110 likes | 373 Views
AZ ƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİƏ MÜHƏNDİSLİK FAKÜLTƏSİ ENERGETİKA KADEDRASI. FƏNN: ELEKTRİK STANSİYALARININ ELEKTRİKİ HİSSƏSİ. MÖVZU: PAYLAYICI QURĞULARIN ELEKTRİK SXEMLƏRİ BİR SİSTEM ŞİNLİ PAYLAYICI QURĞULAR. Mühazirəçi: Dos. Məmmədov S.Z. Gəncə ~ 20 10. Ə D Ə B İ Y Y A T.
E N D
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİƏ MÜHƏNDİSLİK FAKÜLTƏSİENERGETİKA KADEDRASI FƏNN: ELEKTRİK STANSİYALARININ ELEKTRİKİ HİSSƏSİ MÖVZU: PAYLAYICI QURĞULARIN ELEKTRİK SXEMLƏRİBİR SİSTEM ŞİNLİ PAYLAYICI QURĞULAR Mühazirəçi: Dos. Məmmədov S.Z. Gəncə~2010 Paylayıcı qur-rın el-k sxemləri bir sistem şinli pay-cı qurğular
Ə D Ə B İ Y Y A T 1. P.B.Rüstəmzadə. “Elektrik stansiyaları və yarımstansiyalarının elektrik hissəsi”. I hissə. Bakı -1988. 2. Ю.В.Гук, В.В.Кантан, С.С.Петрова. «Проектированиеэлектрической части стaнций и подстанций. Ленинград –Энергоатомиздат, 1985. 3. А.А.Васильев, И.П.Крючков, Е.Ф.Наяшкова, М.Н.Околович. «Электрическая часть станций иподстанций. Москва -Энергоатомиздат, 1990. 4. C.В.Усов, В.В.Кантан и др. Электрическая часть электростанций. Ленинград. «Энергия», 1977. Paylayıcı qur-rın el-k sxemləri bir sistem şinli pay-cı qurğular
P L A N: • Paylayıcı qurğuların elektrik sxemləribir sistem şinli paylayıcı qurğular • İki sistem şinli paylayıcı qurğular • Paylayıcı qurğuların sadələşdirilmiş sxemləri Paylayıcı qur-rın el-k sxemləri bir sistem şinli pay-cı qurğular
QS1 QS 2 Paylayıcı qurğuların elektrik sxemləribir sistem şinli paylayıcı qurğular Bir sistem şinli 10 kV gərginlikli stansiyanın PQ-nun sxemi şəkil 1-də verilmişdir. Sistem şinə iki generator, iki ikidolaqlı transformator və dörd paylayıcı şəbəkə xətləri birləşdirilmişdir. Hər bir birləşmə üçün açarlar və ayırıcılar nəzərdə tutulmuşdur. Onlar təmir zamanı avadanlıqları qonşu PQ-dan izolə etmək üçündür. Xətlərin birləşmələrində iki ayırıcının olması –QS1 şin ayırıcısının və QS2 xətt ayırıcısının olması lazım gəlir. Sonuncu qapalı xətlərdə lazımdır ki, açar açılan za- man xətt gərginlik altında qalmasın. Generatorların birləşməsində bir ayırıcı ilə kifa- yətlənmək olar. Sxem 1 Paylayıcı qur-rın el-k sxemləri bir sistem şinli pay-cı qurğular
İki dolaqlı transformatorların birləşməsində də bir ayırıcı ilə kifayətlənmək olar, belə ki, transformatorların həm yüksək gərginlik, həm də alçaq gərginlik tərəfində açar və uyğun ayırıcı quraşdırılır. Bir sistem şinli PQ-nun üstünlüyü ondadır ki, o sadədir və dəyəri nisbətən aşağıdır. Lakin onun tətbiq sahəsi aşağıdakı səbəblərdən məhdudlaşır: - yığıcı şinlərin və şin ayırıcılarının profilaktik təmiri bütün qurğunun açılması ilə bağlıdır; • şin tərəfdəki zədələnmə PQ-nun açılmasına gətirib çıxarır; - açarın təmiri uyğun birləşmənin açılması ilə bağlıdır. Bu çatışmazlıqları aradan qaldırmaq üçün sistem şini seksiyalaşdırırlar. Bunun üçün sistem şinin seksiyalara ayrılma nöqtəsində seksiyalaşdırıcı QB açarı quraşdırılır ki, onun da hər iki tərəfində ayırıcı qurulur. Stansiyalarda normal iş zamanı seksiyalaşdırıcı açarlar qapalı olur, belə ki, bu halda generatorlar paralel işləməlidirlər. Qısaqapanma zamanı sistem şinin zədəli seksiyası avtomatik açılır. Digər seksiyalar işdə qalır. Beləliklə, paylayıcı qurğunun bir hissəsi etibarlı işini davam etdirir (Sxem 2). Paylayıcı qur-rın el-k sxemləri bir sistem şinli pay-cı qurğular
QB QS2 QS1 QS7 QS5 QS8 QS4 QS6 QS3 ОСШ 110-220 kV-luq PQ-larda uyğun dövrələrin işini pozmadan ötürən Q1, Q2 açarla- rından və yandan ötürən OСШ sistem şinindən və uyğun QS3-QS8 ayırıcılarından istifadə edirlər (Sxem 3). Sxem 2 Sxem 3 Paylayıcı qur-rın el-k sxemləri bir sistem şinli pay-cı qurğular
I QA II İki sistem şinli paylayıcı qurğular İki sistem şinli paylayıcı qurğuda hər bir birləşmə bir açara və iki şin ayırıcısına malik olur. Bu ayırıcılar açarları təmir zamanı sistem şinlərdə izolyasiya etmək üçün xidmət edirlər. Eyni zamanda birləşmələri bir sistem şindən digərinə keçirən zaman istifadə olunurlar. Birləşmələrdə xətt ayırıcıları açarların təhlükəsiz təmiri üçün nəzər- də tutulmuşlar. Eyni zamanda şinləri birləşdirən QA açarı da nəzərdə tutulmuşdur (Sxem 4). Şinləri birləşdirən açar QA birləşmələrin bir hissəsini bir sistem şindən digərinə köçürən zaman istifadə olunur. Bu zaman əməliyyat, yəni ayırıcıların açıl- ması və ya vurulması yalnız şin birləşdirici aşarın QA bağlı (vurulmuş) vəziyyətində yerinə yetirilə bilər. Açar QA açıq olduqda belə əməliyyatın aparılması qadağandır. Sxem 4 Paylayıcı qur-rın el-k sxemləri bir sistem şinli pay-cı qurğular
W2 W1 Q1 Q2 Q3 Paylayıcı qurğuların sadələşdirilmiş sxemləri Birləşmələrin sayı az olduqda paylayıcı qurğularda sadələşdirilmiş sxemlər tətbiq olunur. Dörd birləşmə - iki xətt və iki transformator üçün qurğunun sxemi şəkil 5-də verilmişdir. Burada zədələnmə ehtimalı transformatorlara nisbətən böyük olan xətt açarları nəzərdə tutulmuşdur. Üçüncü açar kəsmə qapayıcı üçün nəzərdə tutulub. Belə sxemə körpü sxemi deyirlər. Zədələnmə zamanı transformatorlar iki açar Q1, Q3 və ya Q2, Q3 vasitəsi ilə dövrədən açılırlar və bu zaman uyğun alçaq gərginlik açarı da açılır. Transformatorla birlikdə xətt də açılır. Zədələnmiş transformatorun ayırıcısı açıldıqdan sonra xəttin işi bərpa olunur. Sxem 5 Paylayıcı qur-rın el-k sxemləri bir sistem şinli pay-cı qurğular
W2 W1 W3 Üç xəttin və iki transformatorun olduğu zaman dörd açarın –ikisinin xətlərdə və ikisinin kəsmə qapayıcılarda olması vacibdir. Belə sxemi ikiqat körpü sxemi adlandı- rırlar. Orta xətdə qapanma olduğu halda qurğunun iki hissəyə bölünməsi baş verir. Onlar arasındakı əlaqə zədələnmiş xəttin ayırıcısının açılmasından sonra və kəsmə qapayıcıların açarları vurulduqdan sonra bərpa oluna bilər (Şəkil 6). Sxem 6 Belə paylayıcı qurğunun sxeminin digər variantı aşağıdakı şəkildə (şəkil 7) göstə- rilmişdir. Burada iki yığma şin sistemi nəzərdə tutulmuşdur. Hansında ki, hər bir xətt iki açarla qoşulmuşdur. Transformatorlar uyğun olaraq bu və digər sistemə ayırıcılar və ya yük açarları ilə birləşmişlər. Paylayıcı qur-rın el-k sxemləri bir sistem şinli pay-cı qurğular
Transformatorun açılması üç açarın açılması ilə baş verir. Bundan sonra zədələn- miş transformatorun ayırıcısı açılır və açarlar yenidən vurulurlar. Sxem 7 Paylayıcı qur-rın el-k sxemləri bir sistem şinli pay-cı qurğular
TƏRTİB ETDİ: ENERGETİKA KAFEDRASININ TEXNİKİ LƏTİFOVA G.O. Paylayıcı qur-rın el-k sxemləri bir sistem şinli pay-cı qurğular