130 likes | 559 Views
AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI. Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI MÜHAZIRƏNIN MÖVZUSU: ERKƏK HEYVANLARDA CINSIYYƏT ÜZVLƏRININ ANATOMIYA VƏ FIZIOLOGIYASI
E N D
AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI MÜHAZIRƏNIN MÖVZUSU: ERKƏK HEYVANLARDA CINSIYYƏT ÜZVLƏRININ ANATOMIYA VƏ FIZIOLOGIYASI Mühazirəçi: dosent Əhmədov Əhməd Qulu oğlu Gəncə-2009
MÜHAZIRƏNIN PLANI • Erkək heyvanlarda cinsiyyət üzvlərinin anatomiyası və fiziologiyasının vəzifələri • Cinsiyyət vəzilərinin quruluşu və vəzifələri • Xaya torbasının vəzifələri • Cinsi əlaqə haqqında anlayış • K/t heyvanlarında reflekslər • Erkəklərdə cinsiyyət yetişkənliyi • Cütləşmə üsulları
Mühazirə mətninə müvafiq ədəbiyyatlar • C.Rzayev, M.Səidov- Baytarlıq mamalığı, ginekologiyası və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması. Bakı, 1975. • A.P.Studentsov- Baytarlıq mamalığı və ginekologiyası. Moskva-1986.
Erkək heyvanlarda cinsiyyət üzvlərinin anatomiya və fiziologiyası • Erkək heyvanda cinsiyyət üzvlərinin fəaliyyəti müsbət yer tutur. Erkək cinsiyyət üzvləri-toxumluqlar, toxumluq artımları, onları çıxaran yollar (toxum boruları), əlavə cinsiyyət vəziləri, xarici cinsiyyət üzvü və pülükdən ibarətdir. • Cinsiyyət vəziləri- toxumluqlar-xayalar (testis, dydumıs, orchıs) mürəkkəb borulu vəzilər olub, yumru və ya oval şəkillidirlər. Bala hələ anna bətnində olduqda toxumluqlar qarın boşlüğünda, böyrəklərin yanında yerləşirlər, bala doğulana yaxın isə xaya torbasına (serotuma) düşürlər. Toxumluqların quruluşu olduqca mürəkkəbdir. Onlar xaricdən xüsusi şəklə düşmüş xaya torbası-dərisi (cutisseroti ilə örtülür ki, bunun da üzərində çoxlu miqdarda Piy və tər vəziləri, zərif tüklər vardır. Xaya torbası toxumluqları xarici təsirdən qoruyur və toxumluqlardakı daxili temperaturu tənzim edir. Xaya torbası dərinin üzərində çoxlu qırışıqlar əmələ gəlir. Bunlar iqlim şəraitindən asılı olaraq açılıb-bükülə bilirlər. Belə ki, isti havada torba açılır və genişlənir, soyuq havada isə bükülür və darılır. Nəticədə xaya torbası daxilində hərarət ümumi bədən temperaturunda 3-4 aşağı, yəni 34-36 olur ki, bu da toxumluqlarda spermatozoidlərin əmələ gəlməsi üçün yaradılan şəraitdir. Xaya torbasının dərisi xüsusi tikiş (Lima raphal) vasitəsilə 2 hissəyə bölünür. Xaya torbası ilə toxumluqların parenximası arasında bir sıra təbəqələr vardır. Xaya torbası dərisi altında elastiki əzələ təbəqəsi (tumirca dartos) yerləşir.
Bu qısa qarın divarını əzələ və ya fassiyasinin madədi olub, fərq ilə möhkəm birləşir. Elastiki əzələ qişası xüsusi arakəsmə vasitəsi ilə xaya torbasına və sol hissəyə bölür. Elastiki əzələ təbəqəsi altında xaya fassiyası (Kuper fassiyası) yerləşir və hər toxumluğu ayrılıqda örtür. Bu qişa buğa və donuzlarda daha yaxşı inkişaf etmiş və qalın olur. Bundan sonra toxumluqlar ümumi yataq pərdəsi- itunika baginlis communislə örtülür. Toxumluqlar bu qişanın daxilində olduqca mütəhərrikdir. Ümumi yataq pərdəsinin altında xüsusi yataq pərdəsi-tınıca vaginalis prorla yerləşir ki, bu da qarın pərdəsinin daxili vərəqənin davamıdır. Toxumluqların üzəri ağlı qısa (tunica albuginal) ilə örtülür. Toxumluğun paycıqları qıvrım kanalcıqlardan tubulis semini ferus contortus təşkil olunur. • Bir neçə qıvrım kanalcıqlar birləşərək düz kanalcıqlar keçir, bunlar da bir-birləri ilə yarışaraq toxumluğun torunu Rete tes-tis əmələ gətirirlər, sonra gövdə və quyruq hissələrini əmələ gətirirlər. Toxumluq artımı daxilindəki qıvrım kanalcıqlar düzəldilərsə, onun uzunluğu 25-50 metratar. Toxumluğun artımı orqanizmdə spermatozoidlərin bioloji anları hesab edilir, belə ki, toxumluqlarda hazır olmuş spermatozoidlər toxumluğun artımında tam yetişir və ən azı 7 gün burada xüsusi lipopotend pərdə ilə örtülmüş halda qalırlar. Hər iki toxum borusu sidik kisəsi boynu nahiyəsində birləşir (distus eyaculatorius), daha doğrusu, sidik kanalına qarışaraq və cinsiyyət üzvünə keçir, onun aşağı divarı ilə hərəkət edərək, açıq ucu vasitəsilə xariclə əlaqələnir. Toxum borusu 3 növ əlavə cinsiyyət vəziləri (prostat, Kuper və toxum qovuqcuqları) açılır. Bu vəzilərin şirəsi toxum borusunu isladır, təmizləyir, spermatozoidlərin fəallığını və hərəkətini asanlaşdırır. Erkək cinsiyyət üzvləri xarici cinsiyyət üzvü penis (penis) ilə qurtarır.
Penis kök (Radix) gövdə (corpus) və (Apex) hissələrə bölünür. Buğalarda və qoçlarda penisin başcığı yaxşı görünür. Gövdəsində s-kari əyrilik əmələ gəlir, penisin ümumi uzunluğu isə 1-metrədək olur. Itlərin penisində nazik sümük lövhəsi vardır. Penis puluklə örtülür. Cinsiyyət oyanması zamanı penis pulukdən çıxır və onun həcmi dəfələrlə böyüyür. • Toxumluqlar qan damarının zənginliyi cəhətcə orqanizmdə beyindən sonra ikinci orqandır. Toxumluqlar daxili toxumluq arteriyası (art.pudenta interna), onların təbəqələri isə xarici toxumluq arteriyası (art.spermatus exxerina) ilə qanla təchiz edilir. Əlavə cinsiyyət vəziləri daxili cinsiyyət arteriyası (art. spermatces interna) vasitəsi ilə penis isə daxili cinsiyyət arteriyası və xarici toxumluq arteriyası ilə qanla təchiz edilir. Ayqırlarda göstərilən arteriyasından əlavə bağlayıcı arteriya (art.altratora) iştirak edir. • Erkək cinsiyyət üzvlərində eyni adlı vena damarları və zəngin limfa sistemi vardır. Erkək cinsiyyət üzvləri toxumluq (plexus pudentus), oma (plexus sacralis), qarınaltı (plexus hipocostricus) kələflərindən gələn sinir şaxələri və xarici toxumluq sinirli ilə innervasiya olunur. • Erkək cinsiyyət üzvlərinin sinirləri mərkəzi sinir sistemi ilə əlaqədə olub, xarici və daxili təsirlərə olduqca həssasdır.
Erkək cinsiyyət üzvlərinin fiziologiyası • Erkək heyvanlar müəyyən yaşa çatdıqdan sonra cinsiyyət yetişgənliyi başlayır. Ilk olaraq cütləşməyə meyil edir. Erkəklərdə cinsiyyət yetişgənliyi ilə əlaqədar olaraq mürəkkəb bir fizioloji proses başlayır. Bu proses cinsiyyət hüceyrələrin əmələ gəlməsi və yetişməsindən ibarətdir ki, bu da spermiogenis adlanır. Spermatozoidlər toxumluqlar da qıvrım kanalcıqların daxilində əmələ gəlir. Qıvrım kanalcıqların daxili cəthi bir neçə cərgə epitel hüceyrələrlə ilə örtülüdür. Bu hüceyrələrdən birinci növbədə spermatogenilər əmələ gəlir. Spermatogonirlər daha da inkişaf edərək, 1-cərgə spermasitlərə çevrilirlər, bunların hər biri 2-hüceyrəyə bölünərək 11 cərgə spermasitləri əmələ gətirirlər. 11 cərgə spermasitlər yenidən ikiyə bölünərək spermatitlər əmələ gətirirlər. Sonrakı inkişaf nəticəsində spermatozoidlərin müəssindən spermatozoidlərin başcısı, protoplasmasında isə gövdə və quyruğu əmələ gəlir. Bu qayda ilə hazırlanmış spermatozoidlər toxumluqların qıvrım kanalına, sonra xaya artımına doğru hərəkət edirlər. Orada tam yetişir (7-60 gün qalır) onların üzərləri xüsusi lipoprotsid pərdə ilə örtülür, spermoiogeniz prosesini 4-dövrə bölünür. 1) bölünmə; 2) inkişaf; 3) yetişmə; 4) spermatozoidlərin formaya düşməsi. K/t. heyvanlarında orta hesabla spermatozoidlər 50-80 mikron uzunluqda olub, 4-hissədən (baş, boyun, gövdə və quyruq) ibarətdir.
Spermaogeniz heyvanı yemlənmə, saxlanma və iqlim şəraiti ilə sıx əlaqədardır. Belə ki, həddindən artıq isti, spermotozidlərin əmələ gəlməsi zəif olur. Spermioginiz orqanizmdə neyro-humoral sistemi ilə əlaqədardır. Spermiogenez prosesində zülali maddələrin rolu olduqca böyükdür. (xüsusilə vitamin E). • Cinsi əlaqə-coitus. • Erkək cinsiyyət üzvlərində hazırlanmış spermanın heyvan tərəfindən penis ilə dişi cinsiyyət yoluna keçirilməsinə cinsi əlaqə-cütləşmə deyilir. Cütləşmə mürəkkəb fizioloji proses olub, bir sıra şərtsiz və şərti reflekslərin cəmi hesab edilir. Cinsi əlaqə cinsi instinkti nəticəsi olub, mərkəzi sinir sistemi və endokrin sistemi vasitəsi ilə tənzim edilir və xarici şəraitlə sıx əlaqədardır. • Kənd təsərrüfatları heyvanlarda cinsi əlaqə 4-ardıcıl refleksdən ibarətdir ki, bunların hər biri ayrılıqda mühüm rol oynayır. Bu reflekslər aşağıdakılardan ibarətdir. • 1) Ereksiya refleksi. Bu refleks erkək orqanizmində ən mürəkkəb fizioloji proseslərdən biri olub, cinsiyyət oyanması zamanı penisin tədricən qanla dolaraq bərkiməsinə və cinsi əlaqə «coitus» üçün hazırlanmasına deyilir. • Belə refleks orqanizmin ümumi fəaliyyəti və sinir sistemi ilə olduqca sıx əlaqədardır. Orqanizmin ümumi xəstəlikləri, aclıq, bir tərəfli yemləmə, saxlanma şəraiti pis olduqda səs-küy cütləşmə yerinin dəyişdirilməsi. • Erkək cinsiyyət üzvlərin xəstəlikləri (fimoz, parafimoz, oxrik və s). Sperma aldıqda süni vaginani düzgün hazırlamadıqda və s. ereksiya refleksini pozur.
Qucaqlama refleksi. Erkəyin dişi üzərinə sıçrayaraq qalxması və onu ön ətrafları ilə sıx tutması qucaqlama refleksii adlanır. Bu refleks ayqır və qabanda nisbətən qüvvətli olur. Arxa ətrafların və çanaq nahiyyəsinin müxtəlif xəstəlikləri bu refleks pozulur. • Cütləşmə refleksi. Erkək heyvanın penisinin dişi heyvan balalıq yoluna daxil edilərək, orada fəal hərəkət etdirilməsinə deyilir. Bu refleks dişi heyvanda hövrəgəlmənin qızğın vaxtında daha şiddətli olur. • Eyakulyasiya refleksi. Bu refleks bütün cinsiyyət reflekslərinin sonu olub, cinsiyyət oyanması zamanı cinsiyyət üzvlərindəki bir qrup əzələlərin yığılması zamanı spermanın kənar edilməsidir. • Ümumiyyətlə, cinsi əlaqənin davamı və geisi heyvanların növü ilə sıx əlaqədardır. Belə ki, cinsi əlaqə gövşəyən heyvanlarda 10-15 saniyə davam etdiyi halda donuzlarda 10-15 dəqiqə, atlarda 1-8 dəqiqə davam edir. • Əgər vaxtında tez buraxıldıqda, törədicilər inkişafdan qalır, tez qocalır, sperma az verir və təsərrüfatdan çıxarılır. • Cütləşmə üsulları ikidir. Təli cütləşmə və süni mayalandırma K/t heyvanlarının süni mayalandırılması daha qabaqcıl üsul olub, təbii cütləşdirməyə nisbətən bir sıra üstünlüklərə malikdir. Odur ki, hazırda təbii cütləşmə üsullarında da istifadə olunur. • Bir çox təbii cütləşmə üsulları vardır.
Erkək heyvanlarda cinsiyyət yetişgənliyi, cütləşməyə ilk dəfə buraxılma müddəti.
Sərbəst (azad) cütləşmə üsulu. • Hazırda bu üsuldan az istifadı olunur. Bu üsulda erkək heyvan dişi heyvanla bir yerdə (sürüdə) saxlanılır. Hövürə gələn heyvan olduqda onunla cütləşir. Bu üsulun bir sıra nöqsanları vardır. Belə ki, bu üsulda cütləşmə apardıqda, erkəklərdən səmərəli istifadə edilmir, seleksiya işləri çətinləşir və bir sıra yoluxucu xəstəliklər (bruselyoz, yoluxucu vaginit, trixomonoz, vibrioz və s.) cinsi əlaqə ilə asanlıqla yayılır. Bu üsulda istifadə etdikdə, erkəklər əvvəlcədə yoxlanılmalıdır və sürüdə bütün baytarlıq tədbirləri aparılmalıdır. • Əl üsulu ilə cütləşdirmə. • Bu ən yaxşı təbii cütləşdirilmə üsulu hesab edilir. Belə ki, bu üsuldan istifadə ediləcək döllük erkəklər dişilərdən ayrı saxlanılır. Dişi heyvan hövürəgəldikdə cütləşmə məntəqəsinə gətirilir, erkək onun yanına buraxılır. Bu üsulda seleksiya üzvləri pozulmur, dişi heyvanlar əvvəlcədə hansı törədici ilə cütləşdirilməsi müəyyənləşdirilir, törədicidən səmərəli istifadə olunur. Bu üsulda cütləşmədən qabaq dişi cinsiyyət üzvləri təmizlənir ki, dişi cinsiyyət yoluna mikroblar düşə bilər. Xəstəlik baş verər, döllənmə getməz heyvan qısır qalar.
Əllə cütləşdirmədə bir ildə erkəkdən istifadə edilmə norması bir ayqır üçün 40-60 baş inək; buğa 2 yaşdan yuxarı 60-90 baş inək; Qoç 1-1,2 yaşda 20-30 ana qoyun; yaşlı qoç 30-50 baş qoyun; Qaban 10-25 baş. erkəkləri istifadə etdikdə baytar həkimlər onları diqqətlə yoxlamalıdır. • Erkək uzun müddət istifadə edərkən yaxşı yemləndirilməlidir ki, keyfiyyətli sperma verə bilsin; törədicidən normadan artıq istifadə etdikdə spermanın keyfiyyəti pisləşir. Elə etmək lazımdır ki, erkəkdən eyni fasilə ilə və eyni vaxtda cütləşməyə buraxılsın əl üsulu süni mayalanma aparmadıqda aparılır. • Ilxı üsulu ilə cütləşdirmə. • Atçılıq təsərrüfatlarında bu üsuldan geniş istifadə edilər. 25-madyandan 1-ayqırdan ibarət ilxılar təşkil olunur. Ayqırı ilxıya buraxmadan əvvəl ətraflı kliniki müayinə edib onun nalını çıxarmaq lazımdır ki, madyanları vurub zədələməsin. Bu üsul sərbəst cütləşmə üsulunun bir növüdür. • Siniflərlə cütləşdirmə üsulu. • Bu üsuldan qoyunçuluq təsərrüfatlarında istifadə edilir. Bu üsulda qoyunların sinifləri nəzərə alınaraq xüsusi sürülər təşkil edilir və bu siniflərə uyğun olaraq münasib qoçlar seçilib, həmin sürülərə buraxılır. Belə ki, I-II və III siniflərə ayrılmış qoyunlardan ayrı-ayrı sürülər təşkil edilir və həmin sürülərə döllük qoçlar buraxılır. Süni mayalanma tətbiq olunmayan kiçik qoyunçuluq təsərrüfatlarında mələzləşdirmə işlərini yaxşılaşdırmaq üçün bu üsuldan istifadə edilir.
Hərəmə cütləşdirmə üsulu. • Həvəsdə olan qoyunlardan bir sürü təşkil edərək, həmin sürüyə qoçlar qatırlar, bu qoçlar həvəsdə olan qoyunları sürərək mayalayır, hazırda süni mayalanma olan yerdə bu üsuldan az istifadə olunur. Lakin süni mayalanmadan istifadə etmədikdə 100 baş qoyuna 1-2 baş qoç qatılır. Onlar həvəsdə olan qoyunları tapır mayalayır. Yeni cins qoyunçuluq təsərrüfatlarında sınaqçı qoçlardan istifadə edirlər. Həvəsə gələn qoyunları sınaqçı qoçlar seçir və onu cins qoçlarla təbii ya da süni mayalandırırlar. • Toxumluqların həcmi və çəkisi • Buğalarda uzunluğu 12-14 sm; çəkisi 250-350 qr. • Qoç və keçi uzunluğu 10-12 sm; çəkisi 200-300 qr • Atlarda uzunluğu 10-12 sm; çəkisi 200-250 qr. • Donuzda uzunu 11-12 sm; çəkisi 400-500 qr.