1 / 20

Mövzu 13 Kiçik güclü elektrik mühərriklərinin təmiri

Mövzu 13 Kiçik güclü elektrik mühərriklərinin təmiri. Plan 1.Ümumi məlumat 2.Kiçik güclü elektrik mühərriklərinin təmirinin texnoloji sxemi 3.Təmir qabağı işlər 4.Mühərrikin mexaniki hissələrinin yoxlanması 5.Mühərrikin elektrik hissəsinin yoxlanması

elpida
Download Presentation

Mövzu 13 Kiçik güclü elektrik mühərriklərinin təmiri

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Mövzu 13 Kiçik güclü elektrik mühərriklərinin təmiri Plan 1.Ümumi məlumat 2.Kiçik güclü elektrik mühərriklərinin təmirinin texnoloji sxemi 3.Təmir qabağı işlər 4.Mühərrikin mexaniki hissələrinin yoxlanması 5.Mühərrikin elektrik hissəsinin yoxlanması 6.Kiçik güclü elektrik mühərriklərin sökülməsi 7.Dolaqların təmiri Ədəbiyyat 1.Жолдак С.А. Ремонт электрических микромашин автоматических устройств. М., «Энергия», 1995.

  2. Kiçik güclü elektrik maşınları aşağıdakı əsas qruplara bölmək olar: 1.Selsinlər adlanan, sinxron əlaqəli mikromaşınlar, hansılar ki, öz aralarında mexaniki əlaqəsi olmayan, bu mikromaşınların rotorlarını sinxron dönməsini həyata keçirmək üçün xidmət edirlər. 2.Çıxışlarında rotorun dönmə bucağına mütənasib gərginlik almaq üçün fırlanan transformatorlar adlanan mikromaşınlar. 3.İcraedici dəyişən və sabit cərəyan mikromühərrikləri, hansılar ki, mühərrikin idarə dolağına verilən elektrik siqnalını, cihazın intiqalı ilə birləşmiş valın mexaniki yerdəyişməsinə (fırlanmasına) çevirmək üçün tətbiq edilirlər.

  3. Nasaz kiçik güclü elektrik mühərriklərinin təmir həcmi həm yığılmış mühərriklərin, həmçinin də detalların və bəndlərin mühərriklərin sökülmə prosesində vəziyyətinin diqqətlə yoxlanması əsasında təyin edilir.Qurğularda nasazlıqların aşkarlanması təzə və ya təmirdən çıxmış mikromaşınların yoxlanması üçün nəzərdə tutulmuş metodika üzrə alətlər, qurğular və cihazlarla aparılır.Yığılmış mühərriklərdə nasazlıqların aşkarlanması üçün yoxlamanın aşağıdakı növlərini aparırlar:--- xarici baxış;--- mexaniki hissələrin yoxlanmasını;---elektrik hissələrin yoxlanmasını.Yoxlanmanı istənilən ardıcıllıqda aparmaq mümkündür.

  4. TƏMİR QABAĞI İŞLƏR XARİCDƏN BAXIŞ TƏMİR QABAĞI SINAQ TƏMİR NÖMRƏSİNİN VURULMASI SÖKMƏ – DEFEKTLƏŞMƏ İŞLƏRİ MAŞININ SÖKÜLMƏSİ KÖHNƏ DOLAĞIN ÇIXARILMASI TƏMİZLƏMƏ VƏ DEFEKTLƏŞMƏ DOLAQ-İZOLYASİYA İŞLƏRİ ÇİLİNGƏR-MEXANİKİ İŞLƏR Maşının izolyasiyasının hazırlanması DETALLARIN KOMPLEKTLƏŞDİRİLMƏSİ Dəzgah işləri Katuşka və seksiyaların hazırlanması Əl ışləri Dolağın hazırlanması Qaynaq işləri Hopdurma və qurutma Qovşaqların yığılması YIĞMA İŞLƏRİ MAŞININ YIĞILMASI YIĞILMANIN KEYFIYYƏTININ YOXLANMASI TƏMİRDƏN SONRAKI SINAQLAR XÜSUSİ İŞLƏR MAŞININ RƏNGLƏNMƏSİ PASPORTUNUN VURULMASI Kiçik güclü elektrik mühərriklərinin təmirinin texnoloji sxemi

  5. Təmir qabağı işlər Təmir qabağı işlərə xaricdən baxış, təmir qabağı sınaqlar və yanasazlığın aşkarolunması və təmir nömrəsinin vurulması aiddir. Yığılmış haldahər hansı kiçikgüclüelektrikmaşının nasazlığını aşkaretmək üçünaşağıdakı işlər aparılır: --- xaricdən baxış; --- mexaniki hissələrin yoxlanılması; --- elektrik hissələrin yoxlanılması. Xaricdən baxışzamanı mühərrikin bütün əsas hissələri – ctator, rotor və ya yakor, yastıq şitləri, şotka mexanizmi, kontakt həlqələr, dolaq çıxışları, kollektor və sairinin vəziyyəti diqqətlə nəzərdən keçrilir. Elektrik mühərriki yığılmış halda xaricdən baxmaqla aşkar olunan nasazlıqları defekt cədvəli adlanan xüsusi jurnala qeyd edilir ki, bu da təmirin həcmini təyin etmək üçün əsas sənəd hesab olunur.

  6. Mexaniki hissələrin yoxlanılmasındarotorun valının oxu boyunca hava aralığı, kollektorun, kontakt həlqələrin və valın ucunun döyünməsi saat mexanizmi indikator vasitəsi ilə yoxlanılır. Bu məsələlərin yerinə yetirilməsi ayrıca laboratoriya işində verilir.Elektrik hissələrin yoxlanılmasındamühərrikin dolağının izolyasiya müqaviməti mühərrikin gevdəsinə görə və ayrı-ayrı dolaqlar arasında gərginliyi 500V olan meqommetrlə yoxlanılır. Həmin meqommetrlə həmçinin dolaqlarda qırılma olması təyin edilir. Sabit cərəyan üsulu ilə dolaqların müqaviməti körpü vasitəsi ilə ölçülür. Dolaqların izolyasiyasının elektrik möhkəmliyi gevdəyə görə və dolaqlar arasında sınaq gərginliyi verilməklə 1 dəqiqə müddətində yoxlanılır. Sınaq gərginliyinin qiyməti təzə dolaqlarüçün 1000V qəbul edilir.

  7. Mühərrikin mexanikihissələrinin yoxlanması Mühərriklərə xaricdən baxış.Yığılmış mühərriklərə xaricdən baxış zamanı statorgövdəsinin vəziyyətini, bərkidici detalların olmasını və onların vəziyyətini, yastıq şitlərinin bütövlüyünü, valın çıxış uclarını, traversi, fırçaları, qapaqcıqları, dolaqların çıxış uclarının vəziyyətini və onların sıxaclara bərkidilməsini yoxlayırlar.Yoxlayırlar ki, onlardaçatlar, batıqlar, əzilmələr və yadigər mexanikizədələr varmı, həmçinin mühafizə antikorroziyaörtükləri pozulmamışdır ki. Dempferlivə tənzimləyicili mikromaşınlarda onların bərkidilməsinin etibarlılığını yoxlayırlar.

  8. Gedişinyüngüllüyününyoxlanması gərginliyin açılmış halında nəzarət əqrəbləri vasitəsi ilə aparırlar.Yoxlamazamanı əqrəb valın çıxış uclarından birinə horizontalvəziyyətdə geydirilir, sonramikromaşını, horizontalmüstəvi üzərində saatəqrəbi istiqamətində 2...3 dövrvə onunəksinə 2...3 dövr/dəq sürətlə əllə fırladırlar; buzamanəqrəb şaqulivəziyyətdən 900-dən çoxdönməməlidir.Gedişinyüngüllüyünükollektorlumikromaşınlarda və kontaktselsinlərində yoxlanması həm sıxılmış fırçalarla, həm də fırçalarsız aparırlar; bununüçünkollektorlumühərriklərdə fırçaları fırçatutanlardan çıxarırlar, selsinlərdə isə traversləri tamamilə çıxarırlar və yabütünfırçaları kontakthalqalarından aralayırlar.

  9. Rotorun oxboyu aralığının yoxlanması aşağıdakı kimi aparılır: mühərrikin yastıq şitinin təpə tərəfinə indiqatorun ayağı gətirilir və əllə sıxma yolu ilə rotorun birtərəfli aralığı tamamilə əks tərəfdəki şitə yığılır, sonra isə indiqator tərəfdən şiti sıxmaqla həmçinin rotorun oxboyu aralığını tamamilə yığırlar. Aralığın qiyməti ölçmələr zamanı indiqatorun göstərişlərinin fərqinə bərabərdir. Müxtəlif mikromaşınlar üçün oxboyu aralığın buraxıla bilən qiyməti cədvəldə verilmişdir.

  10. Oxboyu aralığın yoxlanması: 1-mühərrik; 2-indiqator; 3-dayaq; 4-mərkəzlə tərpənən dayaq.

  11. Kollektorların, kontakt halqalarının və valın çıxan uclarının vurmasının yoxlanması indiqatorla aparılır. Vurmanı ölçmək üçün mikromaşının dövrəsinin plitə üzərində quraşdırılmış prizmaya yerləşdirirlər ( şək.). Elə bu plitə üstündə indiqatorlu dayaq yerləşdirilir, onun da ayağını yoxlanılacaq səthə toxundururlar; bu zaman rotor və ya lövbəri 3600 döndərirlər, indiqatorun əqrəbinin dönməsini fiksasiya edirlər və hüdud dönmələrinin fərqi üzrə vurmanın (döyünmənin) qiymətini təyin edirlər, hansı ki, kontakt halqaları üçün 0,05mm-dən, mikromühərriklərin kollektorları üçün 0,02mm-dən və bütün mikromaşınların valının valının ucları üçün 0,02mm-dən çox olmamalıdır.

  12. Radial döyünmənin qiymətinin yoxlanması: 1-mühərrik; 2-indiqator; 3-dayaq; 4-kollektor; 5-plitə 6-prizma.

  13. Mühərrikin elektrik hissəsinin yoxlanması Dolaqların izolyasiya müqavimətinin maşının gövdəsinə nəzərən və dolaqlar arasında ölçülməsi 500V-luq meqommetrlə aparılır; meqommetrin bir çıxış ucunu stator və ya rotor dolaqlarının çıxış platasının sıxaclarından birinə birləşdirirlər, ikinci ucunu isə - rotor valının çıxan ucuna və ya statorun gövdəsinə birləşdirirlər. Əgər dəstəyi fırladan zaman meqommetrin əqrəbi 0-a meyl edirsə, onda bu dolağın gövdə ilə birləşmənin olduğunu göstərir. Lövbər və ya rotor dövrəsinin gövdəyə birləşməsinin olduğu zaman birləşmə yerini dəqiqləşdirmək vacibdir, belə ki, o dolaqda və ya fırçatutanda ola bilər. Bunun üçün selsinlərin yoxlanması zamanı kontakt halqalarında bütün fırçalar altına elektrik kartonu və ya digər izolyasiya materialı qoymaq lazımdır, kollektorlu mikromaşınları yoxlayan zaman isə fırçatutuculardan fırçaları çıxarmaq və yeniddən dolaqların izolyasiya müqavimətini yoxlamaq lazımdır və bununla da gövdə ilə birləşmə yerini dəqiq təyin edirlər.

  14. C1 C2 C3 MEQOMETR C4 C5 C6 MEQOMETR

  15. Dolaqlardakı qırıq yerinin tapılmasını bəzən izolyasiyamüqavimətinin meqommetrlə ölçülməsi ilə eyni vaxtda təyin edirlər, bunun üçün meqommetrin çıxış uclarını çıxış platasındakı sıxaclara birləşdirirlər, hansılara ki, dolaqların çıxış ucları birləşdirilir və asta – asta dəstəyi fırladırlar. Əgər bu zaman əqrəb o saat bütün şkala boyunca dönmürsə, onda dolaqda qırıq yoxdur. Üçfazlı dolaqda qırılmanın yoxlanmasını ayrılıqda birinci və ikinci, ikinci və üçüncü və üçüncü və birinci faza arasında aparırlar.

  16. C1 C2 C3 HL C4 C6 C5 MEQOMETR 220V ~

  17. Dolaqların sabit cərəyanda müqavimətinin ölçülməsini birqat və ya ikiqat körpücükdə aparırlar, bunun üçün körpücüyün etalon uclarını çıxış platasındakı uyğun sıxaclara, hansılara ki, dolaqların ucları qoşulmuşdur, birləşdirirlər.Kollektorlu mikromaşınlarda lövbər dolağının omik müqavimətinin ölçülməsi zamanı fırçatutucularından fırçaları çıxarırlar və etalon ucların şuplarını kollektorun diametral əks lövhələrinə iki vəziyyətdə hər 900-dən bir birləşdirirlər. Üçfazalı dolaqlarda müqavimətin ölçülməsini əvvəlcə birinci və ikinci, sonra birinci və üçüncü və axırda, ikinci və üçüncü fazalarda aparırlar.Əgər dolaqların ölçülmüş müqaviməti buraxılabiləndən az olarsa, bu onu göstərir ki, dolaqda qısaqapanmış sarğılar vardır.

  18. Dolaqların izolyasiyasının elektrik möhkəmliyinin sınağı gövdəyə nəzərən və dolaqlar arasında aparılır. Mikromaşınların dolaqları onlar sökülənə qədər və təmirdən sonra sınağa məruz qoyulurlar.Sınaq gücü 0,5kVA-dan çox olmayan 50Hs tezlikli yüksək gərginlikli dəyişən cərəyan mənbəyi ilə aparılır. Böyük güclü qurğuların tətbiqi arzuolunmazdır, belə ki, izolyasiyada deşilmə baş verən zaman, hətta təsadüf nəticəsində və asan aradan götürülən nasazlıqlarda, qığılcımyaranması baş verir, hansı ki, yığılmış mikromaşınlarda və ya onun statorunda və ya rotorunda xeyli dərəcədə zədələnmələr yarada bilər. Gücü 0,5kVA olan yüksək gərginlikli mənbənin tətbiqi zamanı izolyasiyanın deşilməsi adətən mikromaşının zədələnməsinə gətirmir və deşilmə yerini aşkarlayandan və onun səbəbini aradan qaldırandan sonra mikromaşın təkrar sınaqdan sonra saz sayıla bilər.

  19. Sınağı sınaq gərginliyinin üçdə birini aşmayan gərginliklə başlayırlar. Gərginliyin sınaqgərginliyinin tam qiymətinə qədər qaldırılmasını səlist və ya tam qiymətin 5%-ni keçməyən pillələrlə aparırlar; bu zaman sınaq gərginliyinin yarı qiymətdən tam qiymətə qədər qaldırılmasına buraxılan vaxt 10 san-dən az olmamalıdır. Tam sınaq gərginliyini 1 dəq müddətində saxlayırlar, ondan sonra onu 1/3 qiymətinə qədər səlist azaldırlar və dövrəni açırlar. Təzə dolaqlar üçün sınaq gərginliyi 1000V təşkil edir.Yığılmış mikromaşınlarda aşkarlanmış nasazlıqları aradan götürmək mümkün olmadığı zaman mühərriklər ayrı-ayrı detallara və qovşaqlara qədər sökülürlər

  20. Kiçik güclü elektrik mühərriklərin sökülməsi İstənilən mühərriklərin sökülməsinin əsas əməliyyatı rotorunstatordançıxarılmasıdır; konstruksiyadanasılı olaraqkiçikgüclüelektrikmühərriklərin sökülməsi üçünmüxtəlif üsullarvə ardıcıllıq tətbiq edilir. Konstruksiyalarına görə sökülmə və yığılma prosesinintexnologiyası üzrə bütünkiçikgüclüelektrikmühərriklərini üçqrupabölmək olar: --- kontakt halqalı və fırça traversinə malik mühərriklər; --- kollektora malik mühərriklər; --- sürüşən kontaktları olmayan mühərriklər.

More Related