1 / 30

14.2 Çiyələk bitkisinin xəstəlikləri

14.2 Çiyələk bitkisinin xəstəlikləri. Çiyələyin ağ ləkəliyi – Mycosphaerella fragariae Sacc. Təsnifatda yeri: Fungi və ya Mycota aləmi, Ascomycota şöbəsi, Loculoascomycetes sinfi, Dothideales sırası, Mycosphaerellaceae fəsiləsi, Mycosphaerella cinsi Bioloji qurpu: Fakültətiv parazit.

gudrun
Download Presentation

14.2 Çiyələk bitkisinin xəstəlikləri

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. 14.2 Çiyələk bitkisinin xəstəlikləri • Çiyələyin ağ ləkəliyi – Mycosphaerella • fragariae Sacc. Təsnifatda yeri: Fungi və ya Mycota aləmi, Ascomycota şöbəsi, Loculoascomycetes sinfi, Dothideales sırası, Mycosphaerellaceae fəsiləsi, Mycosphaerella cinsi Bioloji qurpu: Fakültətiv parazit

  2. Patogenin morfologiya və biologiyası. Yarpaq, saplaq, çiçək-daşıyan və çiyələk bitkisinin meyvə ayaqcıqlarında əmələ gəlir. Cavan yarpaqlarda həlqəvi nazik haşiyəsiz qəhvəyi ləkələr formalaşır. Bu ləkələr sonra qovuşaraq daha iri ləkələrə çevrilirlər. Daha yaşlı yarpaqlarda ləkələr həlqəvi və ya yüngülcə kələ-kötür, tez ağaran, al-qırmızı haşiyəlidir. Ağ ləkələrin diametri haşiyəsiz 1-2 mm-dir. Müəyyən zaman kəsiyindən sonra ləkələrin mərkəzi tökülür. Saplaq, çiçək-daşıyanlar. Bığcıqlarda ləkə adətən uzununa dartılır. Onlar əvvəlcə qəhvəyi olur, sonra mərkəzdə solğunlaşırlar. Güclü yoluxmuş çiçəkdaşıyanlar qəhvəliləşirlər, nazilirlər və yerə doğru əyilirlər. Daha yaşlı yarpaqlar tez yoluxurlar. Xəstəlik törədicinin kisə və konidi mərhələləri vardır. Xəstəlik törədicinin konidi mərhələsi Hyphomycetes sinfinin Hyphomycetales sırasından olan Ramularia tulasnei Sacc. göbə-ləyidir. Yazda və yayda yarpağın alt və üst tərəflərində ləkədə ağızcıq vasitəsilə göbələk konidi mərhələsini əmələ gətirir, onum köməyi ilə yayılır.

  3. Çiyələkdə ağ ləkəlik - sirayətlənmiş yarpaq - patogenin konididaşlyanlarında konidilər

  4. Çiyələyin unlu şehi- Sphaerotheca macularis Magn. f. fragarie Yakz.. Təsnifatda yeri: Fungi və ya Mycota aləmi, Ascomycota şöbəsi, Euascomycetes sinfi, Erysiphales sırası, Erysiphaceae fəsiləsi, Sphaerothecacinsi Bioloji qrupu: Obliqat parazit

  5. Patogenin morfologiya və biologiyası. Bitkinin bütün yerüstü orqanları, xüsusilə yarpaqları yoluxurlar. Sirayətlənmiş yarpaqlar dərili konsisitensiya qazanır, kənarları qayıq formasında bükülür. Yarpağın alt tərəfində, bəzən isə üst tərəfdə zərif nazik ağ örtük əmələ gəlir. Həmin örtük zoğ, çiçək və toxumluqda da formalaşır, lakin adi gözə görünməyə bilər. Giləmeyvələrdə xəstəlik daha aydın müşahidə edilir. Çiyələkdə unlu şeh bütün vegetasiya dövrü inkişaf edir. Xəstəliyin kütləvi inkişafı adəti üzrə çiçəkləmə və meyvəvermə fazalan ilə üst-üstə düşür. Adətən isti hava şəraitindən asılı olaraq, maksimal yoluxma yayın ikinci yarısında əmələ gəlir. Unlu şeh həm quru, həm də rütubətli illərdə güclü inkişaf edir. Patogen konidi və kisə mərhələlərini əmələ gətirir. Kisə mərhələsi adətən yayın ikinci yarısında tünd-qəhvəyi meyvə bədəni-kleystotesi formasında müşahidə edilir, o, uzun qonur çıxıntılıdır. Hər kleystotesidə hələ payızda bir kisə qoyulur və orada kisəspor formalaşır. Kisə kisəşəkilli, kisəsporlar oval, birhüceyrəlidir.

  6. Çiyələkdə boz çürümə- Botrytis cinerea Fr. Təsnifatda yeri: Fungi və ya Mycota aləmi, Anamorfic fungi şöbəsi, Hyphomycetes sinfi, Hyphomycetales sırası, Dematiaceae fəsiləsi, Botrytis cinsi Biolojiqrupu: Fakultətiv parazit

  7. Patogenin morfologiya və biologiyası. Giləmeyvə, yarpaq, qön-çə, çiçək, çiçəkayaqcıqları, toxumluq və hamaşçiçəklər yoluxurlar. Giləmeyvələr üçün yoluxma daha tipikdir. onların üzərində yumşalmış, qonur, xəstəlik törədicinin boz örtüyündən ibarət tez böyüyən ləkə inkişaf edir. Sirayətlənmiş meyvələr dad və aromatı itirir, tədricən quruyur və mumiyalaşırlar. Yarpaqlarda iri, dağınıq, tünd boz, qonur ləkələr əmələ gəlir, rütubətli havada onlar üzərində də boz örtük müşahidə edilir. Patogen yaxşı inkişaf etmiş ağac kimi budaqlanan, yüngülcə rəng-li konidilərə bərkimə yerlərində kiçik dişli konididaşıyanlar əmələ gətirir, konidilər dairəvi, və ya yüngülcə dartılmış, birhüceyrəlidir. Patogen sklerosiya əmələ gətirir, və bu onun inkişaf tsiklində vacib əhəmiyyət kəsb edir. Onlar müxtəlif ölçülü, anormal formalı qara rənglidir. Yoluxmuş giləmeyvə, yarpaq və başqa orqanlarda sklerosiyalar əmələ gəlir. Bəzən sklerosiyalardan apotesi əmələ gəlir, onlar 1-5 mm dia-metrdə olub, ayaqcıqlıdır.

  8. Çiyələyin fitoftorozu –Phytophthora fragarie Hiekman. Təsnifatda yeri: Chromista aləmi, Oomycota şöbəsi, Oomycetes sinfi, Peronosporales sırası, Pythiaceae fəsiləsi, Phytophthora cinsi. Biolojiqrupu: Obliqat parazit

  9. Patogenin morfologiya və biologiyası. Çiyələk bitkisinin ən zərərli xəstəliklərindən biridir. Bitkinin bütün yerüstü hissələri yoluxurlar: giləmeyvələr, qönçələr, çiçəklər, hamaşçiçəklər, bundan əlavə rütubətli illərdə gövdənin təpə hissəsi, böyümə nöqtəsində yoluxur. Göbələk ən çoxu giləmeyvələrə ziyan vurur, belə ki, hələ yaşıl vəziyyətdə qonur və qabıqlı olur. Onlar yetişən zaman yumşalır, təbaşir rəngli haşiyəli qəhvəyi bərk qabıqlı ləkələrlə örtülürlər. Yoluxmuş yumşaq hissə elastikləşir və giləmeyvələrin qalan hissə-sindən ayrılmır. Xəstə meyvələrə göbələyin mitseli daxil olur və acı tama malik olurlar. Tədricən giləmeyvələr quruyurlar, mumiyalaşırlar. Yoluxmuş qönçə, çiçək və hamaşçiçəklərdə ləkələr qeyri bərabər forma alır və qəhvəyi. rəngi qəbul edir. Böyümə nöqtəsində nekroz baş verir. Gövdə qonurlaşır, yarpaq saplaqları və kolun rozeti məhv olur. Göbələk kök sisteminə də daxil ola bilir, lakin. Buna nadir hallarda təsadüf edilir.

  10. Çiyələkdə kələ-kötür ləkəlik - Xanthomonas fragariae Kennedy et King. Təsnifatda yeri: Qrammənfi aerob çubuqlar və kokklar bölməsi, Pseudomonaceae fəsiləsi, Xanthomonas cinsi Bioloji qrupu: Fakültətiv parazit

  11. Çiyələkdə mozaika, ksantos və ya sarılıq- Stranberry mosaic virus

More Related