260 likes | 652 Views
Səbail rayonu. MƏRKƏZLƏŞ D İ R İ LM İŞ KİTABXANA SİSTEMİNİN MƏRKƏZİ KİTABXANASI. Vətəndaş, yazıçı, müəllim. Abdulla Şaiq-130 (1881-1959). Vətəndaş. Lirik və romantik şair, görkəmli nasir, istedadlı dramaturq, geniş erudisiyalı ədəbiyyatşünas, Azər-
E N D
Səbail rayonu MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİNİN MƏRKƏZİ KİTABXANASI
Vətəndaş, yazıçı, müəllim Abdulla Şaiq-130 (1881-1959)
Vətəndaş Lirik və romantik şair, görkəmli nasir, istedadlı dramaturq, geniş erudisiyalı ədəbiyyatşünas, Azər- baycan uşaq ədəbiyyatının yaradı- cılarından biri, xalq müəllimi və gözəl insan olan Abdulla Şaiq 1881- ci il fevralın 25-də Tiflis şəhərində ruhani ailəsində anadan olmuşdur.
A.Şaiqin anası Mehri xanım A.Şaiqin atası Axund Mustafa
Ömrünün son illərinədək müəllimlik və bədii yaradıcılqla məşğul olmuşdur. 1934-39-cu illərdə Azərbaycan Dövlət nəşriyyatının uşaq şöbəsində çalışmışdır. O, 1938-1946-cı illərdə M. Qorki adına Gənc Tamaşaçılar Teatrında pedaqoji şöbənin müdiri, 1949-1950 – ci illərdə isə Azərbaycan SSR Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyətində referent işləmişdir. Yeni Əlifba Komissiyasına (1940), Nizaminin anadan olmasının 800 illik yubileyinin təşkilat komitəsinə üzv seçilmişdir. SSRİ Ali Sovetinə (2-ci və 3-cü çağırış)deputat seçilmiş (1946-1956), Lenin ordeni, Qırmızı Əmək bayrağı ordeni və medallarla təltif olunmuşdur. Abdulla Şaiq 1959-cu il iyulun 24-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. Xatirəsini əbədiləşdirmək üçün respublikanın şəhər və kəndlərində küçə, məktəb, kitabxana onun adını daşıyır. Bakıda mənzil – muzeyi yaradılmışdır.
Mənim yanımdasan, mənim özümsən... A.Şaiq və ömür-gün yoldaşı Şahzadə xanım
Müəllim A. Şaiq 1901-ci ildən rus-tatar məktəbində ana dilindən dərs deyir. Bakıda III kişi progimnaziyasında, altısinifli məktəbdə, VII şəhər məktəbində, I realnı məktəbdə, Sabunçuda altısinifli məktəbdə müəllim işləmişdir. Ali Pedaqoji İnstitutda, Azərbaycan Sənaye İnstitutunda, pedaqoji texnikumlarda, fəhlə fakültələrində tədrislə yanaşı, ali və orta məktəb dərslikləri, azərbaycan dili və ədəbiyyatına dair dərs proqramları tərtib edir. A.Şaiq “Uşaq çeşməyi” (1907), “İkinci il” (1908), “Uşaq gözlüyü” (1910), “Gülzar” (1912) kimi dərs kitablarının müəllifidir.
Publisist Abdulla Şaiq XX əsrin əvvəllərində geniş ictimai və ədəbi fəaliyyətlə məşğul olmuşdur. “Həyat”, “İrşad”, “Dəbistan”, “Rəhbər”, “Məktəb”, “Füyuzat”, “İqbal”, “Yeni iqbal”, “Açıq söz”, “Qardaş köməyi” kimi qəzet və jurnallarda müxtəlif mövzularda bədii, elmi-publisistik yazılar dərc etmişdir.
Dostlar arasında Qocaman sənətkar M.Ə. Sabir, A.Səhhət, M.Hadi, H.Cavid kimi sənətkarlarla tanış idi. O, N.Nərimanovla birlikdə bir sıra maarifpərvər işləri həyata keçirməyi xoşlayırdı. Dövrün qabaqcıl ziyalılarından və ədəbiyyatçılarından biri olan F.Köçərli ilə yaradıcılıq əlaqələri saxlayır, S.Vurğun və M.İbrahimov kimi istedadlı insanlarla dostluq edirdi. Əziz və sevimli insanların əhatəsində olan Abdulla Şaiq yaradıcılıq yollarında uğurla irəliləyirdi.
Dostlar arasında A.Şaiq müəllim həm- karları C.Cəbrayılbəyli və S. Acalovla birlikdə
Yazıçı 1906- 1907 – ci illərdə Abdulla Şaiqin ilk mətbu şeiri “Laylay” “Dəbistan” jurnalında nəşr olunur. O, silsilə uşaq şeirlərinin, “Məktub yetişmədi”, “Hürriyyət pərisinə”, “Yad et”, “Köç”, “Daşqın”, “Gözəl bahar” “Şələquyruq” və “Murad”, “Tülkü həccə gedir”, “Tıq-tıq xanım”, “Yaxşı arxa”, “Kimdir haqlı”, “Qoçpolad”, “Araz”, “Xasay” kimi əsərlərin müəllifidir. Abdulla Şaiq tərcümə işləri ilə də məşğul olmuş, Nizami, M.Qorki, İ.Krılov, A.S.Puşkin və M.Y.Lermontovun əsərlərindən tərcümələr etmişdir.
Tülkühəccə gedir Tülkü qocalmış idi, Şikardan qalmış idi. Günlərlə qalıb ac, Dolanırdı yalavac.
Tıq-tıqxanımGəlin, sizə uşaqlar, Söyləyim bir hekayət. Dozanqurdu edirdi Yalqızlıqdan şikayət. Soğan qabıqlarından bir çadra tikdi, şıq-şıq. Çarıq geyindi, tıq-tıq.Ətir vurdu başına, bəzək verdi özünə;Qara yaxdı qaşına, sürmə çəkdi gözünə. Naz ilə yavaş-yavaş, Yola düzəldi birbaş.
YaxşıarxaGünlərin bir günündə,Qalın meşə içində Bir ac tülkü olurdu, Acından qovrulurdu. Qalmayırdı dağ, dərə, Baş çəkirdi hər yerə...
Uşaq və dovşanUşaq və dovşanUşaq - Dovşan, dovşan, a dovşan! Qaçma dayan, a dovşan! Qaçma səni sevəndən,Can kimi istəyəndən. DovşanDura bilmərəm, dadaş, Yanında var alabaş. Xəbərdaram işindən, Qurtarmaram dişindən.Keçi Ala-bula, boz keçi, Ay qoşa buynuz keçi! Yalqız gəzmə, dolanma, Dağa-daşa dırmanma. Bir qurd çıxsa qarşına Sən nə edərsən ona.Çoban açınca gözün ,Qalar iki buynuzun.
PayızPayız olur, əsir soyuq küləklər, Solur dağda, çöldə əlvan çiçəklər.Gecələr uzanır, günlər qısalır, Göy üzünü qara buludlar alır... Xoruz Ay pipiyi qan xoruz, Gözləri mərcan xoruz! Sən nə tezdən durursan, Qışqırıb banlayırsan, Qoymayırsan yatmağa Ay canım, məstan xoruz!
HAZIRLADI: KÜTLƏVİ ŞÖBƏNİN MÜDİRİ SƏMƏDOVA CƏMİLƏ