150 likes | 599 Views
Neftçala şəhər. 4 sayl ı tam orta məktəb V SİNİF- "AÇIQ DƏRS". Hətəmova Gülbəniz. Tarix : 25 avqust 2013 cü il Fənn: Rus dili Standart: 2.1.2. Kiçik həcmli dialoqlarda iştirak edir. 3.1.2. Mətndəki sözləri düzgün tələffüzlə oxuyur.
E N D
Neftçala şəhər 4 saylı tam orta məktəb V SİNİF- "AÇIQ DƏRS" Hətəmova Gülbəniz
Tarix : 25 avqust 2013 cü il Fənn: Rus dili Standart: 2.1.2. Kiçik həcmli dialoqlarda iştirak edir. 3.1.2. Mətndəki sözləri düzgün tələffüzlə oxuyur. 4.1.2. Gördüyü əşya və hadisələrin adını yazır. Mövzu: «НОВРУЗ БАЙРАМЫ.»
İnteqrasiya: H.b. (V sin) 3.2.1.Əxlaq və davranışlara təsir edən amilləri fərqləndirir. 4.2.1. Məişətdə və ictimai yerlərdə yarana biləcək təhlükəli və xoşagəlməz halları izzah edir. (Texnologiya, təsviri incəsənət). İş forması;Qruplarla iş., kollektiv, fərdi iş.İş üsulları;Beyin həmləsi, müzakirə, anlayışın çıxarılması, Rollu oyun. Resurslar; dərslik, iş vərəqləri, rəngli markerlər, lövhə, mövzuya aid rəngli şəkillər Təlim məqsədi: 1. Şifahi nitq bacarığını nümayiş etdirir. 2. Mövzu üzrə orfoepik qaydalara riayət edir. 3. Əşya və hadisələrin adlarını qeyd edir.
Motivasiya:-5dəq Müəllim şagirdlərin Novruz haqqında nə bildiklərini yoxlamaq üçün lövhədəanlayışın çıxarılması üsullarından isdifadə edir. Şagirdlər isə mərkəzdə gizlədilmiş sözü tapırlar. Сэмэни свечи свечи свечи свечи свечи костёр костёр шекербура шекербура шекербура яйцо яйцо яйцо яйцо
Tədqiqat sualı: Nə üçün biz Novruzu səbirsizliklə gözləyirik? Novruzla bağlı daha nələri bilirsiniz? Müxtəlif fikirlər yaranır.Hər bir fikri diqqətlə dinləyirik.
Tədqiqat aparılması-10dəq V C sinfində 15 şagird var. Müəllim onları hərəsində 5 şagird olmaqla 3 qrupa bölünür; qruplara adlar verilir: SƏMƏNİ, ÇƏRŞƏNBƏ TONQAL. Hər qrupa müvafiq tapşırıqlar verilir. “SƏMƏNİ” –Novruzla bağlı əl işləri düzəldin. “Çərşənbə”- “Bayram” mövzusunda rəsm çəkin. “Tonqal”- Azərbaycan ədəbiyyatından Novruzla bağlı nümunə (şer parçası) göstərin. (Orfoepik qaydalara əməl edərək) Hər qrup öz tapşırığı üzərində çalışır.
Tonqal qrupu ....Yumurtanı göyçək, güllü boyardıq, Çaqqaşdırıb sınanların soyardıq. Oynamaqdan bircə məgər doyardıq? Əli mənə yaşıl aşıq verərdi, İrza mənə novruzgülü dərərdi.... (M.Şəhriyar)
Məlumat mübadiləsi: -5 dəq Şagirdlər işlərini tamamladıqdan sonra əldə olunmuş nəticəni şərh etmək və onu əsaslandırmaq üçün informasiya mübadiləsinə başlayır. Məlumatın müzakirəsi və təşkili: -10 dəq Yönləndirici sual: -Bayramları qeyd etmək bizə nə üçün lazımdır? -Daha hansı Milli bayramları tanıyırsınız? -Yaşadığımız hər günü bayrama çevirə bilərikmi?
Nəticələrin çixarilmasi- 5 dəq Müəllim: Novruz yüzillikərin yaddaşından sözülüb gələn, tarixən qədim bayramdır. Bu bayram həm də yazın gəlişilə təbiətin oyandığı bir vaxta təsadüf edir.Təbiətin bir üzvü olan insanda da ruh yüksəkliyi yaranır.Buna görədə biz Novruzun gəlişini səbirsizliklə gözləyirik. Nəticələr ilk fərziyələrlə müqaisə edilir. Fərziyyələrin təsdiqi və ya tərkibi haqqında nəticə çıxarılır.
Yaradici tətbiq etmə-5 dəq Müəllim şagirdlərə sinifdə Novruzla bağlı Rollu oyun nümunələri hazırlamağı tapşırır.Evə tapşırıq zamanı şagirdlərə Novruzla bağlı kiçik həcmli inşa yazmaq tapşırılır.
QİYMƏTLƏNDİRMƏ -5 dəq -əla -pis -orta -yaxşı