180 likes | 691 Views
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ ZOOBAYTALIQ VƏ ƏCZAÇILIQ FAKÜLTƏSİ ƏCZAÇILIQ VƏ MORFOLOGİYA KAFEDRASI. FƏNN : ANATOMİYA M Ö VZU : ƏTRAFLAR SKELETİNİN ÜMUMİ XARAKTERİSTİKASI, AYAĞA BƏNZƏR ƏTRAFLARIN İNKİŞAFI. MÜHAZİRƏÇİ:DOS.RAMAZANOV.A. GƏNCƏ-2009. Mövzunun planı.
E N D
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİZOOBAYTALIQ VƏ ƏCZAÇILIQ FAKÜLTƏSİ ƏCZAÇILIQ VƏ MORFOLOGİYA KAFEDRASI FƏNN : ANATOMİYA MÖVZU: ƏTRAFLAR SKELETİNİN ÜMUMİ XARAKTERİSTİKASI, AYAĞA BƏNZƏR ƏTRAFLARIN İNKİŞAFI MÜHAZİRƏÇİ:DOS.RAMAZANOV.A GƏNCƏ-2009
Mövzunun planı 1. Ətraflar skeletinin morfofunksional xarakteristikası 2. Onların qurşaq və azad ətraf skeletinə bölünməsi. 3. Ayağabənzər ətrafların inkişafı, növ xüsusiyyətləri. 4. Həyat tərzi ilə əlaqədar, onların quruluşu. 5. Ətrafların bölgüsünün qanunauyğunluğu. 6. Yaşdan asılı olaraq sümüklərin dəyişilməsi ƏTRAF SKELETİNİN XARAKTERİSTİKASI
Ədəbiyyat 1.А.И.Акаевский. Анатомия домашних животных. Москва 1984. 2. I.B. Abbasov. Ev heyvanlarının anatomiyası. Bakı 1958. 3. A.M.Ramazanov. Heyvan anatomiyasının sümük bəhsi. Gəncə. 2001. ƏTRAF SKELETİNİN XARAKTERİSTİKASI
Bu günkü mühazirəmizin mövzusu isə ətraflar skeletinin ümumi xarakteristikasına və ayağabənzər ətrafların inkişafı məsələlərinə həsr olunmuşdur. Burada biz ətrafların skeletinin morfofunksional xarakteristikasını, onun qurşaq və azad ətraflar skeletinə bölünməsini, ayağabənzən ətrafların inkişafının qanunauyğunluqlarını, həyat tərzi ilə əlaqədar olaraq, onların uyğunlaşmalarını, növ və yaşdan asılı olaraq döş və çanaq ətraflarının xüsusiyyətləri məsələlərini öyrənəcəyik. Periferik skeletə (s.perifericum) ətraf skeleti daxildir ki, bu da qurşaq skeleti- cingulum membri thoracici- və azad ətraflar skeletinə –skeleton membri thoracici liberi- skeletinə bölünür. Bütün ayaq və eləcə də üzgəcşəkilli ətrafların skeleti yuxarıda deyildiyi kimi qurşaq və azad ətraf skeletindən ibarətdir. Ətraflar skeletinin qurşaq və azad hissələrinin sümükləri bir-birinə müəyyən bucaq altında birləşirlər ki, bu da hoppanma zamanı təkanların azalmasını təmin edir. ƏTRAF SKELETİNİN XARAKTERİSTİKASI
Ətraf skeleti Döş ətrafı sümükləri-ossa membri(thoracici) Döş ətrafı qurşağı- çiyin qurşağı-cingulum membri thoracici. ev heyvanlarında çiyin qurşağı kürək sümüyü ilə təmsil olunur. Korokoid sümüyün rudiment çıxıntısı, oynaqüstü qabarın medi-al səthində yerləşir. Körpücükdən ancaq birləşdirici toxumadan əmələ gələn zolaq qalır ki, bu da dovşan, pişik və itlərdə nazik lövhə şəklində çiyin-baş əzələsinin distal 1/3-nin tərkibinə da-xil olur. Kürək- skapulalövhəşəkilli, 3-bucaq formasında sümükdür, onun lateral və qabırğa səthləri – fascies lateralis et costales dorsal, kranial və kaudal –margo dorsalis cranialis et caudalis kənarları, kranial, kaudal və ventral bucaqları, angulus cranialis caudalis et ventralis vardır. donuz və atlarda akromion olmur və kürək tini sərhədsiz olaraq kürək boynuna keçir. Kürəyin kranial kənarının distal 1/3-də kürək oyması- incisura scapulae vardır ki, bu da kürəyin boynunun formalaşmasında iştirak et-məklə, oynaqüstü qabara-tuberculum suprglenoidals keçir. . ƏTRAF SKELETİNİN XARAKTERİSTİKASI
Kürək gövdəyə çəp vəziyyətdə yerləşir, onun dorsal kənarı dır-naqlılarda yaxşı inkişaf etmiş, kürək qığırdağı – cartillago scapulae olmaqla dorso-kaudala və ventral bucağı ilə kranioven-tral istiqamətdə birinci qabırğanın distal 1/3-nə qədər gedib çatır. pişiklərdə: mil çuxurunun medial səthinə tac çuxuru –fossa coronoidea deyilir Azad döş ətrafının skeleti –skeleton membri thoracici liberi. bazu sümüyü – humerus –brachi – uzun borulu sümük olub, burda proksimal və distal uclar, cisim, kaudal, lateral ,medial səthləri vardır. Bu qabarlar arasında qabarlararası şırım –silcus intertubercularis keçir, bu da atlarda iki hissəyə bölünür. Bazu sümüyünün cismində –corpus humeri- onun deltaşəkilli kələkötürlüyün laterala qabar üstünə doğru bazu darağı – crista humeri- keçir ki, bu da spiralşəkilli şırım olub, bazu əzələsinin – sulcus m. brochialis üçündürbütün heyvan-larda bu oynaq səthini əhatə edir. Atlarda onun ortasında yaxşı görünən sinovial çuxur –fossa synovialis vardır. Onun kranial səthində blok üstündə mil çuxuru –fossa radialisvardır.. ƏTRAF SKELETİNİN XARAKTERİSTİKASI
Əl darağı skeleti –skeleton antebrachci- 2 uzun borulu sümüklə təmsil olunur. bunlardan mil sümüyü yaxşı, dirsək sümüyü isə nisbətən zəif inkişaf etmişdir. Dirsək sümüyü beş barmaqlı heyvanlarda yaxşı inkişaf etmişdir, dırnaqlı heyvanlarda isə o mil sümüyü ilə birləşir və onun distal 1/3-də reduksiyaya uğrayır. Bu xüsusilə qaramalda, atda və dəvədə çox reduksiyaya uğrayır It və pişiklərdə blokun lateral kənarında dirsək sümüyünün başı ilə birləşmək üçün dirsək oyması –incisura ulnaris vardır. Dirsək sümüyü –ulna otyeyənlərdə tipik uzun borulu sümükdür, dırnaqlılarda özünün əsas elementlərini proksimal ucunda biruzə verir. Hansı ki, burda yaxşı inkişaf etmiş dirsək çıxıntısı –olecranon və yan oyma –incisura trochlearis və dirsək çıxıntısı oymasının qabarı –tuber olecrani vardır Atlarda ancaq proksimal sümükarası sahə qalır (ətyeyənlərdə) dirsək sümüyünün distal ucu oynaq boşluğu –circumflrentia articularis və bizəbənzər çıxıntı – pros. styloideus-sa malikdir. ƏTRAF SKELETİNİN XARAKTERİSTİKASI
Əl skeleti –skeleton manus . əl skeleti bilək, əl darağı və ya ön pəncəyə: əl darağı arxası və barmaqların skeleti aiddir. a) pəncə, ətrafın üçüncü şöbəsini təşkil etməklə beş ədəd sümükdən qurulmuşdur. lakin onlar reduksiyaya uğrayıb, yəni azalıb, hətta bir ədədə çata bilər. Onto- və filogenez göstərir ki, reduksiya etmiş hissələr uzaq keçmişdə bu heyvanların əcdadlarında bütünlüklə olmuşdur. Proksimal cərgədə 4 sümük 1) mil və yaxud qayıqvari – os. carpi radiale.s. seaphoideum (er), 2) ara bilək və ya ayparaşəkilli: os. carpi intermediume lunatum (ci) 3) dirsək və yaxud 3 vəchli –os.carpi ulunares.s.triguertum (cu) və 4) əlavə ya noxuda bənzər bilək sümüyü –os.carpi accesoriums..os. pisiforma (ca) ibarətdir. Donuz və gövşəyənlərdə praksimal cərgənin sümükləri qabarıqlı olub, mil-bilək sümüyü – kaudo- dorsal, ara bilək sümüyü – iki palmar şaxəyə- dirsək bilək sümüyü xarakter- yəhərəbənzər səthə malik olmaqla laterodistala yönəlmiş əlavə bilək sümüyü isə silindriki formadadır. ƏTRAF SKELETİNİN XARAKTERİSTİKASI
Əl darağı sümükləri –ossa metacarpalia ı-v sümükdən ibarətdir. Burada da hesablama medialdan laterala doğru aparılır. hər bir əl darağı sümüyü əsas hissədən- basis, oynaq səthlə-rindən –fascies articularis , cisimdən –corpus və başdan –caput ibarətdir. Donuzlarda əl darağı sümüklərindən 4-ü qalmışdır (1-ci ol-mur), III və IV ən yaxşı inkişaf edib, 2-ci və 5-ci əl darağı sü-mükləri nisbətən incə və qısa olduqlarından onlara birləşən bar-maqlar yerə çatmır. Gövşəyənlərdə III və IV əl darağı sümükləri birləşib, bir ümumi sümük əmələ gətirir. V əl darağı sümüyü güclü reduk-siyaya uğrayıb, sümüklərin birləşdiyi yerdə, dorsal və palmar boylama şırım –silcus longitudinalis dorsalis et palmaris və iki əl darağı kanalları – canalis metacarpi proximalis et distalis var-dır. Atlarda yaxşı inkişaf etmiş ııı əl darağı sümüyü vardır ƏTRAF SKELETİNİN XARAKTERİSTİKASI
Əlin barmaq sümükləri (ossa digitorum manus). burada 3 palanqa, yaxud buxov sümüyü –phalangis proximalis –proksimal falanqa –os.compedale (ph), orta falanqa və ya tac sümüyü –phalanx media,s. os. coronale (phıı) bunlar bir-birinə oxşayır-lar, ancaq böyüklükləri müxtəlifdir. gövşəyən və donuzlarda III və IV barmaqların distal buğumları assimmetrikdirlər, II və V barmaqlar bir-birinə oxşardır, amma kiçikdirlər, ancaq hər buğum üçvəcli formadadır və bunlarda yan şırımlarla bərabər iki yan səthlər vardır. Gövşəyən və donuzlarda III və IV barmaqla-rın distal buğumları assimmetrikdirlər, II və V barmaqlar bir-biri-nə oxşardır, amma kiçikdirlər, ancaq hər buğum üçvəcli forma-dadır və bunlarda yan şırımlarla bərabər iki yan səthlər vardır. Dırnaqaltlığı səthi aypara şəkilli xətlə –linea semilunaris- dəri planum cutaneum, bir də bükücü foscies flexoria bölünür. bükücü səthdə lateral və dırnaqaltlığı şırımları vardır –sulcus solearis lateralis et medialis bunlar da müvafiq –foramen solarae laterale et mediale gedir, bu da dırnaqaltı kanala –canalis solaris-ə açılır ƏTRAF SKELETİNİN XARAKTERİSTİKASI
Proksimal sesamoidə bənzər sümüklər: ossa sesamoidea proximalia bunlar cüt olmaqla əl darağı –buxov oynağının palmar səthində yerləşirlərçanaqətrafı sümükləri –ossa mebri pevini. çanaq qurşağı skeleti –singulum membri pevini iki çanaq sümüklərindən – os.coxae əmələ gəlir. bu sümüklər bir-birinə symphysis pelvina vasitəsilə birləşib tam çanağı pelvis əmələ gətirirlər. Qalça sümüyü –os ilium üçbucaqlı yastı sümükdür, onun qanadları –alla osis ili, cismi –corpus osis ili və darağı crista iliacum vardır ki, o da lateralda qalça qabarına tuber iliacaya keçir. oturaq sümüyü –os. ischi cisimdən –corpus, lövhədən –lamina və şaxədən ramus ibarətdir, bir də tikiş səthindən –fascies sutura et yungtura ibarətdir. Lövhə lateralda oturaq qaba-rını- tuber inchiadicumu əmələ gətirir ki, bu da oturaq qövsü, arcus ischidicumla eyni adlı qabara birləşirqaramalda oturaq qabarı 3 qabarcıqdan ibarətdir. Itlərdə kiçik oturaq oyması düzdür. Atda oturaq qabarı 2 qabarcıqlı olmaqla yastıdır, dorso-kranial və kaudoventral istiqamətdə yönəlmiş olur. ƏTRAF SKELETİNİN XARAKTERİSTİKASI
Qasıq sümüyü –os pulis- cisimdən, kranial və kaudal şaxələr-dən, kranial şaxədə tikiş səthindən, kranial şaxənin önündən ke-çən daraqdan və qalça-qasıq hündürlüyündən eminentia ilo-pektineyadan ibarətdir. Bud sümüyü –os.femoris tipik uzun borulu sümükdür, proksimal ucunda yaxşı görünən başı vardır, başın üzərində isə çuxurcuq vardır, Bir də bazu görünür. böyük və kiçik burmalar, burma-lararası daraq vasitəsilə bir-birinə birləşir, bir az aşağıda burma çuxuru ilə qurtarır. atlarda medial daraq özündə blok qabarı əmələ gətirir. Lateral kandilusda isə açıcı əzələ çuxuru vardır,bir də burada dizaltı əzələ çuxuru yerləşir. Itlərdə isə onun kaudal kənarında 2 sesamoid sümüyü vardır, bunlar dizaltı və nəli əzələ üçündür. Itlərdə diz qapağı kəpənəyə, donuzda və qaramalda üçbucaqlı, atda isə dörd bu-caqlı olmaqla qığırdaq çıxıntıya malikdir. Baldır sümükləri skeleton cruris. qamış və incik sümüklərindən əmələ gəlir. donuz və itlərdə incik sümüyü inki-şaf edib, ancaq at və qaramalda reduksiyaya uğrayır. ƏTRAF SKELETİNİN XARAKTERİSTİKASI
Qamış sümüyü –tibia, uzun borulu, proksimal ucu genişlənib, orada lateral və medial kondiluslar, proksimal oynaq səthi vardır. lateral kənarında oynaq səthi vardır ki, burada da incik sümüyü üçüncüdür. Proksimal ucda açıcı şırıma –sulcus extensorius-a malikdir. incik sümüyü –fibula- başı –caput fibulae və onun oynaq səthinə fascies articularis fibulae, cisminə- corpus fibulae malikdir. Incik sümüyünün cismində medial (sümükarası)lateral, kranial və kaudal kənarları vardır ki, müvafiq səthlərə uyğun gəlir. Donuz və itlərdə onun distal ucunda cisim lateral topuğa və iki şırıma malikdir ki, buradan barmaq açıcılarının vətəri keçir. Dal pəncə və yaxud ayaq skeleti- pedis və ya pes. Pəncə azad ətrafın üçüncü şöbəsini təşkil etməklə aşağıdakı hissələrdən ibarətdir. 1) ayaq darağı arxası –ossa tarsi və ya ossa tarsalia 2) ayaq daraqları – ossa metatarsalia 3) barmaqlar –ossa digiti pedis ƏTRAF SKELETİNİN XARAKTERİSTİKASI
Ayaqdarağı arxası sümükləri ossa tarsalia 3 cərgədə (proksimal, mərkəzi və distal) yerləşən qısa tipli sümüklərdən ibarətdir. 1) Proksimal cərgədə iki ədəd iri sümük daban və aşıq vardır. Daban sümüyünün medial səthindən şırım –sulcus calcanei keçir ki, bu da pəncə sinusunun əmələ gəlməsində iştirak edir. 3 aylıq səthinin köməyi ilə daban sümüyü qonşu sümüklərə birləşir Pəncəsi üstə gəzənlərdə aşıq sümüyü blokunun kənar daraqları zəif inkişaf etmiş və onların arasındakı şırım nisbətən yastıdırdistal cərgədə isə adətən 5 ədəd sümük olur ki, bunlar da bilək-də olduğu kimi medial tərəfdən laterala doğru sayılır. 1.2.3.4.və 5-ci ayaq darağı arxası sümükləri. Məməlilərdə bir qayda olaraq 4 və 5-ci ayaqdarağı arxası sümükləri birləşərək bir ədəd sümük –os tarsi guartum et gvintum (t4 + t5) əmələ gətirir. ƏTRAF SKELETİNİN XARAKTERİSTİKASI
Atlarda ayaq darağı arxası- yaxud çapma oynağı –tarsus- pəncənin əsasını təşkil etməklə 6(7) ədəd qısa tipli sümükdən əmələ gəlmişdir. mərkəzi cərgədə bir sümük os.tarsi centrale s. naviculare olur, proksimal səthi ilə aşıq distal səthi ilə 3-cü ayaq darağı arxası sümüyünə birləşir. atda düzgün olmayan 4 bucaqlı formasındadaır. 3-cü ayaq darağı arxası sümük (t3) 3 bucaqlı lövhə şəklindədir. . qaramalda ayaq darağı arxası sümükləri 5 ədəd qısa sümükdən ibarətdir. plantar və lateral səthi daban sümüyü ilə, lakin lateral səthi öz darağı ilə bir də topuq sümüyü ilə birləşir. Sümükləri bitişmişdir. burda da damar kanalı vardır. Donuzlarda ayaqdarağı arxası 7 sümükdən ibarətdir. itlərdə ayaq daraqarxası 8 sümükdən 4-4 ibarətdir. ayaq darağı sümükləri ossa metatarsalia. ayaq darağı –metatarsus – şöbəsində 5 ədəd ayaqdarağı sümüyü vardır, onlarda ayaq darağı arxası sümükləri kimi medialdan laterala doğru sayılır. 1,2.3,4 və 5-ci ayaq darağı sümükləri mt1, mt2, mt3, mt4,mt5, bunlar əl darağı sümüklərindən uzun olur. ƏTRAF SKELETİNİN XARAKTERİSTİKASI
Qaramalda 3 və 4 inkişaf edib, bunlar bitişərək bir ədəd çarpa sümüyü əmələ gətirir. Donuzlarda 4 ədəd olub, əl darağı sümüklərindən uzundur. 1-ci olmur. 3 və 4 olduqca qalın və uzundur, 2 və 5 isə olduqca qı-salmaqla ortadakılardan nazik olur. 4-cü 3-cüdən bir qədər aşa-ğı enir. itlərdə 4 sümükdən ibarətdir. 1-ci olmur. Olsa da belə rudiment halında olur. 2 və 5 qısa, 3 və 4 isə uzundur. Atlarda sesamoid sümükləri və barmaq sümükləri köks ətra-fının barmaq sümükləri və sesamoid sümükləri tipində qurul-muşdur. lakin az da olsa fərqlənirlər. Qaramalda bunlar köks ətraflarının barmaq buğumları kimidir, lakin bir az uzun olur. Itlərdə köks ətrafının buğumları kimidir. ƏTRAF SKELETİNİN XARAKTERİSTİKASI