1 / 14

Mühazirəçi texnika elmləri namizədi İsmayılov Nazim Köçəri oğlu

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI İnformasiya texnologiyaları, aqromühəndislik və energetika fakültəsi Kənd təsərrüfatı maşınqayırması, standartlaşdırma və sertifikasiya kafedrası. METROLOGIYANIN ƏSASLARI - FƏNN. § 10. QƏRBİ AVROPA ÖLKƏLƏRİNDƏ METROLOGİYA.

arawn
Download Presentation

Mühazirəçi texnika elmləri namizədi İsmayılov Nazim Köçəri oğlu

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETIİnformasiya texnologiyaları,aqromühəndislikvə energetika fakültəsiKənd təsərrüfatı maşınqayırması, standartlaşdırma və sertifikasiya kafedrası METROLOGIYANIN ƏSASLARI - FƏNN. § 10. QƏRBİ AVROPA ÖLKƏLƏRİNDƏ METROLOGİYA Mühazirəçi texnika elmləri namizədi İsmayılov Nazim Köçəri oğlu GƏNCƏ -2010

  2. P L A N: 1. Qərbi –Avropa regionunda metroloji fəaliyyə- tin nizamlanması. 2. Yoxlanmaya nəzərdə tutulan ölçü vasitələrinin təsdiq olunma üsulları 3. Bağlamalara nəzarət. 4. Almaniyada metoloji fəaliyyətin özəlləşdirilmə- si.

  3. Ə D Ə B İ Y Y A T 1. Смитлз К. Дж. Металлы: Справ. изр. Пер. с англ., 1980, 447 с. 2. Димов Ю.В. Метрология, стандартизация и сертификация: Учебник для вузов. 3-е изд. – СПБ.: Питер, 2020.-464 с.: ил.- (серия «Учебник для вузов»). 3. Аристов А.И. Метрология, стандартизация и сертификация: Учебник длястад. Высш. Учеб. Даведений /А.И.Аристов, Л.И.Карпов [и. др.]. – М.: Издательский центр «Академия», 2006. -384 с. 4. Крылова Г.Д. Основы стандартизации, серти-фикайии, метрологии: учебник для вузов. -3-е изд. Пер. и доп. –М.: ЮНИТИ –ДАНА, 2007. –671 с.

  4. Qərbi Avropa regionu ölkələrində metroloji fəaliy-yət, o cümlədən ölçmələrin vəhdətinin təmin edilməsi məsələləri, konstruksiyaların maddələri və yaxud qanun-vericilik aktları ilə nizamlanır: - Böyük Britaniyada – sonuncu redaksiyada 1985 –ci ildə “ölçülər və çəkilər haqqında” qanunla; - Almaniyada – Konstitusiya ilə (m. 73 və iki əsas qanunla: “Ölçmə işi və yoxlama barədə” və “Ölçü vahidləri və ölçmə işə barədə”. Hər iki sənəd 1985 – ci ildə qəbul edilmişdir. - ABŞ – da – Konstitusiya ilə (bölmə 8,m 1) və bəzi qanunlarla məsələn “Metrik sistem barədə” (1966), “Malların qablaşdırılması və saxlanması” (1966) və b. - Fransada – “Metrik sistem və ölçü vasitələrinin yoxlanması barədə” (1985).

  5. Praktiki olaraq bütün dövlətlərdə ölçmələrin vəhdəti ilə əlaqədar olan elmi və metodiki problemlər dövlətin məsələsi kimi baxılır və onların həllini dövlət metroloji institutları və laboratoriyaları yerinə yetirir. Məsələn, Böyük Britaniyada əsas elmi metroloji mərkəz – Milli fiziki laboratoriyadır. Qərbi Avropa ölkələrində ölçmələrin vəhdətinin təmin olunmasına, eləcədə digər metroloji problemlərin həllinə AVROMET –in fəaliyyəti kömək edir. Bu işdə ən böyük töhfə Almaniyanın Federal fiziko –texniki institutu tərəfindən verilmişdir.Almaniya Avropanın bütün metroloji təşkilatların fəal üzvüdür və onun qanunverici və praktiki metrologiyada olan nailliyyətləri beynəlxalq miqyasda metrologiyanın nailliyyətlərini əks etdirir.

  6. Ölçülər və çəkilər, vaxtın təyin edilməsi sahəsindəki qanunvericilik federal səviyyənin səlahiyyətidir. Federal səviyyədə metrologiyanın hüquqi əsasları aşağıdakı qanunlarla müəyyən edilmişdir. “Ölçü vahidləri barədə”, “yoxlama barədə”, “Tibbi cihazlar barədə”, eləcədə aşağıdakı sərəncamlarla: “yoxlama barədə”, “Hazır bağlamalar barədə”, “Tipin təsdiq olunmasına və yoxlanmaya sərf olunan işə görə ödəniş barəsində”, “Metrologiya sahəsindəki pozulmalar barədə” (inzibati). Bütün qanunverici müddəaların praktiki olaraq tətbiqi yerlərdə yoxlama idarələrinə həvalə olunmuşdur və Federal fiziko –texniki institutun onların fəaliyyətinə müdaxilə etmək səlahiyyəti yoxdur. İnstitutun əsas vəzifələri aşağıdakılardır: ölçü vahid-lərinin müəyyən edilməsi, dövlət etalonlarının işlənməsi,

  7. saxlanması və tətbiqi, ölçü vasitələri tipinin sınaqları və təsdiq edilməsi. Yoxlamaya uğradılan ölçü vasitələri iki üsulla təsdiq olunurlar: - sınaqların keçirilməsi və tipin təsdiq olunması; - (belə ölçü vasitələri təxminən 60% - dir); - ümumi təsdiqləmə (sadə konstruksiyalı qurğu üçün və cihazlar üçün). Təsdiqləmə müxtəlif səviyyələrdə aparılır: milli təsdiqləmə; ДJB –nin təsdiqləməsi (köhnə direktivlər əsasında); AJ –nın təsdiqləməsi (qlobal konsepsiya prin-sipləri əsasında). AJB təsdiqləməsində Avropa İttifaqı çərçivəsindəki ilkin yoxlama direktivlər yaxud milli sənədlər üzrə yerinə yetirilə bilər.

  8. AJ –nın direktivi olduqda, bu təşkilatın bütün üzvləri üçünölçü vasitələrin yoxlanması həmin direktivin tələb-lərinə uyğun olaraq yerinə yetirilir. Yoxlama üçün cihazların ümumi miqdarının 5% -i seçilir, yoxlama müddəti 2 ildən artıq olmur. Elektrik sayğacları istisnalıq təşkil edirlər. Onlar 16 ildə bir dəfə yoxlanılır. Hazır bağlamalara nəzarət maraqlı bir təcrübənin nəticəsidir. Bu nəzarətin məqsədi istehlakçının hüquq-larının qorunmasından, bağlama hazırlayan müxtəlif müəssisələr arasında rəqabət yaratmaq üçün bərabər şəraitlərin yaradılmasından,ticarətin nizama salınması və yaxşılaşdırılmasından ibarətdir. Bağlamalar bilavasitə alman təcrübəsini nəzərə alan tələblər Aş bir neçə direk-

  9. direktivlərində, eləcədə QMBT –nın 79 və 87 saylı töv-siyələrində göstərilmişdir. Bağlamanı hazırlayan müəs-sisə bağlanan yerdə seçmə yolu ilə dağıtmadan nəzarət aparır. Nəzarətin nəticələrini statistik nəzarətdə istifadə olunan kartlara oxşar kartlarda qeyd olunur. Qeyd olunanlar: malın xarıcı görünüşü, taranın kütləsi, parametrlərin orta qiyməti, nəzarə-tin vaxtı və nəzarət-çinin soyadı. Qablaşdırma müəssisəsində Dövlət yoxla-masından yalnız nəzarət tərəziləri keçirilir. Müəssisədə aparılan nəzarətin nəticələrini yoxlama idarəsi hazır bağlamaların düzgün saxlanmasına nəzarət etdiyi vaxt yoxlayır. Yoxlamanın haqqını bağlamaları hazırlayan müəssisə ödəyir. Nadir hallarda hazır başlamalar müəs-sisənin ambarında xüsusi qaydalar üzrə yoxlanılır.

  10. Federal iqtisadiyyat Nazirliyi narazılıqların faizini (orta hesabla 7%) göstərməklə yoxlamaların ümumiləşdirilmiş nəticələrini dərc edir. Eyni vaxta “saxta bağlamaların” faizi də göstərilir. Bu bağlamaların 30% həcmi boş olur və alıcıda onun həcmi barədə yanlış təsəvvür yaradır. Almaniyada 85 yoxlama idarələrində bağlamalar üzrə 130 mütəxəssis çalışır. Almaniya metroloji təcrübəsinin xüsusiyyətlərindən biri özəlləşdirmə tendensiyasıdır. Bu özünü bəzi dövlət funksiyalarının qeyri –hökümət təşkilatlarına verməklə idarə edilməyə sərf olunan dövlət xərclərinin azaldılması zərurətində özünü göstərir. Misal üçün, qanunvericiliyə görə məişət sayğacları (qazın, suyun, elektrik enerjisinin, istiliyin) yalnız döv-

  11. lət laboratoriyaları tərəfindən yoxlandıqdan sonra istifadə oluna bilərlər. Onlarla yanaşı bu sayğacların yoxlanması üçün özəl laboratoriyalar yaradılır. Laboratoriyalar dövlət idarələri tərəfindən akkredi-tasiyadan keçirlər və eyni vaxtda onlar bəzi şərtlərə və tələblərə riayət etməlidirlər. Adətən belə laboratoriyalar özəl firmaların nəznində yaradılır və onların hesabına saxlanılır. Laboratoriyanın müstəqil olması üçün onun rəisi firmanın rəhbərliyinin tabe-çiliyindən çıxarılır və yoxlayıcı idarənin tabeçiliyinə verilir. Dövlət tərəfindən tanınmış laboratoriyalara nəzarəti yoxlayıcı idarələr iki istiqamət üzrə yerinə yetirir: hüquqi və ixtisaslı. Artıq Almaniyada qanunverici metroloji infrastruk-turun bir hissəsi olan 400 – dən artıq tanınmış özəl

  12. yoxlama laboratoriyaları fəaliyyət göstərir. Özəl labora-toriyalar vergi ödədikləri üçün ölçü vasitələri isteh-lakçılarına etdiyi qulluq bir qədər baha başa gəlir. Dövlət laboratoriyaları vergilərdən azaddır. Özəl labo-ratoriyalar sayğac sahibləri tərəfindən maliyələşdirilir. Federal yoxlama idarələri dövlət büdcəsindən mali-yələşdirilir. AŞ –na üzv olan dövlətlərdə ölçü vasitələrinin AŞ direktivinin tələbləri nə uyğunluğunu göstərən xüsusi markalama qəbul edilmişdir. Məsələn, əgər cihazın üzə-rindı CЄ940104 M işarəsi göstərilirsə, bu aşağıdakını ifadə edir: CЄ – AŞ direktivlərinin tələblərinə uyğunluq nişanı 94 – cihazın ilk yoxlamasının aparıldığı il 0104 – yoxlama laboratoriyasınn sifri

  13. M – yaşıl rəngli – ölçü vasitəsinin işarəsi. AŞ –da ölçü vasitələrinin uyğunluğunun qiymətlən-dirilməsində istehsalç tərə-findən seçilən və ərizə - dekalrasiyada göstərilən modullardan istifadə olunur.

  14. Diqqətinizə görə çox sağ olun. TƏRTİBAÇI İSMAYILOVA HİCRAN

More Related