1 / 14

Mövzu 6. ELEKTRIK MAŞINLARININ TƏMIRI

Mövzu 6. ELEKTRIK MAŞINLARININ TƏMIRI. Plan 1.Təmirin formaları və növləri 2.Elektrik maşınlarının təmirlərinin aparılma müddəti 3.Cari və əsaslı təmirlərin həcmi 4.Elektrik maşınlarının təmirə qəbulunun ümumi texniki şərtləri 5.Elektrik maşınlarının təmirə qəbulu 6.Təmir qabağı işlər

wing-burns
Download Presentation

Mövzu 6. ELEKTRIK MAŞINLARININ TƏMIRI

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Mövzu 6. ELEKTRIK MAŞINLARININ TƏMIRI Plan 1.Təmirin formaları və növləri 2.Elektrik maşınlarının təmirlərinin aparılma müddəti 3.Cari və əsaslı təmirlərin həcmi 4.Elektrik maşınlarının təmirə qəbulunun ümumi texniki şərtləri 5.Elektrik maşınlarının təmirə qəbulu 6.Təmir qabağı işlər 7.Defektləşmə sənədlərinin tərtibi 8.Elektrik maşınlarının təyinatı, quruluşu və nasazlıqları Ədəbiyyat 1.Пястолов А. А. и др. Монтаж, эксплуатация и ремонт электрооборудования. – М.: Колос, 1981. 2.Ирха П.Д., Буторин В.А. и др. Практикум по технологии монтажа и ремонта электрооборудования. М.: Агропромиздат, 1990. 3.Перельмутер Н.М. Электромонтер – обмотчик и изолировщик по ремонту электрических машин. М.: Высшая школа, 1980. 4.Атабеков В.Б. Ремонт трансформаторов и электрических машин. М.: Высшая школа, 1983.

  2. Təmirin formaları və növləri Təmir dedikdə elektrik avadanlığının sıradan çıxmasından sonra onların iş qabiliyyətlərinin bərpası üzrə aparılan təşkilatı və texniki işlərin cəmi nəzərdə tutulur. Bu işlər nəticəsində avadanlığın xarab olmuş hissələri dəyişdirilir və ya bərpa olunur, nizamlanılır və sazlanılaraq qurğunun parametrləri tələb olunan texniki şərtlərin səviyyəsinə uyğunlaşdırılır. Elektrik avadanlıqlarının təmirlərinin 2 təşkilatı forması vardır: -- Mərkəzləşdirilmiş forma. --Yerlərdə aparılan təmir forması. Mərkəzləşdirilmiş formada təmir müəssisəsi tələb edicilərə ərazi və ya sahə əlamətlərinə görə xidmət edir. Yerlərdə aparılan təmir formasında isə təmirlər təsərrüfatın özünün istismar və təmir işçiləri vasitəsilə yerinə yetirilir.

  3. Elektrik avadanlıqlarının təmirlərinin 2 növü vardır:1.Cari təmir.2.Əsaslı təmir.Cari təmirəsas profilaktik təmir növü olub tez xarab ola bilən detalların dəyişilməsini, qaralmış kontaktların təmizlənməsini və qurğunun qismən sökülməsini tələb edən digər işləri nəzərdə tutur. Cari təmir zamanı elektrik avadanlığının işi dayandırılmalı və mütləq şəbəkədən açılmalıdır. Əsaslı təmirolduqca mürəkkəb və tam təmir növü olub qurğunun tam və ya qismən sökülməsini, dolağın tam dəyişilməsini, maqnit nüvəsinin yenidən sökülməsini, valın düzəldilməsini, ventilyatorun dəyişdirilməsini, kollektorun təmirini, dolağın yenidən hazırlanmasını və sair mürəkkəb işləri nəzərdə tutur.

  4. Elektrik maşınlarının təmirlərinin aparılma müddəti Asinxron mühərriklərin, generatorların, yerini dəyişə bilən elektrik stansiyalarının cari təmirini, ağır şəraitdə işləyərkən, 6 ayda bir dəfə və təmiz quru binalarda işləyərkən 12 ayda bir dəfə aparırlar. Bina daxilində işləyən, aşağı gərginlikli, çox amperli sabit cərəyan generatorlarının cari təmirini 4 ayda bir dəfə aparmaq tövsiyyə olunur. Asinxron elektrik mühərriklərinin əsaslı təmirini nəmli, havasında ammiyak olan binalarda işləyərkən 4 ildə bir dəfə, tozlu-nəmli binalarda və çardaq altında işləyərkən - 5 ildə bir dəfə və quru binalarda – 6 ildə bir dəfə aparırlar.

  5. Cari və əsaslı təmirlərin həcmi Cari təmiri aparmq üçün elektrik mühərrikini tozdan və çirkdən təmizləyirlər, qidalandırıcı naqillərdən, işçi maşından, torpaqlayıcı şindən və işə buraxıcı reostatdan (faz rotorlu mühərriklərdə) aralayırlar, özüldən demontaj edir və emalatxanaya gətirirlər. Emalatxanada elektrik mühərrikinin defektasiyasını keçirirlər, onu sökürlər, ayrı-ayrı qovşaqları təmizləyirlər, təmir edirlər, dolağı hopdururlar və qurudurlar (lazım gəldikdə), kontakt halqalarını, fırça mexanizmini təmir edirlər, yastıqları yoxlayırlar və onları dəyişirlər (lazım gəldikdə), bərkidici detalları təmir edir və ya dəyişirlər, sonra elektrik mühərrikini yığırlar və sınaqdan keçirirlər. Əsaslı təmirin həcminə cari təmirdəki bütün əməliyyatlar, və əlavə stator dolağının təmiri, hər şeydən çox onun tam dəyişdirilməsi, lövbərlərin (sabit cərəyan maşınlarında) və faz rotorlarının dolaqlarının təmiri, həmçinin də lazım gəldikdə rotor valının dəyişdirilməsi daxildir.

  6. Elektrik maşınlarının təmirə qəbulu Elektrik maşınlarını təmirə, bilavasitə sifarişçidən, yalnız yığılmış şəkildə qəbul edirlər. Sifarişçi (maşını istismar edən təsərrüfatın nümayəndəsi) təmir müəssisəsini maşının istismarının xüsusiyyətləri ilə tanış edir və təmirə özünün tələblərini söyləyir (pasport göstəricilərini və s. mümkün dəyişməni). Əgər təmir məqsədyönlü deyilsə (maşın mənəvi köhnəlmişdir və ya stator və ya rotorun aktiv poladı həddindən çox zədələnmişdir, pəncələr yoxdur və s.), təmir müəssisəsinin, maşının təmirə yararlı olmaması və onun silinməsi barədə iki tərəfli akt tərtib etməyə hüququ vardır. Təmir müəssisələrində, elektrik avadanlığının boş dayanma müddətini qısaltmaq məqsədi ilə, təmir olunmuş maşınların dəyişdirilməsi təşkil olunmalıdır. Maşını təmirə verən sifarişçi, elə həmin vaxt zavoddan analoji maşın alır (elə həmin pasport göstəriciləri ilə və ya razılaşma üzrə sifarişçinin istəyinə uyğun).

  7. Təmir qabağı işlər Təmir qabağı işlərə xaricdən baxış, təmir qabağı sınaqlar və ya nasazlıqların aşkar olunması və təmir nömrəsinin vurulması aiddir. Yığılmış halda hər hansı elektrik maşınının nasazlığını aşkar etmək üçün aşağıdakı işlər aparılır: - xarıcdən baxış; - mexaniki hissələrin yoxlanılması; - elektrik hissələrin yoxlanılması.

  8. Defektləşmə sənədlərinin tərtibi Təmir müəssisələrində təmir olunan elektrik avadanlıqlarına defektləşmə sənədləri tərtib olunur. Həmin sənədlərin tərkibinə elektrik maşınlarının təmirə qədər pasport göstəriciləri və onun göstəricilərinin dəyişdirilməsinə aid sifarişçinin tələbi daxil olur. Həmin sənədtə stator və rotor nüvəsinin bütün ölçüləri, stator və rotorun dolaqlarına aid məlumatlar ( dolağın tipi, pazların sayı, məftilin markası, katuşkada burumların sayı və s.). Defektləşmə sənədinə təmir olunan maşına aid bütün işlər qeyd olunur, məsəl üçün, gevdə - bütün çatlar qaynaq olunmalı, bərkidici detallar təmir olunmalıdır və s.

  9. Hər bir təmir olunan maşına texnoloji karta tərtib olunmalıdır. Həmin texnoloji kartada aşağıdakılar qeyd olunmalıdır:- sifarişçi haqqında məlumat;- maşının pasport göstəriciləri və texniki xarakteristikası;- fazaların müqavimətinin göstəriciləri; - izolyasiyanın sinifi;- yuvaların sayı;- mexaniki hissənin vəziyyəti haqqında məlumat;- sınaqlar haqqında məlumat.

  10. Elektrik maşınlarının təyinatı, quruluşu və nasazlıqları Elektrik maşınları iki əsas növə bölünə bilərlər: Elektrik enerjisini mexaniki enerjinə çevirən və elektrik mühərrikləri adlanan maşınları sənayedə, kənd təsərrüfatında, nəqliyyatda, rabitədə və xalq təsərrüfatının digər sahələrində müxtəlif mexanizmlərin intiqalları kimi istifadə edirlər. Mexaniki enerjini elektrik enerjisinə çevirən maşınları generatorlar adlandırırlar; onlar sabit və ya dəyişən generatorlara bölünürlər. Elektrik generatorlarının intiqalları kimi istiliyin, düşən (enən) suyun, küləyin, atom nüvəsinin enerjisini istifadə edən mühərriklər xidmət edirlər.

  11. Yuvaların formaları : 1-bağlı; 2-yarımbağlı; 3-açıq.

More Related