1 / 31

MEYVƏ BİTKİLƏRİNİN HƏR İL VƏ İLAŞIRI MƏHSUL VERMƏSİ

MEYVƏ BİTKİLƏRİNİN HƏR İL VƏ İLAŞIRI MƏHSUL VERMƏSİ. k.t.e.doktoru, professor Zaur HƏSƏNOV. Məhsula düşməyə təsir edən amillər Məhsul vermənin fizioloji əsasları Meyvə bitkilərinin hər il məhsul verməsi Meyvə bitkilərinin ilaşırı məhsul verməsi. MƏHSULA DÜŞMƏYƏ TƏSİR EDƏN AMİLLƏR.

kaida
Download Presentation

MEYVƏ BİTKİLƏRİNİN HƏR İL VƏ İLAŞIRI MƏHSUL VERMƏSİ

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. MEYVƏ BİTKİLƏRİNİN HƏR İL VƏ İLAŞIRI MƏHSUL VERMƏSİ k.t.e.doktoru, professor Zaur HƏSƏNOV

  2. Məhsula düşməyə təsir edən amillər • Məhsul vermənin fizioloji əsasları • Meyvə bitkilərinin hər il məhsul verməsi • Meyvə bitkilərinin ilaşırı məhsul verməsi

  3. MƏHSULA DÜŞMƏYƏ TƏSİR EDƏN AMİLLƏR Meyvə-güəmeyvə bitkilərinin qanunauyğun məhsula düşməsi vaxtı bitkinin mərhələ etibarilə yetkinlik səviyyəsindən, cins və sortun bioloji xüsusiyyətindən, coğrafı şəraitdən, calaqaltının növündən və tipindən, tətbiq olunan texnoloji qulluqdan, çətir formalarından və digər şərtlər-dən asılıdır.

  4. Çoxaldılması üsulu • Torpaq-iqlim şəraiti • Calaqaltı və sort xüsusiyyəti • Texnoloji qulluq • Coğrafi məkan • Çətrin forması və budaqların gövdədən ayrılması dərəcəsi • Yarpaqların sağlamlıq dərəcəsi

  5. ÇOXALDILMASI ÜSULU Toxmacar mərhələ etibarılə cavan olduğundan onun xüsusiyyətləri formalaşmamış olur. O, bütün mərhələləri keçib tam formalaşdıqdan sonra məhsul verməyə başlayır. Cins xüsusiyyətindən asılı olaraq toxumdan əmələ gəlmiş bitki 3-20 yaşından məhsula düşür. Giləmeyvə bitki tox-macarları tez, tumlu və digər meyvə bitkilərinin toxmacar-ları isə gec məhsul verir. Təsərrüfatlarda bitkiləri bir qayda olaraq vegetativ üsulla çoxaldırlar. Bu üsulla çoxaldılmış giləmeyvə bitki-ləri 1-3 yaşından, şaftalı 2-3 yaşından, başqa çəyirdəkli, subtropik və d. bitkilər 3-6 yaşından, tumlu və qərzəkli meyvə bitkiləri 5-10 yaşından məhsul verir.

  6. TORPAQ-İQLİM ŞƏRAİTİ Torpağı qeyri-münbit, zəif rütubətli, vege-tasiya dövrü uzun və isti olan şəraitdə bitki tez, torpağı münbit, rütubətli, vegetasiya dövrü qısa və sərin olan şəraitdə gec məhsul verir.

  7. CALAQALTI VƏ SORT XÜSUSİYYƏTİ Alma toxmacarlarına calanmış Qəndil Sinap, Sarı Sinap, Cır Hacı, Sarıturş və d. alma sortları 10-12 yaşından, klon calaqaltılara calanmış həmin sort-lar 3-8 yaşından, o cümlədən törə boylulara (M 8, M 9) calanmışlar 3-4, orta boylulara (M 3, M 4, M 5) calanmışlar 4-5, uca boylulara (M 1, M 2, M 15 və s.) calanmışlar 5-8 yaşından, armud toxmacarlarına calanmış armud sortları 6-7 yaşından, heyvaya calan-mış həmin armud sortları isə 3-4 yaşından məhsul verir. «Spur» tipli, zəif boylu, məhdud çətirli alma və armud sortları 2-3 yaşından məhsul verir.

  8. TEXNOLOJİ QULLUQ Bitki yüksək texnoloji qulluq şəraitin-də tez, aşağı səviyyəli texnoloji qulluq şə-raitində gec məhsul verir.

  9. COĞRAFİ MƏKAN Şimal rayonlarında və dağlıq bölgələrin-də vegetasiya dövrü qısa, fəal temperaturun cəmi az olduğundan bitki nisbətən gec, cənub rayonları və aran bölgədə isə tez məhsul ve-rir.

  10. ÇƏTRİN FORMASI VƏ BUDAQLARIN GÖVDƏDƏN AYRILMASI DƏRƏCƏSİ Çətri sıx, girdə, budaqları gövdədən dar bucaq altında ayrılmış sortlar məhsul verməyə gec, çətri dağınıq, seyrək, geniş, budaqları gövdədən geniş bucaq altında ayrılan sortlar günəşlə, işıqla təmin olun-duğundan tez məhsul verməyə başlayır.

  11. YARPAQLARIN SAĞLAMLIQ DƏRƏCƏSİ Yarpaqları xəstəlik və zərərvericilər-dən zədə almış, normal inkişaf etməmiş, yarpaqları az olan bitki məhsul verməyə gec başlayır.

  12. MƏHSUL VERMƏNİN FİZİOLOJİ ƏSASLARI Bitki məhsul vermək üçün çiçək tumu-rcuqları əmələ gətirməlidir. Çiçək tumurcu-qlarının əmələ gəlməsi üçün isə bitkidə çoxlu miqdarda sulu karbonlar toplanmalı-dır.

  13. Fotosintetik potensial və fotosintezin məhsuldarlığı • Assimlyasiya məhsullarının toplanması və paylanması • Fizioloji fəal radiasiya (FFR) və ondan səmərəli istifadə • Hüceyrə şirəsinin qatılığı • Texnoloji qulluq

  14. FOTOSİNTETİK POTENSİAL VƏ FOTOSİNTEZİN MƏHSULDARLIĞI Məlum olduğu kimi sulu karbonlar işıqla normal təmin olunmuş yarpaqlarda istehsal olunur. Fotosintetik potensial adlanan belə yarpaqlar fotosintezin məhsuldarlığının yüksəlməsinə səbəb olur. Fotosintezin məhsuldarlığı bir sutka ərzində bir m2 yarpaq səthinin topladığı quru maddə ilə hesablanır. Bu göstərici orta hesabla sutkada 4-5 q/m2 təşkil edir.

  15. ASSİMLYASİYA MƏHSULLARININ TOPLANMASI VƏ PAYLANMASI Müəyyən olunmuşdur ki, bir ağac hər il məhsul verərsə vegetasiya dövründə 60-68 kq, ilaşırı məhsul verərsə 45-56 kq assimilyasiya məhsulu istehsal edir. Bundan isə vegetativ hissələrin inkişafına 26 kq, yarpaq əmələ gəlməsinə 7 kq, budaqlara 11 kq, kök sisteminə 8 kq, məhsula 22 kq (çiçəklərin açılmasına 1 kq, meyvəciklərə 6 kq, meyvələrə 15 kq) sərf olunur. Qalan 12-20 kq hər il məhsul verən ağaclarda ehtiyat halında qalır. Göründüyü kimi məhsul üçün yarpaqların maksimum fotosintetik fəaliyyətinə nail olmaq lazımdır. Bu isə düşən Günəş şüa-sından səmərəli istifadə nəticəsində əldə edilə bilər.

  16. FİZİOLOJİ FƏAL RADİASİYA (FFR) VƏ ONDAN SƏMƏRƏLİ İSTİFADƏ Aparılmış tədqiqatlar göstərmişdir ki, yer üzərinə düşən fızioloji fəal radiasiyanın (FFR) heç də hamısı yarpaqlar tərəfındən mənimsənilmir. Normal şəraitdə bu təqribən 55-60% təşkil edir ki, bunun da fotosintez prosesinə 4%-ə qədəri sərf olunur. Bu halda bioloji məhsuldarlıq (4 min kaloriyə bərabər) kaloriliyi 1 kq quru maddə hesabı ilə hektara 18 ton təşkil edir. Təsərrüfat məhsuluna çevirdikdə bu rəqəm 50 ton olacaqdır. Deməli yarpaqların normal vəziyyətindən asılı olaraq məhsuldarlıq dəyişə bilər.

  17. HÜCEYRƏ ŞİRƏSİNİN QATILIĞI Karbohidratın toplanması üçün bitki üzərində çoxlu miqdarda normal böyümüş yarpaqlı zoğ olmalıdır. Yarpağın əmələ gəlməsi və normal işləməsi birbaşa kök sistemi ilə əlaqədardır. Öncə qeyd olunduğu kimi köklərdə bir sıra üzvi maddələr – aminlər, amidlər, lipoidlər, nukleproteidlər, auksinlər və s. istehsal olunur. Bunlar isə öz növbəsində fotosintetik məhsullarla birlikdə hüceyrə şirəsinin qatılığının artmasına səbəb olur. Mütəxəssislər müəyyənləşdirmişdir ki, hüceyrə şirəsinin qatıhğı 0,6-0,7 moldan yuxarı olduqda çiçək tumurcuqlarının, aşağı olduqda isə vegetativ tumurcuqların yaranması üçün zəmin yaranr. Bu səbəbdəndir ki, gödək boylu, çoxlu yarpağa malik olan meyvə-giləmeyvə bitkiləri daha tez məhsul verməyə başlayırlar. Çünki onlarda hər sm2 toxumaya düşən fotosintetik potensial yüksək olur. Bu isə hüceyrə şirəsinin qatılığının artmasını tezləşdirir. Hüceyrə şirəsinin qatılığının yüksəlməsi vegetativ zoğların böyüməsini zəiflədir, böyümə konusunda nuklein turşusunun, zülalın toplanması sürətlənir ki, bu da külli miqdarda çiçək tumurcuqlarının əmələ gəlməsi ilə nəticələnir.

  18. TEXNOLOJİ QULLUQ Bitkinin məhsul verməsi üçün onda həm vegetativ (zoğ, yarpaq), həm çiçək tu-murcuqları və həm də kifayət qədər fəal köklər olmalıdır. Bu məqsədlə bitkinin nizamlayıcı budanması, müvafıq aqrotexnoloji qulluq nəticəsində torpaqda tələb olunan səviyyədə rütubət və qida mühitinin yaradılması, çətrin normal işıqlanması hesabına fotosintez prosesinin fəallığına, karbohidratların və amin qrupu birləşmələrinin toplanmasına və çiçək tumurcuqlarının əmələ gəlməsinə nail olunur.

  19. MEYVƏ BİTKİLƏRİNİN HƏR İL MƏHSUL VERMƏSİ Bir qrup meyvə bitkiləri (çəyirdəkli, subtropik, giləmeyvə və s.) normal becərilmə şəraitində hər il məhsul verirlər. Bu bitkilərdə onların bioloji xüsusiyyətlərinə uyğun olaraq bu ilin vegetasiya dövründə əmələ gəlmiş zoğların yarpaq qoltuğunda yerləşən gözlər normal qidalanma şəraitində çiçək tumurcuğuna çevrilir. Gələn ilin yazında havanın temperaturunun yüksəlməsi ilə əlaqədar olaraq çiçək tumurcuqları açılır, normal şəraitdə tozlanma və mayalanma nəticəsində meyvə əmələ gəlir. Bitkinin qida maddələri və rütubətlə təmin olunma dərəcəsindən, digər aqrotexnoloji əməliyyatların keyfıyyətindən, hava şəraiti və bitkinin yaşından asılı olaraq məhsul bir ildə çox, digər ildə isə az olur. Lakin bu bitkilər bir qayda olaraq hər il məhsul verməlidir. Təssüflə qeyd etmək lazımdır ki, qeyd olunan bitkilər bəzi illərdə cüzi və ya heç məhsul vermir. Bu halm səbəbi bitkinin bioloji xüsusiyyəti ilə yox, ilin hava şəraiti və tətbiq olunan aqrotexnoloji qulluğun keyfıyyəti ilə üzvi surətdə bağlıdır.

  20. İlin hava şəraiti • Texnoloji qulluq şəraiti

  21. İLİN HAVA ŞƏRAİTİ Bəzi illərdə qış şaxtalı olduqda çiçək tumurcuqlarının müəyyən hissəsi və ya əksər qismi məhv olduğundan məhsul az və ya heç olmur. Badam, ərik və şaftalının bəzi sortlarının …azda kütləvi çiçəkləmələri yaz şaxtaları ilə bir vaxta düşür. Bu halda çiçəyin dişiciyi 23 °C şaxtada məhv olur, nəticədə bitki həmin ili məhsul vermir. Müşahidələrlə müəyyən olunmuşdur ki, Azərbaycan şəraitində 10 il ərzində ərik bitkisi 3-4 il, badam bitkisi 4 il, fındıq isə 6 il normal məhsul vermişdir. Bu hal ilaşırı məhsulvermə yox, təbii fəlakətin nəticəsində meydana çıxmış məhsulsuz il adlanır. Kütləvi çiçəkləmə dövründə şaxta olmadıqda bitki müntəzəm məhsul verir. Bu bitkilərin məhsulsuz olmalarının ikinci səbəbi bağlarda aqrotexnoloji əməliyyatın vaxtında və yüksək səviyyədə tətbiq olunmaması nəticəsində bitkinin qida maddələri, rütubət ilə təmin olunmamasıdır

  22. TEXNOLOJİ QULLUQ ŞƏRAİTİ • Çiçəkləri yaz şaxtalarından mühafizə etmək • Bağlarda tozlayıcı sortlar yerləşdirmək • Məhsulu normalaşdırmaq • Ağaclarda hər il sıx yarpaqlı zoğ əmələ gəlməsi-nin təmin etmək • Ağacları su və qida maddələrilə təmin etmək • Ağaclara günəş şüasından səmərəli istifadə etmə-yə imkan verən çətir formaları vermək

  23. MEYVƏ BİTKİLƏRİNİN İLAŞIRI MƏHSUL VERMƏSİ Alma və armud bitkisi yaz şaxtalarından çox sonra çiçəklədiyindən çiçəklər yaz şaxtalarının təsirinə məruz qalmır. Lakin buna baxmayaraq bu bitkilər hər il məhsul vermir. Onlar bir il yüksək məhsul verir, ikinci, bəzən hətta üçüncü ilində də məhsul vermirlər. Alma, armud ağaclarının bir il yüksək məhsul verməsi, ikinci, bəzən hətta üçüncü ilində də çiçək tumurcuqları əmələ gətirə bilmədiklərindən məhsul verməmələri ilaşırı məhsulvermə, dövri məhsulvermə və ya alternativ məhsulvermə adlanır.

  24. İlaşırı məhsul vermənin xüsusiyyəti • İlaşırı məhsul vermənin fizioloji əsası • İlaşırı məhsul vermə ilə mübarizə

  25. İLAŞIRI MƏHSUL VERMƏNİN XÜSUSİYYƏTİ Yüksək məhsul ilində ağac bir sıra vəzifələri eyni zamanda daşımah olur. O çiçəkləməni, vegetativ hissələrin inkişafını və böyüyən meyvələri qida maddələri ilə təmin etməli, gələcək məhsul üçün çiçək tumurcuqları yaratmalı, ehtiyat qida maddələri toplamalıdır. Bu vəzifələrin öhdəsindən gəlmək üçün ağac yüksək dərəcədə qida maddələri, su, işıq və hava ilə təmin olunmalıdır. Yəqin ki, bunlardan biri çatışmadıqda ümumi fızioloji proses pozulur və gələn il üçün çiçək tumurcuqları yaradılması işi ləngiyir, yaxud da pozulur. Nəticədə ilaşırı məhsuldarlıq meydana çıxır. Deməli yüksək məhsul ilində aqrotexnoloji qulluğun səviyyəsi daha yüksək olmalıdır. Bitki həm kifayət qədər cari məhsulun formalaşması, həm də gələn ilki məhsulun əsasını qoymaq üçün lazımi qədər qida maddələri və digər həyat amilləri üə təmin olunmalıdır. Meyvə bitkiləri içərisində ilaşırı məhsuldarlığa daha çox almada rast olunur. Burada sort xüsusiyyəti kəskin təsiredici amilə çevrilir. Belə ki, bir qrup sortlar hər il məhsul verdiyi halda, digərləri ilaşırı məhsulverməyə meyl göstərirlər. Bu baxımdan sortları üç qrupa ayırırlar: 1. Hər il məhsul verən sortlar; 2. Ilaşırı məhsul verən sortlar; 3. Aralıq mövqe təşkil edən sortlar.

  26. İLAŞIRI MƏHSUL VERMƏNİN FİZİOLOJİ ƏSASI Hələ XIX əsrin axırlarında alimlər bu məsələ ilə maraqlanmağa və üaşırı məhsuldarlığın səbəblərini araşdırmağa başlamışlar.

  27. SULU KARBONLARLA AZOTUN NISBƏTI Sulu karbonlar azotu üstələdikdə çiçək, əksinə olduqda vegetativ zoğ yaranır (prof. Müller-Turqau və Qlebs). • ZÜLALLARLA SULU KARBONLARIN NISBƏTI Maddələr mübadiləsində üzvi maddələrin sintezi zülalların parçalanmasına və sulu karbonların toplanmasına yönəlirsə məhsul azalır və ya heç olmur prof. P.Ursulenko).

  28. HÜCEYRƏ ŞİRƏSİNİN QATILIĞI Transpirasiya əmsalı yüksək olduğu halda hüceyrə şirəsinin qatılığı yüksəlir və çiçək tumurcuqları yaranmasına səbəb olur (prof. İ.Kolomiyets).

  29. İLAŞIRI MƏHSUL VERMƏ İLƏ MÜBARİZƏ Lakin yüksək məhsul almaq üçün sulu karbonlarla azotun nisbətini və hüceyrə şirəsinin qatılığını bilmək kifayət deyildir. Bunlarla yanaşı xarici mühit amilləri dəqiq öyrənilməli və müvafiq tədbirlər kompleksi işlənməlidir. Yüksək məhsul ilində ağaclarda güclü vegetativ boy inkişafına nail olmaq lazımdır ki, onlar həm cari ilin, həm də gələn ilin məhsulu üçün kifayət qədər maddələr toplaya bilsinlər. Bu məqsədlə məhsulsuz illərdə çətir güclü seyrəldilməli və bütün budaqlar çoxillik hissələrə qədər gödəldilməlidir. Gələn məhsul ilində isə çox güclü birillik hissələr kəsilib atılmalı, normal boya malik olan zoğlar (35-40 sm-dən artıq) uzunluqlarının 1/3 və 2/3 hissəsi qədər gödəldilməlidir.

  30. Yüksək məhsul ilindən əvvəl ağaclar üzvi və mineral gübrələrlə kifayət qədər təmin edilməli, yüksək məhsul ilində isə onlar azot və fosforla yemləndirilməlidirlər. Bu məhlullarla çiləmə, kütləvi çiçəkləmənin ikinci-üçüncü günü, əmtəə keyfıyyətli meyvə əmələ gətirən mərkəzi çiçəklər mayalandıqdan sonra aparılmalıdır.

  31. MƏNBƏ • Zaur Həsənov, Cəbrayıl Əliyev – Meyvəçilik, B., 2007, səh. 102-106.

More Related