1 / 20

MEYVƏ BİTKİLƏRİNİN İLLİK İNKİŞAFI

MEYVƏ BİTKİLƏRİNİN İLLİK İNKİŞAFI. k.t.e.doktoru, professor Zaur HƏSƏNOV. İllik inkişafa mühit şəraitinin təsiri Nisbi sükunət dövrünün xüsusiyyətləri və mərhələləri. Vegetasiya dövrünün xüsusiyyətləri və fenofazaları. İLLİK İNKİŞAFA MÜHİT ŞƏRAİTİNİN TƏSİRİ.

Download Presentation

MEYVƏ BİTKİLƏRİNİN İLLİK İNKİŞAFI

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. MEYVƏ BİTKİLƏRİNİN İLLİK İNKİŞAFI k.t.e.doktoru, professor Zaur HƏSƏNOV

  2. İllik inkişafa mühit şəraitinin təsiri • Nisbi sükunət dövrünün xüsusiyyətləri və mərhələləri. • Vegetasiya dövrünün xüsusiyyətləri və fenofazaları

  3. İLLİK İNKİŞAFA MÜHİT ŞƏRAİTİNİN TƏSİRİ İl ərzində hava şəraiti eyni tərzdə qalma-yıb fəsillərdən asılı olaraq dəyişir. Meyvə-gilə-meyvə bitkiləri dəyişən yaşayış şəraitinə uy-ğunlaşmaq məqsədilə fılogenetik inkişaf tarixi-ndə bir-birindən kəskin fərqlənən nisbi sükunət və vegetasiya dövrü adlanan iki qanunauyğun bioloji həyat tərzi qazanmışlar.

  4. NİSBİ SÜKUNƏT DÖVRÜNÜN XÜSUSİYYƏTLƏRİ VƏ MƏRHƏLƏLƏRİ. • Nisbi sükunət dövrünü mahiyyəti • Nisbi sükunət mərhələlərinin xarakterizəsi və müddəti

  5. NİSBİ SÜKUNƏT DÖVRÜNÜ MAHİYYƏTİ Nisbi sükunət dövrü.Havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar olaraq qışda yarpaqlarını tökən meyvə-giləmeyvə bitkilərində payızda yarpaq tökülür, bitki gələn ilin yazmadək sükunət, dincəlmə və ya istirahət dövründə olur. Sükunət dövründə olan bitkidə vegetasiya dövründən fərqlənərək bir sıra proseslər, məsələn, yarpaq, tumurcuq, zoğ əmələgətirmə prosesi dayanır, tənəffüs, transpirasiya, maddələr mübadiləsi, bəzi biokimyəvi, fızioloji proseslər isə zəif də olsa davam edir. Buna görə də bu dövr nisbi sükunət dövrii adlanır. Fizioloqlar meyvə-giləmeyvə bitkilərində nisbi sükunət dövrünü aşağıda təsviri verilən üç yarımdövrə ayırırlar.

  6. NİSBİ SÜKUNƏT MƏRHƏLƏLƏRİNİN XARAKTERİZƏSİ VƏ MÜDDƏTİ Nisbi sükunət dövriinün başlanğıcı. Bu yarımdövrə ilkin nisbi sükunət dövrü də deyilir. Nisbi sükunət dövrünün başlanğıcı vegetasiya dövrünün sonuna yaxın vaxtlarda, havanın temperaturu +10 °C-dən aşağı olduğu andan, vegetativ zoğların böyüməsini qurtarıb, onların ucunda təpə tumurcuğun əmələ gəldiyi, zoğun ye-tişdiyi dövrdən başlanğıc götürür və fızioloji proseslər bu vaxtdan zəifləyir. Bu yarımdövr meyvə tumurcuğundan başlayaraq, tədricən bitkinin başqa hissələrinə keçir. Nisbi sükunət dövrünün başlanması vaxtı, onun uzun və ya qısa müddət davam etməsi, bitkinin cins, növ, sort xüsusiyyətindən, iqlim şəraitindən, tətbiq olunan texnoloji qulluğun keyfıyyətindən, bitkinin yaşından və d. amillərdən asılıdır. Bitki nisbi sükunət döv-rünün başlanğıcmdan sonra təbii sükunət dövrünə keçir.

  7. Təbii nisbi sükunət dövrü. Bu dövrə fızioloji, üzvi, möhkəm, habelə dərin nisbi sükunət dövrü də deyilir. Bu dövrün başlıca səciyyəvi xüsusiyyəti maddələr mübadiləsi-nin intensivliyinin kəskin zəifləməsi, təpə tumurcuqda meri-stem toxumaların böyüməsinin dayanınası, toxumalarda ni-şastanın hidrolizinin sürətlənməsi, həll olunan azotlu birləş-mələrin miqdarının maksimuma çatması, havanın tempera-turunun aşağı düşməsi ilə əlaqədar tənəffüs prosesinin zəif-ləməsi, hüceyrə protoplazmasının divardan ayrılması və li-poidlərlə örtülməsidir ki, bu da onun şaxtaya davamlı olma-sına səbəb olur. Təbii nisbi sükunət +2… 0 °C temperaturda başlayır və əksər meyvə-giləmeyvə bitkilərində onun normal gedişi üçün temperaturun +5…+7 °C olması tələb olunur.Ona görə də belə bitkilərdə nisbi sükunət dövrü gödək olur.

  8. Lakin yazın soyuq, yağmurlu, küləkli olması təbii nisbi sükunət dövrünü normal tamamlamış bitkinin vegetasiya dövrünə keçməsinə imkan vermir və o, nisbi sükunət dövrünü məcburi şəkildə davam etdirir.

  9. VEGETASİYA DÖVRÜNÜN XÜSUSİYYƏTLƏRİ VƏ FENOFAZALARI • Vegetasiya dövrünün mahiyyəti və fenofazaları • Fenofazaların xarakterizəsi

  10. VEGETASİYA DÖVRÜNÜN MAHİYYƏTİ VƏ FENOFAZALARI Vegetasiva dövrü.Nisbi sükunət dövrünü təbii şəkildə tama-mlamış bitki yazda havanın temperaturunun yüksəlməsi ilə əlaqədar vegetasiya dövrünə başlayır. Vegetasiya dövrü yazda tumurcuqların şişməsi ilə başlayır, payızda yarpaqların tökülməsi ilə qurtarır. Vege-tasiyaya başlamış bitkidə bir sıra ardıcıl fenoloji fazalar – tumurcuqla-rın şışməsi, açılması, çiçəkləmə, zoğun əmələ gəlməsi, onun böyümə-si, yarpaqların və çiçək tumurcuqlarının əmələ gəlməsi, onların diffe-rensiasiyası, meyvələrin əmələ gəlməsi və formalaşması, zoğun yetiş-məsi, meyvələrin yetişməsi və nəhayət yarpaqların tökülməsi fazaları müşahidə olunur. Bitkidə bir vegetasiya dövründə fenofazaların ardıcıl əvəz olu-nmasına vegetasiya ritmi deyilir. Hər fenofazanm başlanması vaxtı, onun uzun və ya qısa müddət davam etməsi, tamamlanması vaxtı bit-kinin cins, növ, sort xüsusiyyətindən, yaşından, calaqaltının növün-dən, hər növ daxilində onun tipindən, fizioloji vəziyyətindən, həmçi-nin torpaq-iqlim şəraitindən, ilin meteoroloji göstəricilərindən və tət-biq olunan aqrotexnoloji qulluğun keyfıyyətindən asılıdır.

  11. FENOFAZALARIN XARAKTERİZƏSİ Vegetativ böyümə fenofazası. Havada sutkalıq tempera-tur +15 °C-dən yüksək, torpaqda rütubət kifayət qədər olduqda təbii nisbi sükunət dövrünü normal tamamlamış bitkidə, yazın başlanğıcmda boy tumurcuğu açılaraq zoğ əmələ gətirir. Bu fenofaza yazda zoğun əmələ gəlməsi ilə başlayır, tam böyü-müş zoğun ucunda təpə tumurcuğun əmələ gəlməsi ilə qurta-rır. Bu fenofazada meristem toxuma çoxlu hüceyrələr əmələ gətirir ki, onlardan da yeni cavan orqan və hissələr törəyir. Bit-kinin cins, növ, sort xüsusiyyətindən, yaşından, torpaq-iqlim şəraitindən asılı olaraq zoğ bir vegetasiya dövründə 1-3 dəfə fasilə ilə boy atır. Normal becərilmə şəraitində vegetasiya dövrünün axırı-nda zoğun uzunluğu orta hesabla 40-50 sm olmalıdır.

  12. Çiçəkləmə fenofazası. Nisbi sükunət dövrünü normal başa vurmuş bir çox meyvə-giləmeyvə bitkiləri, adətən yazda havada orta sutkalıq temperatur +8…+12 °C-dən yüksək olan dövrdə çiçəkləyir. Bu səbəbdən də bu qəbildən olan bitkilərdə vegetasiyanm başlanması çiçəkləmə fenofazası ilə müəyyən olunur. Bu fenofazanın gedişi də fərdi cəhətləri ilə fərqlənir. Əksər meyvə bitkilərində bu ilin vegetasiya dövründə for-malaşmış çiçək tumurcuqları gələn ilin yazında açılır. Eyni meyvə-giləmeyvə bitkisində çiçək tumurcuqları eyni vaxtda əmələ gəlmə-diklərindən onlar eyni vaxtda açılmır. Odur ki, bitkinin çiçəkləməsindən başlayaraq, çiçəkləmənin sonunadək olan müddəti aşağıdakı dörd dövrə bölürlər: 1. Çiçəkləmənin başlanması dövrü - ilk çiçəklərin görünməsi; 2. Kütləvi çiçəkləmənin başlanması dövrü - qönçələrin 25%-nin açılması; 3. Kütləvi çiçəkləmənin qurtarması dövrü - bitkidəki çiçək ləçəklərinin 75%-ə qədərinin tökülməsi; 4. Çiçəkləmənin son dövrü - bitkidəki axırmcı çiçəklərdən ləçəklərin tökülməsi çiçəkləmənin qurtarması ilə nəticələnir.

  13. Tozcuğun və ya toz hüceyrələrinin dişiciyin ağızcığına düşməsi prosesinə tozlanma deyilir. Meyvə-giləmeyvə bitkiləri tozlanmaya mü-nasibətlərinə görə öz-özünü tozlayan və çarpaz tozlanan bitkilər adlanan iki böyük qrupa ayrılır. Botanikada və meyvəçilikdə istifadə edilən öz-özünü tozlama və çarpaz tozlanma məfhumları mahiyyət etibarilə bir-birindən kəskin fərqlənir. Öz-özünü tozlama. Meyvəçilikdə sort daxili-ndə çiçəklər arasında olan tozlanmaya öz-özünü tozlama deyilir.

  14. Çarpaz tozlanma. Müxtəlif meyvə bitki sortlarının çiçə-kləri arasında gedən toz-lanmaya çarpaz tozlanma deyilir. Mayalanma. Tozlanma prosesində dişiciyin ağızcığına düşmüş toz huceyrələri cücərərək toz borusu əmələ gətirir. Di-şicik ağızcığına düşmüş tozcuq cücərərək dişiciyin sütuncuğu-nun aparıcı toxuması ilə yumurtalığa doğru yönəlir. Normal inkişaf nəticəsində yumurtalığa çatmış tozcuq borusundan iki erkək hüceyrə ayrılır və onlardan biri yumurtalıqla, digəri isə nüvə ilə birləşir. Bu zaman qarşılıqlı assimilyasiya gedir. Bu prosesə mayalanma deyilir. Mayalanma nəticəsində mayalan-mış yumurtalıq – ziqota əmələ gəlir. Bəzən hətta bir-birini toz-lamaq imkanı olan sortlarda və ya öz-özünü tozlayan sort da-xilində belə tozcuq borusu yumurtalığa çatmır və nəticədə döl-süzlük yaranır. Bu baxımdan sortlar mayalanmaya münasibəti-nə görə fərqlənirlər.

  15. Özübarlı sort. Öz-özünü tozlama nəticəsində meyvə əmələ gətirən sortlara praktiki özübarlı sortlar deyilir. Bu sortlar sırasma şaftalı, nar, sitrus bitkiləri, heyva, ərik, incir, xirnik, feyxoa bitkisinin əksər sort-ları, albalı, gavalı, giləmeyvə bitkilərinin bəzi sortları daxildir. Özübarsız sort. Öz-özünü tozlama nəticəsində meyvə əmələ gətirə bilməyən sortlara praktiki özübar-sız sortlar deyilir. Bu qrupa alma, armud, gilas bitkisi-nin bütün sortları, albalı, incir, fındıq, qoz, zeytun bit-kilərinin əksər sortları, gavalı, ərik, badam və giləmey-və bitkilərinin bəzi sortları daxildir. Praktiki özübarsız sortlar yalnız çarpaz tozlanma nəticəsində yüksək və keyfıyyətli məhsul verir.

  16. Çiçək tumurcuqlarının əmələ gəlməsi feno-fazası. Əksər meyvə bitkiləri gələn il məhsul ver-mək üçün bu ilin vegetasiya dövründə çiçək tumur-cuqları əmələ gətirir. Vegetasiya dövründə zoğun yarpaq qoltuğunda yerləşən göz yayın ortalarında formalaşaraq tədricən tumurcuğa çevrilir. Tumur-cuğun vegetativ və ya generativ olacağı hüceyrə şi-rəsinin qatılığından asılıdır. Hüceyrə şirəsinin qatı-lığı 0,6-0,7 mol olduqda çiçək tumurcuqlarının ya-ranması üçün əsas olur. Aşağı qatılıqda isə budaq üzərində vegetativ tumurcuqlar yaranır.

  17. Meyvənin inkişafı yumurtalığın mayalandığı, ziqotanın əmələ gəldiyi vaxtdan başlayıb, meyvədə toxumun yetişməsinədək davam edir. Heyva, ərik və şaftalının meyvəcik və meyvələrinin üzəri sıx pənbə, yaxud tükcüklərlə örtülü olur. Belə tükcüklər epidermis hücey-rələrinin bir qisminin uzanıb dartılması nəticəsində əmələ gəlir. Mey-və yetişdikdə isə bu pənbə asanlıqla silinir. Tam formalaşmış meyvə sorta xas olan formaya, rəngə, dada malik olur, qabığı nöqtə, ləkə, xətt və müxtəlif rəngli nişanlarla örtü-lür. Bəzi sortların meyvələrinin gün düşən tərəfi qırmızı, çəhrayı rən-gli olur. Meyvəyə göy, qırmızı, mavi, bənövşəyi rəngi antosian piq-menti, yaşıl rəngi xlorofıl, sarı rəngi isə karotin və likopin piqmenti verir. Tam formalaşmış meyvənin saplağı meyvə budaqcığından və ya zoğdan asanlıqla qopur. Meyvənin içərisindəki toxumun sorta xas rəngə boyanması, rü-şeym, ləpə, endosperm və qılafın tam formalaşması toxumun yetişmə-sini göstərən əlamətdir. Meyvənin yetişib dərilməyə hazır olmasını göstərən əlamətlərdən biri də toxumun yetişərək tutqun rəngə boyan-masıdır. Lakin alma, armud və d. meyvə bitkilərinin yaylıq sortların-da meyvəyanhğı tam inkişaf edib, dərilməyə hazır olur, toxum isə tam inkişaf etmədiyindən sorta xas olan rəngə boyanmır.

  18. Toxumaların yetişməsi və xəzan fenofazası. Bitkinin şaxtaya davamlı olması üçün onun toxu-maları vaxtında yetişməlidir. Toxumaların yetişməsi üçün yerüstü hissə böyüməsini şaxtalar başlamazdan çox qabaq normal qurtarmalıdır. Bu halda cavan meri-stem hüceyrələr odunlaşır, toxumalarda yağ, plastik maddələr toplanır, bitki şaxtaya davamlı olmağa hazır-lıq aparır. Xəzandan sonra bitkidə nişastanın hidrolizi sürətlənir, nişasta şəkərə çevrilir, hüceyrədəki artıq rü-tubət buxarlanır, həll olan azotlu birləşmələrin, yağla-rın, dabbaq maddələrinin miqdarı artır, hüceyrə şirəsi-nin qatılığı yüksəlir, protoplazma nisbi sükunət fazası-na keçir. Toxumaların qışa hazırlanması üçün kifayət qədər sulu karbonlar, plastik maddələr tələb olunur.

  19. İllik inkişaf Nisbi sükunət Vegetasiya Toxuma-ların yetişməsi və xəzan Başla-nğıc Çiçək tumurcuq-larının əmələ gəlməsi Meyvə-nin inkişa-fı və yetiş-məsi Təbii Vegetativ böyümə Çiçək-ləmə Məcburi

  20. MƏNBƏ • Zaur Həsənov, Cəbrayıl Əliyev – meyvəçilik, B., 2007, səh. 93-101.

More Related