151 likes | 1.19k Views
AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ BAYTARLIQ TƏBABƏTİ VƏ ƏCZAÇILIQ FAKÜLTƏSİ EPIZOOTOLOGIYA, MIKROBIOLOGIYA VƏ PARAZITOLOGIYA KAFEDRASI . FƏNN: İnfeksion xəstəliklərin əsasları MÖVZU: “İnfeksiya və immunitet haqqında təlim”
E N D
AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİAZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ BAYTARLIQ TƏBABƏTİ VƏ ƏCZAÇILIQ FAKÜLTƏSİEPIZOOTOLOGIYA, MIKROBIOLOGIYA VƏ PARAZITOLOGIYA KAFEDRASI FƏNN: İnfeksion xəstəliklərin əsasları MÖVZU: “İnfeksiya və immunitet haqqında təlim” MÜHAZİRƏÇİ: dosent Ələsgərov Zahir Əmir oğlu Gəncə-2010
PLAN • Infeksiya haqqında məlumat • Immunlaşdırıcı subinfeksiya • Immunitet haqqında məlumat • Orqanizmin immunobioloji dəyişiklikləri. • Rezistentlik
Istifadə olunan ədəbiyyatlar • R.A.Qədimov, İ.B.Məmmədov, S.Ə.Culfayev- “Xüsusi epizootologiya”. Bakı, Maarif, 1990. • R.A.Qədimov, İ.B.Məmmədov, Z.Ə.Ələsgərov- “Epizootologiya”. Bakı, Maarif, 1998. • Z.Ə.Ələsgərov- “İnsanlar üçün təhlükəli heyvan xəstəlikləri”., 2006. • R.A.Qədimov, Z.Ə.Ələsgərov, Q.Ə.Dünyamalıyev, İ.B.Məmmədov – “Kənd təsərrüfatı heyvanlarının infeksion xəstəliklərinin diaqnostikası və profilaktikasında işlədilən bioloji preparatlar” Gəncə 2002. • Z.Ə.Ələsgərov, E.M.Aqayeva, Q.Ə.Dünyamalıyev– “Baytarlıq virusologiyası” Bakı 2009.
İnfeksiya müəyyən kliniki əlamətləri ilə özünü göstərən infeksion xəstəlik haqqında və gizli - yəni latent, inapparant infeksiya, immunlaşdırıcı subinfeksiya və mikrobdaşıyıcılıq halında gedir. • İnfeksion xəstəliklər yaxşı öyrənilməklə bunlar qeyri-infeksion xəstəliklərdən spesifikliyi, kontagiozluğu, mərhələlərlə inkişafı və postinfeksion immunitetin yaranması ilə səciyyələnir. • Spesifiklik dedikdə belə başa düşülür ki, hər bir infeksion xəstəliyi müəyyən növ mikrob törədir. • İnfeksion xəstəliklər zamanı xəstəlik törədicisinin xəstələrdən sağlamlara kontakt və ya aralıq obyektləri vasitəsilə verilməsi halı kontagiozluq adlanır. Çiçək, dabaq, donuzların taunu, atların qripi yüksək dərəcədə kontagioz xəstəliklər hesab edilir. • İnfeksion xəstəliklərin əvvəlcə inkubasiya, sonra prodremal, daha sonra klinik dövr və nəticə halında getməsi onların mərhələlər üzrə getməsini göstərir. • İnfeksiya törədicilərinin orqanizmə daxil olması anından ilk kliniki əlamətlərinin görünməsinədək, latent infeksiyalarda isə immunobioloji reaksiyaların ilk müsbət nəticəsinədək olan dövrə inkubasiya dövrü deyilir.
Bu dövr bütün infeksion xəstəliklər üçün xarakterikdir, müddəti isə müxtəlif olmaqla bir neçə saatdan, bir neçə günə, bəzi infeksiyalar zamanı isə bir neçə aya qədər davam edir. Eyni bir xəstəlikdə də inkubasiya dövrü orqanizmin ümumi davamlılığı və xəstəlik törədicisinin virulentlik dərəcəsindən asılı olaraq müxtəlifdir. İnkubasiya dövründə heyvan orqanizmində mikrob çoxalır, onun toksini toplanır, maddələr mübadiləsi pozulur, qanın formalı elementlərində müəyyən keyfiyyət və kəmiyyət dəyişiklikləri baş verir, ancaq heç bir kliniki əlamət görünmür. • İnkubasiya dövrü sonra prodromal dövrlə əvəz olunur ki, bu da bir neçə saatdan 1-2 günə qədər davam edir. Bu dövrdə qeyri-spesifik əlamətlər- yəni zəiflik, ümumi ölgünlük, iştahanın pozulması və bəzən temperaturun az dərəcədə yüksəlməsi müşahidə olunur. • Prodromal dövr kliniki əlamətlər görünən dövrlə əvəz olunur. Bu dövrdə xəstəliyə məxsus olan əlamətlərin hamısı müşahidə edilir. Həmin dövrün müddəti heyvan orqanizminin davamlılıq dərəcəsindən asılı olaraq eyni bir xəstəlikdə də müxtəlifdir. • İnfeksion xəstəliklərin kliniki əlamətləri həddən artıq müxtəlif tərzdə müşahidə edilir ki, bu da ayrı-ayrı orqanların funksional və üzvi dəyişiklikləri ilə əlaqədardır. Bəzi kliniki əlamətlər, məsələn, temperaturun yüksəlməsi əksər infeksion xəstəliklər üçün xarakterikdir. Orqanizmdə istiliyin tənzimlənməsinin pozulması pirogen faktorların - yəhi bakterial toksinlərin, hüceyrə və toxumaların parçalanmasının aralıq məhsııllarının təsirindən baş verir. İsitmənin müddəti və temperatur əyrisinin xarakteri xəstəliklərin xarakterindən asılı olaraq müxtəlifdir. Belə ki, temperaturun yüksəlməsi kəskin, qəflətən və tədricən aşağı düşməsi də kritik və litik ola bilər.
İnfeksion xəstəliklər zamanı bakterial və toxuma mənşəli toksiki məhsullar ürək əzələsi və qan damarlarına, həmçinin vegetativ sinir sisteminə təsir edərək ürək-damar sisteminin zədələnməsinə səbəb olur. Nəticədə həm funksional, həm də üzvi dəyişikliklər baş verir. Bakterial toksinlərin təsirindən mədə-bağırsaq şöbəsində iltihablı-destruktiv dəyişikliklər, fermentativ, sekretor və ekskretor funksiyaların pozulması əmələ gəlir. • Mərkəzi sinir sisteminin zədələnmələri zamanı heyvanlarda oyanıqlıq və ya ölgünlük, adinamiya, qıcolma, reflekslərdə dəyişkənlik və meninqoensefalit simptomları görünür. • İnfeksion prosesin yüngül gedişi zamanı orqanizmin bütün fizioloji sistemlərinin pozulmuş funksiyaları bərpa olunur, kliniki əlamətlər zəifləyir və rekonvalessensiya dövrü yaranır. Bu dövrün müddəti xəstəliyin xüsusiyyətindən, heyvanlarin immunoloji reaktivliyindən, onların saxlama və yemləmə şəraitindən, habelə müalicənin effektliyindən asılıdır. Sağalma hər vaxt tam şəkildə olmur. Belə ki, müəyyən müddət ərzində müəyyən orqanların funksiya pozğunluğu nəzərə çarpır. Rekonvalessentlər çox vaxt infeksiya törədicilərini xarici mühitə ifraz edir. • İnfeksion xəstəliklər zamanı heyvanların bəzilərində qəflətən, digərlərində isə tədricən baş verən zəiflik və arıqlıqdan onların tələf olması müşahidə olunur. • İnfeksion xəstəliklər ildırımvari, iti, yarımili, xroniki abortiv gedişə malik olmaqla, tipik və atipik formalarda törəyir.
Bəzən patoloji prosesin daha çox lokalizasiya yerinə görə də xəstəliyin formaları qeyd edilir. Məsələn, qarayarada xəstəliyin ağciyər, bağırsaq və dəri formaları nəzərə çarpır. • Xəstəliklərin ildırımvarı gedişi zamanı sürətlə artan septisemiya və toksemiya nəticəsində heyvanlarda ölüm baş verir. Xəstəliklərin xarakterik kliniki əlamətləri ildırımsürətli gediş zamanı tam şəkildə inkişaf edə bilmir. • Xəstəliyin iti gedişi 1 gündən bir neçə günə qədər davam elməklə, kliniki əlaməlləri xarakterik şəkildə nəzərə çarpır. • Yarımiti gedişdə xəstəlik daha çox davam edib, kliniki əlamətlər tipik olmaqla, ancaq zəif dərəcədə görünür. Belə gedişdə patoloji-anatomik dəyişikliklər daha xarakter olur. Xəstəliklərin xronik gedişində isə patoloji proses aylarla, bəzən illərlə davam edir. Kliniki əlamətlər zəif dərəcədə müşahidə edilir, bəzi dövrlərdə isə tamamilə itir. Belə vəziyyət atlarda infeksion anemiya, manqo, kənd təsərrüfatı heyvanlarında vərəm və brusellyoz xəstəlikləri zamanı müşahidə edilir. Ona görə də bu cür xəstəliklərə diaqnoz qoymaq çətindir. Xəstəliklərin xronik gedişi, əsasən zəif və yüksək virulentlikli törədicilərin, həmçinin yüksək rezistentlikli törədicilərin, həmçinin yüksək rezislentlikli heyvan orqanizminə düşməsi zamanı müşahidə edilir. Xəstəliklərin yuxarıda qeyd olunan gedişi bəzən dəyişilərək bir-birinə keçə bilər. Məsələn, donuzların qızıl yelinin kəskin və yarımiti gedişi bəzən xronik gedişlə nəticələnir. Bəzən isə xronik gediş dəyişilərək iti gedişlə əvəz olunur ki, belə vəziyyəti, əsasən manqo, vərəm və s. xəstəliklər zamanı görmək olar.
Hər hansı bir xəstəlik üçün xarakterik olan bütün əlamətlər kompleks halda müşahidə edilirsə, xəstəliyin belə gedişi tipik forma adlanir. Bəzən xəstəlik həddən artıq ağır və ya yüngül gedərsə, bu xəstəliyin atipik forması adlanır. Son zamanlar infeksion xəstəliklərin atipik gedişi daha çox nəzərə çarpır ki, bu da heyvandarlıqda antibiotiklərin və digər müalicə vasitələrinin çox tətbiqi ilə izah edilir. Bundan başqa, xəsləliklərin atipik forması çox arıq heyvanlarda da müşahidə edilir ki, bu da onların orqanizmində immunobioloji reaktivliyin zəifləməsi ilə əlaqədardır. • Əgər xəstəliklərin tipik inkişafı qəflətən dayanırsa və baş verirsə, belə gediş infeksion xəstəliklərin abortiv gedişi adlanır. Belə vəziyyət orqanizmin ümumi rezistentliyinin yüksək dərəcədə olması ilə izah edilir. Bir sözlə xəstəliklərin abortiv gedişi qısamüddətli olmaqla yüngül formada gedir və çox vaxt mühüm kliniki əlamətlər nəzərə çarpmır. • Heyvanlarda infeksion xəstəlik prosesi tez bir zamanda sağalma ilə nəticələnirsə, xəstəliyin gedişi xoşxasəli, yüksək dərəcədə ağırlaşarsa, yaman xassəli adlanır. Bundan başqa, infeksion proses simptomsuz, gizli halda gedir, bu isə immunlaşdırıcı subinfeksiya ilə nəticələnir. Mikrobun az dozalarla orqanizmə dəfələrlə daxil olaraq immunobioloji reaksiyalar törətməsi, bunun əsasında spesifik antitellərin sintezi, xəstəlik törədicisinin mənbəyinə çevrilməsi hadisəsi immunlaşdırıcı subinfeksiya hadisəsi adlanır. İmmunlaşdırıcı subinfeksiyanı emfizematoz karbunkul, leptospiroz və bir çox infeksion xəstəliklərin törədiciləri yarada bilər.
Mikrobdaşıyıcılıq infeksiyanın xüsusi forması olub, kliniki sağalmadan sonra müəyyən müddət orzində heyvanlar arasında müşahidə edilir. Mikrobdaşıyan heyvanlar epizootoloji nöqteyi-nəzərdən qorxulu olub infeksiya törədicisinin potensial mənbəyi sayılır. Bəzi hallarda mikrobdaşıyıcılığın infeksion xostəliklə əlaqəsi olmur və özü sərbost halda qeyd edilir. Belə vəziyyətdə olan heyvan orqanizmində immunooloji dəyişikliklər görünmür, o yalnız bakterioloji və ya virusoloji müayinə üsulları ilə təyin edilir. Məlum olmuşdur ki, rezistentli sağlam heyvanlar salmonellyozun, pasterellyozun, qızıl yelin, saqqonun törədicilərinin daşıyıcıları ola bilər. Mikroblar belə halda, əsasən selikli qişalarda, badamcıqlarda, bağırsaqların limfa follikulalarında lokalizasiya edir və xarici mühitə tədricən və az miqdarda ixrac olunur. • Müəyyən səbəblərdən heyvanın ümumi rezistentliyi aşağı düşdükdə qeyd edilən xəstəlik törədiciləri fəallaşır, onların virulentliyi yüksəlir, nəticədə autoinfeksiyalar baş verir. Heyvanların ümumi rezistentliyini aşağı salan faktorlara misal olaraq onların uyğun zoogigiyeniki şəraitdə saxlanmaması, adinamiya, uzun müddot nəql etdirilməsi, yemlərin tərkibinin kəskin dəyişilməsi, yem payında zülalların az olması, intoksikasiyalar, digər infeksiyaların baş verməsi və s. göstərmək olar. İnfeksiya törədicilərinin gizli daşıyıcıları olan heyvan epizootiya cəhətdən çox qorxulu olmaqla bunlar müəyyən ərazidə epizootik ocağın saxlanmasında təkrar infeksiyaların baş verməsində böyük rol oynayır. • İnfeksiyanın bir formasının digərinə keçməsi qeyd edilir. Belə ki, mikrobdaşıyıcılıq və ya gizli infeksiya orqanizmin rezistentliyi aşağı düşdükdə infeksion xəstəliyə və əksinə infeksion xəstəlik isə gizli infeksiyaya keçə bilər.
İMMUNİTET • Immunitet (immunitas) -latınca qeyri-həssaslıq deməkdir. Yəni genetik yabançı maddəyə qarşı, o cümlədən, patogen mikroba və ya onun toksininə orqanizmin qeyri-həssaslığıdır. Klassik immunologiyaya və onun banilərinə (L.Paster, P.Erlix və İ.İ.Meçnikov) görə yoluxucu xəstəliklərə qarşı qeyri-həssaslıq dedikdə, xəstəliktörədiçi amillərə qarşı orqanizmi qoruyan sistem başa düşülməlidir. İmmunitet orqanizmin vacib bioloji uyğunlaşma funksiyası olub, onun genetik (antigen daimililiyini qoruyan) nazarətinə yönəldilir. İmmunitetin yaranmasında bütün orqanizm iştirak edir və bu mürəkkəb prosesin orqanizmin inkişafında mərkəzi sinir sistemi başlıca rol oynayır. • İmmunologiyanın bir sərbəst elm kimi həll etdiyi məsələlər və vəzifələr çox mürəkkəb və çətindir. Ancaq immunologiyanın əsas istiqaməti immunitetin faktorlarını vəmexanizmini öyrənməkdir. Bunun əsasını İ.İ.Meçnikov qoymuş və immunitetin əmələ gəlməsində faqositlərin rolunu öyrənib immunitetin faqositar nəzəriyyəsini (1887) irəli sürmüşdür. Bundan sonra 1901-ci ildə P.Erlix öz humoral nəzəriyyəsini təklif etmişdir. Sonralar isə Q.Sele (1942), F.Bernet (1959), P.F.Zdradovski (1961), Qaşek-Medavr (1964) və başqaları immunitetin əmələgəlmə mexanizmini öyrənib, bütün orqanizmin immunoresistiv təlimini və onun ümumi fizioloji qanunlarına tabe olmasını irəli sürmüşlər.
Müasir elmə görə infeksion xəstəliklərin törədiciləri və ya antigen təbiətli yabançı qıcıq, orqanizmdə qeyri-spesifik reaksiya əmələ gətirir. Orqanizmin immunobioloji dəyişkənliyi üç spesifik proseslə əlaqədardır: • Spesifik antigenlə reaksiyaya girən və qanda sirkulyasiya edən antitellərin biosintezi və təcili hiperhəssaslığın əmələ gəlməsi (A.E.Qurviç, 1968). • Ləngidilmiş hiperhəssaslığın yaranması (B.D.Bronda, 1965). • Tolerantlığın orqanizmdə baş verməsi ilə yanaşı orqanizmin xüsusi antigenlərə qarşı antitellər əmələ gətirmə qabiliyyətini itirərək, başqa antigenlərə qarşı antitellər törətməsi (T.N.Fontalin, 1968). Beləliklə, immunitetin orqanizmdə əmələ gəlməsinin immunobioloji reaktivliyi geniş surətdə spesifik və qeyri-spesifik reaksiyalardan və orqanizmin ümumi rezistentliyindən asılıdır. • Bədənə zülal təbiətli yabançı diri və yad cisim düşdükdə, onun bütün müdafiə qüvvələri fəallaşır, burada immunitetlərdən başqa ümumi rezistentlik də böyük rol oynayır. • Orqanizmin davamlılığında iştirak edən bütün qeyri-spesifik amillərin cəmi rezistentlik adlanır. Orqanizmdə immunitetin yaranmasında spesifik və qeyri-spesifik amillər bir-birilə sıx əlaqədardır. Orqanizmin qeyri-spesifik müdafiə mexanizmi kompleks xarakter daşıyır. İnsan və heyvan orqanizmi dəqiq surətdə "özününkünü" və "özgəni" fərqləndirir. Beləliklə, "özününkünü" -yəni orqanizmin normal hüceyrələrini və molekullarını patogen mikroblardan, patogen zülallardan, polisaxaridlərdən, irsi dəyişmiş hüceyrələrdən və başqa maddələrdən müdafiəsini təmin edir, "özgənin" isə antigenliyini parçalayıb ixrac edir. Beləliklə, immunitetin əsas vəzifəsi orqanizmin özünün və ya başqa genetik dəyişilmiş hüceyrələrin ləğv edilməsidir.
Orqanizmin müxtəlif orqan və toxumalarına patogen mikroblar daxil olduqda orqanizm müdafiə üçün qeyri-spesifik amilləri fəallaşdırır, sonra isə əks cisimlər və başqa spesifik amillər öz fəaliyyətini göstərir. İ.İ.Meçnikov, N.Y.Çistoviç, L.A.Taraseviç, İ.Q.Savçcnko, A.M.Bezredka və başqaları makroorqanizmin patogen mikrobların təsirinə davamlılığının mexanizmini geniş öyrənmişlər. Sonralar isə makroorqanizmin infeksion prosesdə rolunu İ.P.Pavlov, N.E. Vedenski, A.A.Boqomoles, Y.E.Kolyakov, A.D.Ado, P.F.Zdradovski, L.A.Zilber, Y.R.Kovalenko, A.A.Konopatkin, M.A.Sidorov vo başqaları öyrənmişlər. • Canlı orqanizmin təbii inkişaf prosesində müxtəlif mənfi hallara qarşı, bəzi qeyri-spesifik faklorla orqanizmə daxil olmuş patogen mikroblara təsir edir. • Antigen qıcığına orqanizmin spesifik reaksiyası immun cavab adlanır. Bunun nəticəsində orqanizmdə spesifik antitellər və spesifik sensibilləşdirilmiş limfositlər istehsal olunur. Bunlar müvafiq stimullaşdıran antigenləri neytrallaşdırıb parçalayır. Baxmayaraq ki, spesifik qoruyucu mexanizmin rolu çox böyükdür, orqanizmdə irsi hazır yabançı antigenə qarşı təbii qeyri-spesifik təsirə malik olan rezistentlik faktorları da var. Bu irsi qoruyucu mexanizmi konstitiv olaraq, təşkil edən hüceyrə və humoral komponentlor təbii rezistentlik faktoru adlanır. Ancaq makroorqanizmin qeyri-həssaslığı təkcə bunlarla təşkil olunmur. Çox vaxt bəzi heyvanların orqanizminə daxil olmuş mikrob üçün lazım olan boy maddələri, tcmperalur, pH, qidalandırıcı mühit və ya onların hüceyrələrində xüsusi reseptorları tapılmadığı üçün onlar inkişaf etmir. Orqanizmdə qeyri-həssaslığın inkişafında spesifik amillərdən başqa qeyri-spesifik, yəni imumi təsirə malik olan amillər də iştirak edir. Qeyri-spesifik amillərin əsasını müdafiə toxuma və hüceyrələri təşkil edir ki, onlar xəstəliktörədicinin orqanizmə keçməsinə və inkişafına maneçilik törədir. Rezistentlik amillərinə dəri və selikli qişalar, iltihab, faqositoz limfa vəziləri, humoral faktorlar (kompliment - properdin sistemi, qanın bakteriositliyi və s.) aiddir. 1-ci cədvəldə immunitetin faktorlarını və mexanizminin çoxluğunu nəzərə alaraq patogen mikroblar orqanizmə daxil olduqdan sonra əmələ gələn xassəsinə və təsirinə görə spesifik və qeyri-spesifik faklorlar göstərilir (A.A.Konopatkinə görə).