160 likes | 313 Views
EY OĞLUM. Dünya dərin dəniz kimidir. Çox insanlar onda boğulurlar. Gəmin təqva, yükün iman, halın təvəkkül olsun. EY OĞLUM. İnsanlara yaxşı işləri görməyi əmr və nəsihət edib, özünü unutma . Yoxsa mum kimi olarsan. Mum başqalarını aydinladar, özü isə əriyib məhv olar. EY OĞLUM.
E N D
EY OĞLUM Dünya dərin dəniz kimidir. Çox insanlar onda boğulurlar. Gəmin təqva, yükün iman, halın təvəkkül olsun.
EY OĞLUM İnsanlara yaxşı işləri görməyi əmr və nəsihət edib, özünü unutma. Yoxsa mum kimi olarsan. Mum başqalarını aydinladar, özü isə əriyib məhv olar.
EY OĞLUM Yalandan uzaq ol. Çünkü dinini pozar. İnsanlar arasında dəyərini azaldar.
EY OĞLUM Səbrsiz olma.Yoxsa dost tapa bilməzsən. İşini sevərək et. Sıxıntılara səbr et. Bütün insanlara qarşı yaxşı niyyətli ol.
EY OĞLUM Həmişə üzüntülü olma.Qəlbini dərdli göstərmə. İnsanların əlində olana tamah etməkdən çəkin. Qədərə razı ol və Allahın verdiyi ruziyə qənaət et.
EY OĞLUM Alimlərə qarşı öyünmək, ağılsızlarla inadlanmaq, məclislərdə göstəriş etmək üçün elm öyrənmə, ehtiyacım yoxdur deyərək elmi tərk etmə
EY OĞLUM Allahı anan insanlar görürsən onlarla otur. Alim olsan da elminin faydasını görərsən və elmin artar. Allah onlara olan rəhmətindən səni də faydalandırar. Allahı zikr etməyənləri görsən onlardan uzaq ol
EY OĞLUM Dünya keçici və qısadır. Sənin dünya həyatın isə çox azdır. Bunun da çox azı qalmışdır.Çoxu getmişdir.
EY OĞLUM Tövbəni sabaha saxlama, çünki ölüm vaxtsız yaxalar
EY OĞLUM Halal çörək ye,işlərində alimlərlə danış İşini necə edəcəyini onlardan soruş.
EY OĞLUM Ölümündən şübhə edirsənsə yatma.Diriləcəyindən şübhə edirsənsə yatandan sonra oyanma. Yatdığın və yatmaq məcburiyyətində qaldığın kimi ölümə də məhkumsan. Oyandığın kimi öləndən sonra da diriləcəysən.
EY OĞLUM Mərhəmət edən mərhəmət tapar. Sükut edən salamatliq tapar. Xeyir söyləyən xeyir tapar. Şər danışan günahkar olar. Dilinə hakim olmayan peşman olar.
EY OĞLUM Dünya malından bəs edəcək qədərini al. Çoxunu axirət həyatı üçün xeyrə sərf et. Sıxıntya düşəcək və başqasının boynuna yük olacaq şəkildə tənbəllik etmə
EY OĞLUM Biri ilə dostluq qurmaq istəyirsən öncə onu hirsləndirəcək bir şey et. Hirsli ikən sənə insaflı davranarsa ona yaxinlaş. Pis davranarsa ondan uzaq dur
EY OĞLUM Iki dünyada xöşbəxt olmaq istəyirsənsə özünü anla. Oxuyub bilgili olmağa çalış. Çalış ki, bilənlə bilməyən eyni olmaz.
EY OĞLUM Uşaqları və əlinin altında olanları tərbiyə edərkən şiddətli olma.