210 likes | 604 Views
Nizami rayonu 312 saylı orta məktəb Sinif – VI Fənn : İnformatika Mövzu : Elektron poçt. Müəllim : Əliyeva Sevi nc. STANDART. 3.3.2. Elektron poçtla sadə işləmə bacarığını nümayiş etdirir. Məqsəd. Elektron poçtun imkanlarını şərh etmək
E N D
Nizami rayonu 312 saylı orta məktəb Sinif – VI Fənn : İnformatika Mövzu : Elektron poçt Müəllim : Əliyeva Sevinc
STANDART 3.3.2. Elektron poçtla sadə işləmə bacarığını nümayiş etdirir.
Məqsəd Elektron poçtun imkanlarını şərh etmək Elektron məktubun göndərmə qaydalarını izah etmək
İŞ F o r m a s ı Bütün siniflə iş, qruplarla iş.
İşüsulu Müsahibə,kompyuterdə iş,Venn diaqramı
Resurslar İş vərəqləri, kompyuter, proyektor,İnternetə bağlı kompyuter sinfi
İNTEQRASİYA Ədəbiyyat: 2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini aydın və ardıcıl şərh edir. Həyat bilgisi:2.2.2. “Büdcə” anlayışını sadə şəkildə izah edir.
MOTİVASİYA Müəllim şagirdlərə müraciət edir: “Poçt qutu”su filmindən qısa fraqmentə baxaq Ənənəvi poçtla məktub necə göndərilir? Bunun üçün bizə hansı rezurslar lazımdır?
Şagirdlərin fikirləri dinlənilir, problemli situasiya yaradacaq suallarverilir Sizcə bu gün məktub yollamaq üçün daha hansı vasitələr mövcuddur? Lövhədə tədqiqat sualı yazılır.Şagirdlərin fərziyyələri qeyd olunur.
T ə d q i q a t S u a l ı 1.Elektron poçt nədir? 2. Bu xidmətdən necə yararlanmaq olar?
Qruplarla iş 1. “Gələcək” qrupu İş vərəqi №1 Elektron poçtla adi poçtun xüsusiyyətlərini fərqləndir Dünyamızda gələcəkdə nələr görmək istərdiniz?
2. “Sənətkar” qrupu İş vərəqi №2 YENi elektron poçt yarat
“Düşüncə” qrupu İş vərəqi №3 Elektron poçtun əhəmiyyətini izah et Virtual aləmlə real həyatın oxşar və fərqli xüsusiyyətlərini yazın
Məlumat mübadiləsi və müzakirəsi Hər bir qrup üzvləri işlərini təqdim edirlər. Məlumat mübadiləsi baş verir. Müəllimin iştirakı ilə hər bir şagird kompüter arxasına keçir.Hər bir qrupun rəhbəri elektron poçt ünvanı açır.Daha sonra qruplar öz yazdıqları fikirləri müəllimin elektron ünvanına(e-mail) göndərir Ümumiləşdirmə və nəticə Müəllim Sinfə müraciət edir: Elektron poçt vasitəsilə insanlar bir birilə virtual aləmdə görüşürlər? -Elektron poçt xidməti poçt xidmətindən nə dərəcədə üstündür?
Şagirdlərin cavabları ümumiləşdirilir və onlarla birlikdə nəticə cıxarılır: Müəllimin Şagirdlərin cavabları ümumiləşdirir və onlarla birlikdə nəticə çıxarır:
E-mailin başqa məlumat köçürmə sistemlərindən əsas fərqi (məsələn,ani mesaj xidməti) müxtəlif müstəqil poçt serverləri arasında ayrı-ayrı şəxslərə eyni anda eyni məlumatı göndərə bilmək xüsusiyyətidir.
İnsanlar yüz illərdir ki,bir-birilərinə məlumat göndərməyin çox müxtəlif yollarını tapmış və onlardan istifadə etmişlər. Yazılmış məktublar çaparlar,göyərçinlər və nəhayət ki, poçt vasitəsilə öz ünvanına çatdırılırdı.
Q İ Y M Ə T L Ə N D İ R M Ə Dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini müəyyən etmək üçün meyar cədvəli hazırlanılır. Dərsin bütün məqsədlərinə nail olmaq dərəcəsini müəyyən etmək üçün şagirdlərin fəaliyyəti izlənilir və qeydlər cədvəldə yazılır.
Ev tapşırığı Hər kəs öz elektron ünvanından dostlarına əldə etdiyi maraqlı şəkilləri və məlumatları paylaşsın.