150 likes | 313 Views
T vinninq AQS-in 2009-cu il FP üzrə Azərbaycanda Tvinninq Layihələrinin Proqramlaşdırma Seminarı, Bak ı , may 11 , 2010. 1. T vinninq - Namizəd ölkələrin Avropa İttifaqına qoşulmasına yardım etmək məqsədilə Avropa Komissiyasının 1998-ci ildə irəli sürdüyü təşəbbüsüdür. 2.
E N D
Tvinninq AQS-in 2009-cu il FP üzrə Azərbaycanda Tvinninq Layihələrinin Proqramlaşdırma Seminarı, Bakı, may11, 2010 1
Tvinninq - Namizəd ölkələrin Avropa İttifaqına qoşulmasına yardım etmək məqsədilə Avropa Komissiyasının 1998-ci ildə irəli sürdüyü təşəbbüsüdür 2
Tvinninq layihəsi Tvinninq müəyyən sahədə Azərbaycan dövlət qurumu ilə Aİ Üzv Dövlətinin müvafiq qurumu arasında əməkdaşlıq alətidir Onun məqsədi təlimlər, yenidənqurma və həmçinin Aİ qanunlar toplusuna (EU Acquis) uyğun olaraq qanunların və nizamnamələrin yeniləşdirilməsi vasitəsilə Azərbaycan dövlət qurumunun müasirləşdirilməsi və təkmilləşdirilməsidir. 3
Azərbaycanda Tvinninq əməliyyatları 2007-ci ildən başlamışdır Hazırda : 6 davam etməkdə olan Tvinninq layihəsi vardır 9 Tvinninq layihəsi isə müxtəlif hazırlıq mərhələsindədir
Davam etməkdə olan Tvinninq layihələri: 1. Azərbaycan balıq məhsullarına dair Ərzaq Keyfiyyəti, Təhlükəsizlik Təminatı və Sertifikatlaşdırmanın hüquqi və texniki aspektlərinin təkmilləşdirilməsinə dəstək Texniki normativlər, standartlar və uyğunluğun qiymətləndirilməsi sahəsində Azərbaycana yardım 3. Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında Enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumunun icrasına dəstək
Azərbaycan Respublikası Milli Məclisinə dəstək 5. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə yardım 6. Milli hesablar, müşahidə olunmayan iqtisadiyyat, biznes statistikası və istehsalçı qiymətləri indeksi sahələrinin Avropa standartlarına çatdırılması sahəsində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə dəstək
TVİNNİNQİN ƏSAS PRİNSİPLƏRİ Tvinninq layihələri konkret nəticələrə gətirib çıxarmalıdır; Bu Aİ Üzv Dövlətindən Azərbaycana edilən birtərəfli yardım deyil, hər bir tərəfdaşın öhdəliklər götürdüyü prosesi əhatə edən birgə layihədir; Götürdükləri öhdəlikləri möhkəmləndirmək üçün Tvinninq tərəfdaşlar işə başlamazdan öncə təfsilatlı Tvinninq iş planı hazırlayırlar; Tvinninq layihəsi müəyyən bir Aİ Üzv Dövləti qurumunun inzibati sistemini təkrarlamaq DEYİL, Aİ-nin ən yaxşı təcrübələrini tətbiq etməkdə yardım etməkdir.
Aşağıdakı hallarda Tvinninq daha yaxşı nəticə verir: - Aydın məqsəd var; - islahatlar üçün mümkün ən yaxşı şərtləri irəli sürməkdə kifayət qədər siyasi iradə göstərmək lazımdır; - Klassik texniki yardım vasitəsindən daha çox, Aİ Üzv Dövləti və Azərbaycanın müvafiq qurumlarının birgə fəaliyyəti ilə məqsədə nail olmaq olar 8
Azərbaycan Tvinninqdən aşağıdakı kimi yararlana bilər Islahatları həyata keçirmək; Vətəndaşlar tərəfindən həyata keçirilən dövlət xidmətinin standartlarını artırmaq; Avropa dövlət qurumlarının ən yaxşı təcrübələrini istifadə etmək; Aİ Üzv Dövlətlərindən olan həmkarlarla tərəfdaşlığın əsasını qoymaq. 9
Tvinninq layihələri : - Azərbaycanda “tələbat əsasında” layihələndirilməlidir - Aİ qanunlar toplusunun ən azı bəzi elementlərini əks etdirməlidir - bəzi struktur islahat elementlərini əks etdirməlidir - sistematik problemi (epizodik deyil) həll etməlidir. 10
Tvinninq layihə sikli Tvinninq ideyalarının/konsepsiyasının hazırlanması Çərçivə Sazişi üçün Texniki Tapşırıq Tvinninq Fişinin hazırlanması Təkliflərə dəvət Aİ Üzv Dövlətinin Tvinninq Tərəfdaş seçilməsi Müqavilənin hazırlanması Müqavilənin imzalanması Tvinninq layihə fəaliyyətlərinin başlaması 11
Tvinninq ciddi öhdəliklər tələb edir! Ona görə də layihəyə başlamadan öncə düşünməlisiniz: Bu layihə sizin qurum və ölkə üçün niyə əhəmiyyətlidir? Bu layihədən uzun müddət üçün hansı faydalar gözlənilir? Layihənin sonunda hansı nəticələr əldə ediləcək? Nəzərdə tutduğunuz layihə Tvinninqə uyğundurmu, yoxsa texniki yardım layihəsi kimi irəli sürmək daha yaxşı olardı? Tvinninq layihə ideyasının Ümumi Məqsədi Azərbaycanın və Azərbaycan-Aİ əməkdaşlığının prioritetlərinə uyğundurmu? 12
Tvinninq layihəsinin müvəffəqiyyəti benefisiar qurumdan əhəmiyyətli dərəcədə əməkdaşlıq tələb edir: İşçi heyəti ilə (Layihə Rəhbəri, TRM Tərəfdaşı, işçi heyətinin təmin edilməsi) Infrastruktur təminatı ilə (kompyüter, telefon, faks, internetə girişin təmin edilməsilə ofis ayrılması)
Tvinninq layihəsi konsepsiyasının quruluşu 1. Benefisiar qurumun təsviri (ad, status, ümumi məlumat, ünvan, idarəetmə strukturu, işçilərin sayı və s.) 2. Tvinninq layihəsinin təsviri Layihənin təklif edilən adı; Təklif edilən mövzunun əhəmiyyətinə dair Aİ-Azərbaycan Fəaliyyət Planının və ya digər müvafiq sənədin müvafiq maddəsinə istinad; Layihənin ümumi məqsədi; Gözlənilən nəticələr, və s. 14
Proqram İdarəetmə Qurumu (PİQ) – Azərbaycanda Tvinninq üzrə əsas koordinator Cb.Sahil Babayev, PİQ-in Direktoru Cb.Ruslan Rustamli, PİQ-in Direktor Müavini Yardımların Əlaqələndirilməsi Bölməsi, İqtisadi İnkişaf Nazirliyinin Xarici İnvestisiyalar və Yardımların Əlaqələndirilməsi Şöbəsi Tel: (+99412) 4938867 (dax.2112) www.twinning.az