1 / 18

Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri”

Azərbaycan Dövlət Aqrar Universiteti Zoobaytarlıq və əmtəəşunaslıq fakültəsi Yoluxmayan xəstəliklər kafedrası. Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri” Mövzu: “ Ürək-damar sisteminin xəstəliklərinin təsnifatı, sindromları.Perikarditlər, miokarditlər, miokardiozlar və s.”

wilona
Download Presentation

Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri”

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Azərbaycan Dövlət Aqrar UniversitetiZoobaytarlıq və əmtəəşunaslıq fakültəsiYoluxmayan xəstəliklər kafedrası Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri” Mövzu:“Ürək-damar sisteminin xəstəliklərinin təsnifatı, sindromları.Perikarditlər, miokarditlər, miokardiozlar və s.” Mühazirəçi: Dos.Əliyev N.A. Gəncə - 2 0 1 0

  2. Plan 1.Ürək-damar sisteminin xəstəlikləri barədə ümumi məlumat 2.Ürək kisəsinin xəstəlikləri- travmasız və travmatik perikarditlər 3.Ürək əzələsinin xəstəlikləri- miokardioz 4.Miokardit 5.Ürəyin genişlənməsi Ürək-damar sisteminin xəstəliklərinin təsnifatı

  3. İstifadə olunan ədəbiyyatlar 1.Mehdiyev M.Ə. “Kənd təsərrüfatı heyvanlarının daxili xəstəlikləri”.I-hissə, Bakı-1961 2. Mehdiyev M.Ə. “Kənd təsərrüfatı heyvanlarının daxili xəstəlikləri”.II-hissə, Bakı-1962 2.Haciyev H.M. “Kənd təsərrüfatı heyvanlarının yoluxmayan daxili xəstəlikləri”, I-II hissə,”Maarif”, 1977- 1978 3.Haciyev H.M. “Kənd təsərrüfatı heyvanlarının yoluxmayan daxili xəstəlikləri”. Maarif-1992 4.Шарабрин И.Г. «Внутренние незаразные болезни сельскохозяйственных животных», Москва, «Колос»,1976 5.Ионов П.С. «Внутренние незаразные болезни крупного рогатого скота».Колос-Москва-1967 Ürək-damar sisteminin xəstəliklərinin təsnifatı

  4. Ürək-damar sisteminin xəstəlikləri barədə ümumi məlumat Orqanizmin qida maddələrini, oksigen və su ilə təmin etmək, mübadilə məhsullarını hüceyrə və toxumlardan kənar etmək, daxili sekresiya vəzilərinin hormonlarını qəbul edib bütün toxumalara çatdırmaq kimi mühüm funksiyaları yerinə yetirən ürək-damar sisteminin orqan və toxumalarında patoloji proseslərə çox tez-tez təsadüf olunur. İ.P.Pavlovun məhşur təlimindən məlumdur ki, orqanizmin bütün orqan və toxumalarının sinir sistemi vasitəsi ilə əlaqələndirilməsi onun mütəşəkkil fəaliyyəti ilə təmin olunur. Odur ki, qan dövranı orqanlarının xəstəlikləri başqa orqanların və sistemlərin fəaliyyətinin pozulmasına səbəb olur və əksinə, başqa sistem və orqanlarda gedən müxtəlif patoloji proseslər qan dövranı orqanlarının funksiyasını pozur. Kənd təsərrüfatı heyvanlarında ürək damar sistemi xəstəliklərinin öyrənilməsi sahəsində sovet baytarlıq terapevtik məktəbinin böyük xidmətləri olmuşdur. K.N.Qoltsman, N.P.Ruxlyadev, K.V.Domraçev tərəfindən aparılmış tədqiqatlar sayəsində qan dövranı üzvlərinin əsas klinik müayinə metodları sistemləşdirilmiş, yeni müayinə, profilaktka və müalicə üsulları işlənib hazırlanmışdır. Ürək-damar sisteminin xəstəliklərinin təsnifatı

  5. Ürək-damar sistemi orqanları fəaliyyətinin tənzmi onların orqanizmidə yerinə yetirdkləri vəzifələr kimi çox mürəkkəbdir.Burada baş beyin qabığı, qabıqaltı törəmələri, vegetativ sinir sistemi, ürəyin sinir-əzələ aparatı, böyrəküstü vəzi, hipofis və qalxanabənzər vəzlərin hormonları və b. yaxından iştirak edir. Bundan başqa orqanizmin həyat fəaliyyətini təşkil edən assimilyasiya və dissimlyasiya prosesləri ürək-damar sisteminin transmissiv funksiyası ilə yerinə yetirilir. Bir sıra daxili və xarici mühitin təsiri ürək-damar sisteminin funksiya fəaliyyətində əsaslı dəyişikliyə səbəb olur. Burada fiziki işi, xarici mühitin temperaturu, qanın turşuluğu, tənəffüs, sidik, həzm və sinir sistemlərinin vəziyyəti aparıcı rol oynayır. K.B.Domraçev tərəfindən kənd təsərrüfatı heyvanlarında ürək-damar sistemi xəstəliklərinin əlverişli təsnifatı təklif edilmişdir. Bu təsnifata əsasən ürək-damar xəstəlikləri 4 qrupa bölünür:1.Perikardit (ürək kisəsinin) 2.Miokardit (ürək əzələsinin); 3.Endokardit (ürəyin daxili qişasının); 4.Qan damarlarının xəstəlikləri. Hər qrup üçün təsnifat aşağıdakı qayda üzrə verilir. Ürək-damar sisteminin xəstəliklərinin təsnifatı

  6. Ürək kisəsinin xəstəlikləri- travmasız və travmalı perikarditlər Ürək xəstəliklərindən ürək kisəsinin – perikardın ilthablarına heyvanlarda çox rast gəlinir. Perikarditlər müxtəlif xəstəliklər sayəsində daha çox inkişaf edir, lakin onun müstəqil forması da mövcuddur ki, bu qaramal və camışlarda travmatik səbəblərdən əmələ gəldiyi üçün travmatik perikardit adlanır və özünün etiologiyası və klinikasına görə müəyyən xüsusiyyətə malikdir. Etiologiyasına görə perikarditləri travmatik və travmasız, gedişinə görə kəskin və xroniki, mənşəyinə görə birinci və ikincili, xəstəlik kimi, patoloji prosesin yayılmasına görə məhdud və diffuz, eksudatın xarakterinə görə serozlu, fibrinozlu, hemorroji, irinli, çürüntülü formalara bölünür. İltihab prosesinin inkişaf fazalarına görə perikarditlər quru və eksudativ formalara ayrılır. Perikardit – pericarditis Ürək kisəsinin iltihabına qaramal və camışlarda, az hallarda isə it, donuz və atlarda təsadüf olunur.Ağır davam edən proses olan perikardit ürək kisəsinin seroz qişasında fibrinoz və ya serofibrinoz, nadir hallarda hemorroji və irinli iltihabın inkişaf etməsi ilə səciyyələnir. Ürək-damar sisteminin xəstəliklərinin təsnifatı

  7. Etiologiyası.Qeyri-travmatik perikardit adətən müstəqil xəstəlik olmayıb bir sıra infeksion və septik proseslər, habelə qonşu orqanların xəstəlikləri nəticəsində ikincili xəstəlik kimi inkişaf edir.Belə xəstəliklərdən dabaq, çiçək, taun, vərəm, nuttalyoz, fleqmona, nekrobakterioz, plevrit, pnevmoniyalar və s. göstərmək olar. Patogenezi və patanatomiyası. Perikardit iki mərhələdə inkişaf edir: əvvəl quru perikardit əmələ gəlir, sonra bu eksudativ formaya keçir. Serozlu-fibrinozlu perikardit zamanı ürək kisəsində serozlu-fibrinozlu eksudat toplanır, ürəyə təsir edir və onun diastolasını çətinləşdirir.Bu zaman ürəyin qulaqcıqlarına daxil olan vena damarlarına və ürəyə daha çox təzyiq düşür. Qanın hərəkəti və ürəyin işi çətinləşir. Əlamətləri.Heyvanın iştahası və gövşəmə azalır, sonra itir.İşkənbənin motor fəaliyyəti zəifləyir, peristaltika seyrək və zəif olur.Qan dövranı orqanlarının funksiyasının pozulması nəticəsində selikli qişaların rəngi sianozlaşır, venoz qan damarları qanla dolur, venada nəbz çətinləşir, arterial təzyiq əvvəl yüksəlir sonra aşağı düşür. Proqnoz.Bu xəstəlik ehtiyatlılıq tələb edir, ürək qüsurları başladıqda çox vaxt proqnoz pis olur,xəstə heyvan ürəyin iflicindən, asfiksiya və intoksikasiyadan ölür. Ürək-damar sisteminin xəstəliklərinin təsnifatı

  8. Müalicəsi. Ürəkdə oyanmanın azalması məqsədilə heyvana rahat və sakit şərait yaradılır, ürək nahiyyəsinə buz və ya qar qoyulur, brom preparatları təyin edilir.Damar qüsürlarına qarşı kofein, kamfora işlədilir. Travmatik perikardit – Pericarditis travmatica Bu perikardın yad cisimərlə zədələnməsi nəticəsində əmələ gələn irinli-çürüntülü iltihabdır. Xəstəliyə ən çox qaramal və camışlar, nadir hallarda davarlar, atlar,donuzlar və itlər tutulur. Etiologiyası.Ürək kisəsində yad cisimlər xaricdən və ya daxildən yem borusu və torcuqdan bata bilər. Travmatik perikardit əsasən yad cisimlərin torcuqdan daxil olması nəticəsində baş verir. Bu baxımdan mismar, məftil və dəmir qırıntıları, iynə, sancaq, mil və s. daha çox diqqəti cəlb edirlər.Məlumdur ki, gövşəyən heyvanlar yemi qəbul edərkən çox çeynəmədən udurlar.Belə halda yad cisimlər hiss edilmədən yemlə mədə önlüklərinə düşür.Yem kütləsini şirdana doğru itələmək üçün torcuq sıxılır, bu zaman yad cisimlər torcuğun divarına batır və onu deşib keçir. Patogenez.Perikardda xaricdən və ya torcuqdan, yem borusundan düşən yad cism özü ilə perikard boşluğuna mikrob gətirir ki, bunlar əvvəl serozlu-fibrinozlu, sonra isə irinli-cürüntülü iltihaba səbəb olur. Ürək-damar sisteminin xəstəliklərinin təsnifatı

  9. Patanatomiyası.Perikard boşluğunda müxtəlif miqdarda pis iyli və qazla qarışıq eksudat olur.Perikardın serozlu qişasını qalın irinli-fibrinozlu ərp örtür. Əlamətləri. Ürək nahiyyəsində ağrılar olur. Bu heyvanın hərəkətini məhdudlaşdırır, xəstə ehtiyatla hərəkət edir,ehmalca yatıb-durur,əzələlərin tonusu zəifləyir, nəcis və sidik ifrazatı zamanı o zarıyır. S.İ.Smirnov travmatik perikarditin gedişini üç mərhələyə bölür: Birinci mərhələdə temperatur qalxır, xəstə süstləşir, ürək vurğusu güclənir, ürək nahiyyəsində ağrı olur, auskultasiya zamanı perikardial küylər eşidilir. İkinci mərhələdə selikli qişalarda sianozluq müşahidə olunur, venalar, xüsusən boyun venaları genişləşir, venoz təzyiq yüksəlir, nəbz 1 dəqiqədə 120 dəfə vurur, ürək vurğusu və tonları zəifləyir,perikardial küylər itir. Üçüncü mərhələdə xəstə çox süst və zəif olub yemdən qalır, iştahası itir,arıqlayır, ürəyin tonları zəifləyir, maya çalxantısı küyü eşidilir, ürəyin kütlük sahəsi genişlənir, yuxarı sahədə perkussiya zamanı çox vaxt timpanik səs eşidilir.Mədə önlüklərində hipotoniya və atoniya, bağırsaqlarda möhtəviyyatın dayanması(qəbizlik), nadir hallarda ishal müşahidə edilir. Ürək-damar sisteminin xəstəliklərinin təsnifatı

  10. Gedişi. Xəstəlik ağır davam etməklə uzun çəkir (həftələr və aylarla).Yad cismi uzun və sivri olub, miokard və endokardı zədələdikdə proses sürətlə gedir və bir neçə gün ərzində heyvan ölür. Müalicəsi. Müalicə arzu olunan nəticəni vermir. Xəstənin yem payı tez həzmə gedən, vitamin və şəkərlərlə zəngin olan yemlərlə ibarət olmalıdır. Ürək fəaliyyətini yaxşılaşdırmaq məqsədilə kofein və qlükoza tətbiq edilir. Cavan və yüksək məhsuldar heyvanları xəstəliyin ilk dövründə cərrahi üsulla müalicə etmək, digərlərini kəsimə vermək məsləhətdir. Profilaktika.Yemləri elektromaqnit qurğularından keçirtmək lazımdır, ota bağlanmış məftilləri xüsusi yerdə açıb, bir yerə toplamaq, metal töklmüş sahələrdə heyvanları otarmaq olmaz.Yemlərin tərkibini vitamin və minerallarla zənginləşdirmək lazımdır. Ürək əzələsinin xəstəlikləri Ürək əzələsinin patologiyasına həm müstəqil şəkildə, həm də bir sıra xəstəlik zamanı ikincili bir xəstəlik kimi təsadüf edilir.Xarakterinə və gedişinə görə ürək əzələsinin xəstəlikləri aşağıdakı kimi qruplaşdırılır: 1.Miokarditlər ( ürək əzələsinin iltihabları); Ürək-damar sisteminin xəstəliklərinin təsnifatı

  11. 2.Miokardın distrofiyası – miokardoz, miodegenerasiya 3.Kardioskleroz, kardiofibroz. Miokardoz – Myocardosis Ürək əzələsi və sinir keçirici sisteminin zədələnməsindən ibarət olan miokardioza ən çox məhsuldar və iş heyvanları tutulurlar.Bu xəstəlik ürək əzələsində bioenergetik, biokimyəvi və mübadilə proseslərinin pozulması, ürəyin əsas funksiyalarında dəyişiklik yaratması ilə davam etsədə, miokard iltihaba uğramır. Ürək əzələsində gedən miokardiodistrofiya və miokardiodegenerasiya prosesləri nəticəsində baş verən ürək fəaliyyətinin zəifləməsi miokardozun mahiyyətinin təşkil edir. Etiologiyası.Xəstəlik ən çox müxtəlif səbəblərdən əmələ gəlir. Məhsuldar heyvanlarda ən çox karbohidratlar, zülallar, vitaminlər (A,C, D , E və B qrupu), minerallar (kalsium, fosfor, natrium), mikroelementlər (yod, kobalt, dəmir, mis və s.).,müxtəlif bitki və mineral mənşəli zəhərlənmələr, autointok- sikasiyalar, infeksiya və invaziyalar zamanı toksik məhsullar qana sorularaq ürək əzələsində distrofik və degenerativ dəyişiliklər törədir. Ürək-damar sisteminin xəstəliklərinin təsnifatı

  12. Patogenezi. Göstərilən səbəblər nəticəsində ürək əzələsində trofik pozğunluq başlayır,bu zaman ilk növbədə biokimyəvi proseslər pozulur. Patanatomiyası.Miokardda degenerasiya başladıqda ürək əzələsinin rəngi solğunlaşır, proses bir qədər dərinləşdikdə solğun-boz sahələr əmələ gəlir. Ürək əzələsini kəsdikdə o bişmiş əti xatırladır. Əlamətləri. Xəstəliyin yüngül formasında heyvanı ancaq işlətdikdə ürək-damar qüsurları görünür. Lakin ağır formada heyvan sakit durduqda həmin əlamətlər müşahidə edilir.Xəstənin ümumi halı pozulur, süstləşir, yemdən qalır, iştahası pozulur,məhsulradlığı azalır. Əzələlərin tonusu zəiflədiyi üçün alt dodaq sallanır, heyvan qularqlarını sallayır, gözlərinə yarımyuxulu vəziyyət verir. Periferik qan dövranı pozulur, arterial təzyiq aşağı düşür, venoz təzyiq yüksəlir, dərinin elastikliyi pozulur, qanın hərəkət surəti zəifləyir. Gedişi.Xəstəliyi törədən səbəbin təsir xüsusiyyəti prosesin inkişaf fazaları ilə əlaqədardır. Diaqnoz.Klinik əlamətlərə, elektrokardioqrafiya məlumatlarına,qan təzyiqinin ölçülərinə və s.əsasən qoyulur. Miokardit və miokardiofibriozdan təfriq etmək lazımdır. Proqnoz. Ehtiyatlı olub xəstəlikdən asılıdır. Ürək-damar sisteminin xəstəliklərinin təsnifatı

  13. Müalicəsi.Xəstəliyin səbəbini aradan qaldırmaq üçün tədbirlər görülməlidir. Yem payının tərkibini vitaminlər və mikroelementlərlə zənginliyinə diqqət yetirilməlidir. Dərman maddələrindəm qlükoza, kofein, askorbin turşusu, kamfara təyin edilir. Qan təzyiqi aşağı düçdükdə adrenalin, strixnin işlədilir. Profilaktika.İntoksikasiyalara yol verməməli, yemlərin tərkibinə və müntəzəm gəzintinin olmasına diqqət yetirilməlidir. Miokardit- Myocarditis Mİokardit – ürək əzələsinin iltihabı heyvanlarda müxtəlif formalarda təsadüf edilir.Gedişinə görə miokardit kəskin və xronik, prosesin yaranmasına görə məhəlli və diffuz, mənşəyinə görə müstəqil və ikinci xəstəlik kimi olur. Etiologiyası. Bir sıra infeksion, yoluxmayan və parazitar xəstəlikləri (qaramalda dabaq, qarayara,taun, pasterellyoz, atlarda- kontagioz plevropnevmoniya,saqqo, infeksion anemiya, piroplazmozlar, itdə- taun, donuzlarda- taun və qızıl yel və s.) nəticəsində əmələ gələn ağırlaşmalar, ikinci bir xəstəlik kimi miokarditi törədirlər. Perikardit, endokardit, plevrit, pnevmoniya, endometrit, yemlərlə zəhərlənmələr zamanı da miokardit baş verir. Ürək-damar sisteminin xəstəliklərinin təsnifatı

  14. Patogenezi.Adları çəkilmiş xəstəliklərin törədicilərinin buraxdığı toksinlər ürək əzələsində iltihaba səbəb olur.Çox vaxt tacdamarları da prosesə qarışır.Xəstəliyin əvvəlində eksudasiya prosesi üstünlük göstərərək ürək əzələsinin lifləri şişir, sonra alterasiya və proliferasiya prosesləri başlayır. K.V.Domraçev kəskin miokarditin inkişafını iki dövrə bölür. Birinci dövrdə ürək əzələsində hələ destruktiv dəyişiklik getmir,lakin iltihab məhsulları və toksinlərin verdiyi qıcıqlar ürəyin işini kəskin surətdə gücləndirir. Xəstəliyin ikinci dövründə ürək əzələsində yorğunluq görünür, distrofik-degenerativ dəyişiklik müşahidə edilir, arteial təzyiq aşağı düşür və qanın hərəkət surəti zəifləyir.Miokarditin bu dövründə təngənəfəslik, sianozluq, ödemlər müşahidə edilir, ürəkdə ritm pozğunluğu başlayır. Patanatomiyası.Ürək əzələsi şişir,kəsərkən qırmızı, bəzən qan ləkəli sağıntılar görünür. Miokardda distrofik-degenerativ proseslər olanda ürək əzələsinin solğun və bulanıqlı olması müşahidə edilir. Əlamətləri. Heyvanın ümumi vəziyyəti pisləşir, yemdən qalır, iştahası kəsilir,temperaturu qalxır, taxikardiya, ürək nahiyyəsində ağrı müşahidə olunur, ürəyin tonları və ürək vurğusu qüvvətlənir. Arterial təzyiq və qanın surəti yüksəlir. Ürək-damar sisteminin xəstəliklərinin təsnifatı

  15. Gedişi.Əsas xəstəlikdən asılı olaraq bir neçə gündən bir neçə həftəyə qədər çəkir. Ağır formalarda ürəyi iflic edib heyvanı öldürür. Diaqnozu.Əlamətlərinə, elektrokardioqram məlumatlarına, funksiya sınaqları da çox fayda verir.Heyvanı bir qədər gəzdirdikdən sonra nəbz diqqətlə müayinə edilir. Miokardit zamanı heyvanı dayandırdıqdan sonra 2-5 dəqiqə ərzində nəbz çoxalır ki, bu ürəyin reseptor aparatının oyanmasının yüksəldiyini göstərir. Miokarditi perikarditdən, endokarditdən və miokardozdan təfriq etmək lazımdır. Proqnozu. Vaxtında müalicə tədbirləri görülərsə, heyvan tamamilə sağala bilər. Müalicəsi. Xəstəyə tam istirahət verilməli. Ürək dərmanları ilk dövrdə verilmir. Bunlar ürək fəaliyyətini gərginləşdirib, onun iflicinə səbəb ola bilər. Bu dövrdə ürək nahiyyəsinə buz və ya qarla dolu rezin torba qoymaq, heyvanın vəziyyəti ağır olduqda oksigenoterpiya tətbiq etmək yaxşıdır. Xəstəliyin ikinci dövründə miokardın fəaliyyəti zəiflədikdə 30-40 ml 5-% li qlükoza məhlulu kofeinlə qarışıq venaya yeritmək məsləhətdir. Ürək-damar sisteminin xəstəliklərinin təsnifatı

  16. Arterial təzyiq kəskin surətdə aşağı düşdükdə venaya 2-3 ml 1:1000 adrenalin yaxud dəri altına strixnin vurulur. Profilaktikası.Xəstəliklərə qarşı mübarizə diqqət mərkəzində olmalıdır ki, miokardit əmələ gəlməsin.Allergiya əleyhinə dərmanlar tətbiq edilməli, toksikozlara qarşı tədbir görülməlidir. Ürəyin genişlənməsi –Dilatatio cordis Ürək boşluqlarının genişlənməsi, divarlarının dəyişikliyə uğraması və ürəyin formasının dəyişməsi ilə səciyyələnib, kəskin və xroniki gedişə malikdir. Etiologiyası. Xəstəliyin kəskin forması heyvanı uzun müddət ağır işdə işlətdikdə, kəskin infeksion və septik proseslər, intoksikasiyalar, isti və günvurma nəticəsində əmələ gəlir. Ürəyin xronik genişlənməsinə səbəb miokardoz, kardiofibroz, arterioskleroz, alveolyar emfizema kimi xəstəliklərdir. Patogenezi. Miokardda yığışma qabiliyyətinin pozulması nəticəsində ürəyin sistolik həcmi kiçilir, bəzən də bədəndə hərəkət edən qanın miqdarı azalır, arterial təzyiq aşağı düşür. Baş beyində əmələ gəlmiş hiperemiya oqlum xəstəliyinə oxşar hal yaratdığı üçün heyvanda dərin hissiyat pozğunluqları müşahidə edilir. Ürək-damar sisteminin xəstəliklərinin təsnifatı

  17. Patanatomiyası. Ürək həcmcə böyüyüb forması girdələnir, onun boşluqları qanla dolur, divarları nazilir, başqa orqan və toxumalarda venoz durğunluq müşahidə olunur. Əlamətləri. Xəstənin halı həmişə ağır olur, ürək vürğusu yayılmış və qısalmış hal alır, nəbzin sayı azalır, gücü zəifləyir, bəzən ritmik olur. Ürəyin nisbi və xüsusən mütləq kütlük sahələri genişlənir, ürək tonları tutqunlaşır, birinci ton küclənir, uzanır, haçalanır, ikinci ton isə zəifləyir. Çox vaxt funksional endokardial küylər eşidilir. Bunlar əksər hallarda sistolik olurlar. Elektrokardioqrafiya daha incə dəyişilikləri obyektiv surətdə göstərir.Ürəyin kəskin genişlənməsi təngənəfəslik, selikli qişalarda sianozluq, taxikardiya və ödemlər sürətlə, xəstəliyin xroniki formasında isə ürək-damar qüsurları müəyyən edilir. Diaqnozu. Xəstəliyi xarakterizə edən klinik əlamətlərə əsasən diaqnoz qoyulur. Bunu miokardın hipertrofiyasından, perikarditdən, miokardit və miokardozdan təfriq etmək lazımdır. Ürək-damar sisteminin xəstəliklərinin təsnifatı

  18. Proqnozu. Proqnozu ehtiyatlı və çox vaxt pisdir.Heyvan qəflətən ürəyin iflici, yaxud ağ ciyər ödemi və asfiksiyadan ölür. Müalicəsi. İlk növbədə bu xəstəliyə səbəb olan əsas xəstəliyə qarşı tədbirlər görülməlidir. Ürəyin kəskin genişlənməsi zamanı xəstəyə istirahət verilir, tez həzmə gedən yemlər təyin edilir. Xəstənin vəziyyəti ağır olduqda oksigenlə inqalyasiya, venaya adrenalin, qanburaxma, ürək nahiyyəsinə soyuq bağlamalar qoymaq, venaya 30-40%-li qlükoza, kofein, 5%-li xörək duzu məhlulu (iri heyvanlara 300-400 ml) yeritmək yaxşı nəticə verir. Profilaktikası. Bu xəstəliyi törədən əsas patoloji proseslərə qarşı həmişə mübarizə aparmaq, heyvanı yemləmə, bəsləmə və işdə istifadə olunması qaydalarına riayət etmək profilaktikada əsas yeri tutur. Ürək-damar sisteminin xəstəliklərinin təsnifatı

More Related