1 / 13

Mövzu 18. Tələbedici yarımstansiyaların güc transformatorlarının təmiri

Mövzu 18. Tələbedici yarımstansiyaların güc transformatorlarının təmiri. Plan 1.Transformatorun yığılması və çıxarılan hissənin qurudulma metodları 2.Transformator yağının təmizlənməsi və qurudulması 3.Transformatorun təmirdən sonra sınaqdan keçirilməsi

odessa-love
Download Presentation

Mövzu 18. Tələbedici yarımstansiyaların güc transformatorlarının təmiri

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Mövzu 18. Tələbedici yarımstansiyaların güc transformatorlarının təmiri Plan 1.Transformatorun yığılması və çıxarılan hissənin qurudulma metodları 2.Transformator yağının təmizlənməsi və qurudulması 3.Transformatorun təmirdən sonra sınaqdan keçirilməsi 4.Genişləndiricinin, gövdənin və araqatının sınaqdan keçirilməsi 5.Transformator yağının sınaqdan keçirilməsi 6.Transformator dolağının izolyasiya müqavimətinin yoxlanması 7.Transformator dolaqlarının müqavimətinin ölçülməsi 8.Sarğılararası izolyasiyanın elektrik möhkəmliyinin yoxlanması 9.Transformatorun yüksüz işləmə və qısa qapanma sınağından keçirilməsi 10.Maqnit nüvəsinin sıxıcı şpilkalarının izolyasiyasının elektrik möhkəmliyinin və müqavimətinin yoxlanması 11.Transformasiya əmsalının, dolaqların birləşmə sxeminin və qrupunun yoxlanması Ədəbiyyat 1.Пястолов А. А. и др. Монтаж, эксплуатация и ремонт электрооборудования. – М.: Колос, 1981. 2.Ирха П.Д., Буторин В.А. и др. Практикум по технологии монтажа и ремонта электрооборудования. М.: Агропромиздат, 1990. 3.Перельмутер Н.М. Электромонтер – обмотчик и изолировщик по ремонту электрических машин. М.: Высшая школа, 1980. 4.Атабеков В.Б. Ремонт трансформаторов и электрических машин. М.: Высшая школа, 1983.

  2. Transformatorun yığılması və çıxarılan hissəninqurudulma metodları Birinci mərhələ. Gücü 320kVA-ya qədər olan transformatorların nüvəsi hündürlüyü 350...600mm olan kətilin üstünə qoyulur. Böyük güclü transformatorların nüvələrini döşəmədə quraşdırırlar. Maqnit keçiricisinin çubuqlarını kiper lenti ilə sarıyırlar. Presləyici sancaqların qaykalarını boşaldırlar, cancaqları və bakelit borucuqları çıxardırlar. Boyunduruq tirlərini çıxarırlar. Nüvənin yuxarı boyunduruğunu, lövhələri arabir işarələyərək sixtasızlaşdırırlar. Maqnit keçiricisinin çubuğunda əllə əvvəlcə - AG dolaqlarını, sonra YG dolaqlarını oturdurlar. Son və çox məsuliyyətli əməliyyat bütün çıxarılan hissənin preslənməsidir. Şaquli sancaqlarla dolağı presləyirlər. Fibra araqatı üstündən çəkicin zərbələri ilə yuxarı boyunduruğun polad lövhələrini hamarlayırlar. Konusvari polad düzəldici ilə yuxarı boyunduruğun sıxma sancaqları üçün deşikləri düzəldirlər. Bakelit borucuqları yerləşdirir və yuxarı boyunduruğu sıxıcı sancaqlarla sıxırlar. Çıxarılan hissə yığıldıqdan sonra ilkin sınaqlar seriyası yerinə yetirilir.

  3. İkinci mərhələ. Ayırmaların hazırlanmasını, quraşdırılmasını, birləşdirilməsini, lehimlənməsini və izolə edilməsini aparırlar. Ayırmaları dolaqların ucları ilə qaynaqla və ya lehimləmə yoluyla, bu məqsədlə xüsusi qurğu tətbiq etməklə birləşdirirlər.Transformatorun tamamilə yığılmış çıxarılan hissəsi qurudulur, belə ki, o çoxlu izolyasiyalı detallara malikdir, hansılar ki, saxlama və yığma prosesində nəmlənə bilərlər və izolyasiyasının keyfiyyəti azala bilər.Üçüncü mərhələ. Transformatorun qurudulmuş çıxarılan hissəsi qapaqla komplektləşdirilir. Ayırmaları girişlərlə və çevirgəcin kontaktları ilə birləşdirirlər. Çıxarılan hissəni çənin içərisinə salırlar. Qapağı bərkidirlər. Çəni yağla doldururlar. Qapağın üstünə genişləndiricini və bütün armaturu quraşdırırlar.Transformator buraxılış sınaqları stendinə daxil olur.

  4. Transformator yağının təmizlənməsi və qurudulması Filtr-press: 6-sıxma vintli şturval; 7-çərçivədən, lövhələrdən və filtrləyici materialdan ibarət dəst (yığım); 8-manometr; 9-yağın çıxması üçün flaneslı borucuq; 10-gobud təmizləyici filtr; 11-yağın girməsi üçün flaneslı borucuq; 12-nasos; 13-elektrik mühərriki. HCM-3 tipli sentrafuqa: 1-gevdə; 2-nasos; 3-elektrik mühərriki; 4-elektrik qızdırıcısı; 5-filtr.

  5. Güc transformatorunun təmirdən sonra sınaqdan keçirilməsi Təmirdən sonra yoxlama sınağının keçirilməsi məsləhət görülür. Yoxlama sınağının tərkibinə aşağıdakı sınaq əməliyyatları daxildir: 1.Genişləndiricinin, gövdənin və araqatının sınaqdan keçirilməsi. 2.Transformator yağının sınaqdan keçirilməsi. 3.Transformator dolağının izolyasiya müqavimətinin yoxlanması. 4.Transformator dolaqlarının müqavimətinin ölçülməsi. 5.Maqnit nüvəsinin sıxıcı şpilkalarının izolyasiyasının elektrik möhkəmliyinin və müqavimətinin yoxlanması. 6.Sarğılararası izolyasiyanın elektrik möhkəmliyinin yoxlanması. 7.Transformator dolaqlarının və farfor çıxışlarının izolyasiyasının elektrik möhkəmliyinin yoxlanması. 8.Transformasiya əmsalının, dolaqların birləşmə sxeminin və qrupunun yoxlanması. 9.Transformatorun yüksüz işləmə və qısa qapanma sınağından keçirilməsi.

  6. Transformatoryağınınsınaqdankeçirilməsi

  7. TransformatordolağınınizolyasiyamüqavimətininyoxlanmasıTransformatordolağınınizolyasiyamüqavimətininyoxlanması Transformatordolaqlarınınizolyasiyamüqavimətiningərginliyi 1000...2500V olanmeqoometrləölçülməlidir. İzolyasiyamüqavimətiayrı-ayrıfazalar, dolaqlararasındavəgövdəyəgörəyoxlanılır. İzolyasiyamüqavimətinormalaşdırılmır. Buna görədəizolyasiyamüqavimətiölçüldüyündənmeqoometrin 15 və 60 saniyədənsonraqiymətlərihesablanılır: nisbətimüəyyənedilibmüqayisəedilir. Gərginliyi 35 kV-yaqədərolangüctransformatorlarında ≤ 1,3 olmalıdır.

  8. TransformatordolağınınizolyasiyamüqavimətininölçülməsiTransformatordolağınınizolyasiyamüqavimətininölçülməsi Transformator dolaqlarının müqaviməti əsasən iki üsulla ölçülür: 1.Elektrik körpüsü üsulu; 2.Ampermetr və vatmetr üsulu. Transformator dolaqlarının müqavimətinin ölçülməsində УМВ körpülərindən geniş istifadə olunur. Dolağın müqavimətinin ölçülməsi MD 16 körpüsü ilə aparılır. Müqavimət aşağıdakı ifadələrlə hesablanılır: burada: ∆U – millivoltmetrin göstərişi; I – dolaqdan keçən cərəyan şiddəti.

  9. Sarğılararası izolyasiyanın elektrik möhkəmliyinin yoxlanması Transformator dolaqlarının elektrik möhkəmliyi fazalar arasında, gövdəyə görə və I və II tərəf dolaqların arasında sınaq gərginliyi verməklə yoxlanılır. Sınaq gərginliyinin qiyməti yüksək gərginlik tərəfi üçün dolağın gərginliyindən asılı olaraq verilir. Güc transformatorlarında alçaq tərəf dolağı təmirin xarakterindən asılı olaraq zavod sınağı gərginliyinin (75 ... 90%) qiymətində aparılır. Zavod sınağının qiymətləri almayan transformatorların alçaq gərginlik dolağı 2 kV gərginlik verməklə 1 dəqiqə müddətində elektrik möhkəmliyi yoxlanılır. Transformator dolaqlarının izolyasiya müqaviməti ilk sınaq qiymətindən 30% və daha artıq çox olarsa yararsız hesab edilir.

  10. Transformatorun yüksüz işləmə və qısa qapanmasınağından keçirilməsi Yüksüz işləmə cərəyanının və itkisini tapmaq üçün transformatorun II-ci tərəfinə nominal gərginlik verilir. I-ci tərəf isə açıq saxlanılır, hər üç fazada cərəyan və bu halda tələb edilən güc ölçülür. Sınaq zamanı I və II-ci tərəf gərginlikləri də ölçülür. Təyin edilən bütün parametrlər buraxıla bilən DÜİST qiymətləri ilə müqayisə edilir. Yüksüz işləmə cərəyanı ölçülərək qiyməti zavod sınağı qiymətindən 40%-dən çox olmamalıdır. Ayrı-ayrı fazaların gərginlikləri bir-birindən ±5% çox fərqlənməməlidir. Ölçülmüş yüksüz işləmə itkisi zavod sınağı qiymətindən 25%-dən artıq fərqlənməməlidir.

  11. Qısa qapanma sınağı vasitəsilə 750S-dəki qısa qapanma gərginliyi və itgisi təyin edilir. Sınaq alçaq tərəfi qısa qapamaq və yüksək tərəfə qısa qapanma gərginliyi verməklə aparılır. Əgər sınaq niminal gərginlik və cərəyanda aparılmazsa qısa qapanma gərginliyi aşağıdakı ifadədən tapılır: - I1 və U1 cərəyan və gərginlikdə aparılan qısa qapanma gərginliyidir. burada

  12. Qısa qapanma sınağı 750S işçi temperaturada aparılmazsa aşağıdakı ifadə ilə qısa qapanma itkisi 750S-yə gətirilir: Burada Pt – t temperaturdakı itki. Təyin olunan qiymətlər buraxıla bilən DÜİST və ya zavod sınağı qiymətlərilə müqayisə edilir. Un ≤ 10 kV və Sn ≤ 180 kVA olan güc transformatorları üçün: Uqq = 4,5 ... 5,5% Pqq = 335 ... 4100 Vt Əgər ölçülmüş qiymətlər bu qiymətlərdən ±10%-dək çox fərqlənməzsə təklif olunan transformator istismara verilə bilər.

  13. MaqnitnüvəsininsıxıcışpilkalarınınizolyasiyasınınelektrikmöhkəmliyininvəmüqavimətininyoxlanmasıMaqnitnüvəsininsıxıcışpilkalarınınizolyasiyasınınelektrikmöhkəmliyininvəmüqavimətininyoxlanması Maqnitnüvəsininsıxıcışpilkalarınınizolyasiyamüqavimətiningərginliyi 1000 V-luqmeqommetrləaparılır. İzolyasiyamüqavimətininqiymətinormalaşdırıldığıüçünölçününnəticəsiəvvəlkiölçülənqiymətlərləmüqayisəolunur. Bu haldaizolyasiyanınölçülmüşqiymətitransformatorunzavodsınağıvəyaistismarvaxtıaparılmışsonuncusınaqqiymətlərindən 70%-dənazolmamalıdır. Əgərqeydolunanbeləsınaqqiymətləriolmazsaonda UI = 6 ... 35 kV olantransformatorlarüçünRbb ≥ 2 ... 5 MOm olmalıdır

More Related