350 likes | 594 Views
A zərbaycan gənclərinin SOSial probleml əri. Qubad İbadoğlu, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri. Təqdimatın məzmunu. Təhsilə çıxış və əldə edilən təhsilin keyfiyyəti Gənclərin məşqulluq problemləri Gənclərin mənzil problemləri Gənclərin neft gəlirlərindən bəhrələn(mə)məsi problemləri.
E N D
Azərbaycan gənclərininSOSialproblemləri Qubad İbadoğlu, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri
Təqdimatın məzmunu Təhsilə çıxış və əldə edilən təhsilin keyfiyyəti Gənclərin məşqulluq problemləri Gənclərin mənzil problemləri Gənclərin neft gəlirlərindən bəhrələn(mə)məsi problemləri
Gənclərin Təhsilə çıxış və ondan faydalanmaqla bağlı problemləri 1. Orta 2. Ali 3. Xaricdə Təhsil
Son qəbul imtahanında abituriyentlərin topladıqları ballar üzrə paylanması Qeyd: 2011/2012-ci tədris ili ücün respublikanın ali təhsil müəssisələrinə 31419 tələbə qəbulu nəzərdə tutulmuşdu. Bunlardan 54 yer qəbul imtahanlarında müsabiqədənkənar iştirak edən abituriyentlər tərəfindən tutulmuşdur. Qalan 21223 yer Azərbaycan, 2615 yer rus bölməsi üçün ayrılmış, 7527 yer isə hər iki bolmənin birgə musabiqəsi üçün nəzərdə tutulmuşdu. Qəbul planının 26384 yeri dovlət, 5035 yeri isə özəl ali təhsil muəssisələrinin payına düşüb. Ali təhsil muəssisələrinə qəbul imtahanlarında iştirak etmək ucun 107484 abituriyent ərizə verib. Ərizələrin sayı otən illə muqayisədə 4.47% azalıb.
Son qəbul imtahanında 2011-ci ilin məzunlarının topladıqları ballar üzrə paylanması
2011-2012 tədris ili üçün keçirilən qəbulda tələbələrin ödənişli və qeyri-ödənişli əsaslarla paylanması
1992-2011-ci illər üzrə qəbul planının və ərizələrin sayının dinamikası
Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində illər üzrə tələbələrin sayı, ayrılan maliyyə və ondan istifadə
Tələbələrin aylıqxərcnormaları Qeyd: Cədvəldə qeyd olunan xərclər sonuncu tədris ili üçün nəzərdə tutulub. Mənbə: Nazirlər Kabineti
Dövlət Proqramı çərçivəsində təhsil alanların ixtisas istiqamətləri üzrə 5 illik dinamikası Mənbə: Azərbaycan Respublikası Təhsil Nazirliyi
XaricdəTəhsilüzrəDövlət Proqramı çərçivəsində təhsili maliyyələş-dirilmiş azərbay-canlı gənclərin təhsil aldıqları ölkələrüzrə sayı(2008-2011)
DövlətproqramıçərçivəsindəxaricdətəhsilinibaşavuranməzunlarınsayıDövlətproqramıçərçivəsindəxaricdətəhsilinibaşavuranməzunlarınsayı
Nəticə -Təhsil sahəsində. Əvvəli • 2011-ci ildə orta məktəb buraxılışının 72,23 faizi orta təhsil bazasından irəli gedə bilməyib. • 2011-ci ildə ali məktəblərə qəbul üçün ərizələrin sayı otən illə muqayisədə 4.47 faiz azalıb. • Son yeddi ildə orta məktəb məzunlarının sayı 27635 nəfər azalıb. • 2011-ci ildə orta təhsilini 4-5 qiymətlərlə başa vuran 2457 nəfər ali məktəblərə qəbul zamanı 0-100 ball arasında nəticə göstərib. • 2011-ci ildə ali məktəblərə qəbul imtahanlarında iştirak edənlərin 28,12 faizi 0-100 ball arasında nəticə göstərib. • 2011-2012 tədris ili üçün tələbələrin 67,62 faizi ödənişli əsaslarla qəbul olunub.
Nəticə -Təhsil sahəsində. ...Davamı • Xaricdə təhsil üzrə Dövlət Proramının icrası ilə bağlı şəffaflıq azdır, hesabatlılığa əməl olunmur. Bu ilə qədər 1228 nəfərin bu proqramdan bəhrələnməsi gözlənirdi. Növbəti 4 ildə 3772 nəfərin Dövlət Proqramı xəttilə xaricə göndərilməsi inandırıcı deyil. • Müxtəlif səbəblər üzündən (akademik müvəffəqiyyətsizliklər, məzunların geri dönməməsi, sənədlərin vaxtında təqdim edilməməsi və sair) proqramdan 29 nəfər kənarlaşdırılıb. • İldən-ilə ABŞ universitetlərinə göndərilən tələbələrin sayı azalır, Dövlət Neft Fondundan verilən məlumata görə, 2008-ci ildə 10, 2009-cu ildə 13, 2010-cu ildə 5, 2011-ci ilin oktyabr ayına qədərsə cəmi 3 tələbənin ABŞ-da təhsili maliyyələşdirilib. “Times” kimi nüfuzlu reytinq agentliklərinin hesablamalarına görə, 2011-2012-ci tədris ili üçün dünya üzrə ilk onluqda olan 10 universitetdən 7-si Amerikanın payına düşür. Qeyd edək ki, ən yaxşı 2000 universitetdən 413-ü ABŞ-da yerləşir. • Təhsil Nazirliyi tərəfindən təhsilaalanların sənədlərinin vaxtında ekspertizasının aparılmaması, təhsil haqlarının gecikdirilməsi, iddiaçıların, vətəndaş cəmiyyəti nümayəndələrinin və KİV-lərin suallarının vaxt azlığı və kadr çatışmazlığı əsas gətirilərək ətraflı cavablandırılmaması, seçimin ikinci (təsdiq) mərhələsində hansı meyarlara istinadən son seçimin edilməsinin əsaslandırılmaması və müsabiqədən keçməyən iddiaçılara ümumiyyətlə, cavabın (nə şifahi, nə də yazılı) verilməməsi proqramın idarə olunmasında çətinliklərin mövcudluğundan, inzibati üsulların üstunlük təşkil etdiyindən xəbər verir.
2010-cu ildəiqtisadirayonlarüzrəgənclərin(15-24 yaş) işsizlikəmsalı, faizlə
2010-cu ildəiqtisadirayonlarüzrəişsizəhalininsayındagəncəhalinin (15-24 yaş) payı, faizlə
Nəticə - Məşğulluq sahəsində. • Yalnız 2011-ci ildə orta təshilini başa vuran 95473 məzunun 72,23 faizi və ya 68 min 960 nəfəri orta təhsil bazasında əmək bazarına daxil olub. • Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, respublika üzrə mövcud işsizlərin 57 faizini 35 yaşınadək olan gənclər təşkil edir. Ötən ilin statistikasına əsasən ölkədə 20-34 yaş arasında olan 2,1 milyon gənc var ki, onların da əksəriyyəti işsizdir. İşsiz gənclərin 60 faizi təhsil, səhiyyə, sosial və məişət xidməti sahələrində iş yeri axtarırlar. • Yeni açılan iş yerlərinin statistikası saxtadır. Belə ki, 2011-ci ilin əvvəlində əmək haqqı alan muzdlu işçi sayı 1 382,9 min nəfər idisə, oktyabrın əvvəlində 1 366,9 min olub. Başqa sözlə, muzdlu işçi sayı 16 min nəfər və ya 1,2 faiz azalıb.
Dövlət Büdcəsindən İpoteka Fonduna sosial ipoteka üçün illər üzrə ayrılmış vəsaitlər, milyon manatla
Ayliq gəlirlərə uyğun olaraq hansı şərtlərlə ipoteka ilə mənzil almaq mümkündür
Nəticə - İpoteka sahəsində. • Ölkədəki 18-36 yaş arası gənclərin 20 faizinin mənzilə ehtiyacı var, onların sayı 420 -450 min nəfər arasında dəyişir. Sosial ipotekaya ayrılan vəsait vasitəsilə hər il orta hesablar 571 gəncin mənzil problemini həll etmək mümkündür. Bu minvalla gənclərin sayı sabit qalarsa indiki hakimiyyət onların problemlərini 788 ilə həll edə bilər. • Statistik məlumatlara görə, 18-36 yaşlı gənclərin orta aylıq əməkhaqları isə 200-300 manat arasındadır. Bu isə o deməkdir ki, onlar sosial ipotekaya müraciət edə bilməzlər, sosial ipoteka üçün ən azı 400 manatlıq əmək haqqı tələb olunur, bu halda laınan evin qiyməti 21193 manat, kreditin həcmi 18018 manat, ilkin ödəniş isə 3179 manat olmalıdır və gənc 30 il hər ay dövlətə 86 manat, bütövlükdə isə 18018 manatlıq kreditə görə, 30 960 manat ödəniş etməlidir.
STATİSTİKA 2011-ci il oktyabrın 1-ə olan məlumata görə: Fonda daxilolmalar: 61 423,1 Milyon ABŞ Dolları, Ondan: Fondun aktivləri: 32 242,5 Milyon ABŞ Dollar Fonddan xərcləmələr: 29 180, 6 Milyon ABŞ Dolları
Nəticə • Neft gəlirləri nəsillər arasında ədalətsiz bölünür. • Təhsilin keyfiyyətinin aşağı düşməsi gənclərin məşğulluq problemlərinin daha da kəskinləşdirir. • Hökümətin gənclərin mənzil problemini ipoteka yolu ilə həll etməyə marağı yoxdur • Gənclər işsiz, evsiz və ümidsizdir.