1 / 69

PEDAQOJİ KADRLARIN İXTİSASARTIRMA TƏHSİLİ: MÖVCUD VƏZİYYƏT, PROBLEMLƏR VƏ TƏKLİF EDİLƏN YENİ MODEL

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ. PEDAQOJİ KADRLARIN İXTİSASARTIRMA TƏHSİLİ: MÖVCUD VƏZİYYƏT, PROBLEMLƏR VƏ TƏKLİF EDİLƏN YENİ MODEL. MİSİR MƏRDANOV Azərbaycan Respublikasının təhsil naziri. KOLLEGİYA İCLASI. 24 oktyabr 2009-cu il.

Download Presentation

PEDAQOJİ KADRLARIN İXTİSASARTIRMA TƏHSİLİ: MÖVCUD VƏZİYYƏT, PROBLEMLƏR VƏ TƏKLİF EDİLƏN YENİ MODEL

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ PEDAQOJİ KADRLARIN İXTİSASARTIRMA TƏHSİLİ: MÖVCUD VƏZİYYƏT, PROBLEMLƏR VƏ TƏKLİF EDİLƏN YENİ MODEL MİSİR MƏRDANOV Azərbaycan Respublikasının təhsil naziri KOLLEGİYA İCLASI 24 oktyabr 2009-cu il

  2. İxtisasartırma təhsili müəssisələri haqqında məlumat. Ixtisasartırma təhsili sahəsində görülən işlər. İxtisasartırma təhsili sahəsində beynəlxalq təşkilatlarla birgə layihələr. İxtisasartırma təhsilinin vəziyyəti ilə bağlı aparılmış monitorinqin nəticələri. İxtisasartırma təhsili sahəsində problemlər. İxtisasartırma təhsili sahəsində dünya təcrübəsi. İxtisasartırma təhsili sahəsində təklif edilən yeni model. Kollegiya qərarına təkliflər. TƏQDİMATIN STRUKTURU

  3. İXTİSASARTIRMA TƏHSİLİ MÜƏSSİSƏLƏRİ

  4. İXTİSASARTIRMA TƏHSİLİ MÜƏSSİSƏLƏRİNİN KADR POTENSİALI

  5. İXTİSASARTIRMA TƏHSİLİ MÜƏSSİSƏLƏRİNİN KADR POTENSİALI

  6. Təhlil göstərir ki, AMİ-nin Şamaxı, Salyan, Cəlilabad, Zaqatala filiallarında ixtisasartırma təhsilini həyata keçirmək üçün kifayət qədər elmi-pedaqoji kadr potensialı yoxdur. İXTİSASARTIRMA TƏHSİLİ MÜƏSSİSƏLƏRİNİN KADR POTENSİALI

  7. İXTİSASARTIRMA TƏHSİLİ MÜƏSSİSƏLƏRİNİN KİTABXANASI

  8. İXTİSASARTIRMA TƏHSİLİ MÜƏSSİSƏLƏRİNİN KİTABXANASI

  9. İXTİSASARTIRMA TƏHSİLİ MÜƏSSİSƏLƏRİNİN İNFRASTRUKTURU

  10. İXTİSASARTIRMA TƏHSİLİ MÜƏSSİSƏLƏRİNİN İNFRASTRUKTURU

  11. İXTİSASARTIRMA TƏHSİLİ SAHƏSİNDƏ GÖRÜLƏN İŞLƏR AzərbaycanRespublikası TƏHSİL NAZİRLİYİ

  12. AMİ-də ixtisasartırma təhsilinin həyata keçirilməsi üçün müasir maddi-texniki və tədris bazası, treninq mərkəzləri yaradılmışdır. AMİ-nin Mingəçevir və Cəlilabad filialları TSİL çərçivəsində əsaslı təmir edilmişdir. AMİ-də ixtisasartırma təhsilinin məzmunu, tədris plan və proqramları daim yeniləşdirilir, variativ proqramlar tətbiq edilir. İxtisasartırma təhsili sahəsində dünya təcrübəsi, müasir texnologiyalar və qabaqcıl təcrübələr öyrənilir və tətbiq edilir. GÖRÜLƏN İŞLƏR

  13. AMİ-də ixtisasartırma üzrə mühazirə və seminarlara qabaqcıl müəllimlər, Təhsil Nazirliyinin, TPİ-nin, AMEA-nın, ali məktəblərin tanınmış alimləri və qabaqcıl mütəxəssisləri dəvət olunurlar. İxtisasartırma təhsilinin planlaşdırılmasına daim diqqət yetirilir, hər tədris ilinin yekununda ixtisasartırma təhsilinin vəziyyəti təhlil olunur, problemlər araşdırılır, növbəti dərs ilində onların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. AMİ-də əlverişli təlim şəraitinin yaradılması, peşəkar və səriştəli təlimçilərin cəlb olunması, səmərəli idarəetmə ixtisasartırma təhsili sahəsində keyfiyyəti və yüksək davamiyyəti təmin etmişdir. GÖRÜLƏN İŞLƏR

  14. Bakı Pedaqoji Kadrların İxisasartırma və Yenidənhazırlanma İnstitutunun təşəbbüsü ilə “Diplomdansonrakı pedaqoji təhsil: Avropa orientirləri və regional prioritetlər” mövzusunda Azərbaycanda və Ukraynada iki beynəlxalq elmi konfrans keçirilmişdir. Son iki il ərzində BPKİYH İnstitutu xarici ölkələrin 7 ali məktəbi ilə elm və təhsil sahəsində əməkdaşlığa dair müqavilə imzalamışdır. Təhsil Sektorunun İnkişafı Layihəsi çərçivəsində BPKİYİ-nun binası əsaslı təmir olunmuş və avadanlıqla təchiz edilmişdir. GÖRÜLƏN İŞLƏR

  15. Yeni kurikulumların tətbiqi ilə əlaqədar 2008-2009 və 2009-2010-cu dərs illərində I siniflərdə işləyən 18 minədək müəllim xüsusi proqram əsasında öyrədici təlim kurslarından keçirilmiş və nümunəvi tədris materialları ilə təmin edilmişdir. GÖRÜLƏN İŞLƏR

  16. Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi tərəfindən son illərdə 2000-dək müəllim, məktəb rəhbəri müasir təlim strategiyaları üzrə təlimlərdən keçmişlər. GÖRÜLƏN İŞLƏR

  17. GÖRÜLƏN İŞLƏR • MƏDƏD - Azərbaycan təşkilatı tərəfindən 2005-2009-cu illərdə 30 minədək müəllim treninqlərdən keçərək İKT bacarıqlarına yiyələnmişdir.

  18. BEYNƏLXALQ TƏŞKİLATLARLA BİRGƏ LAYİHƏLƏR AzərbaycanRespublikası TƏHSİL NAZİRLİYİ

  19. British Council-lə birgəlayihələrə əsasən 2003 – 2009-cu illərdə: Ümumilikdə 220kaskad təlimləri keçirilmişdir. İNSETT layihələri çərçivəsində İngilis dilinin tədrisi sahəsində 1500 nəfər müəllim treninqlərdən keçirilmişdir. 23 nəfər “öyrədənlərin öyrədəni” təcrübə mübadiləsi məqsədilə xarici ölkələrdə təlim səfərlərində olmuşdur. BRITISH COUNCIL

  20. UNİCEF-lə birgə layihələr çərçivəsində 500 təlim kursu keçirilmiş, 3000 nəfər müəllim, AMİ və onun filiallarının, pedaqoji profilli ali təhsil müəssisələrinin 500 əməkdaşı fəal təlim üzrə treninqlərdən keçirilmişdir. 100 minədək nüsxədə müxtəlif məzmunlu təlim materialı hazırlanmış, çap olunmuş və məktəblərə çatdırılmışdır. Fəal təlim üzrə müəllimlər üçün vəsaitlər hazırlanmış və çap olunmuşdur. UNICEF

  21. İntel, CİSCO, Microsoft • İntel, CİSCO, Microsoft şirkətləri ilə birgə layihələr çərçivəsində 2005-2009-cu illərdə 10 minədək müəllim treninqlərdən keçərək İKT bacarıqlarına yiyələnmişdir.

  22. TƏHSİL NAZİRLİYİ TƏRƏFİNDƏN APARILMIŞ MONİTORİNQİN NƏTİCƏLƏRİ MAY, 2009-cu il AzərbaycanRespublikası TƏHSİL NAZİRLİYİ

  23. AMİ-nin Ağcəbədi filialında 2006-cı ildə Şəhla Məmmədova həmin filialda bakalavr təhsilini başa vurmamış mövcud normativ sənədlərin tələbləri pozularaq metodist vəzifəsinə işə qəbul edilmişdir. AMİ-nin Qazax filialında Şəfəq Qədiməliyeva, Afət Bənnayeva, Dilbər Məmmədova və Tərlan Rzayev qeyri-pedaqoji ixtisaslı olmalarına, kifayət qədər pedaqoji staja malik olmadıqlarına baxmayaraq metodist vəzifəsinə işə qəbul edilmişlər. AMİ-nin Sumqayıt, Şəki, Salyan, Lənkəran, Qazax və Cəlilabad filiallarında qeyri-pedaqoji ixtisaslılar və qeyri-ixtisaslılar kitabxanaçı vəzifəsinə təyin edilmişlər. KADRLARLA İŞ SAHƏSİNDƏ YOL VERİLMİŞ NÖQSANLAR

  24. Təhlil göstərir ki, ixtisasartırma təhsili müəssisələrində: bəzi hallarda dərs yükünün normadan artıq verilməsi (Salyan filialı); ixtisasa uyğun olmayan fənlərdən dərs saatlarının verilməsi (Sumqayıt filialı); kadr sənədləşməsi işinin düzgün aparılmaması (Mingəçevir filialı) hallarına yol verilmişdir. KADRLARLA İŞ SAHƏSİNDƏ YOL VERİLMİŞ NÖQSANLAR

  25. Aparılmış monitorinq nəticəsində müəyyən edilmişdir ki, bir çox təhsili idarəetmə orqanları tərəfindən ixtisasartırma təhsili üzrə müqavilə şərtləri yerinə yetirilmir. RTŞ-lərin ixtisasartıma təhsilinə yarıtmaz münasibətinin və eyni zamanda ixtisasartırma təhsili müəssisələrinin təşkilati işləri yerinə yetirə bilməməsinin nəticəsidir ki, ayrı-ayrı rayonlardan ixtisasartırmaya cəlb olunanların sayı planlaşdırılandan xeyli azdır, bir sıra rayonlardan isə ixtisasartırma təhsilinə ümumiyyətlə müəllim göndərilməmişdir. İxtisasartırma təhsilini bitirənlərə vəsiqələrin verilməsində nöqsanlar mövcuddur. İXTİSASARTIRMA TƏHSİLİNƏ CƏLB OLUNMA VƏZİYYƏTİ

  26. İXTİSASARTIRMA TƏHSİLİNƏ CƏLB OLUNMA VƏZİYYƏTİ

  27. İXTİSASARTIRMA TƏHSİLİNƏ CƏLB OLUNMA VƏZİYYƏTİ

  28. AMİ-nin Sumqayıt filialına daxil olan dislokasiya üzrə (Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayonları) 9288 nəfər pedaqoji işçidən son 2 ildə 1235 nəfər ixtisasartırmaya cəlb edilmişdir. Abşeron, Xızı və Qubadlı RTŞ-lər müqavilə öhdəliklərini yerinə yetirməmişdir. AMİ-nin Gəncə filialının dislokasiyası üzrə (Gəncə və Naftalan şəhərləri, Şəmkir, Göygöl, Samux, Goranboy, Daşkəsən rayonları) 16723 nəfər pedaqoji işçidən son 2 ildə 4409 nəfər ixtisasartırmaya cəlb edilmişdir. AMİ-nin Mingəçevir filialının dislokasiyası üzrə (Mingəçevir şəhəri, Göyçay, Ağdaş, Ucar, Tərtər, Bərdə, Yevlax rayonları) 15709 nəfər pedaqoji işçidən son 2 ildə 1056 nəfər ixtisasartırmaya cəlb edilmişdir. Göyçay, Ağdaş və Tərtər RTŞ-lər bağlanmış müqavilə öhdəliklərinə əməl etməmişlər. MÜQAVİLƏ ŞƏRTLƏRİNİN YERİNƏ YETİRİLMƏSİNDƏ YOL VERİLMİŞ NÖQSANLAR

  29. AMİ-nin Şamaxı filialının dislokasiyası üzrə (Şamaxı, İsmayıllı, Kürdəmir, Qobustan, Ağsu rayonları)7202 nəfər pedaqoji işçidən son 2 ildə 270 nəfər ixtisasartırmaya cəlb edilmişdir. İsmayıllı və Qobustan RTŞ-lər müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Kürdəmir və Ağsu rayonlarından ümumiyyətlə ixtisasartırma təhsilinə müəllim göndərilməmişdir. AMİ-nin Quba filialının dislokasiyası üzrə (Quba, Qusar, Xaçmaz və Dəvəçi rayonları)8225 nəfər pedaqoji işçidən son 2 ildə 427 nəfər ixtisasartırmaya cəlb edilmişdir. Quba, Qusar, Xaçmaz və Dəvəçi RTŞ-lər müqavilə öhdəliklərini yerinə yetirməmişdir. MÜQAVİLƏ ŞƏRTLƏRİNİN YERİNƏ YETİRİLMƏSİNDƏ YOL VERİLMİŞ NÖQSANLAR

  30. AMİ-nin Salyan filialına daxil olan dislokasiya üzrə (Şirvan şəhəri, Salyan, Neftçala, Saatlı, Sabirabad, Cəbrayıl və Hacıqabul rayonları) 9646 nəfər pedaqoji işçidən son 2 ildə 1610 nəfər ixtisasartırmaya cəlb edilmişdir. Dislokasiya üzrə RTŞ-lər müqavilə öhdəliklərini tam yerinə yetirməmişdir. Hacıqabul RTŞ son 2 ildə ixtisasartırma təhsilinə cəmi 11 nəfər müəllim göndərmişdir. AMİ-nin Cəlilabad filialına daxil olan dislokasiya üzrə (Cəlilabad, Masallı, Biləsuvar və İmişli rayonları) 9164 nəfər pedaqoji işçidən son 2 ildə 698 nəfər ixtisasartırmaya cəlb edilmişdir. Dislokasiya üzrə RTŞ-lər müqavilə öhdəliklərini tam yerinə yetirməmişdir. İmişli RTŞ tərəfindən son 2 ildə ixtisasartırma təhsilinə müəllim göndərilməmişdir. MÜQAVİLƏ ŞƏRTLƏRİNİN YERİNƏ YETİRİLMƏSİNDƏ YOL VERİLMİŞ NÖQSANLAR

  31. AMİ-nin Ağcəbədi filialına daxil olan dislokasiya üzrə (Ağcabədi, Beyləqan, Xocavənd, Ağdam, Füzuli və Laçın rayonları) 14265 nəfər pedaqoji işçidən son 2 ildə 1217 nəfər ixtisasartırmaya cəlb edilmişdir. Dislokasiya üzrə RTŞ-lər müqavilə öhdəliklərini tam yerinə yetirməmişdir. Zərdab və Beyləqan RTŞ-lər tərəfindən son 2 ildə ixtisasartırma təhsilinə müəllim göndərilməmişdir. AMİ-nin Qazax filialına daxil olan dislokasiya üzrə (Qazax, Ağstafa, Tovuz və Gədəbəy rayonları) 9981 nəfər pedaqoji işçidən son 2 ildə 1583 nəfər ixtisasartırmaya cəlb edilmişdir. Dislokasiya üzrə RTŞ-lər müqavilə öhdəliklərini tam yerinə yetirməmişdir. Gədəbəy RTŞ tərəfindən 2008/2009-cu tədris ilində ixtisasartırma təhsilinə müəllim göndərilməmişdir. MÜQAVİLƏ ŞƏRTLƏRİNİN YERİNƏ YETİRİLMƏSİNDƏ YOL VERİLMİŞ NÖQSANLAR

  32. AMİ-nin Şəki filialına daxil olan dislokasiya üzrə (Şəki, Oğuz və Qəbələ rayonları) 8043 nəfər pedaqoji işçidən son 2 ildə 645 nəfər ixtisasartırmaya cəlb edilmişdir. Dislokasiya üzrə RTŞ-lər müqavilə öhdəliklərini tam yerinə yetirməmişdir. Oğuz RTŞ tərəfindən son iki ildə 46 müəllim ixtisasartırmaya göndərilmiş, Qəbələ RTŞ tərəfindən ixtisasartırma təhsilinə müəllim göndərilməmişdir. AMİ-nin Zaqatala filialına daxil olan dislokasiya üzrə (Zaqatala, Balakən və Qax rayonları) 6328 nəfər pedaqoji işçidən son 2 ildə cəmi 536 nəfər ixtisasartırmaya cəlb edilmişdir ki, bu da normadan çox azdır. İxtisasartırma təhsilini başa vurmuş dinləyicilərə qanuna zidd olaraq vəsiqə əvəzinə arayış verilmişdir. MÜQAVİLƏ ŞƏRTLƏRİNİN YERİNƏ YETİRİLMƏSİNDƏ YOL VERİLMİŞ NÖQSANLAR

  33. Lənkəran Dövlət Universitetinin nəzdində İxtisasartırma və yenidənhazırlanma fakültəsi ayrıca tədris korpusunda fəaliyyət göstərir. Lənkəran, Astara, Lerik və Yardımlı rayonları LDU-nun müvafiq fakültəsinin dislokasiyasına daxil edilmiş və həmin rayonlarda işləyən 9646 nəfər pedaqoji işçidən son iki ildə 910 nəfəri ixtisasartırma təhsilinə cəlb edilmişdir. Onlardan 773 nəfərinə vəsiqə, 137 nəfərinə arayış verilmişdir Bakı şəhərinin ümumu təhsil müəssisələrində işləyən 40 minədək pedaqoji işçidən BPKİYHİ-də son iki ildə 6621 nəfər ixtisasartırma təhsilindən keçmiş, 420 nəfər vəsiqə almamışdır. Bakı Slavyan Universitetinin nəzdində İxtisasartırma və yenidənhazırlanma fakültəsində son iki ildə 87 nəfər ixtisasartırma təhsilinə cəlb edilmiş, onların hamısına vəsiqə verilmişdir. MÜQAVİLƏ ŞƏRTLƏRİNİN YERİNƏ YETİRİLMƏSİNDƏ YOL VERİLMİŞ NÖQSANLAR

  34. Rayon (şəhər) təhsil şöbələri tərəfindən dəqiq proqnozlaşdırmanın aparılmaması və maliyyə orqanlarının müqaviməti nəticəsində büdcədə ixtisasartırma təhsili üçün ezamiyyə xərclərinin kifayət qədər nəzərdə tutulmaması. Yerli təhsil orqanları və təhsil müəssisələri ilə bağlanmış müqavilələrdə sifariş-təklif prinsipinə əməl edilməməsi; Pedaqoji kadrların ixtisasartırmaya olan fərdi təlabatlarının öyrənilməsinə lazımi diqqət yetirilməməsi; İxtisasartırma təhsilində müasir metodlardan və təlim texnologiyalarından geniş şəkildə istifadə edilməməsi; İxtisasartırma təhsili müəssisələrinin yataqxanalarının olmaması və ya mövcud yataqxanalarda məcburi köçkünlərin məskunlaşması; MÜQAVİLƏ ŞƏRTLƏRİNİN YERİNƏ YETİRİLMƏMƏSİNİN BAŞLICA SƏBƏBLƏRİ

  35. Təhsil Nazirliyinin “Dayaq məntəqələrinin şəbəkəsinin yaradılması barədə” 30.11.2000-ci il tarixli əmrinə uyğun olaraq respublikada ayrı-ayrı ixtisaslar üzrə 3000-ə yaxın “Dayaq məntəqəsi” yaradılmışdır. Təhsil Nazirliyinin “İxtisasartırma təhsilində yeni mexanizmə keçid və müəllimlərin təkmilləşdirilməsi işinin təşkili” barədə 21.02.2002-ci il tarixli, 164 nömrəli əmri ilə “Dayaq məntəqələri”nin əsas fəaliyyət istiqamətləri bir daha müəyyənləşdirilmişdir. “DAYAQ MƏNTƏQƏLƏRİ”NİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

  36. Reqlamentləşdirici sənədlərə yerli təhsili idarəetmə orqanları tərəfindən laqeyd münsibət göstərildiyindən yaradılmış “Dayaq məntəqələri”nin böyük əksəriyyəti formal fəaliyyət göstərməkdədir. Hər bir rayon və şəhər üzrə “Dayaq məntəqəsi” kimi nəzərdə tutulan məktəblərin dislokasiyası bu günə qədər tam və düzgün müəyyənləşdirilməmişdir. Yerli təhsil orqanları tərəfindən qabaqcıl müəllimlərdən ibarət “öyrədənləri öyrədən” müəllimlərin siyahıları müəyyənləşdirilməmiş, bu barədə müvafiq ixtisasartırma təhsili müəssisələrinə məlumat verilməmişdir. İxtisasartırma təhsili və təkmilləşmə prosesinə yeni mexanizmlərin tətbiqi ilə əlaqədar metodiki kabinetlərdə konkret tədbirlər həyata keçirilməmişdir. “DAYAQ MƏNTƏQƏLƏRİ”NİN FƏALİYYƏTİNDƏ YOL VERİLMİŞ NÖQSANLAR

  37. Rayonlar üzrə ayrı-ayrı ixtisasdan olan fənn müəllimlərinin ixtisasartırma təhsilinə olan real təlabatının, ehtiyaclarının öyrənilməsi, bu barədə ixtisasartırma təhsili müəssisələrinə əsaslandırılmış təkliflərin verilməsi, qarşılıqlı müqavilələrin vaxtında imzalanması təmin edilməmişdir. İxtisasartırma təhsilinə cəlb olunmaqla bağlı bütün müəllimlər haqqında yerlərdə informasiya banklarının yaradılmasına nail olunmamışdır. İxtisasartırma təhsili müəssisəsi - R(Ş)TŞ - rayon metodkabineti-məktəb - dayaq məntəqəsi arasında əlaqələrin yaradılması üçün bütün imkanlardan istifadə edilməmişdir. “DAYAQ MƏNTƏQƏLƏRİ”NİN FƏALİYƏTİNDƏ YOL VERİLMİŞ NÖQSANLAR

  38. İXTİSASARTIRMA TƏHSİLİ SAHƏSİNDƏ PROBLEMLƏR AzərbaycanRespublikası TƏHSİL NAZİRLİYİ

  39. İxtisasartırma sistemində keyfiyyəyi təmin edəcək rəqabət mühiti yoxdur, alternativ proqramlar tətbiq olunmur; Mövcud ixtisasartırma sistemində müəllimlərin ehtiyacları lazımi səviyyədə öyrənilmir, proqramlar bu ehtiyacları ödəmir, ixtisasartırma təhsilinin təşkilində “sifariş-təklif” prinsipi gözlənilmir; İxtisasartırmanın nəticəsinə görə müəllim fəaliyyəti stimullaşdırılmır, müəllimlər, digər pedaqoji heyət üçün karyera yüksəlişi nəzərdə tutulmur; Mövcud ixtisasartırma sistemində cəlb olunmamağa görə məsuliyyət müəyyənləşdirilməmişdir. İXTİSASARTIRMA TƏHSİLİ SAHƏSİNDƏ PROBLEMLƏR

  40. “Öyrədənlərin” peşəkarlıq və səriştəliliyi kifayət qədər deyildir; Proqramların akkreditasiyası və sertifikatlaşdırılması sistemi yoxdur; İxtisasartırma təhsili üzrə monitorinq və qiymətləndirmə mexanizmi tətbiq edilmir; İxtisasartırma təhsilinin təşkilində İKT-nin imkanlarından geniş istifadə olunmur; Bir sıra ixtisasartırma təhsili müəssisələrinin maddi-texniki və tədris bazası zəifdir; İXTİSASARTIRMA TƏHSİLİ SAHƏSİNDƏ PROBLEMLƏR

  41. İxtisasartırma təhsilini təşkil edən xidmət strukturlarının (metodiki, tədris, kadr xidmətləri) funksiyaları dəqiq tənzimlənmir və bu xidmətlər əlaqələndirilmir; İxtisasartırma təhsili üzrə maliyyələşmə mexanizmi kifayət qədər səmərəli deyildir, nəticəyə yönəlmiş maliyyələşmə tətbiq edilmir; İxtisasartırma təhsilinin təşkilində daha çox nəzəri biliklərə istinad edilir, praktik bacarıqların verilməsinə və müasir təlim strategiyalarının öyrədilməsinə kifayət qədər diqqət yetirilmir. İXTİSASARTIRMA TƏHSİLİ SAHƏSİNDƏ PROBLEMLƏR

  42. İXTİSASARTIRMA SAHƏSİNDƏ DÜNYA TƏCRÜBƏSİ AzərbaycanRespublikası TƏHSİL NAZİRLİYİ

  43. Son on il ərzində bir sıra ölkələr (Belçika, Danimarka, Finlandiya, Macarıstan, İtaliya, Niderland, Norveç, Rumıniya, İsveç və İsveçrə) ixtisasartırma təhsili təşkilatları arasında rəqabət mühitinin yaradılmasıvə keyfiyyətin yüksəldilməsi məqsədilə ixtisasartırma prosesinə çoxsaylı dövlət və qeyri-dövləttəşkilatlarını cəlb etmişlər. İXTİSASARTIRMA TƏHSİLİ SAHƏSİNDƏ DÜNYA TƏCRÜBƏSİ

  44. Keyfiyyətə nəzarət, keyfiyyətin təmin olunması və monitorinqi mexanizmikimi müəllimlərin ixtisasartırma təhsili proqramlarının akkreditasiyası İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), Avropa İttifaqı (Aİ) ölkələrinin əksəriyyətində(Çexiya, Danimarka, Yunanıstan, Macarıstan, Slovakiya, Bolqarıstan, Belçika, Almaniya, Niderland, Norveç, Portuqaliya, Rumuniya, Sloveniya, İspaniya, Polşa, İrlandiya və s.)tətbiq edilir. İXTİSASARTIRMA TƏHSİLİ SAHƏSİNDƏ DÜNYA TƏCRÜBƏSİ

  45. Beynəlxalq səviyyədə ixtisasartırmanın əsas tendensiyalarından biri proqramların kəmiyyət və keyfiyyət ölçülərini təmin etmək üçün çevik modul ixtisasartırma proqramı/kurikulumu və müvafiq kredit sisteminin tətbiq edilməsidir.İxtisasartırma üzrə Avropa Köçürülə bilən Kreditlər Sistemi Finlandiya (bu ölkə ümumiyyətlə dünyada ən yaxşı müəllim hazırlığı sisteminin tətbiq edildiyi ölkədir), Almaniya, Macarıstan və Rumıniyada istifadə edilir.Həmin ölkələrdə ixtisasartırma təhsili karyera perspektivləri yaradır, karyera və peşə yüksəlişi, eləcə də bir karyera dərəcəsindən digərinə keçid üçün əsas kimi istifadə edilir. Macarıstanda ixtisasartırmada iştirak ilə karyera yüksəlişi arasındakı münasibətlə bağlı qanunvericilik vardır. İXTİSASARTIRMA TƏHSİLİ SAHƏSİNDƏ DÜNYA TƏCRÜBƏSİ

  46. Hüquqi baxımdan ixtisasartırmanın məcburi və ya könüllü olmasına baxmayaraq, ölkələrdə elə çevik mexanizmlər tətbiq edilir ki, faktiki olaraq belə mexanizmlər vasitəsilə bütün müəllimlər ixtisasartırma və peşə hazırlığına cəlb edilirlər: Məcburi ixtisasartırmaAvropanın 15 ölkəsində/regionunda (Avstriya, Belçika, Estoniya, Finlandiya, Almaniya, Macarıstan, Şimali İrlandiya, Latviya, Litva, Rumıniya, Böyük Britaniya) tətbiq edilir. Könüllü, lakin əməkhaqqı və vəzifə artımı üçün vacib hesab edilən ixtisasartırma Bolqarıstan, Polşa, Portuqaliya, Sloveniya, İspaniya və digər ölkələrdə tətbiq edilir; Könüllü, məktəblər tərəfindən müəllimlər üçün təşkil edilən ixtisasartırma təhsili Çexiya, Danimarka, Fransa, Hollandiya, İtaliya, Norveç, Slovakiyada tətbiq edilir. İXTİSASARTIRMA TƏHSİLİ SAHƏSİNDƏ DÜNYA TƏCRÜBƏSİ

  47. Bəzi ölkələrdə ixtisasartırma üzrə qeydiyyatın aparılması üçün „İxtisasartırma portfoliosu” istifadə edilir (Rumuniya, Almaniya, Macarısyan). Bir sıra ölkələr portfolionu keyfiyyətin təminatı prosesinin bir hissəsi kimi tətbiq edirlər. İƏİT və Aİ-nin əksər ölkələri ixtisasartırma və fasiləsiz peşə hazırlığı sahəsində rol və funksiyaların daha dəqiq müəyyən edilməsinə səy göstərirlər. Təhsil sahəsində mərkəzi idarəetmə orqanlarımilli təhsil strategiyasının hazırlanması, tənzimlənməsi, monitorinqi və xarici dəyərləndirilməsi üzrə əsas funksiyanı həyata keçirilər. İXTİSASARTIRMA TƏHSİLİ SAHƏSİNDƏ DÜNYA TƏCRÜBƏSİ

  48. İƏİT və Aİ-nin əksər ölkələrində Nazirliklər müəllim assosiasiyaları və ya başqa qurumlar vasitəsilə müəllimlərin kateqoriyaları (yəni, gənc müəlimlər, təcrübəli və yüksək titullu müəllimlər) və pedagoji fəaliyyəti ilə əlaqədar standartlar və fəaliyyət indikatorları hazırlamışlar. Həmin standartlar keyfiyyətin dəyərləndirilməsi və monitorinqi alətləri olmaqla yanaşı, həm də müəllimlərin ixtisasartırma təhsilini və cari peşə hazırlığını tənzimləyən mexanizmlərdir. Dünyada müəllim kateqoriyaları üzrə standartların hazırlanması istiqamətində ən yaxşı nümunələr Böyük Britaniya, Avstraliya, Kanada və s. ölkələrdə mövcuddur. Macarıstan, Rumuniya, Sloveniyada bu sahədə maraqlı təcrübələrə malikdir. İXTİSASARTIRMA TƏHSİLİ SAHƏSİNDƏ DÜNYA TƏCRÜBƏSİ

  49. İXTİSASARTIRMA TƏHSİLİ ÜZRƏ TƏKLİF EDİLƏN YENİ MODEL AzərbaycanRespublikası TƏHSİL NAZİRLİYİ

  50. İXTİSASARTIRMA TƏHSİLİ ÜZRƏ YENİ MODEL Hökumət tərəfindən 2007-ci ildə təsdiq edilmiş “Fasiləsiz müəllim hazırlığı Konsepsiyası”nda yeni modelin əsasları • Alternativlik və rəqabət prinsipi: bu prinsipə görə fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı alternativ modellər və proqramlar vasitəsilə həyata keçirilir, alternativ model və proqramların təklifi pedaqoji təhsil müəssisələri, onların struktur bölmələri,yerli və beynəlxalq QHT-lər arasında sağlam rəqabət yaradır.Maddə 2.8(h); • Boloniya və Lissabon proseslərinin tələblərinə uyğun olaraq ixtisasartırma təhsilində akkreditasiya sistemi nəzərdə tutulmalıdır. Maddə 1.2, 2.4, 2.13.2. • İxtisasartırma proqramlarının yeni strukturu hazırlanmalı və Boloniya Bəyannaməsinin tələblərinə uyğun olaraq kredit sisteminə keçilməlidir. Maddə 3.2.1.

More Related