün sıxlığı
Buğdanın əsas sort əlamətləri • Sünbülün forması. Sünbülün forması onun uzunluğuna, enkəsiyinə və • çevrəsinə əsasən təyin edilir • Sünbülün uzunluğu. Sünbülün uzunluğu sortun xüsusiyyətindən, rayonun • torpaq-iqlim şəraitindən və aqrotexnikanın səviyyəsindən asılı olaraq çox kəskin dəyişir. • 3. Sünbülcük pulcuğunun forması. Sünbülcük pulcuğunun forması hətta bir sünbülün üzərində də müxtəlif olur. Azərbaycan buğdalarında əksərən lanset, oval, yumurta və kürəşəkillidir. • 4. Sünbülcük pulcuğunun çiyni. Pulcuğun dişiciyinin əsasından xarici yarımhissənin kənarına qədər olan məsafə çiyin adlanır. • 5. Til dişinin uzunluğu. Dişiciyin uzunluğu 2mm-ə qədər olduqda qısa, 2-5 mm olduqda orta uzunluqda, 6-10 mm olarsa uzun və əgər 10 mm-dən uzun olarsa qılçığa bənzər dişcik adlanır. Formasına görə isə düz, yaxud əyri olur. • 6. Dən. Buğdanın dəni formasına, iriliyinə, rənginin intensivliyinə, endosperminin konsistesiyasına görə təyin edilir. Dənin uzunluğu sortlar üzrə • 7. Sünüblün sıxlığı. Sünbül oxunun üzərində olan sünbülcüklərin sıxlığı eyni zamanda sünbülün də sıxlığı hesab edilir